İxtisas seçiminə
qəbul imtahanında topladıqları ümumi balı 50-dən, Azərbaycan dili və ya rus dili və
riyaziyyat fənlərinin hər biri üzrə balı 10-dan az olmayan abituriyentlər buraxılırlar (xarici dil
fənni üzrə bal məhdudiyyəti tətbiq edilmir).
Xüsusi qabiliyyət tələb edən ixtisasların müsabiqəsinə ümumi balı 40-dan az olmayan
(fənlər üzrə bal məhdudiyyəti tətbiq edilmir) və müvafiq komissiya tərəfindən keçirilən
qabiliyyət imtahanlarından “məqbul” alan abituriyentlər buraxılırlar. “Xoreoqrafiya sənəti” və
“Rəqs müəllimliyi” ixtisaslarının müsabiqəsində isə ümumi balı 30-dan (fənlər üzrə bal
məhdudiyyəti tətbiq edilmir) az olmayan abituriyentlər iştirak edə bilərlər (bax: “Abituriyent”
jurnalının xüsusi buraxılışı olan “Xüsusi qabiliyyət imtahanları” jurnalının 2-ci sayı).
|