Sumqayit döVLƏt universiteti


Vizuallaşdırmanın proqram təminatının hazırlanması



Yüklə 1,85 Mb.
səhifə61/75
tarix01.01.2022
ölçüsü1,85 Mb.
#50560
növüQaydalar
1   ...   57   58   59   60   61   62   63   64   ...   75
PMK.İmtahan sualları və cavabları 2021

48.Vizuallaşdırmanın proqram təminatının hazırlanması

Vizuallaşdırılmış idarəetmə systemnin proqram təminatı STEP7-də kontroller üçün tərtib edlimiş idarəedici proqram­dan, WinCC Flexibledə tərtib edilmiş vizuallaşdırma element­lə­rin­dən və onlar arasında əlaqənin yaradılmasından ibarətdir.

Kontrollerin proqramı və vizuallaşdırma elementləri SİMATİC Manacer systemi daxilində və ya hər biri müs­təqil olaraq, yəni PK-nın proqramı SİMATİC Manacer daxilində və vizuallaşdırma elementləri isə WinCC Flexible daxilində hazırlanıb, sonra birləşdirilə (İntegrated) bilər. Nisbətən sadə­liyinə görə birinci hala baxılır və aşağıdakı mərhələlərdən iba­rətdir.

1. Kontroller konfiqurasiya edilir və həmin pəncərədə (HW Config) (Save and compile) tıklanmaqla System data bloku yaradılır.

2. Kontrollerin proqramı nisbi (simvolik) ünvanlardan istifadə etməklə tərtib edilir. Qlobal dəyişənlər cədvəlində (Symbol Table) visual­laş­dırmada iştirak edəcək bütün qlobal dəyişənlər və lokal dəyişənlər yerləşən funksiyalar (FC) və funksional bloklar (FB) elan edilir. Əgər proqramda müxtəlif tipli (ədədi, məntiqi və s.) global dəyişənlərdən istifadə edilirsə və onlar vizuallaşdırmada iştirak edirlərsə onda SİMATİC Manacer pəncərəsində İnset S7 Block Data Block zənciri ilə verilənlər bloku (DB) yarat­maq və həmin blokda global dəyişənləri təyin etmək vacibdir. Nəticə vasitəsilə yaddaşa yazılır. Həmin DB də Symbol Table-də elan edilməlidir.

3. SİMATİC Manacer pəncərəsində tıklanmaqla MPİ şəbəkəsi yaradılır: avtomatik olaraq NetPro pəncə­rəsi açılır və konfiqurasiya edilmiş controller həmin pəncərədə görünür. Onun üzərindəki kiçik qırmızı kvadrat sol düymə ilə MPİ xət­tilə birləşdirilir. Həmin pəncərənin sağında avadanlıqlar kata­loqunda Stations qovluğundan SİMATİC HMİ station elementi MPİ xətti yanına gətirilir və açılan yeni pəncərədə arzu olunan HMİ (operator paneli) seçilib, OK düyməsi tıklanır. Müəyyən vaxtdan sonra seçilmiş HMİ pəncərədə peyda olur və onun da kiçik qırmızı kvadratı MPİ xəttilə birləşdirilir (Şəkil 1).


Şəkil 1


Nəticə vasitəsilə yaddaşa yazılır. Bu əməliyyatdan sonra SİMATİC Manacer pəncərə­sində layihənin tərkibinə SİMATİC HMİ station bloku əlavə edilir.

4. Teqlər (Tags) yaradılır.

5. Ekran yaradılır və teqlərlə əlaqələndirilir.

6. Simulyasiya rejimində vizuallaşdırma sisteminin işlə­mə qabiliyyəti yoxlanılır.

7. Vizuallaşdırma sisteminin işləməsinə tam əmin olduq­dan sonra artıq o, real sistemə köçürülür. Bunun üçün SİMATİC Manacer pəncərə­sində kontrollerə, SİMA­TİC HMİ station isə operator panelinə yüklənir və sistem işə buraxılır.Baxılan ardıcıllıqda 1 və 2 bəndləri II fəsildə baxılmış, 3 bən­di isə ətraflı izah olunmuşdur. Digər bəndlərin şərhinə baxaq.

Qeydlər.

1. Əgər operator paneli əvəzinə kompü­te­rin displeyindən is­ti­fadə edilirsə, onda SİMATİC HMİ station blokunun opera­tor panelinə yüklən­mə­sinə ehtiyac yoxdur.

2. Verilmiş ardıcıllıq mütləq deyil. Təcrübə artdıqda başqa ar­dı­cıllıqlarla da nəticə almaq olar.




Yüklə 1,85 Mb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   75




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin