Süni intellektli dialoq sistemləri



Yüklə 12,08 Kb.
tarix11.01.2023
ölçüsü12,08 Kb.
#78948
Süni intellektli dialoq sistemləri


Süni intellektli dialoq sistemləri
Kompleks dialoq interfeysin meydana çıxması ilə hesablayıcı texnikadan istifadə edilməsinin yeni stili yarandı. Çünki bu interfeys müxtəlif intellektual sistemlərdən quraşdırılmışdır. Sözü gedən sistem bir tərəfdən ekspert sistemlərinə, digər tərəfdən isə intellektual tətbiqi proqram paketlərinə və hesablamaməntiq sistemlərinə xas olan alt sistemlərdən tərtib edilmişdir. Həm də burada ekspert sisteminə xas olan alt sistemlərlə intellektual tətbiqi proqram paketlərinə və hesablama-məntiq sistemlərinə xas olan alt sistemlərdən müxtəlif kombinasiyalarda müxtəlif süni intellekt sistem variantları almaq mümkündür. Göstərək ki, bütün variantlarda ünsiyyət sistemi iştirak edir. Bu isə, mahiyyətcə, proqram və ya aparat həlli ilə gerçəkləşdirilmiş linqvistik prosessordur. Həmin prosessor təbii dilin peşəkar dialektlərindən EHM dilinə və əksinə avtomatik tərcümə edə bilir. Linqvistik prosessor dil modeli və predmet oblastı modeli əsasında işləyir. Ümumi halda, linqvistik prosessor sorğularn morfoloji, sintaksis və semantik təhlilini həyata keçirir və verilənlər bazasının köməyi ilə müvafiq olaraq cavabların semantik, sintaksis və morfoloji sintezini gerçəkləşdirir. Səs dili qoşulduqda fonetik təhlil və sintez də aparılır. Məntiqi nəticəçıxarmanın proqram-aparat vasitələri biliklərin tamamlanması, ümumiləşdirilməsi və ziddiyyətlərin olub-olmamasının yoxlanması prosedurlarının həyata keçirilməsi üçün lazımdır. Məntiqi nəticəçıxarma sistemini qurmaq üçün həm də qeyri-klassik, yəni psevdofiziki məntiqlər inkişaf etdirilməlidir. Bu, istifadəçiyə imkan yaradır ki, EHM-in köməyi ilə elmi eksperimentlərin nəticələrinə əsasən qanunauyğunluqları aşkarlasın və fərziyyə irəli sürüb yoxlasın.
Yüklə 12,08 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin