Sumqayit döVLƏt universiteti


PK-nın proqramlaşdırma qaydaları



Yüklə 1,85 Mb.
səhifə57/75
tarix01.01.2022
ölçüsü1,85 Mb.
#50560
növüQaydalar
1   ...   53   54   55   56   57   58   59   60   ...   75
PMK.İmtahan sualları və cavabları 2021

44.PK-nın proqramlaşdırma qaydaları

Proqramı tərtib etməyə başlamaq üçün SİMATİC Mana­cer pəncərəsi açılmalıdır.

Sağ pəncərədə OB1 iki dəfə tıklanmaqla ekrana pəncərə gəlir. Həmin pəncərədən proqram­laşdırma dili seçilir (məs, LAD dili ).Seçilmiş proqramlaşdırma dilindən asılı olaraq ekrana uyğun proqramlaşdırma pəncərəsi gəlir.Proqram­laşdırma zəruri blokların üfiqi xətt (proqram xətti) üzərində yer­ləşdirilib, həmin blokların lazım olan para­metrlərinin veril­məsindən (ünvanların yazılmasından) ibarətdir. Hər hansı element və ya bloku proqram xəttinin lazım olan yerinə yerləşdirmək üçün xəttin həmin hissəsi üzərində sol düymə tıklanaraq aktivləşdirilir. Açıq və bağlı kontakt, habelə diskret çıxış elementləri alətlər panelindən uyğun işarə üzərində sol düymə tıklanmaqla proqram xətti üzərinə gətirilir. Digər blokların proqrama daxil edilməsi onların avadanlıqlar kataloqunun uyğun qovluğundan sürümə yolu ilə proqram xətti üzərinə gətirilməsi ilə yerinə yetirilir.

Proqram elementlərini avadan­lıqlar kataloquna gətirmək üçün İnsert Proqram Ele­ments zənciri istifadə edilir. Proqram xəttini aşağıya şaxələndirmək üçün alətlər panelindəki , proqram xəttinin sonunu (2 qat oxlu ucunu) yuxarı qaldırmaq üçün isə işarələrindən istifadə edilir. Proqram xəttini (2 qat oxlu ucunu) sağa uzatmaq üçün kursor xəttin ucunda olmaqla sol düymə sıxılmış vəziyyətdə sağa çəkilir. Alətlər panelindəki bu və ya digər element­dən istifadə yalnız həmin elementin aktiv (tünd qara) oldu­ğu zaman mümkündür. Yəni, sistem məntiqi düzgün olma­yan elementi daxil etməyə imkan vermir. Yeni proqram hissəsi (Network) açmaq üçün işarəsi tıklanır. Bir proqrqam hissəsində (Net-work) qarşılıqlı əlaqəsi ol­ma­yan bir neçə diskret çıxış ola bilməz. Proqram elementlərinin parametrləri sabit, mütləq və ya nisbi ünvan­laşdırma şəklin­də elementlər (bloklar) proqrama daxil edildikcə və ya sonra verilə bilər.

Proqramın tərtib edilməsi başa çatdıqdan sonra o, ilə yadda saxlanılır.

Müxtəlif səbəblərdən kontrollerə qoşulmuş verici və icra mexanizmlərinin ünvanları dəyişə bilər. Bu zaman proqramda onların köhnə ünvanları yeni ünvanları ilə əvəz edilməlidir. Bunun ən sadə üsulu onların əvvəlcə global dəyişənlər cədvə­lində (Symbol Table), sonra isə proqramda əl ilə bir-bir dəyişdirilməsidir. Lakin, bu üsul boyük həcmli proqramlar üçün yorucu olmaqla, həm də etibarlı deyil (nəzərdən qaçan ünvanlar ola bilər). Ədəbiyyatda ünvan dəyişdirmənin 3 üsulu verilmişdir Onlardan nisbətən daha sadəsi mütləq ünvanlaşdırma üçün nəzərdə tutulmuşdur, yəni Symbol Table-nin istifadə edilmə­diyi hal üçündür. Lakin, aşağıdakı ardıcıllıqla Symbol Table-nin istifadə edildiyi hala da tətbiq etmək olar:

1. LAD/STL/FBD pəncərəsi bağlanır və SİMATİC Manacer pəncərəsində OB1 sol düymə tıklanmaqla qeyd edilr;

2. Options Rewire zənciri ilə açılan cədvəldə köhnə ünvanlar və yeni ünvanlarla əvəz edilir və OK düyməsi tıklanır.

3. Onları uyğun nisbi ünvanlarla uzlaşdırmaq üçün LAD/STL/FBD pəncərəsində Options Symbol Table zənciri ilə global dəyişənlər cədvəli açılr və orada da uyğun düzəlişlər edildikdən sonra vasitəsilə yadda saxlanılır.


Yüklə 1,85 Mb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   75




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin