49.Teqlərin (Tags) yaradılması
Teqlər xarici və daxili növlərə bölünür. Kontrollerlə HMİ (və ya kompüterin displeyi) arasında məlumat mübadiləsi xarici teqlər vasitəsilə aparılır. Kontrollerin proqramının dəyişənlərindən visuallaşdırmada iştirak edilənlərindən xarici teqlər təşkil edilir.Daxili teqlər isə HMİ-nin öz daxilində istifadə edilir, yəni kontrollerlə əlaqə yaratmır.Hər iki növ teqlər eyni cədvəldə yaradılır. Aydınlıq üçün bu və növbəti baxlacaq məsələləri misal üzərində şərh edək. Həm məntiqi, həm də ədədi kəmiyyətlərin mübadiləsinə baxaq.
Fərz edək ki, “Burax” düyməsi ilə elektrik mühərriki işə salınır, “Saxla” düyməsi ilə isə onun işi dayandırılır. Mühərrik mütləq ünvanı Q124.0 olan diskret çıxışa qoşulmuş və nisbi ünvanı “Muherrik”dir. Mühərrikin işlədiyini bildirən “Lampa”-dan istifadə edilir.Ədədi kəmiyyətlərin mübadiləsinə misal olaraq tənzimlənən kəmiyyətin cari qiymətinin (“Cari”) kontrollerdən HMİ-yə, tənzimləyiciyə verilən tapşırığın (“Tap”) isə HMİ-dən kontrollerə ötürülməsini göstərmək olar. Ədədi kəmiyyətlər mübadilə edildiyi üçün “Cari” və “Tap” dəyişənləri DB1 blokunda təyin edilir və DB1 global dəyişənlər cədvəlində “Cartap” adı ilə elan edilir. Misalın controller proqramı şəkil 1-dəki kimidir.
Şəkil 1
Sadəlik üçün misalda tənzimləyici əvəzinə mənimsətmə (Move) blokundan istifadə edilmişdir. HMİ-dən daxil edilən ədəd Move blokunun In girişinə verilir və onun OUT çıxışından alınan ədəd HMİ-yə ötürülür. Nəticədə, HMİ-dən daxil edilən ədəd yenidən HMİ-yə verilir
Xarici teqlər kimi “Burax”, “Saxla”, “Muherrik” məntiqi və “Tap”, “Cari” həqiqi tipli dəyişənlərdən istifadə edilir. Teqlərin təyin edilməsi üçün SİMATİC Manacer pəncərəsində SİMATİC HMİ station WinCC flexible RT Communication zənciri ilə açılan kataloqda Tags iki dəfə tıklanaraq teqlər cədvəli açılır (Şəkil 3.8). Həmin cədvəlin S ymbol sütununda 1- ci sətir üzərində, sonra isə Undefined qarşısındakı işarəsi tıqlandıqda yeni kiçik cədvəl açılır. Yeni cədvəldə Project bloku axıradək açlır. Bu zaman Symbol Table - də elan edilən,Symbol Table, DB, FC və FB-lərdə təyin edilən dəyişənlər yeni cədvəldə peyda olur. Həmin cədvəldə lazım olan dəyişən seçilir və cədvəlin aşağı sağında tıklanır. Bu əməliyyat bütün zəruri teqlər üçün təkrar edilir və nəticə yadda saxlanılır. Bu əməliyyatlar xarici teqlər üçündür. Daxili teqlər yaradıldıqda cədvəlin “Name” sütununda onlara ad verilir. Digər parametrləri sistem özü təyin edir.
Dostları ilə paylaş: |