Sxem Albom cdr


Az ərbaycan Respublikası Mülki müdafiəsinin əsas vəzifələri aşağıdakılardır



Yüklə 1,23 Mb.
Pdf görüntüsü
səhifə5/44
tarix04.05.2023
ölçüsü1,23 Mb.
#107529
1   2   3   4   5   6   7   8   9   ...   44
260 sxem albom mm 2019

Az
ərbaycan Respublikası Mülki müdafiəsinin əsas vəzifələri aşağıdakılardır: 

fövqəladə halların nəticələrindən əhalinin və xalq təsərrüfatının mühafizə edilməsi; 

sülh və müharibə dövrlərində adamların həyatı, sağlamlığı üçün təhlükə yarandığı barədə və belə şəraitdə davranış qaydaları haqqında əhalinin 
vaxtında xəbərdar edilməsi; 

fövqəladə halların nəticələri aradan qaldırılması məqsədi ilə xilasetmə və digər təxirəsalınmaz işlərin təşkili və yerinə yetirilməsi; 

mülki müdafiə sistemi rəhbər heyətinin, idarəetmə orqanları və qüvvələrinin fövqəladə hallarda mühafizəyə və fəaliyyətə hazırlanması, habelə 
müvafiq mühafizə və fəaliyyət üsullarının əhaliyə öyrədilməsinin təşkili; 

sülh və müharibə dövrlərindəki fövqəladə hallarda xalq təsərrüfatı sahələrinin, müəssisələrin, idarə və təşkilatların sabit fəaliyyətinin təmin 
olunmasına yönəldilmiş tədbirlərin, xüsusən mülki müdafiənin mühəndis-texniki və digər tədbirlərinin hazırlanmasında, həyata keçirilməsində iştirak 
etm
əkdir. Sadalanmış vəzifələrin hamısı vacibdir və kompleks həll edilməlidir. 
Mülki müdafiə ərazi-istehsalat prinsipi üzrə təşkil edilir. Bu, o deməkdir ki, mülki müdafiənin bütün tədbirləri həm icra hakimiyyəti xətti üzrə, həm də 
istehsalat v
ə təsərrüfat fəaliyyətinə rəhbərlik edən nazirlik və idarələr xətti üzrə planlaşdırılır və yerinə yetirilir. Yeni Qanuna və Əsasnaməyə müvafiq 
olaraq Az
ərbaycan Respublikasında Mülki Müdafiə işinə ümumi rəhbərliyi Azərbaycan Respublikasının Prezidenti həyata keçirir. Azərbaycan 
Respublikasının Mülki Müdafiəsinə respublikanın Baş Naziri bilavasitə rəhbərlik edir və mülki müdafiənin qarşısında duran vəzifələri həyata keçirməyə 
daim hazır olması üçün məsuliyyət daşıyır.
Mülki müdafiə tədbirlərini planlaşdırmaq və həyata keçirilməsini təşkil etmək, habelə icraya nəzarət məqsədilə Respublika Nazirlər Kabinetində 
f
əaliyyət göstərən Fövqəladə Hallar Nazirliyi yaradılmış və bu nazirlik digər sahələrlə yanaşı ( yanğından mühafizə işi, dənizdə xilasetmə ) mülki 
müdafiəyə gündəlik rəhbərlik edir. 

Yüklə 1,23 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin