məlumatların yetərli olub-olmamasından asılı olaraq iki üsulla (bax: 6.1 və 6.2-ci bənd)
həyata keçirilir (ərizənin hansı üsulla təsdiq ediləcəyi barədə məlumat proqram tərəfindən
“Abituriyentin elektron ərizəsi” forması təsdiq edilənədək ərizəyə hər dəfə daxil olarkən
ekranda göstərilir):
6.1. Aşağıda göstərilən kateqoriyalardan olan abituriyentlər elektron ərizələrini Sənəd Qəbulu
Komissiyalarına (SQK) müraciət etmədən 2-ci bənddə göstərilən müddətdə özləri təsdiq
edirlər:
- Azərbaycan Respublikasının ümumi təhsil müəssisələrini cari ildə bitirən abituriyentlər;
- Azərbaycan Respublikasının ümumi təhsil müəssisələrini 2012-ci və ondan sonrakı illərdə
bitirən abituriyentlər;
- Azərbaycan Respublikasının ilk peşə-ixtisas təhsili müəssisələrini 2013-cü və ondan
sonrakı illərdə bitirən abituriyentlər;
- 2012-ci və ondan sonrakı illərdə Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin
bakalavriat səviyyəsinə və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə
qəbul olmaq üçün ərizə verib onu təsdiq etdirmiş abituriyentlər.
Dostları ilə paylaş: |