43.Tənzimləyicidən istifadə üsulları
FB41 tipli tənzimləyici tənzimləmə dövrəsinə 2 üsulla qoşula bilər:
- tənzimlənən kəmiyyətin cari qiymətini ARÇ-dən SCALE bloku vasitəsi ilə qəbul edib, tənzimləyici təsiri UNSCALE bloku vasitəsilə RAÇ-a ötürmək (Şəkil 1);
Şəkil 1
- tənzimlənən kəmiyyətin cari qiymətini bilavasitə ARÇ-dən qəbul edib, tənzimləyici təsiri bilavasitə RAÇ-a ötürmək (Şəkil 2).
Şəkil 2.
Sadəlik üçün hər iki şəkildə tənzimləyicinin yalnız fərqləndirici giriş və çıxışları göstərilmişdir. Şəkillərdə PVPER_ON girişində yazılan “0” və “1” qiymətləri şərti olub, həmin girişə qoşulmuş binar dəyişənin qiymətlərini göstərir.
Şəkil 1-də SCALE (FC105) blokunun OUT çıxışı tənzimləyicinin (FB41) PV_İN girişinə, tənzimləyicinin LMN çıxışı isə UNSCALE (FC106) blokunun İN girişinə verilmişdir. PVPER_ON girişinə qoşulmuş binar dəyişənin qiyməti isə “0” olmalıdır.
Şəkil 2-də isə tənzimləyicinin PVPER_ON girişinə qoşulmuş binar dəyişənin qiyməti “1” olmalı, PV_PER girişində ARÇ-nin uyğun girişinin ünvanı (PİW204), LMN_PER çıxışında isə RAÇ-ın uyğun çıxışının ünvanı (PQW242) verilmişdir.
Tənzimləmə dövrləri əsasən OB30 OB38 təşkilati bloklarında yerləşdirilir.
Dostları ilə paylaş: |