Sumqayit döVLƏt universiteti


Sual 4. Ağciyərlərin həcminin və tutumunun yaş dəyişiklikləri



Yüklə 86,5 Kb.
səhifə4/5
tarix02.01.2022
ölçüsü86,5 Kb.
#36617
1   2   3   4   5
ADBTIA,Həziyev Elnur Təvəkgül oğlu idman fiziologiyasi KOLLOKVIUM 3

Sual 4. Ağciyərlərin həcminin və tutumunun yaş dəyişiklikləri

Sağ və sol ağciyərlər - döş qəfəsində yerləşmişdir; aşağı səthləri diafraqmaya və içəri səthləri ürək kisəsinə söykənmişdir. Sağ diafraqma günbəzi sol günbəzdən yüksək olduğuna görə və ürək asimmetrik vəziyyət aldığı üçün, ağciyərlərin həcmi və şəkli müxtəlif olmalıdır. Sağ ağciyər sol ağciyərdən qısa, geniş və həcmlidir. Ağciyərlər böyüklərdə orta dərəcədə hava ilə dolduğu zaman aşağıdakı ölçülərdə olur; şaquli ölçüsü 25-27 sm, sagital ölçüsü (əsasında) 16-17 sm, frontal ölçüsü sağ tərəfdə 10 sm və sol tərəfdə 7 sm.

Ağciyərlərin tutumuna gəldikdə görürük ki, insan dərin nəfəs aldıqda, yəni döş qəfəsi maksimum böyüdükdə, sağlam ağciyərlər 5000 sm³ hava tutur. Dərin nəfəs verdikdən sonra ağciyərlərdə 1500 sm³ hava qalır, beləliklə dərin nəfəs alma və dərin nəfəs vermə arasında 3500 sm³ fərq vardır. Buna ağciyərin orta həyat tutumu deyilir. İnsan adi nəfəs aldıqda (yəni rahat nəfəs aldıqda) 500 sm³ hava alır, dərin nəfəs aldıqda əlavə 1500 sm³ ağciyərlərə hava daxil olur; əgər dərin nəfəs verilirsə alınmış 500 sm³ dən əlavə 1500 sm³ hava xaricə çıxarılır; beləliklə görürük ki, ağciyərlərin həyat tutumu üç hissədən ibarətdir: tənəffüs havası (500 sm³), əlavə hava (1500 sm³) və ehtiyat hava (1500 sm³). Təxminən 35 yaşından sonra hava tutumu azalmağa başlayır.

Ağciyərlərin çəkisi müxtəlifdir və omlarda olan seliyin və qanın miqdarından asılıdır. Ümumiyyətlə kişilərdə onların çəkisi 1000-1300 qramdır, qadınlarda 200-300 qram az olur. Sağ ağciyər sol ağciyərdən ağırdır və nisbəti 10:11 kimidir. Ağ ciyərin hava tutumu-dərin nəfəs aldıqdan sonra buraxılan havanın miqdarı. Normal tənəffüs zamanı alınan və buraxılan, maksimum nəfəsvermə zamanı əlavə buraxılan və maksimum nəfəsalma zamanı əlavə alınan havadan ibarətdir. Kişilərdə, adətən, 3,5–4,5 l, qadınlarda bundan təqribən 25% az, fiziki iş və idmanla məşğul olan adamlarda 6 l və daha çox olur. Sağlam insanda Ağ ciyərin hava tutumu fəaliyyət  göstərən  ağ  ciyər  toxumasının azalması - pnevmofibroz, pnevmoskleroz, atelektaz, pnevmoniyalar, abses, kista, şiş, ağ ciyər toxumasının zədələnməsi, kiçik qan dövranında durğunluq, ağ ciyərin tam açılmaması - kifoz, skolioz, döş qəfəsinin deformasiyası, plevra bitişmələri, ekssudativ plevrit, hidrotoraks, diafraqma və qarnın ön divarının hərəkətinin məhdudlaşması, ümumi əzələ zəifliyi nəticəsində baş verə bilər. Dərindən nəfəs alandan sonra dərindən nəfəs verməklə xaric edilən havanın həcmi ağciyərlərin həyat tutumu adlanır. Ağciyərlərin həyat tutumu spirometr adlanan cihazla ölçülür. Ağciyərlərin həyat tutumunun kəmiyyəti bir neçə göstəriciyə əsasən müəyyənləşdirilir – tənəffüs havasına, əlavə havaya və ehtiyat havaya görə; tənəffüs havasının həcmi 500 ml (millilitrə), əlavə havanın həcmi 1500 ml və ehtiyat havanın həcmi 1500 ml-ə bərabərdir.

İnsan sakit nəfəs alandan sonra dərindən nəfəs almaqla 1500 – 2000 ml hava qəbul edə bilər. Bu kəmiyyət əlavə hava adlanır. İnsan sakit nəfəs verəndən sonra dərindən nəfəs verməklə tənəffüs yollarından 1500 - 2000 ml hava xaric edə bilər ki, bu da ehtiyat hava adlanır. Deməli, ağciyərlərin həyat tutumu tənəffüs, əlavə və ehtiyat havalarının həcminə bərabərdir. Orta yaşlı adamlarda ağciyərlərin həyat tutumu 3500 – 4000 ml-ə bərabər olur. Qadınlara nisbətən ağciyərlərin həyat tutumu kişilərdə yüksəkdir.




Yüklə 86,5 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin