52.Vizuallaşdırmanın simulyasiyası
Hazırlanmış sistemin simulyasiyası məqsədilə SİMATİC Manacer pəncərəsində tıklanmaqla simulyator yaddaşa yüklənir. Həmin pəncərədə qeyd edilir və tıklanaraq kontrollerin proqramı simulyatora yüklənir. Simulyator Run və ya Run-P rejiminə keçirilir. SİMATİC HMİ station WinCC flexible RT Screen zənciri vasitəsilə WinCC flexible Advan pəncərəsi açılır. Həmin pəncərədə tıklanaraq simulyasiya pəncərəsi ekrana gətirilir və sistemin işləmə qabiliyyəti yoxlanılır:
- “Burax” tıklandıqda mühərrik üzərindəki ağ rəngli dairə qırmızı, “Saxla” tıklandıqda isə yenidən ağ rəng alır.
- “Tapsiriq” sahəsində ədəd daxil etmək üçün kursor çərçivə içərisində olub, tıklandıqda ekrana rəqəm klaviaturası gəlir. Onlardan istifadə edərək tapşırıq qiyməti daxil edilir. Daxil edilən ədədin qiyməti “Cari” çərçivəsində əks etdirilir.
Kontroller dövrü olaraq proqramı icra edir. Dövrün müddəti proqramın həcmindən asılıdır. Çox zaman düymələri ani tıkladıqda kontroller onu qəbul edə bilmir. Odur ki, idarə edici düymələri sıxdıqda müəyyən qədər gözləmək lazımdır.
Qeydlər.
1. Ekran elementlərinin adlarının teqlərin (proqram dəyişənləri) adları ilə eyni olması vacib deyil. Lakin, proqram dəyişənləri ilə ekran elementlərinin eyni adlı olması idarəetmə sistemlərinin iki hissəsi (kontroller proqramı və vizuallaşdırma sistemi) arasında qarşılıqlı əlaqəni anlamağa kömək edir.
2. Ekran elementlərinə adların verilməsi zəruri deyil.
3. Simatic WinCC flexible kompüter stolunda sərbəst proqram kimi təsvir olunur və onun vasitəsilə daxili teqlər, ekran yaratmaq və ekranın işini simulyasiya etmək olar. Bu məqsədlə işarəsi tıklanır.
Dostları ilə paylaş: |