Tapşırıq pambiq parçalarin çEŞİDİNİN ÖYRƏNİLMƏSİ



Yüklə 24,41 Kb.
səhifə14/22
tarix02.01.2022
ölçüsü24,41 Kb.
#41865
1   ...   10   11   12   13   14   15   16   17   ...   22
UNEC 1620229187

Paltoluq parçalar. Paltoluq parçaların buraxılışında

əsas hissəni qarışıq zərifmahud parçalar təşkil edir. Zərifmahud parçalar xüsusi paltoluq parçalara və draplara bölünür. Komvol paltoluq parçaların çeşidinə qabardin parçalar, qaba mahud parçalara isə bobrik, az miqdarda mahud parçalar aiddir.

Paltoluq parçaların çeşidinin öyrənilməsində daha çox tipik paltoluq parçalar nəzərdən keçirilir-qabardinlər, xüsusi paltoluq parçalar, draplar, bobrik və mahud parçalar, onların bəzilərinin xarakteristikası cədvəl tərtib etməklə göstərilir. Parçaların xarakterik xüsusiyyətlərinə diqqət yetirilir.

Qabardinlər - komvol təmiz yun və yarımyun parçalar- dırl sarja və ya diaqonal toxunuşlu sıx parçalardır, kiçik diaqonal naxışları parlaq ifadə olunur.

Zərifmahud paltoluq parçalar daha çox qarışıq parçalar kimi hazırlanır, əsasən birqatlı toxunmuş, sayaboyanmış, əlvan naxışlı, melanj, xovlu və xovsuz olur. Zərif mahud paltoluq parçaların çoxunun xarakterik xüsusiyyəti naxışlı relyefli struktura malik olmasıdır ki, bu da müxtəlif fasonlu, melanj ipliklərin və həmçinin xırdanaxışlı, kombinələşdirilmiş toxunmaların tətbiq olunması hesabına əldə edilir.

Drapiar - təmiz yun və qarışıq zərifmahud parçalardır. Çox hissəsi ikiqatlı toxunma ilə hazırlanır, sayaboyanmış, əlvan naxışlı və melanj olur. Bir çox draplar üz tərəfdən tiftikləndirilir, bəzilərinin isə hər iki üzü tiftikli olur.

Bobriklər - qabamahud təmiz yun parçalardan, sarja, sətin, diaqonal toxunmaları ilə hazırlanır, saya boyanmış, melanj və əlvan naxışlı, düz dayanan xovlu bəzəndirilir.

Mahud parçalar əsasən sarja toxunması ilə istehsal olunur, tünd, boyanmış, bəzən isə melanj, çox hallarda tiftiksiz olur.

Qabamahud bobrik parçalar və mahudlar, zərifmahud paltoluq parçalardan yüksək kütləyə və qalınlığa malik olması, sıxlığının və codluğunun yuxarı olması ilə fərqlənirlər.


Yüklə 24,41 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin