Sxem Albom cdr


F ənnin tədrisinin həcmi və formaları



Yüklə 1,23 Mb.
Pdf görüntüsü
səhifə4/44
tarix04.05.2023
ölçüsü1,23 Mb.
#107529
1   2   3   4   5   6   7   8   9   ...   44
260 sxem albom mm 2019

F
ənnin tədrisinin həcmi və formaları. 
F
ənn proqramı 45 saat həcmində tədris etmək üçün nəzərdə tutulmuşdur. Onlardan 30 saat (67%) mühazirələrə, 15 saat (33%) seminar və təcrübi 
d
ərs məşğələlərinə ayrılmışdır.
Mühazirə - kursantlara mülki müdafiə sahəsində nəzəri biliklərin verilməsi məqsədilə keçirilir. 
M
əşğələ - nəzəri biliklərin möhkəmləndirilməsi və praktiki vərdişlərin təkmilləşdirilməsi məqsədilə keçirilən məşğələ növüdür. 



Mülki müdafiə proqramı həcminin azadılmasına icazə verilmir. 
Mülki müdafiə fənni imtahan verməklə başa çatır.
“ Mülki Müdafiə ” fənni Azərbaycan Respublikası DİN-nin Polis Akademiyası kursantlarının peşəkar kadr hazırlığında özünəməxsus yer tutur.
Mülki müdafiənin rolu, quruluşu, məqsəd və vəzifələri haqqında danışdıqda, ilk öncə qeyd edək ki, mülki müdafiə (MM) fənni insanın ətraf mühitdə 
t
əhlükəsizliyi və sağlamlığının qorunması haqqında elmdir. İnsanların təhlükəsizliyinin təminatı son illərdə kəskin hal almışdır.
Bu ona görədir ki, elm və texnikanın sürətlə inkişaf etdiyi son dövrlərdə sənayedə, nəqliyyatda və digər sahələrdə qəzaların, təbii fəlakətlərin sayı 
xeyli artmışdır.
Bütün bunlarla əlaqədar gələcək mütəxəssislərə müasir silahların tətbiqi zamanı istehsalatda və gündəlik həyatda insanların həyat fəaliyyətinin və 
ətraf mühitin mühafizəsini təmin etmək biliyi, bacarığı vermək günün vacib məsələsidir. 
Mülki müdafiə ərazi-istehsalat prinsipi üzrə təşkil edilir. Bu, o deməkdir ki, mülki müdafiənin bütün tədbirləri həm icra hakimiyyəti xətti üzrə, həm də 
istehsalat v
ə təsərrüfat fəaliyyətinə rəhbərlik edən nazirlik və idarələr xətti üzrə planlaşdırılır və yerinə yetirilir.
Mülki müdafiə qüvvələri mülki müdafiənin qoşun hissələrindən, ştatlı qəza-xilasetmə dəstələrindən, hərbiləşməmiş mülki müdafiə dəstələrindən, 
h
əmçinin nazirliklərin, baş idarələrin və icra hakimiyyəti başçılarının tabeliyində qalmaqla xüsusi mülki müdafiənin vəzifələrinin yerinə yetirilməsinə cəlb 
olunan müxtəlif dəstələrdən, təşkilatlardan və idarələrdən ibarətdir.
İnsanların təhlükəsizliyinin təminatı son illərdə kəskin hal almışdır. Bu ona görədir ki, elm və texnikanın sürətlə inkişaf etdiyi son dövrlərdə 
s
ənayedə, nəqliyyatda və digər sahələrdə qəzaların, təbii fəlakətlərin sayı xeyli artmışdır. 
Elmi-texniki t
ərəqqinin (ETT) yüksəlişi, mürəkkəb sistemlərin tətbiqi ilə elmi-texniki və istehsalat fəaliyyətinin miqyasının genişlənməsi, onların istis-
ma
rında riskin artması insanların həyat və sağlamlığına, ətraf mühitə və istehsalatın normal fəaliyyətinə təhlükə yaradırlar. 
Mülki müdafiə (MM) təhlükəli və zərərli amilləri aşkara çıxarmalı və eyniləşdirməli, insanın mühafızəsinin metod və vasitələrini, yollarını zərərli və 
t
əhlükəli amillərin minimum dərəcəyə qədər azaldılmasını araşdırmalı, dinc və müharibə dövrü baş verən qəza hallarının, fəlakətlərin nəticələrini aradan 
qaldırmaq tədbirləri hazırlamalıdır. Mülki müdafiənin müharibə vaxtındakı rolu xüsusilə böyükdür.
Bununla bel
ə qeyd etmək lazımdır ki, əmin-amanlıq dövründə MM-in rolu təbii fəlakətlərin, böyük istehsalat qəzalarının nəticələri ilə mübarizədə 
xeyli artmışdır. 
Böyük maddi itkilər və insan tələfatına səbəb olan ( AES-də, dəmir yolunda, güclü təsirli zəhərli maddələrdən istifadə olunan müəssisələrdə baş 
ver
ən qəzalar və tez-tez baş verən təbii fəlakətlər ) fövqəladə hadisələr göstərir ki, indi mövcud olan şəraitdə insanları və onların yaşadığı mühiti 
fövqəladə hallarda mühafizə etmək üçün, insanların psixoloji, mənəvi cəhətdən əsaslanmış səmərəli formada hazırlanması məsələlərini tamamilə 
yenid
ən qurmaq lazımdır, xüsusilə əmin-amanlıq dövründə fövqəladə hal olan MM tədbirlərinə yenidən baxılmalı və onun vəzifə və yollarını yenidən 
qiym
ətləndirmək lazımdır. Bu məsələ indiki iqtisadi münasibətlərin keçid dövründə daha böyük əhəmiyyət kəsb edir. Azərbaycan Respublikasının 
Prezidenti 1992-ci il iyulun 31-d
ə " Azərbaycan Respublikasının Mülki Müdafiəsi haqqında ” Əsasnamənin təsdiq edilməsi barədə 73 saylı Fərmanı və 
1998-ci il aprelin 18-d
ə " Mülki müdafiə haqqında ” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə 700 saylı Fərmanı imzalanmışdır.
Yuxarıda göstərilənlər bu Əsasnamə və Qanunda öz əksini tapmışdır. Yeni Əsasnamə və Qanunda Respublikada mülki müdafiənin əsas məqsəd 
v
ə vəzifələrini habelə dövlət hakimiyyəti və idarəetmə orqanlarının, ictimai təşkilatların, eləcə də məsul şəxslərin və bütün vətəndaşların mülki müdafiə 
üzrə vəzifələri müəyyən edilmişdir. Azərbaycan Respublikasının Mülki müdafiəsi - sülh və müharibə dövrlərində respublikanın ərazisində əhali və xalq 
t
əsərrüfatını təbii fəlakətlərin, həmçinin güclü qəzaların nəticələrindən, habelə müasir qırğın vasitələrinin ( bundan sonra “təbii fəlakətlərin, güclü 
q
əzaların nəticələri və müasir qırğın vasitələrinin təsiri” ifadəsi “fövqəladə hallar” adlandırılacaq ) təsirindən mühafizə məqsədilə dövlət, təsərrüfat, hərbi 
idar
əetmə orqanları tərəfindən bütün vətəndaşların iştirakı ilə həyata keçirilən sosial və müdafiə tədbirləri sistemidir.
Mülki müdafiə üzrə dövlət funksiyalarını Azərbaycan Respublikasının Mülki müdafiə sistemi yerinə yetirir. Buraya bütün idarəetmə orqanları, 
müxtəlif mülkiyyət formalarına aid olan birliklər, müəssisələr, idarələr, təşkilatlar və digər obyektlər, onların qüvvə və vasitələri daxildir. Onlar sülh və 
fövqəladə hallarda respublikanın bütün ərazisində mülki müdafiə tədbirlərinin yerinə yetirilməsini təşkil edirlər. 




Yüklə 1,23 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin