5. Qəbul imtahanının nəticəsi 2 il qüvvədə olduğuna görə 2021-ci ildə qəbul imtahanında
iştirak edən abituriyent (topladığı balı cari ilin müsabiqə şərtlərini ödədiyi halda) cari ildə qəbul
imtahanında iştirak etməyə bilər. Bu zaman həmin abituriyentin qəbul imtahanının nəticəsi
kimi ötənilki imtahanın nəticəsi əsas götürülür və ərizənin təsdiqi ödənişsiz olur. Abituriyent
cari ildə keçirilən imtahanda iştirak etmək istədiyi halda ərizənin müvafiq bölməsində bu
istəyini qeyd edir və tələb olunan məbləği şəxsi kabinetindəki hesabına əlavə edir. Bu zaman
abituriyent müsabiqədə hansı imtahanın nəticəsi ilə iştirak edəcəyini ixtisas seçimi zamanı özü
müəyyən edir.
Tam orta (11 illik) təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə
ərizələrin qəbulu 2022-ci il martın 4-dən 17-dək internet vasitəsilə
aparılır. Ərizələrin təsdiqi abituriyent barədə olan məlumatların
yetərli olub-olmamasından asılı olaraq iki üsulla aparılır. Ərizəsini
təsdiq etməyən (etdirməyən) abituriyent müsabiqəyə buraxılmır.
6. Ərizənin təsdiqi DİM-in informasiya sistemlərində abituriyent barədə olan
Dostları ilə paylaş: