82
-----------------------------------------
n Ə Ş Ə R A T L A K
ı j |
567. Ağ otun alasma,
Gün düşdü talasına,
Elə də quş olarmı,
Yem verməz balasına.
568. Ağzı qara, gözü yox,
Suda izər, izi yox.
569. Ayağı var, qaça bilmir.
Qanadı var, uça bilmir.
570. Ayağı var səkkiz ədəd,
Ə1 vurantək əziləcək.
Havadadır, qanadı yox,
İpək toxur, cəhrəsi yox
571. Alalar, ha alalar,
Erkək, dişi balalar.
572. Araba gedər, izi yox,
Küləş yanar, közü yox,
Altı ayaq, bir daban,
Ağzı qara, gözü yox*.
573. Araba gedər, tozu yox,
Suda üzər, izi yox.
Çanaqçıda qışlamış,
Ağzı qara, gözü yox.
* B u tap m aca da çoxcav ab lıd ır.
574. Araz qırağı düzdü,
Sanasan əlli, yüzdü,
Oğul gedər davaya,
Anası hələ qızdı.
575. Aşağı gedərəm ley-leyi,
Yuxarı gedərəm ley-leyi,
Nə sümüyü var, nə iliyi.
576. Aşıq eldən yuxarı,
Şana teldən yuxarı.
Aşıq bir şey görübdü,
Dizi beldən yuxarı.
577. Bay-bay ayaqlı,
M ənzər dodaqlı,
Çokərəm gəlməz,
Banı ayaqlı.
578. Bay-bay uçar, bay qonar.
Bay iliksiz, bay sümüksüz.
579. Başı yerdə, dalı göydə.
580. Bolli-billi bilən day,
Bcli incə kürən day.
Hövrən görər kişnəməz,
Göy ot görər dişləməz.
581. Biz biz idik - yüz qız idik,
Bizi bükdülər, ipo düzdülor,
Qırğın gəldi - qırıldıq,
Şükür Allaha dirildik.
582. Bir balaca xallı şey,
Üstü qızıl allı şey,
Qoydu bizim dolçaya,
Şirin, sarı, dadlı şey.
583. Bir beləcə m il daşı,
Yandırdı, yanın qaşı.
584. Bir quşum var alaca,
Uçar, qonar ağaca,
Ağacda bir ev tikər,
N ə qapı qoyar, nə baca.
585. Bir quşum var, dıqqana,
Gecə çıxar dik qana,
Ü rəyi şir ürəkli
Özün yaxar oddana.
586. Bir quşum var, yumuşdu,
Ü stü-başı gümüşdü.
N ə dən yeyər, nə içər,
Amma özü bir quşdu.
587. Bir damım var,
Bir çəngə ot tutmaz,
Yüz baş mal tutar.
588. Bir özü, yüz balası,
Özü də belində gəzər.
589. Bir sürü quzu,
Otlayır düzü,
N ə bir izi var,
N ə də ki, tozu.
590. B ir tapmaca deyim,
Tapmasan gənə deyim.
591. Bir çanaq üzüm,
Yollara düzüm.
Boğazı, beli
Büzüm, ha büzüm.
592. Bu quş necə quşdu,
Qanadı fırlanquşdu.
Ot otlar qoyun kimi,
Su içməz, necə quşdu?
593. Bu günü adınadı,
İşlər ovandınadı.
Sümüksüz, sümük yeyir
Tap görüm, adı nədi?
594. Bu meşə gül meşəli,
Altı tər bənövşəli.
Bir kişinin min oğlu,
Hamısı bir peşəli.
595. Buxarı, ay buxarı,
Tüstü çıxar yuxarı.
Quşlarda hansı quşdu,
Ayaq beldon yuxarı.
596. Vay-vay uçar,
Vay-vay qonar,
Vay iliksiz,
Vay sümüksüz.
597. Vıy vıyıldar,
Vıy sızıldar,
Vıy iliksiz,
Vıy sümüksüz.
598. Qaq-qaq qalası var bunun,
Ağı, alası var bunun,
Yumurtlamaz, qaqqıldamaz.
Uçar balası var bunun.
599. Qanadı var, quş deyil,
Buynuzu var, qoç deyil.
600. Qanadı var, quş deyil,
Dişləyir, ilan deyil.
601. Qanadı var uçmağa,
İynəsi var sancmağa.
Sevir işi, zəhməti,
Odur ki, var hörməti.
602. Qaradır, qarğa deyil,
Qanadlıdı, quş deyil.
Qoxu bilir, it deyil,
Şimi yeyir, bit deyil.
603. Qiblədən ulduz doğdu,
Ulduz ulduzu qovdu,
Anası beşikdəykən
Balası oğlan doğdu.
604. Qoyun deyil, otlayır,
Toyuq deyil, yumurtlayır.
605. Quşum nə yaxşı quşdu,
Üzü qibləyə tuşdu,
Ot otlar gomuş kimi,
Su içməz, necə quşdu?!
606. Dağda-qayada gəzər,
Quyruğunda var zəhər.
607. Dağdan gəlir hel, a hel
Ayağında tısma tel,
İgidsənsə onu bil.
608. Dağlarda lalə gəzər,
Əldə piyalə gəzər,
N ə doğar, nə balalar
Dalınca bala gəzər.
609. Dam-damın səsi gəlir,
Damnan dəm səsi gəlir,
On iki pəncərədən,
Bir quran səsi gəlir.
610. Dəniz qırağı düzdü,
Sayı əllidi, yüzdü,
Şah küsdü, baba köçdü,
Əlin bağçadan üzdü.
611. Dişləri var, it deyil,
Ayağı var, bit deyil,
İlan kimi bərk çalar,
Yerində bir dərd qalar.
612. Əzizim, bir anası,
Hərənin öz anası.
Quşlardan hansı quşdur -
Min bala, bir anası?
613. Əzizinəm, gün doğar,
Aşiq aşiqi qovar.
Anası beşikdəykən,
Qızı bir oğlan doğar.
614. Əcaib bir quşum var,
Yerdə gozər, izi yox.
Əti haram, südü halal,
Boğazladım, qanı yox.
615. Zirzəmilərdo yatan,
Qara palçığa batan,
Həkim dənnantək satan,
Qara zəncirim nədi?
616. İlim iynəsi var, bunun,
Zərli libası var, bunun.
İynə ilə dəlik-deşik,
Gör nə binası var, bunun.
617. Yazda yığır yeməyini,
Çox sevir öz əməyini,
Yeyib yatar baharadək,
N ədir adı tapın görək.
618. Yer altmdan yasa gedər.
619. Yol üstə qazan qaynar.
620. Kürün qırağı düzdü,
Sonası göldə yüzdü,
Oğlu şahlıq eləyir,
Anası hələ qızdı.
621. O nədi ki, əlsiz-ayaqsız,
D ınnanır nərdivansız.
622. O nədi ki, əti qoyar, sümüyü yeyər.
623. O nədir ki, no qanı var, nə sümüyü.
624. O nədir ki, özü otdir, yediyi sümük.
625. O nədi ki, cəsədi var, qanı yox.
626. O taydan gəlir fıl,
Yükü zəncəfil,
Ölüdon törəmiş,
Gəl sən onu bil.
627. O hansı quşdu yazı, yayı işləyər,
İnsan kimi özünə azuqə yığar?
628. O hansı heyvandı yuvasım çiynində gəzdirir?
629. Püstodi, ha püstədi,
Taxtı rəvan üstədi,
Camış kimi ot otlar,
Su içm əyə xəstədi.
630. Rəngbərəngdir gül kimi,
Qanadı var tül kimi,
Uçur bağda, çəməndə,
Çox yüngüldür tük kimi.
631. Salamməleyk ustalar,
Dirilsin qoy xəstələr,
Quşlardan hansı quşdur,
Bağırsağm dəstolər.
632. Sarıdı, zəfəran deyil,
Yazılıdı, quran deyil,
Buynuzludu, qoç deyil.
633. Sarıdı, zofəran deyil,
Qanadlıdı, quş deyil.
Yediyi gül-çiçokdi,
Nocisi çox göyçəkdi.
634. Tap, - dedim, tapış, - dedim.
Gül buxaqdan yapış, - dedim.
Adam feli, kcçi qılı,
Qatarlanıb gedir, - dedim.
635. Torpaq deyil, daş deyil,
Quru deyil, yaş deyil,
Buynuzu var, qoç deyil,
Qanadlıdır, quş deyil.
636. Uzaqdan baxdım heç no yox,
Yaxına getdim, sayı çox.
Yük aparır hara day,
İncə belli qara day.
637. Hazar hazara gedər,
Bu yol bazara gedor,
Atası beşikdodir,
Oğlu bazara gedər.
638. H əşədən, h a həşədən,
G ün çıxıbdı m eşədən.
Q ırx padşahm oğlu,
Ham ısı b ir peşədən.
639. Çil toyuq, çiləm ə toyuq,
Başın kəsərəm qanı yox*.
640. Ç ilə, bülbülüm , çilə,
Şeh düşüb qızılgülə,
Quşlardan hansı quşdu,
Yum urtası qalar ilə.
641. Camışlar, ha camışlar,
H alqa buynuz camışlar,
Tanrısı bostan əkmiş,
Yığlıb onu yemişlər.
642. Canı var, qanı yox,
Əti var, gönü yox.
643. Canı vardı, qanı yox,
Y er altında sanı yox.
644. C ığ-cığa quşlar.
Cami dunnuşlar,
Özü qazanar,
Sizə bağışlar.
* M ü x tə lif cavabları vardır.
-------------------------
J ) j H EV T7A N D A M J Q M Ə H 8 U L L A K IV Ə ^
h e y t a n i a p i a ə i a q ə p a b ş e y l ə b r(f*
645. - A qoç, hardan gəlirsən?
- Qanlı qaya dibindən.
- Qanm niyo quruyub?
- Allah belə buyurub.
646. Ağ at evdədi,
Ayğır meşədə.
647. Ağ atı altda gördüm,
Qızı soraqda gördüm.
Altı dənə ulduzu,
Bir aym altda gördüm.
648. Ağ qıza ol uzatdım.
649. - Ağ quşum, hardan gəlirsən?
- Qan bulağından,
- Qana niyə batmayıbsan?
- Öz əməlimdən.
650. Ağ dəryanm suyun qızdır,
Üzü tamam ağca bezdir.
651. Ağ günbəz, qapısı yox.
652. Ağ nəzor,
Qapıları gəzər.
653. Ağzı bağlı bir kisəm var,
İçi qıllı, ağca palçıq.
654. Ağca quzu, sarı quzu pətəkdə,
Ləzzətilə aləm onu yeməkdə.
655. Ağca motal, ağzı yox.
656. Ay nənə, bizə yağ gətir,
İnəkləri sağ, gətir.
Çalxanmamış nehrədən
Ərinməmiş yağ gətir.
657. Almı atda gördüm,
İzin soratda gördüm,
Ayparanı bir atm,
Ayağı altda gördüm.
658. Ana bir qız doğubdu,
N ə əli var, nə ayağı,
Qızı oğlan doğubdu,
Həm əli var, ayağı.
659. Atdan hündür,
Qoçdan alçaq,
İçi yunlu,
Üstü saçaq.
660. Aşığm qan ayağı,
Qan əli, qan ayağı,
Aşıq bir şey görübdür,
Üç başı, on ayağı.
661. Balaca quyu,
İçindo suyu,
Ağcadan ağdı,
Sarıdan sarı.
662. Bəngi-bəngi başını tut,
D əngü-dəngü döşünü tut,
Qılman qoca əl-ayaq ver,
Hüseyn qoca quyruğun tut.
663. Bərəkallah ustakar,
Samannan böyrək kəsər.
664. Bizdə bir usub yatır,
Qolların qısıb yatır,
Bircə təpik vurmamış,
O yanda küsüb yatır.
665. Bizdə iki kişi var,
Tüklü təpədə oturuşu var.
666. Bizdə yoxdu, sizdə yoxdu,
Yer altında qızıl çoxdu,
Budaq verir, yarpaq yoxdu.
667. Bir bardaqda iki rəng su.
668. Bir qara bağ dibində,
Əzraillor çığırışar.
669. Bir quyuya iki deşikdən su tÖkülür.
670. Bir quşum var ahanı,
G əzər cümlə-cahanı,
Götürrəm öldürməyə,
Nə əti var, nə canı.
671. Bir damım var, iki dirəkli.
672. Bir donum var, tikişi yox,
Sökülməklə heç işi yox.
673. Bir zəmim var, ildə iki dəfə biçilər.
674. Bu günləri şənbədi,
Könlümə düşən nədi,
N ə əti var, nə qam
Ocaqsız bişən nədi.
675. Bu günləri şənbədi,
Könlüm ə düşən nədi.
O dsuz-ocaqsız ağ quş,
Qazanda bişən nədi?
676. Bura gələn hacıdı,
Aş bişirən bacıdı,
Zoğ atlar yarpaqlamaz,
Tap gör, nə ağacıdı.
677. Vızhavızla uçan quşum,
Çiçək üstə qaçan quşum,
Ö z'ö zü n ə xəlbir toxur,
İçərisi şərbət qoxur.
678. Qar kimi ağdı,
Su kimi axdı.
679. Qara qoyun ağ quzu doğar.
680. Qaranlıq yerdə kösöy bulanar.
681. Qızılgül pardaxlandı,
Qol atıb çardaxlandı,
Torpaqsız yerdə bitdi,
Yaıpaqsız budaqlandı.
682. D əri kimidi, dəri,
Üstü ət, içi dəri.
683. Dostum m ənə nar göndərdi,
Yox demədi, var göndərdi,
Çalınmamış süd-qatıqdan,
Çalxanmamış yağ göndərdi.
684. Dörd dərviş bir quyuya daş atar.
685. Dörd gözlü bir bulaqdı,
Suyu tamam düm ağdı.
686. Dörd şaphaşap,
Bir daraq sap.
687. Duzsuz fətir, unsuz fetir.
N ə isti deyir, nə soyuq.
Elə fətirdi ki, fətir.
688. E1 köçdü, papağı yurdda qaldı.
689. Eləmi, ağ nədən oldu,
Köynəyi ağ nəden oldu,
Yaz donar, qış açılar,
Əllərin ağ, nədən oldu?
690. Əzizim, veçe verər,
Sana, gör neçe verer,
Torpaqsız, susuz yerde
Yarpaqsız vece verer.
691. Ə l-eleşə qarğalar,
Dai ayaqda qarıldar.
692. Əlim etde,
Gözüm göldə.
Qulağım sesdə,
Başım quyruqda.
693. İki təndirde bir kösöv.
694. Yayda donar, qışda eriyer.
695. Yumru m erm ər daşı,
İçində beyler aşı.
Bişirərsən aş olar,
Bişirmesən quş olar.
696. Körpü altda dörd barmaq,
Hasil olur yağ-qaymaq.
697. M ən aşiq vecə verdi,
Baş üstə becə verdi,
Torpaqsız yerdə bitmiş,
Yarpaqsız qıça verdi.
698. M ən aşiqəm, düz bağlar,
Əyri çəkər, düz bağlar,
Aşıq bir hikm ət görüb,
Od içində buz bağlar.
699. M ən tərs oğlu tərsəm,
Özüm ə oyandam,
Ö zgələrə tərsəm .
700. O yanı qaya,
Bu yanı qaya,
İçində sarı maya.
701. O yam taxta,
Bu yanı taxta,
İçində ağca maya.
702. O nədir ki,
Atdan hündür,
İtdən alçaq.
703. Özü ağ, balası sarı.
704. Səkkizi sərcan,
İkisi mərcan,
Dördü də ki, xan.
705. Suya girər lillənər,
Sudan çıxar dillənər.
706. Suya girdi dağıldı,
Sudan çıxdı yığıldı.
98 -5**
707. Süd nədi, süzgəc nədi?
Süzdüyüm süzgecdən nədi?
Dünən sağdım, bişirdim,
Süd olmadı, bəs nedi?
708. Tap düşdü qabaqlandı,
Qapısı tamam bağlandı.
709. Xəlbir içində
Təpbəcə təzə
Yaşdır - qurumaz
Duzsuz çürüməz.
710. Hacılar, hay hacıdı,
Başmağı narmcıdı,
Şü verər yarpaq açmaz,
Görən nə ağacıdt.
711. Hər tərəfı ağ qaya,
İçində sarı maya.
712. Çil toyuq, çiləmə toyuq,
Başını kəsdim qanı yox.
Yumurtasının sanı yox.
j ä L
İNSANVƏ
ONllW BƏPƏN ÜZVLƏKİ
ff
713. Ağırlığın yer götürər,
Ruzusun Allah yetirər.
714. A la qapı, zəncir sapı,
Beş budağı, bir yarpağı.
715. Alaca m ənzər,
Dünyanı gəzər.
716. Altı inci, mirvari,
Üstü inci, mirvari,
Arasında bir yarpaq.
717. Altı m ərmor,
Üstü m ərm ər,
İçində bir
Bülbül oynar.
718. Altı çəpər, üstü çəpər,
İçində qara quş səkər.
719. Ataya dəym əz,
Babaya dəyər,
Xalaya dəym əz,
Ə m iyə dəyər.
D əyərə dəym ez,
D əym əze dəyər.
Allaha dəym ez,
Billaha deyər.
720. Aşağı əyirəm tökülməz,
Qırağı çəpərdi sökülməz,
Yerində sarımsaq əkilməz.
721. Aşıq su deyib ağlar,
Sünbül su deyib ağlar
Dəryada bir gül bitib,
O da su deyib ağlar.
722. Babam məndən nar istər,
Yoxu bilməz, var istər,
Sancılmamış qələmnən
Dorilməmiş bar istər.
723. Balaca baqqal,
N ə versən udar.
724. Baş aşağı tökülməz,
Dibi qaya sökülmoz.
Süfrələre salınmaz,
Onsuz heç kim dirilməz.
725. Bel sapı, balta sapı,
Bir budaq, beş yarpağt.
726. Beş-beş anası,
Beş-beş balası,
Onu bilməyən,
Çəpəl balası.
727. Beş dərviş bir quyuya daş atar.
728. Bizidik, bizləridik,
Otuz iki qız idik.
Gah əzildik, üzüldük,
Bir taxçaya düzüldük.
729. Bilm ədik hardan gəldi,
Ətdən sümükdən gəldi,
Oraqla ha doğradıq,
T əzədən bir də gəldi.
730. Bir ağacım var - bir gövdəsi, beş budağı,
H ər budaqda bir sədəf.
731. Bir ağacım var, iki budağı.
732. Bir anası var, beş balası,
Onu tanımayan at balası.
733. Bir qayada yeddi bulağım var.
İkisi şordu, ikisi şortəhər,
Biri şirindi, ikisi zəhər.
734. Bir qıllıca yumağım var,
Yeddi dəlik-deşiyi var.
735. Bir qutum var - özü açılır, özü yumulur.
736. Bir damım var, içi dolu ağ yarmaça.
737. Bir damım var, ətdəndi,
Qırağı sədəfdəndi.
Altı on altmdadı,
Üstü on altındadı.
738. Bir dərədə bir quş uçur, adı yox,
Şirinlikdən yem ək olmaz, dadı yox.
Bir at ona peşkəş olub canı yox,
Bir qoyundu loğman ona, canı yox.
739. Bir dərədə bir parça ət.
740. Bir dirək üstə iki dam.
741. Bir donum var, tikişi yox.
742. Bir evdə iki qardaşım var,
Ha gedirlər bir-birini ötə bilmirlər.
743. Bir zağada bir tikə ət,
Yaşdı yeri qurumaz,
Nəmişlikdə çürüməz.
744. Bir zağam var, içi dəyirman,
Hor nə töksən, üyüdər ənam.
745. Bir yaylığım var, iki dağ arasında
Sərirəm qurumur.
746. Bir yemim var, nə süfrəyə qoyulmaz,
Nə süfrədən götürülməz.
747. Bir kaham var, qıraqları sədəfli.
748. Bir kişi dağdan ilxı tökər.
749. Bir körpü altda iki yol.
750. Bir küpüm var saçaqlı,
Yeddico deşiyi var,
Üçü cütdü, biri tək.
751. Bir güzgüm var, qapaqlı,
Dörd qırağı saçaqlı.
752. Bir tabaq rnərzə,
Təzəbətəzə,
Yaşdır qurumaz,
Nəmdir çürüməz.
753. Bir taxçam var, düyü ilə dolu.
754. Bir təndirim var, içi bir çörək tutur.
755. Bir təpəm var qara otdan,
Kökü sümük, üstü ətdən.
756. Bir tovla malım var, hamısı qaşqa.
757. Bir cüt quyum var, qıraqları qırx çəpər.
758. Bir cüt öküzüm var,
Dama girər aləmi gəzər;
Damdan çıxar, bir yerdə durar.
759. Biri danışır,
İkisi baxır,
İkisi eşidir.
760. Boyu əsgərdən kiçik,
Hökmü padşahdan böyük.
761. Boyu uzun sayaqdı,
Sahibinə dayaqdı.
762. Bu yant taxta,
O yanı taxta,
Şahqulubəy otaqda.
763. Bu yanı çəpər,
O yanı çəpər,
İçinde atlı çapar.
764. Bu günü adınadı,
İşlər ovandınadı,
Qaradan ağ boyandı,
Tap görüm, adı nedi?
765. Qalın qamış içində,
Ala bir quş oturmuş.
766. Qalxdım təpəyə,
Düşdüm küpəyə.
767. Qapıbir qonşudurlar,
Bir-birini görmürlər.
768. Qara dağ, əyri dağ,
İşıldar, fışıldar.
769. Qaranlıq evdə, bir qucaq yanna.
770. Qırmızı divar üstə ağ fərələr düzülüb.
771. Qırmızı Memməd, dur get,
Yabılarım sür, get.
Otuz iki qapınm,
Kilidini vur, get.
772. Qutu-qutu içində,
Nərgiz qutu içində,
Babamm bir quşu var,
O da qutu içində.
773. Dağdan yero sallanır,
Her no verson allanır.
774. Dam üsto çatı qırığı.
775. Dəryada bir gül bitibdi, adı yox.
Şirinlikdən yeınək ohnaz, dadı çox.
776. Divar dibində ağca quşlar oturar.
777. Evlori yanaşı iki qardaşım var,
Hər şeyi görürler,
Bir-birini görə bilmirlər.
778. Ə zəl vardı yeyərdik,
Y em əsəydik, ölərdik,
İndi də var yemirik -
Y em əsək də ölmürük.
779. Ə zəli dörd ayaqlı,
Sonra iki ayaqlı,
A ylar keçir, il keçir,
Dolam r üç ayaqlı.
780. Əzizinəm , biri iki,
Sağı, solu biri iki,
Bir əlam ət görmüşəm ki,
Dördü üçdü, biri iki.
781. Əzizim, doqquz günə,
Doqquz ay, doqquz günə,
Qaranhqdan kim çıxar
Doqquz ay, doqquz günə.
782. Əkilm əz biçilər,
Biçilər yeyilməz.
783. Ət içində bir cüt ala muncuğum var,
Haranı desən görür.
784. Ət sandığım, yetmiş yeddi qat sandığım,
Ağzı bağlı, gir içinə, yat sandığım.
785. Ətdən iyirmi ağacım var, uclarıdı şirmayı.
786. Ə tnən sümük balta sapı,
Beş barmağı, bir budağı,
A1 - deyəndə açılar,
Ver - deyəndə yumular.
787. İki anası,
Beş-beş balası.
Onu tapmayan,
Ayı balası.
788. İki quşum var, hərəsi bir tərəfdo,
Nə qədər baxıram, heç birini görə bilmirəm.
789. İki dağ arasında -
Yunis balığı.
790. İki yolum var, bir dirəyim.
791. İki fanar,
Gündüz yanar.
Gecə sönər.
792. Yan-yanaşı dərədo,
Qamışlıca borodə,
Bir alaca quş yatır.
793. Yeddi dəlikli toxmaq,
Onu tapmayan axmaq.
794. Yekə zağada otuz iki qoşunun bir sorkordosi var.
795. Gcco ölü,
Gündüz diri.
796. Mon aşiqəm, ay molor,
Bulud altdan Ay molor.
Dəryada bir gül bitib,
Su deyibon ay molər.
797. Mon aşıq, yüz yer aşar,
Basılmış yüz il yaşar,
Budağın kənarında
On kotan yüz yer aşar.
798. M ən baxıram, o yan qaçır.
799. M ənim beş qardaşım var,
Biri h ə r gün danışar,
İkisi qulaq asar,
İkisi durub baxar.
800. Nam azlıyam namazı,
Almışam dəstəm azı,
M əçidim su, qibləm ət,
Harda qılım namazı.
801. O yanı m ərm ər, bu yam m ərmər
İçində bir nazənin pərvər.
802. O yanı taxta, bu yanı taxta
İçində alabaxta.
803. O necə göldür, suyunu içmək olmaz,
O necə dağdır - otun biçm əklə qurtarmaq olmaz.
804. O nədi ki, eti haram, südü halal.
805. O nədir ki, adamda var, adı yox.
806. O nedir ki, baldan şirindi, zəherden acı?
807. O nədir ki, qaya üstə iki bulaq.
808. O nədir ki, oxu da tük, yayı da tük.
809. O nedir ki, gedər-gələr nihani
G ezər cüm lə cahanı.
810. O nədir ki, ycr-göy onun içindedi.
8 1 1 .0 nədir ki, sehər dörd,
Günorta iki,
Axşam üç ayaqlı.
812. O nedir hər şey içində.
813. O hanı, ha o hanı,
Çaxmaq hanı, qo hanı,
Səkson səkkiz dəyirman,
Doxsaqn doqquz no hanı?
814. On inəyim var, onu da təpəldi.
815. Otuz iki -
Qılınclı qoşunun
Bir ət sərkərdəsi var.
816. Sabahdan durdum,
Sənə zillədim.
817. Sarı tepə, qara meşe.
818. Satmaq olmaz,
Deyişdirib
Malı mala
Qatmaq olmaz.
819. Suya girər, bir olar,
Sudan çıxar, min olar.
820. Tərəzide çəkilməz,
Bazarlarda satılmaz,
Baldan şirin dadı var,
Yemek olmaz, canı var.
821. Üç bulağım var -
Biri şirin,
Biri acı,
O biri şor.
822. Fil işler, fılban işler,
Susuz yerde dəyirman işlər.
823. Haqdan gəldi bir qonaq,
Ona bişdi qayqanaq.
Qayqanağm duzu yox,
Qonağın da dişi yox.
824. Hazılıyam, hazılı,
Yanım qara tazılı,
Çıxdım dünya üzünə,
Gördüm qəbrim qazılı.
825. Hap-hapı, dəm ir qapı,
Şah ölkəsi, xan bağı.
826. Hap-hapı, kərki sapı,
Beş budağı, bir yarpağı.
827. Haça üstə küp,
Küpün üstə top,
Top üstə meşə,
Meşəni çaqqallar eşə.
828. Hədəndi, ha hədəndi,
Dörd qırağı bədəndi.
Yaşıl vurdum, al çıxdı,
G örəsən bu nədəndi.
829. Həftədə bir dəfə başın kəsərəm,
N ə qanı çıxmaz, nə canı.
830. Ç əpər üstə ağ fərəlor.
831. Cavanhqda olar qara,
Qocalıqda oxşar qara.
832. C ərgə-cərgə söyüdlər,
Beli bağlı igidlər.
^|j»GEYİM VƏ BƏZƏK ŞEY tƏ Rİ-^fj-
833. Ağzım aşağı elərəm dolar,
Yuxarı elərəm boşalar.
834. Adam belində, xallıca ilan.
835. Adam başmda qıllı motal.
836. Aldım qazan,
Saldım quyruq,
Əridi qazan,
Qaldı quyruq.
837. Almışam atannan
Gəncədə satannan,
Qu tükündən yüngül,
Qırağı qızıl, gül.
838. Altı camış,
Üstü keçi.
Yüklənibdi,
Bir cüt ata.
839. Bağlaram - qaçar,
Açaram - durar.
840. Balaca məzar,
Dünyanı gəzər.
841. Balaca motal,
Qapıda yatar.
842. Barmaqda ilantəhər,
Gözündə yaşıl zəhər.
843. Barmağıma ala gözlü
Sarı ilan sarılıb.
844. Bədəni var, başı yox,
Qolları var, qılçası yox.
Qamım yırt, qanı yox.
845. Bir balaca misiri,
A ləm onun yesiri.
846. Qapı-qapı,
Z əncir sapı.
Dörd budağı,
Bir yarpağı.
847. Qıvrılmış ilan
Adam belində.
Quyruğu ilə
Başı bir yerdə.
848. Qırxca dənə gözü var,
Qıllıcana üzü var.
849. Qoyun dərisi,
Duzludu tərsi.
Yumru küpədi,
Başı təpədi.
850. Qulaq üsdə quş yatar.
851. Dağdan gəlir bir mözü
Bir bum u var, qırx gözü.
852. Əzizinəm, yüz qoyun,
Yüz götürün, yüz qoyun.
Altı abbasıya almışam,
Altı öküz, yüz qoyun.
853. Ə1 ilə yapılar,
Qulağa taxılar.
854. Əriməz küpə,
Çürüm əz küpə,
Yüz il qalsa
Çürüməz küpə.
855. Ətdən şiş,
Gümüşdən kabab.
856. İki kürküm var -
On qardaşa çatar,
Bunu kim tapar?
857. Yağış yağsa düzülər,
Gün çıxanda büzülər.
Altı var, üzü yoxdur,
Çəksəm bağı üzülər.
858. Yerim dərin dəryalar,
M əndən qiymətli nə var?
859. Yüyürdüm o təpəyə,
Yüyürdüm bu təpəyə,
Ayağım düşdü küpəyə.
860. Gecə qısır,
Gündüz boğaz.
861. Gündüz şappıldar,
Gecə dayanar.
862. Lələyəm , lələndiyim,
B ələyə bələndiyim.
Əkdim, biçdim, sovurdum
Belimə şələndiyim.
863. M ən aşıq, bayı keçdim,
Kasıbı bayı keçdim.
Altı camış, yüz keçi
Əlimdə çayı keçdim.
864. O nədi ki, vəzndə yüngül,
Qiym ətdə ağır.
865. O nədir ki, toyuqdan alçaq, adamdan hündür.
866. Sarı-sarı sarmağım,
Sarı gözə barmağım.
867. Səhərdən duraram, haçaya minərəm.
Haçasız heç yana getmərəm.
868. T əkər üstündə zəbərcat,
Gəlin barmağına hacət.
869. T u-tu tuburğu, tutar yatar tuburğu
Yüz il, min il gün dəysə, çürüməz heç tuburğu.
870. Çəkisi bircə misqal,
Qiyməti m incə dinar.
871. Çıxdım təpəyə,
Ayağım düşdü küpəyə.
872. Ağdı donu, yoxdu canı,
Uzuncadır dımaqları,
Yerə batır barmaqları.
873. Ay doğdu axtalandı,
Doğduqca axtalandı.
Bazara bir nər gəldi,
Yüz yerdən noxtalandı.
874. Ay haca gedən kışi,
Əlində yulğun kişi,
M ənə bir şal al gətir,
Nə ərşi olsun, nə arğacı.
875. Biz biz idik, yüz qız idik,
Bizi üzdülor, ipo düzdülər*.
876. Bizdə bir kişi var,
Hər gələnə əl verir.
877. Bizdə bir kişi var, təposi dolik.
878. Bizim evdə dörd gəlin var,
Dördü də bir boy-buxunda.
879. Bir quşum var iki qanadlı,
Ha uçar yerində qalar.
Dostları ilə paylaş: |