Suvarmanın növləri və üsulları



Yüklə 29,08 Kb.
səhifə1/5
tarix23.05.2023
ölçüsü29,08 Kb.
#120671
  1   2   3   4   5
Suvarmanın növləri və üsulları

    1. Suvarmanın növləri və üsulları


Suvarmada əsas məqsəd torpaqda çatışmayan rütubəti bərpa et- mək, becərilən kənd təsərrüfatı bitkilərinin vegetasiyası dövründə onların inkişaf fazalarında tələb etdiyi miqdarda suyun çatışma- mazlığını nizamlamaqdır. Bu da əsasən torpağın lazımı qədər nəmliklə təmin olunmadığı ərazilərdə, bölgələrdə aparılır. Ümu- miyyətlə suvarma torpağın münbitliyini artırır, torpağın fiziki-kim- yəvi, su-fiziki, istilik və bioloji xüsusiyyətlərini, suvarılan ərazinin mikroiqlimini əlverişli istiqamətdə dəyişdirir ki, bu da becərilən kənd təsərrüfatı bitkilərinin inkişafına, məhsuldarlığına və nəhayət məhsulun keyfiyyətinə müsbət təsir edir. Ancaq yadda saxlamaq lazımdır ki, kənd təsərrüfatı bitkilərinin becərilməsi zamanı suvarma ilə yanaşı aqrotexniki tədbirlərə də düzgün və vaxtında əməl olunmalıdır.Akademik A.N.Kostyakov qeyd edir ki, ”aqrono- miya tədbirləri, torpaqda struktur yaradılması, növbəli əkin tətbiq edilməsi və suvarılan tarlalarda torpaqqoruyucu meşə zolaqları salınması suvarmaya sərf olunan suyu minumuma çatdırmağa, mövcud su sərvətlərindən qənaətlə istifadə etməyə və qənaət edil- miş su hesabına suvarılan sahələri genişləndirməyə imkan verir”.


Uzun müddətli suvarma əkinçiliyinin tətbiqi nəticəsində azməh- suldar ərazilərin yerində yeni coğrafi landşaftlar, yüksək mədəni- ləşdirilmiş sahələr yaranmışdır. Ancaq bəzi əkinçilik mədəniyyəti tam həllini tapmadığı üçün dəyişiklik dövründə bir çox nöqsanlar ortaya çıxmış və əkinə yararlı torpaq sahələri deqredasiyaya məruz qalmış, şoranlaşma, bataqlaşma əmələ gəlmişdir.Ona görədə su- varma işlərinin düzgün yerinə yetirilməsi məqsədilə yeni suvarma üsullarının və növlərinin öyrənilməsi üzərində tədqiqatlar aparıl- malıdır.
Torpağın nəmləndirilməsi, gübrələnməsi, istiləşdirilməsi, təmiz- lənməsi və s məqsədlərlə aparılan suvarmalara suvarma növü de- yilir. Nəmləndirmə (rütubətləndirmə) məqsədilə aparılan suvarma- lar birdəfəlik və müntəzəm suvarmalara ayrılır.Kənd təsərrüfatı bitkilərinin tələb etdiyi vaxtlarda, müəyyən olunmuş normada sa- hənin su ilə təmin edilməsi müntəzəm suvarma sellər, subasmalar yolu ilə sahənin birdəfə suvarılması birdəfəlik və ya liman suvarması adlanır. Kənd təsərrüfatı bitkilərinin su- varılması su çatışmamazlığından çirkab sularla suvarılır. Baxma- yaraq bu sular təmizlənərək suvarılan sahələrə verilir, yenə də tər- kibində xeyli miqdarda makro və mikro qida maddələri qalır ki, bu da torpağın, bitkinin qida ilə təmin olunması üçün şərait yaradır.
Torpağı istiləşdirmək üçün torpaq temperaturundan daha artıq istilikdə olan su ilə sahə suvarılır. Belə suvarmalar istər bitkilərə, istərsədə torpağa müsbət təsir edir. Rütubətlə təmin olunmuş torpaqlar ilin isti vaxtlarında daima soyuq, əksinə soyuq vaxtlarda isti olur.Suyun istilik tutumu və istilik keçirmə qabiliyyətinin çox olması nəticəsində suvarma zamanı quru torpağa nisbətən su- varılmış torpağın istilik tutumu və istilik keçirmə qabiliyyəti artır, yəni torpağın istilik rejimi nizamlanır. Torpağın və bitkilərin istilik rejimini nizamlanmasında suvarmanın böyük rolu vardır.
Təmizləyici suvarmaya əsasən arat suvarması, şoran torpaqların yuyulması zamanı verilən suvarmalar aiddir.Arat suvarması zamanı torpaqda olan zərəvericilər, gəmiricilər məhv olaraq sırada çıxır. Şoran torpaqların yuyulması zamanı tətbiq edilən suvarma normaları zərərli duzların həll olunaraq aşağı qatlara, oradanda kollektor-drenaj şəbəkələrinə yuyulmasına şərait yaradır.
Yuxarıda göstərilən suvarma növləri müxtəlif üsullar tətbiq et- məklə torpağa verilir. Hazırda aşağıdakı suvarma üsulları geniş tətbiq edilir.
1.Yerüstü üsulla suvarma 2.Torpaqaltı adlanır. Daşqınlar,
3.Yağışyağdırma ilə suvarma 4.Damcılarla suvarma
5.Aerozol (kiçik dispersli) suvarma
Kənd təsərrüfatı bitkilərinin suvarılmasında hansı üsuldan isti- fadə olunmasından asılı olmayaraq aşağıda göstərilən təlabatlar ödənilməlidir.

  • Suvarma normalarına və vaxtlarına düzgün riayət olunmalıdır;

  • Suvarılan sahələrin su rejiminin nizamlanması üçün əlverişli şərait yaratmaq;

  • suvarma

  • Suvarma suyundan qənaətlə istifadə etməklə, sudan istifadə əmsalını artırmaq lazımdır;

  • Su itkisini minumuma endirməli və ya tamamilə yol veril- məməlidir;

  • Toprpaq sahələrindən istifadə əmsalını yüksəltmək;

  • Suvarma suyunun sahədə bərabər paylanmasını təmin etmək- lə, aktiv torpaq qatının nəmləndirmək;

  • Aqrotexniki tədbirlərin keyfiyyətlə yerinə yetirilməsini təmin etməli;

  • Suvarılan torpaqların meliorativ vəziyyətini yaxşılaşdırmalı, onu şoranlaşmadan, bataqlaşmadan qorumalı;

  • Suvarma proseslərini avtomatlaşdırmaq və mexanikləşdirmək- lə, suçunun əmək məhsuldarlığını yüksəltmək;

  • Aqronomiki, ekoloji və iqtisadi cəhətdən əlverişli olmalıdır.

  • İrriqasiya tədbirlərinin həyata keçirilməsi ətraf mühitin vəziyyətini pisləşdirməməlidir.

Ancaq qeyd etmək lazımdır ki, hər bir suvarma üsulunun özü- nün məfi və müsbət cəhətləri vardır. Bunları nəzərə alaraq aqro- nomiki, ekoloji və iqtisadi cəhətdən əlverişli olan suvarma üsul- larından istifadə etmək lazımdır.



    1. Yüklə 29,08 Kb.

      Dostları ilə paylaş:
  1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin