Tam orta (11 illik) təhsil səviyyəsi r iyaziyyat


Tam orta (11 illik) təhsil səviyyəsi



Yüklə 86,81 Kb.
Pdf görüntüsü
səhifə3/9
tarix16.12.2023
ölçüsü86,81 Kb.
#183338
növüDərs
1   2   3   4   5   6   7   8   9
98dd88eebccdeda2128cf585c8f077ed

Tam orta (11 illik) təhsil səviyyəsi 
həcminin, oxşar çoxüzlülərin səthlərinin sahələrinin və 
həcmlərinin hesablanmasına aid məsələlər həll etmək 
bacarıqları yoxlanılır.
Fırlanma cisimləri haqqında təsəvvürlər aşkarlanır, 
silindrin, konusun, kəsik konusun yan səthlərinin, tam 
səthlərinin və həcmlərinin tapılmasına aid məsələləri 
həll etmək, kürənin və hissələrinin səthlərinin 
sahələrini və həcmlərini tapmaq bacarıqları yoxlanılır.
Ölçmə
 
məzmun xəttinə aid alt standartlar üzrə ölçü 
vahidləri haqqında, bir ölçü vahidindən digərinə keçid 
(o cümlədən çox işlənən beynəlxalq ölçü vahidlərini 
tanımaq və birindən digərinə keçid) kimi bilik və 
bacarıqlar yoxlanılır. Fəza fiqurlarının xassələrini 
ölçməyə tətbiq etmək, ölçmə və hesablama vasitələri 
ilə sahələri hesablamaq qabiliyyətləri aşkarlanır. 
Statistika və ehtimal
 
məzmun xəttinə aid alt 
standartlar üzrə statistik məlumatları toplamaq, 
sistemləşdirmək, təhlil etmək, birləşmələr və ehtimal 
nəzəriyyələrinin əsas anlayışlarını başa düşmək və 
onları tətbiq etmək kimi bilik və bacarıqlar yoxlanılır.
HƏQİQİ ƏDƏDLƏR 
Natural ədədlər və onların onluq say sistemində 
yazılışı. Bölünən və bölən. Tam və qalıqlı bölmə.
Ədədlərin bölünmə əlamətləri. Sadə və mürəkkəb 
ədədlər. Natural ədədlərin sadə vuruqlara ayrılması.
Ən böyük ortaq bölən (ƏBOB), ən kiçik ortaq bölünən 
(ƏKOB). Natural ədədlər üzərində əməllər.
 
Adi kəsrlər. Kəsrin əsas xassəsi. Kəsrlərin ixtisarı. 
Kəsrlərin müqayisəsi. Adi kəsrlər üzərində əməllər. 
Ədədin hissəsinin və hissəsinə görə ədədin tapılması. 
Onluq kəsrlər. Onluq kəsrlər üzərində əməllər. Adi 
kəsrin onluq kəsrə və onluq kəsrin adi kəsrə 
çevrilməsi. Adi, onluq və dövri kəsrlər üzərində birgə 
əməllər. Tam ədədlər. Rasional ədədlər. Koordinat oxu. 
Rasional ədədlərin koordinat oxu üzərində təsviri. 
Ədədin modulu (mütləq qiyməti). Rasional ədədlərin 
müqayisəsi. Rasional ədədlər üzərində əməllər. İr-
rasional ədədlər. Həqiqi ədədlər və onların onluq kəsr 
şəklində yazılışı. Həqiqi ədədlər üzərində əməllər. 
Ədədin tam və kəsr hissəsi. Ədədi orta, həndəsi orta. 

Yüklə 86,81 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin