Tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq hüququna



Yüklə 0,84 Mb.
Pdf görüntüsü
səhifə22/26
tarix03.04.2022
ölçüsü0,84 Mb.
#54630
1   ...   18   19   20   21   22   23   24   25   26
Elan 11 illik kollec 2022

 

16. Qəbul kampaniyası dövrü abituriyentin aşağıdakı hərəkətlərə yol verməsi qadağandır: 

- saxta və ya başqasına aid sənəd təqdim etmək, imtahana öz yerinə başqasını göndərmək və 

ya sərxoş vəziyyətdə gəlmək;  

-  imtahana  mobil  telefon  və  digər  rabitə  vasitələri,  kalkulyator  və  digər  elektron  cihazlar, 

konspekt,  lüğət,  cədvəl,  məlumat  kitabçası  və  digər  yardımçı  vasitələr  gətirmək  və  ya 

onlardan istifadə etmək

-  yandırıcı,  partlayıcı,  kəsici,  deşici,  atıcı  və  digər  bu  kimi  əşyalarla  imtahan  binasına 

girmək, özü ilə tütün məmulatı gətirmək;  

- səbəbindən asılı olmayaraq, imtahan zalında yerini dəyişmək, gəzişmək, yerindən durmaq, 

“İmtahan  başlandı!”  elan  olunan  andan  1  saat  müddət  keçənədək  və  imtahanın  son  15 

dəqiqəsi ərzində zaldan çıxmaq və digər hərəkətlərlə imtahanın gedişinə mane olmaq; 

-  başqasının  nəticəsinə  təsir  göstərmək,  o  cümlədən  başqasının  cavab  kartına  (vərəqinə), 

sual  kitabçasına  baxmaq  və  ya  öz  cavab  kartına  (vərəqinə),  sual  kitabçasına  başqasının 

baxmasına şərait yaratmaq, sualın cavabını soruşmaq və ya bildirmək;  

- nəzarətçiyə və ya digər şəxslərə tapşırıqların həllində kömək üçün müraciət etmək

- cavab kartını (vərəqini) və sual kitabçasını zədələmək, onları nəzarətçiyə təhvil vermədən 

imtahan zalından çıxmaq. 

 

17.

   

Təhsilalma  formasından  asılı  olmayaraq,  hər  hansı  bir  ixtisasa  yerləşdirilmiş  abituriyent 



tələb olunan sənədləri 10 gün müddətində qəbul olunduğu təhsil müəssisəsinə təqdim etməklə 

qeydiyyatdan  keçməlidir.  Abituriyentin  bu  müddətdə  təhsil  müəssisəsində  qeydiyyatdan 

keçməməsi  onun  yerləşdirildiyi  ixtisas  üzrə  təhsil  almaqdan  imtina  etməsi  kimi 

qiymətləndirilir. Bu abituriyentlər boş qalan yerlər üzrə keçirilən müsabiqəyə buraxılmırlar. 




Yüklə 0,84 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin