Süni intellektin əsasları Süni intellekt nədir?


Ənənəvi proqramlaşdırma və süni intellekt



Yüklə 1,53 Mb.
səhifə3/27
tarix12.05.2023
ölçüsü1,53 Mb.
#112676
1   2   3   4   5   6   7   8   9   ...   27
C fakepathSüni intellekt mühazir

Ənənəvi proqramlaşdırma və süni intellekt
Məlumdur ki,ənənəvi proqramlaşdırmada yaradılmış hər hansı bir proqram konkret məsələnin təşkilinə yönəldilir.Həmin proqramın digər məsələnin həllinə yönəldilməsi tələb edir ki,onda müəyyən dəyişikliklər aparılsın.Dəyişikliklər aparıldıqdan sonra proqramın sazlanmasına müəyyən vaxt sərf olunur,yəni proqramda hər hansı düzəlişlərin aparılması və sonra mövcud səhvlərin aradan qaldırılması müəyyən çətinliklər törədir.İntellektual sistemlərdə proqramın yazılmasına başqa cür yanaşılır.Burada proqramın ayrı-ayrı hissələrinin birləşdirilməsi sadələşdirilir.Belə proqramlara analiz etmə və özü öyrənmə imkanları qoyulur.Alınmış nəticələr müntəzəm olaraq analiz olunur və onların tamlığına və ziddiyyətsizliyinə şübhə olmadıqda həmin informasiya sistemdə saxlanılır və onunla növbəti məsələlərin həllində istifadə olunması imkanları yaradılır.Süni intellekt proqramları onunla xarakterizə olunur ki,onların ayrı-ayrı hissələri yüksək müstəqilliklə seçilirlər.Hər hansı konkret məsələnin həllində sistem ona lazım olan hissələri seçir,onları birləşdirir və qoyulmuş məsələnin həllinə yönəldir.Digər məsələnin həllində yeni proqram yazılmadan sistem digər modullar yığımı təyin edir və artıq yeni vasitələrlə məsələni həll edir.Beləliklə,məsələnin həlli üçün yeni proqram modullarından və biliklərdən istifadə olunur.İntellektual sistemlərdə bəzi mürəkkəb məsələlərin həllində intellektual proseslərdə aparılmış tədqiqatlar nəzərə alınır.Həmin proseslər çox mürəkkəbdir.Məsələn,insan gözündə 1 bölmənin 10 m/san-də gördüyü iş 100 dəyişəndən ibarət 500 qeyri-xətti diferensial tənliklərin həllinə ekvivalentdir.Əgər nəzərə alsaq ki,insan gözündə belə bölmələrin sayı 10 milyondan çoxdur və o bölmələrin hamısı bir-biri ilə əlaqədədir.Mütəxəssislər hesablayırlar ki,gözün bir saniyədə gördüyü işi etmək üçün super kompüter 100 ildən artıq işləməlidir.Bu individual modelləşdirmənin nə qədər mürəkkəb olduğunu göstərir və süni intellektə uyğun məsələlərin həlli üçün yeni yanaşmalardan istifadə edilməsi zərurətini ortaya qoyur.

Yüklə 1,53 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin