5) İbtidai siniflərdə dərs deyəcək müəllim heyəti üçün tədris prosesində interaktiv texnologiyalardan və elektron məzmundan istifadə üzrə 1200 nəfər müəllim üçün treninqlərin keçirilməsinə başlanmışdır. Təlimlər aşağıdakı mövzular üzrə keçirilir:
İlkin İKT savadlılığına yiyələnmə;
Məktəblərdə mövcud olan əsas və İKT avadanlıqlarından istifadə etmə bacarıqlarına yiyələnmə;
Microsoft ofis proqram təminatını istifadə edərək, təqdimatlar, hesabatlar və digər sənədləri hazırlama bacarığına yiyələnmə;
İnternet resurslarının tədrisdə tətbiqini təcrübi olaraq öyrənmə.