Qeyri-səlis biliklər. Məsələ həlli zamanı əksər vaxtlarda qeyri-müəyyənlik yaranır.Bu 2 halda mümkün olur:
1.Predmet oblastı haqqında dəqiq və tam informasiya olmadıqda
2.Mühit haqqında kifayət qədər informasiyanı almaq mümkün olmadıqda
1-ci halda qeyri-formallaşmış konsepsiyalardan istifadə olunur.Məsələn müalicə prosesində yeni dərmanın tətbiqi xəstəliyin sağalması üçün gözlənilməz nəticələr verə bilər.Bu zaman təzadlı fikirlər yaranır.Belə olduğu halda qeyri-formal üsullardan istifadə etmək məqsədə uyğundur.Qeyri-formal üsullara müraciət etdikdə qeyri-səlis biliklər emal olunması zərurəti yaranır.Belə olduğu halda alternativ üsullardan istifadə olunur.Alternativ üsullardan biri ehtimal nəzəriyyəsindən istifadə hesab olunur.Lakin “qoca”, “tez-tez”, “yüksək”, “daha yüksək” kimi anlayışları ehtimal nəzəriyyəsi ilə təsvir etmək olmur.Bunun üçün əminlik əmsalı istifadə olunur.Bu üsulnan ekspert sistemlərin qurulması zamanı daha çox istifadə olunur.Bu zaman qaydalar aşağıdakı şəkildə yazılır.