51.Texnoloji sxemin qurulması, idarəedici elementlərin yerləşdirilməsi və teqlərlə əlaqələndirilməsi
Texnoloji prosesin, avadanlığın sxemi həm kənarda, məsələn Paint, Word və s. vasitəsilə qurulub B pəncərəsində yerləşdirilə (hətta foto da ola bilər), həm də birbaşa WinCC flexible vasitəsilə qurula bilər.
Kənarda tərtib edilmiş sxem, səkil, foto və s. ümumi qaydalarla (copy, gut) yaddaşa götürülərək ekranın B pəncərəsinin işçi sahəsində paste vasitəsilə yerləşdirilir və HMİ ekranının münasib hissəsinə aparılır.WinCC flexible vasitəsilə texnoloji sxemin qurulması və funksional elementlərin ekrana gətirilməsi üçün D pəncərəsindəki elementlərdən istifadə edilir. Elementlər Simple Objects (sadə obyetlər), Enhanced Objects (Genişləndirilmiş obyektlər), Graphics (qrafik obyektlər) və Library (kitabxana) kimi qruplaşdırılmışdır.
Simple Objects qrupuna aşağıdakı elementlər daxildir:
- ellips;
- sxemə mətn daxiletmə sahəsi;
- ədədi kəmiyyətlərin daxiledilməs və ekrana verilməsi ;
- vaxt/tarix göstəricisi;
- düymə;
- zamana görə dəyişən kəmiyyətin qrafik təsviri.
Digər qruplara daxil olan obyektlər kifayət qədər çox olduğu üçün onların şərhini vermək vəsait çərçivəsinə yerləşmir və istifadəçi təcrübə topladıqda özü onlarla işləməyi bacaracaqdır. Həmin qruplarda tez-tez rast gəlinən bir çox avadanlıqların işarələri vardır: boru, dirsək, nasos, bölücü, elektrik mühərriki, müxtəlif cihazlar, elektrik avadanlıqları, icra mexanizmləri, dəzgahlar, tikililər, kimya avadanlıqları, kompüter elementləri, xəritələr, dövlət bayraqları və s. Zəriri olanı axtarıb tapmaq lazımdır. Library-yə daxil olan elementləri açmaq üçün isə Library no Libraries openend (sağ düymə ilə) Library… Open System Libraries zəncirindən istifadə edilir.
Müxtəlif qruplardan lazım olan obyektlər ekrana gətirilərək zəruri olan texnoloji sxem, konstruksiya və s. yaradılır. Ekrana gətirilmiş obyektlərin ölçüləri dəyişdirilə bilər.
Nəhayət, baxdığımız misal üçün ekranı yaradaq:
- D pəncərəsində Graphics qrupunun WinCC flexible İmace Folders Symbol Factory Graphics Symbol Factory 16 Colors Motors zənciri ilə açılan pəncərədən istənilən bir mühərrik sürümə ilə ekranın B pəncərəsinə gətirilir;
|