İntellektual sistemlərdə biliklərin təsviri üsullarından biri və deduktiv sistemlərdə daha çox istifadə olunan produksiyalardır.Əgər biliklər kiçik kvadratlarla verilibsə,onlar produksiyalar adlanır.Produksiyalar iki hissədən ibarət olur:1-ci hissə situasiyanın anlanması ilə bağlıdır.2-ci hissəsi hərəkətlə bağlıdır.Beləliklə,ümumi halda produksiyalar situasiya hərəkət cütləri kimi təyin oluna bilər.Əksər hallarda produksiyalar siyahı şəklində verilir.Həmin siyahıda situasiyanı əks etdirən faktlar gətirilir.Nəticənin çıxarılması üçün faktlar ardıcıl olaraq analiz olunur və bu o vaxta qədər davam edir ki,hər hansı bir nəticə əldə edilsin.Produksiyalara əsaslanan sistemlərdə produksiyalarla yanaşı onların seçilməsi mexanizmi də olmalıdır.Əksər hallarda produksiyaların seçilməsi üçün müəyyən qaydalardan istifadə edirlər.Onlardan birinə baxaq: Bu qayda aşağıdakılardan ibarətdir. 1.Əgər produksiya siyahı şəklində verilirsə,onda siyahıda olan 1-ci produksiyadan istifadə edilir. 2.Ən sərt şərti olan produksiya seçilir,yəni elə produksiya ki,o daha geniş siyahıdan ibarətdir. 3.Əgər produksiyalar hər hansı bir preoritetə əsaslanırsa,onda ən yüksək preoritetli produksiyadan istifadə olunur. 4.Əgər produksiyanın seçimində hər hansı bir sinif,ya da qrup faktoru rol oynayırsa,onda həmin sinifdən olan produksiyalar da ən sonuncu istifadə olunan produksiyalar seçilir. Misallara baxaq: Misal 1. Fərz edək ki,birjada situasiyanı analiz edən bu və ya digər qərarın qəbul edilməsinə yardımçı olan ekspert sistemin qurulması tələb olunur.Onda istifadə olunan produksiyaların bir fraqmentinə baxaq: 10.Əgər faiz dərəcələri azalırsa,onda birja qiymətləri artır. 20.Əgər faiz dərəcələri artırsa,onda birja qiymətləri azalır. 30.Əgər dolların kursu enirsə,onda faiz dərəcələri artır. 40.Əgər dolların kursu artırsa,onda faiz dərəcələri enir. Göründüyü kimi produksiyalar ümumi şəkildə belə yazıla bilər: ; ; ; Þ ; . Burada, -produksiyanın nömrəsidir; -situasiyaların çoxluğudur; -produksiyanı aktivləşdirmə şərtidir; -produksiyanın sol hissəsi; -sağ hissəsi; -produksiyanın dəyişilməsinə göstərişlər çoxluğudur;