2) “1 şagird : 1 kompyuter” təhsil modelinin orta ümumtəhsil məktəblərində reallaşdırılması üzrə 650 nəfər müəllim üçün treninqlərin keçirilməsinə başlanmışdır. Təlimlər aşağıdakı mövzular üzrə keçirilir:
Netbuklar və planşetlərdən düzgün istifadə qaydaları ilə tanış olma, şagirdlərə bu bacarıqları aşılama;
Şagirdlərə individual yanaşmaqla elektron-öyrənmə proqramından istifadə etmə;
Müasir texnologiyalardan istifadə bacarıqlarını nümayiş etdirmə;