Kostyumluq parçalar. Daha xarakterik olan kostyumluq parça növləri öyrənilir;
Komvol parçalar - bostonlar, kreplər şeviotlar və triko;
Zərifmahud parçalar - şeviot, triko və mahud. Onların bəzilərinin xarakteristikası cədvəl formasında verilir. Qeyd olunur ki, donluq parçalarla müqayisədə kostyumluq parçalar çəkisinin və qalınlığının daha çox olması və xarici tərtibatı ilə fərqlənirlər. Zərifmahud kostyumluq parçalar komvol parçalardan fərqli olaraq daha həcmli səthə malik olurlar, toxunma naxışları zəif ifadə olunur, bir qədər çox yumşaqlığa və qalınlığa malik olurlar.
Ona diqqət yetirmək lazımdır ki, komvol parçalar təmiz yun və qarışıq, zərifmahud parçalar isə əsasən qarışıq liflərdən hazırlanır. Komvol təmiz yun parçaların əksəriyyəti əriş və arğac üzrə burulmuş ipliklərdən, yarımyun zərifmahud parçalar isə təksaplı istehsal edilir.
Tipik kostyumluq parçaların xüsusiyyətləri aşkar edilir. Beləliklə, bostonlar-təmiz yun komvol parçalardır, ərişi və arğacı burulmuş iplikdəndir. Sarja toxunması ilə hazırlanır, saya boyanır, şeviotlar-bostonların növ müxtəliflikləridir, onlardan fərqli olaraq ərişi və arğacı qarışıq daranmış və ya aparat ipliklərindən hazırlanır. Şeviot parçalar əsasən saya boyanmış, az halda isə melanj olmaqla buraxılır.
Kreplər - ərişi və arğacı burulmuş ipliklərdən hazırlanmış təmiz yun parçalardır, krep effekti ipliyin yüksək burulması ilə sadə toxunmalarda və ya krep toxunması hesabına əldə olunur. Triko təmiz yun və yarımyun komvol və yarımyun mahuddan ola bilər; şeviotdan fərqli olaraq toxuculuq və rəngli naxışlara malik olur.
Mahud - zərifmahud parçalardır. Əsasən yarımyun olmaqla hazırlanır. Adətən ərişi burulmuş pambıq ipliyindən, arğacı isə təksaplı təmiz yun və ya qanşıq olur, polotno, az hallarda isə sarja toxunması ilə hazırlanır. Bəzəndirilməsinə görə tiftikləndirilmiş və tiftikləndirilməmiş olur. Mahud hamar,
toxunma naxışlarım gizlədən keçəyəbənzər səthi ilə xarakterizə olunur.
Dostları ilə paylaş: |