3) İntranet xidmətlərinin işlənilməsi və İnternet şəbəkəsinə çıxışın təmin olunması:
Azərbaycan Təhsil Şəbəkəsinə (İntranet və İnternet) əlavə olaraq 200 təhsil müəssisəsinin qoşulmasına başlanmış;
Bakı və digər şəhər və rayonlarda yerləşən 1765 təhsil müəssisəsi Fiber-Optik, ADSL və Simsiz rabitə kanalları ilə Təhsil Sisteminin korporativ İntranet və İnternet şəbəkələrinə çıxışla təmin edilmiş;
Xüsusi qayğıya ehtiyacı olan uşaqların distant təhsilini təşkil etmək üçün ayrılmış 50 ədəd komyuterin ADSL rabitə kanalları ilə Azərbaycan Təhsil Şəbəkəsinə qoşulmasına başlanmışdır.