Süni İntellektin inkişaf mərhələləri



Yüklə 1,23 Mb.
səhifə16/27
tarix30.12.2021
ölçüsü1,23 Mb.
#49292
1   ...   12   13   14   15   16   17   18   19   ...   27
suni intelekt

Eninə axtarış

Eninə axtarışda axtarış qrafın eni boyunca aparılır.Bu zaman axtarış başlanğıc təpəyə daha yaxın olan təpələrə keçidlə aparılır.Aşağıdakı şəkildə eninə axtarış prosesi göstərilmişdir.






b

c

A

Burada a-başlanğıc təpə;f və j-məqsəd təpələridir.Eninə axtarışda təpələrdən keçid ardıcıllığı belədir:a,b,c,d,e,f.Qısa [a,c,f] həlli, uzun [a,c,f] həllindən daha tez tapılmışdır.

Eninə axtarış dərininə axtarışa nisbətən çətin proqramlaşdırılır.Bunun səbəbi odur ki,eninə axtarışda bütün alternativ təpələr çoxluğunu deyil,həm də axtarış prosesindəki həlledici yollar çoxluğunu da yadda saxlamaqlazım gəlir.

Eninə axtarışın realizasiyası çətindir,çünki namizədlər çoxluğunu saxlamaq tələb olunur.Bu çoxluqlar siyahıların siyahısı və ağac şəklində təsvir oluna bilər.

Namizədlər çoxluğunun siyahı şəklində təsvirində çoxluğun özü yolların siyahısı,hər bir yol isə əks ardıcıllıqla təpələr siyahısıdır,yəni siyahının başı ən axırıncı təpə,siyahının axırıncı elementi isə başlanğıc təpədir.Axtarış namizədlərin birelementli çoxluğundan başalnır.

Bu zaman eninə axtarışın ümumi prinsipləri aşağıdakı kimidir:

-əgər birinci yolun başı məqsəd təpəsindədirsə,onda bu yolu həll kimi qəbul etməli,əks halda

-birinci yolu namizədlər çoxluğundan çıxarmalı və bu yolun bütün mümkün davametmələrinin çoxluğunu yaratmalı;

-davametmə çoxluğunu namizədlər çoxluğunun sonuna əlavə etməli və alınan yeni çoxluqla eninə axtarışı yerinə yetirməli.

Bu üsulda yolların başlanğıc sahələri onların bəziləri üçün ümumidir.Buna görə də yolların bu ümumi sahələrini bir sıra nüsxələrdə saxlamaq lazım gəlir.Bu çatışmamazlığı aradan qaldırmaq üçün namizədlər çoxluğunu ağac şəklində təsvir edirlər. Bu zaman yolların ümumi hissələri təkrarlanmadan ağacın yuxarı hissəsində saxlanılırlar.

Eninə atarış az istifadə olunduğundan tətbiq sahələri azdır.Bu onunla bağlıdır ki, eninə axtarış çox yaddaş tələb edir.Eninə və dərininə axtarış kortəbii axtarışdir.Bu metodlarda axtarış məqsədlərin yerləşməsindən asılı olmur.Əsasən eninə axtarışda axtarış müddəti də çox olur. Axtarış vaxtını azaltmaq üçün evristik üsullardan istifadə olunur.Evristik üsullarda problem oblastı haqqında informasiyanın elə hissələrindən istifadə olunur ki,bütün axtarış ətrafında axtarış aparmaq mümkün olsun.


Yüklə 1,23 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin