İşdə iştirak edən şəxslərin izahatları:
Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı Abbasov Eldar Mövsüm oğlu
apellyasiya şikayətini müdafiə edərək apellyasiya şikayətinin əsassız olduğunu bildirərək
apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının
qüvvədə saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi.
Üçüncü şəxs
Abbasova Zülfiyyə Məhyəddin qızı və onun nümayəndəsi
Hüseynov
Müsaqif Səfər oğlu
apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək onun təmin
edilməsini xahiş etdilər.
Məhkəmə kollegiyasının iclasının keçirilməsi vaxtı və yeri barədə lazımi qaydada
xəbərdar edilmələrinə baxmayaraq iş üzrə cavabdeh Mingəçevir şəhər 2 saylı notariat
kontorunun xüsusi notariusu, üçüncü şəxslər Abbasov Elməddin Eldar oğlu və Əhmədova
(Abbasova) Hüsniyyə Eldar qızı məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbi
barədə heç bir məlumat verməmişlər. Məhkəmə kollegiyası onların iştirakları olmadan işə
baxılmasını mümkün hesab etmişdir.
Dostları ilə paylaş: |