buraxılış imtahanı) üzrə ümumi balı hesablanarkən hər bir fənn üzrə topladığı nisbi ballar cəmlənir.
Fənlər üzrə nisbi ballar yuxarıdakı cədvəldə göstərilən qaydada hesablanır və 0.1-ə qədər yuvarlaqlaşdırılır.
Tapşırıqlar üzrə səhv cavablar düzgün cavabların nəticəsinə təsir göstərmir.
Orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu ilə bağlı Azərbaycan Respublikası Dövlət
İmtahan Mərkəzinin göstərdiyi xidmətlərin haqqı aşağıdakı kimi müəyyən edilmişdir:
Xidmətlərin adı
Ölçü vahidi
Tarif*
(ƏDV-siz,
manat)
Orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu ilə bağlı test
imtahanı
1 iştirak üçün
20
Orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən
ixtisaslarına tələbə qəbulu ilə bağlı qabiliyyət imtahanı
1 iştirak üçün
20
Qəbul imtahanını
Azərbaycan dilindən fərqli dildə verən
abituriyentlər üçün Azərbaycan dili (dövlət dili kimi) fənni üzrə
imtahan (ali təhsil müəssisələri və tam orta (11 illik) təhsil bazasında
orta ixtisas təhsili müəssisələrinə qəbul üçün)
1 iştirak üçün
10
Ümumi təhsil müəssisələrinin cari il məzunlarının (9-cu bənddə
göstərilən hallarda) əlavə olaraq verdikləri Azərbaycan dili və
ya rus dili fənnindən imtahan
1 iştirak üçün
10
Ümumi təhsil müəssisələrinin cari il məzunlarının qəbul
imtahanında əlavə olaraq verdikləri xarici dil fənni imtahanı
1 iştirak üçün
10
* Bu qiymətlərdən ƏDV tutulmur.
QEYD 1: Şəxsi kabinetinizin hesabına vəsait köçürərkən iştirak edəcəyiniz imtahanların və bu
imtahanlar üçün müəyyən edilmiş qiymətləri nəzərə alın. Şəxsi kabinetinizin hesabına
köçürdüyünüz istifadə edilməmiş vəsait qəbul kampaniyası bitdikdən sonra geri qaytarılacaq,
lakin bu zaman həmin vəsaitdən ödəmə sistemləri tərəfindən pul köçürmələri ilə bağlı
göstərilən xidmətlərin haqqı tutulacaq.
QEYD 2: Ali təhsil və orta ixtisas təhsili müəssisələrini bitirən bütün abituriyentlər üçün orta
ixtisas təhsili müəssisələrinə qəbul imtahanı həmin abituriyentlərin hesabına həyata keçirilir.