Şəkil-1. Ammonium duzlarının miqdarca təyini. Fotoelektrometriya üsulu
İçməli-təsərüffat əhəmiyətli suların sanitariya-gigiyenik və epidemioloji cəhətdən
qiymətləndirilməsində sanitariya-bakterioloji müayinələrin böyük əhəmiyyəL vardır. Sanitariya
bakterioloji göstəricilərin köməyi ilə su təchizaC mənbələrinin ümumi sanitariya vəziyyəL də
qiiymətləndirilə bilər. Sanitariya bakterioloji müayinələrlə: a) suyun vahid həcmində olan
mikroorqanizmlərin - əsasən saprofit bakteriyaların ümumi sayı b) suyun bağırsaq çöpləri ilə
çirklənmə göstəriciləri – koli-Ltr, koli-indeks və c)enterokokkların, şigellalar, salmonellalar, vəba
vibrionları və s. Miqdarı təyin edilir. Müayinələrin məqsədindən və obyekLndən asılı olaraq bu
göstəricilər ya kompleks şəkildə ya da hər biri ayrılıqda müayinə edilir.
Suyun mikrob ədədinin təyini.
1ml müayinə olunan suyu ətli-peptonlu aqara (ƏPA) əkib, 24 saat
37 ̊C temperaturu olan termostatda saxladıqda inkişaf edən koloniyaların sayına suyun mikrob
ədədi deyilir. Gigiyenik normaLvlərə uyğun olaraq mikrob ədədi əsasən suda olan mezofill
aerobların və fakultaLv anaerob saprofitlərin hesabına formalaşır. Bu mikroorqanizmlər qidalı
mühitdə gözlə görünən və ya böyüdücü alCnda görünən koloniyalar əmələ gəLrirlər. Hər koloniya 1
mikroorqanizmdən əmələ gəldiyinə görə onların sayı mikroorqanizmlərin sayına uyğun gəlir. Bu
2
göstərici epidemioloji cəhətdən xüsusi əhəmiyyətə malik olmasa da, su mənbəyinin sanitariya
vəziyyəL haqqında müəyyən təsəvvür yradır. Suyun mikrob ədədinin təyin edilməsi sadə və asan
olduğundan, suyun epidemioloji cəhətdən qiymətləndirilməsində dolayı göstərici kimi rol
oynadığından sanitariya təcrübəsində geniş isLfadə edilir. Çalışmaq lazımdır ki, əmələ gələn
koloniyaların sayı 30-300 aralığında dəyişsin.
Müayinə üçün su nümunəsindən 1 ml götürüb steril Petri kasasına köçürüb üzərinə əridilmiş və
45-50 ̊ C-ə qədər soyudulmuş 10-12 ml ƏPA əlavə edilir. Kasanı hərəkət etdirməklə su qidalı
mühitlə qarışdırılır. Mühit bərkidikdən sonra Petri kasası 37 ̊C temperaturu olan termostata
yerləşdirilir, 24 saat saxlanılır. Saprofit bakteriyaların bəzilərinin 20-22 ̊C-də 48 ssat müddəLndə
yeLşdiyini nəzərə alaraq, eyni qayda ilə hazırlanmış Petri kasası 20-22 ̊C temperaturda 48 saat
saxlanılır. Petri kasası ağzı aşağı olmaq şərL ilə qara kağız üzərində bitmiş koloniyalar adi gözlə və ya
böyüdücü cihaz vasitəsilə sayılır. Kasanın bütün sahəsində bitmiş koloniyaların sayı 300-dən çox
olarsa, koloniyalar Voliyugel kamerasında sayılır. Bu kamera xüsusi oturacaq üzərində yerləşmiş və
sahəsi kvadratlar bölünmüş lövhədən ibarətdir. Belə kameraya yerləşdirilmiş petri kasasındakı
koloniyalar müxtəlif kvadratlarda sayılaraq 1 kvadrat üçün orta rəqəm tapılırvə Petri kasasının
ümumi sahəsinə vurulur. Əgər müayinə olunan su əvvəlcədən durulaşdırılmışsa, onda alınan nəLcə
durulaşdırma dərəcəsinə də vurulmalıdır.
Təcili hallarda suyun mikrob ədədi birbaşa mikroskopiya üsulu ilə də təyin oluna bilər. Bu üsulla
mikrob ədədi 1 saat müddəLndə təyin edilir və sanitariya cəhətdən suya qiymət verilir. Gigiyenik
normaLvlərə əsasən içməli suların 1 ml-də mikrob ədədi mərkəzləşdirilmiş su təchizaC mənbələri
üçün 100-dən, yerli su mənbələri üçün isə 300-dən çox olmamalıdır.
Şəkil-2. Elektronik koloniya sayıcı cihaz.
3
Koli-indeks və koli-Ltr təyini.
Dövlət standarC təsnifaCna görə suda olan bağırsaq çöpləri qruplarına
qram mənfi spor əmələ gəLrməyən və oksidaza akLvliyinə malik olmayan, 37 ̊C temperaturda 1-2
müddəLndə laktozanı və ya 1 gün müddəLndə qlükozanı turşu və qaz əmələ gəLrməklə parçalayan
bakteriyalar aid edilir. Bu mikroorqanizmlər suya bilavsitə heyvan və insanların ifrazaCnın tərkibində
düşür və onların suda tapılması suyun ifrazat məhsulları ilə çirklənməsinin bilavasitə göstəricisi
hesab olunur.
Koli-Ltr 1 bağırsaq çöpü tapılan suyun ən az həcminə deyilir və ml-lə ölçülür. Bu göstərici nə qədər
böyük olarsa, su o qədər epidemioloji cəhətdən təmiz sayılar. Bu göstərici içməli-təsərüffat
əhəmiyyətli sularda 300 ml-dən az olmamalıdır.
Koli-indeks müayinə olunan 1 l suda olan çöplərinin sayına deyilir. Bu göstərici nə qədər kiçik olarsa,
su epidemioloji cəhətdən o qədər təmiz hesab olunar. Dövlət standartlarına görə koli-indeks içməli-
təsərüffat əhəmiyyətli sularda 3-dən çox olmamlıdır.
Koli-LLri 2 üsulla – membran süzgəclər üsulu və Ltrləmə üsulu ilə təyin edirlər.
Membran süzgəclər üsulunun mahiyyəL onların məsamələrində tutulan mikroorqanizmlərin bərk
qidalı mühitə əkilməsindən və sayılmasından ibarətdir. Bu üsul daha sadə və təkmilləşdirilmiş
üsuldur, az vaxt və vəsait tələb edir. Lakin dəqiqliyi yüksək deyil, ona görə bu üsulla adətən
müəyyən həcm suda ola bağırsaq çöplərinin miqdarı tapılır və nəLcəyə əsasən koli-Ltr və koli-
indeks təyin olunur.
Süzgəclər xüsusi qayda ilə sterilizasiya edildikdən sonra, yandırmaqla zərərsizləşdirilmiş Zeyts və
Holdman-Semyonov aparaCna yerləşdirilir. Aparatda süzməni sürətləndirmək üçün vakuum
yaradaraq 1-1000 ml müayinə olunan su membran süzgəcindən süzülür. Süzmə qurtardıqdan sonra
süzgəc steril pinset vasitəsilə Petri kasasında bərk Endo mühiL üzərinə hamar səthi yuxarı olmaq
şərL ilə yerləşdirilir və 18-24 saat müddəLndə 37 ̊C temperaturlu termostata yerləşdirilir. Bu üsulla
müayinə apardıqda elə etmək lazımdır ki, bir süzgəcin səthində 30-dan arCq koloniya inkişaf
etməsin. Bu məqsədlə, suyun çox çirklənməsinə şübhə olduqda o, disLllə edilmiş su və ya steril su
ilə bir neçə dəfə durulaşdırılır. Bağırsaq çöplərini daha yaxşı idenLfikasiya etmək üçün koloniyaların
bir neçəsindən yaxma hazırlanır və Qram üsulu ilə boyanır. 37 ̊C temperaturda turşu və qaz əmələ
gəlməsilə qlükoza parçalanırsa, ond bağırsaq çöplərinin olması müəyyən edilir. Bağırsaq çöpləri
qrupuna daxil olan koloniyaların sayını tapdıqdan sonra koli-indeks hesablanır. Bu məqsədlə
süzgəclərdə inkişaf etmiş koloniyaların sayı süzülmüş suyun ümumi həcminə bölünür və 1000-ə
vurulur.
4
|