Suvarmanın növləri və üsulları



Yüklə 29,08 Kb.
səhifə4/5
tarix23.05.2023
ölçüsü29,08 Kb.
#120671
1   2   3   4   5
Suvarmanın növləri və üsulları

Zolaqlarla suvarma – başdan-başa səpilən bitkilərin (buğda, arpa, yonca, təbii ot bitkiləri və s) suvarılması zamanı tətbiq olu- nur. Bununla yanaşı arat suvarması, şoran torpaqların yuyulması zamanı da zolaqlarla suvarmadan istifadə olunur. Zolaqlarla suvar- ma zamanı sahənin mailliyi zolağın uzunu istiqamətində 0,0005- 0,02, eni istiqamətində 0,003-0,005 olduqda suvarmanın tətbiqi əlverişli hesab olunur. 6 saylı şəkildə yonca bitkisinin zolaqlarla suvarılması göstərilmişdir.
Zolaqlar enli və ensiz olmaqla iki yerə bölünür. Zolaqların eni əsasən toxum səpən aparatın eninə görə müəyyən edilir.Məsələn əyər səpici aparatın en götürümü 1,8 metrdisə onda zolağın eni uyğun olaraq 1,8; 3,6; 7,2m və s götürülə bilər.
Enli zolaqların eni isə sahənin relyefindən asılı olaraq 20-30 metr götürülə bilər. Maillik çox olduqda zolaq ensiz, maillik az ol- duqda isə zolaq enli götürülməsi məqsədəuyğun hesab edilir. Su- varma zamanı enli zolaqlardan istifadə etdikdə torpaqdan istifadə əmsalı artır .
Zolaqların uzunluğu ərazinin mailliyindən, becərilən bitkinin növündən və torpağın mexaniki tərkibindən asılı olaraq müəyyən edilir. Tarlanın səthi hamar, torpağın susızdırma qabiliyyəti az oduqda zolaqların uzun götürülməsi məsləhətdir.
Digər suvarma üsulları kimi zolaqla suvarmanın da bir sıra üstün cəhətləri vardır. Məsələn: suvarma suyu zolaq boyunca bərabər paylanaraq torpağın aktiv qatını isladır, texniki cəhətdən suvarma asan aparılır, suvarmada əmək məhsuldarlığının yüksək olması və s. Bununla yanaşı zolaqla suvarmanın mənfi cəhətləridə vardır. Beləki, torpağın strukturunun, qida və hava rejiminin pozulmasını və s buna misal göstərə bilərik.
Suya basdırma üsulu – əsasən çəltik bitkisinin suvarılmasında istifadə olunur.Bu üsulla suvarılacaq ərazidə xüsusi ləklərin hazır- lanması lazım gəlir. Ləklərin sahəsi yer səthinin mailliyindən tor- pağın susızdırma, susaxlama qabiliyyətindən, torpağın tipindən və sahəyə veriləcək suvarma normasından asılı olaraq müəyyən olu- nur.
Basdırma üsulu ilə suvarma fasiləsiz aparıldıqda qida maddələri yuyularaq aşağı qatlara keçir, torpağın strukturu, istilik və hava rejimi pozulur. Bu da kənd təsərrüfatı bitkiləri yığldıqdan sonra torpağın münbitliyinin süni yolla artırılmasını tələb edir.Çəltik bitkisinin suya basdırma üsulu ilə suvarılması 7 saylı şəkildə öz əksini tapmışdır.

Yüklə 29,08 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin