Simple Objects qrupundan (düymə) B pəncərəsinə gətirilib, sazlanır: C pəncərəsində General rejimində ona “Burax” adı verilir; Eventsrejimində ona Press-də SetBit, Release-də ResetBit xassəsi verilir və “Burax” teqi ilə əlaqələndirilir. Bunun üçün Events, sonra Press tıklanır. Acılan cədvəlin 1-ci sətri tıklandıqda açılan siyahıda Edit bitsaçılır və orada SetBit tıklanır; ikinci sətir tıklandıqda işarəsi çıxır və onu tıkladıqda ekrana gələn cədvəldə “Burax” sətri qeyd edilir və tıklanır. Analoji əməliyyat Release üçün ResetBit xassəsi verilməklə təkrar edilir (Şəkil 3.10).
Simple Objects qrupundan yeni gətirilir və analoji olaraq sazlanır. Ona “Saxla” adı verilir və digər əməliyyatlar təkrarlanır. O, “Saxla” teqi ilə əlaqələndirilir.
Qeyd etmək lazımdır ki, istifadə edilən elementdən asılı olaraq ona müxtəlif əməliyyat imkanı verilə bilər. Məsələn: düyməyə Click(tıklama), Press (sıxma), Release (buraxma), Activate (aktivləşmə), Deactivate (passivləşmə), Change (dəyişmə); açara Activate (aktivləşmə), Deactivate (passivləşmə), Change (dəyişmə), Switch on (gapalı açar), Switch off (açıq açar) imkanları verilə bilər. Hər bir əməliyyat zamanı isə uyğun bitin qiyməti İnvertBit(bitin invers etdirilməsi), SetBit (bitə 1 qiymətinin verilməsi), ResetBit (bitə 0 qiymətinin verilməsi) etdirilə bilər.Elementə verilən əməliyyat imkanından asılı olaraq o, müxtlif məqsədlə istifadə edilə bilər. Məsələn: düyməyə ClickİnvertBitxassəsi verdikdə o, hər dəfə tıklandıqgda uyğun teqin qiyməti 0-dan 1-ə və ya 1-dən 0-a dəyişdirilir; düyməyə eyni zamanda həm PressSetbit, həm də ReleaseResetBit xassələri verdikdə o, sıxıldıqda uyğun teqin qiyməti 1, buraxıldıqda isə 0 olur.
Simple Objects qrupundan (çevrə) mühərrikin üzərinə gətirilib, onun işlədiyini bildirən siqnal lampası kimi istifadə üçün sazlanır: bunun üçün C pəncərəsində Animanionts rejimində açılan cədvəldə Tag altındakı çərçivədə tıklandıqda ekrana gələn cədvəldə “Muherrik” sətri qeyd edilir və tıklanır. Sonra C pəncərəsində sağdakı cədvəldə Value sütununun 1-ci sətrində “0”, ikinci sətrində “1”, Foreground Color (çevrənin rəngi) sütununun hər iki sətrində qara, Background Color (çevrənin daxilinin rəngi) sütununun 1-ci sətrində ağ, 2-ci sətrində qırmızı rəng seçilir (bu və ya digər rəngin seçilməsi könüllüdür). Rəngi seçmək üçün sətirdəki kvadrat tıklandıqda açılan rənglər cədvəlində istənilən rəng tıklanır. Baxılan halda mühərrik işləmədikdə çevrənin içərisi ağ, mühərrik işlədikdə isə qırmızı olacaqdır (Şəkil 3.11).