Süni intellektin əsasları Süni intellekt nədir?


Məqsəd-vasitə proseduru.Ənənəvi və Sİ proqramları



Yüklə 1,53 Mb.
səhifə2/27
tarix12.05.2023
ölçüsü1,53 Mb.
#112676
1   2   3   4   5   6   7   8   9   ...   27
C fakepathSüni intellekt mühazir

2. Məqsəd-vasitə proseduru.Ənənəvi və Sİ proqramları
Beləliklə, elmin digər sahələrində olduğu kimi burada da hər hansı bir konsepsiyanın yaradılması zərurəti meydana gəlmişdir və belə bir konsepsiya irəli sürülmüşdür:Bunu Amerika psixoloqu Nyuel və Kibernetik Saymon etmişlər.Həmin konsepsiya məsələni ümumi həll etmə prinsipi adı almışdır.Bu konsepsiyanın əsasını məqsəd-vasitə proseduru təşkil edir.Həmin proseduraya baxaq: Beləliklə,sistemə vasitələr yığımı verilir.Həmin vasitələr timsalında adi proqram modulları çıxış edə bilər.Vasitələrin köməyi ilə sistem mövcud situasiyanı dəyişdirir.Beləliklə,situasiyanın dəyişdirmə qabiliyyəti ilə yanaşı mövcud situasiyanı analiz etmək və son nəticədə məqsədə nail olunacaq situasiya sistemə məlum olmalıdır.Onda,məqsəd-vasitə proseduru əsasında məsələnin həllini sistem bu şəkildə həyata keçirir.İlk addımda mövcud situasiya analiz olunur və eyni zamanda məqsəd situasiyası da analiz olunub müqayisə aparılır,yəni sistemin vacib xüsusiyyəti ondan ibarətdir ki,o,situasiyaları müqayisə edir.Situasiyaların fərqinin dərəcəsini təyin edə bilir.Həmin müqayisə aparıldıqdan sonra fərq analiz olunur.Əgər fərq yoxdursa,və ya o,cüzidirsə,onda məsələ həll olunmuş hesab olunur və əksinə olaraq,əgər fərq danılmazdırsa,onda sistem vasitələrə müraciət edir və mövcud situasiyanı dəyişdirməyə cəhd edir.Əgər belə bir vasitə birdənədirsə,onda sistem ondan istifadə edir.Əgər vasitə bir neçədirsə,onda sistem iki cür hərəkət edə bilər: 1)Mövcud vasitələr analiz olunur və onlardan eləsi seçilir ki,o,son məqsədə daha tez çatdırsın,yəni ən az fərq verən vasitə seçilir. 2)Sistem ekspertlər və ya istifadəçi ilə əlavə konsultasiya aparır və vasitənin seçimində ekspertin təklifinə əsaslanır.Beləliklə,vasitə seçildikdən sonra mövcud situasiya dəyişdirilir və yenidən son məqsədlə müqayisə olunur.Proses o vaxta qədər davam etdirilir ki,tələb olunan məqsədə nail olunsun və ya məsələnin həlli hər hansı bir şəkildə verilsin. Məsələnin həllində bu şəkildə yanaşma çox effektiv hesab olunurdu və psixoloqlar tərəfindən həmin hipoteza labirint hipotezası adı almışdır.Həmin konsepsiyadan istifadə edərək intellektual sistemlər nəzəriyyəsində mühüm nəaliyyətlər əldə edilmişdir.


Yüklə 1,53 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin