Sumqayit döVLƏt universiteti



Yüklə 1,85 Mb.
səhifə55/75
tarix01.01.2022
ölçüsü1,85 Mb.
#50560
növüQaydalar
1   ...   51   52   53   54   55   56   57   58   ...   75
PMK.İmtahan sualları və cavabları 2021

HI_LIMLO_LIM- RAÇ-ın giriş kodunun minimum (0 və ya -27648) və maksimum (27648) qiymətinə İN girişindəki çevrilməsi lazım olan kəmiyyətin uyğun qiymət­ləri olub həqiqi (REAL) ədədlər şəklində verilir. Məs., əgər RAÇ-ın giriş kodunun 27648 qiymtinə İn girişinə verilən kəmiyyətin 100 qiyməti və RAÇ-ın giriş kodunun 0(sıfır) qiymətinə İn girişinə verilən kəmiyyətin 0(sıfır) qiyməti uyğun glirsə, onda HI_LIMLO_LIM ifadələri qarşı­sında uy­ğun olaraq 100.0 və 0.0 yazılır.

BIPOLAR – RAÇ-ın girişinə verilən kəmiyyətin simmetrik (-27648 27648) və ya qeyri-sim­metrik (0 27648) olduğunu vermək üçündür. Simmetrik olduqda həmin ifadənin qiyməti “1”, qeyri-simmetrik olduqda isə “0” verilir. Vahid verildikdə IN girişinə verilən kəmiyyət -27648 27648 həddində, sıfır verildikdə isə 0 +27648 həddində tam ədədə çevirilir. İfadənin qiyməti diskret giriş, diskret çıxış, konnektor vasitəsilə verilə bilər.

OUT – çevirmənin nəticəsi olan tam ədəd şəklində kəmiyyətin alındığı çıxışdır. Onun qarşısında yazılan nisbi (qlobal) və ya mütləq ünvan PQWxxx və ya QWxxx kimi təyin edilir, xxx – RAÇ-ın lazım olan çıxışı üçün ayrılmış ünvandır. Məsələn, fərz edək ki, SM 333 AO2 tipli 2 çıxışı olan RAÇ üçün yaddaşın 240 243-cü baytları ayırılmışdır və FC106 blokunun OUT çıxışındakı kəmiyyətə uyğun analoq siqnal RAÇ-ın 2-ci çıxışında alınmalıdırsa, OUT çıxışının ünvanı PQW242 və ya QW242 kimi olacaqdır.

RET_VAL – səhv haqqında məlumat çıxışıdır, səhv olmadıqda həmin çıxışda “0” (sıfır), səhv olduqda isə “1” (vahid) alınır. İfadənin qarşısına məlumatın yerləşəcəyi nisbi (lokal, WORD) və ya mütləq (MWzzz) ünvan yazılır., məs. MW102. Baxılan misal üçün FC106 bloku şəkil 1b-dəki kimi olacaqdır.


Yüklə 1,85 Mb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   75




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin