Fiziki vahidlərdə mövcud olan hər bir texnoloji kəmiyyət bir neçə müxtəlif tipli çevirmələrdən sonra ARÇ-nin çıxışında həmin kəmiyyətin cari qiymətinə mütənasib tam ədəd şəklində alınır. Emalın məqsədi ölçülən parametri onun mövcud olduğu fiziki vahiddə kontrollerin yaddaşında həqiqi ədəd kimi bərpa etməkdir. Bu məqsədlə Scale blokundan (funksiya) istifadə edilir. Scale bloku FC105 (Şəkil 1a) adı ilə proqram elementləri pəncərəsinin libraries bölməsininStandard library qovluğunun Tİ-S Converting Blocks qrupunda yerləşir.
a) b)
Şəkil 1
IN –ARÇ-nin lazım olan girişi üçün ayırılmış baytlar cütünün PİWxxx və ya İWxxx kimi təyin edilən nisbi (qlobal) və ya mütləq ünvanıdır, xxx-baytlar cütünün birincisinin nömrəsidir. Tutaq ki, SM 331 AI4 tipli 4 girişli ARÇ üçün 200 207 – ci baytlar ayırılmışdır və lazım olan giriş 3-cüdür. Bu halda ünvan PİW204 və ya İW204 kimi təyin edilır.