Torpaq və çarizmin vergi siyasəti. 1912-1913-cü illər aqrar qanunları. XX
əsrin əvvəllərində çarizm vergi siyasətində ancaq dövlət kəndinə aid edilmiş 1900-cü
ilin 1 may və 1903-cü ilin 21 aprel əsasnamələrindən sonra heç bir dəyişiklik və tədbir
nəzərə çarpmır; verilən qanun və qaydalar isə vergi və mükəlləfiyyət sis temini xəzinə
kəndində ağırlaşdıraraq mürəkkəbləşdirdi və əsarəti daha da qüvvətləndirdi. Sahibkar
kəndində isə çarizmin vergi siyasəti, kəndlilərlə mülkədarlar arasında mükəlləfiyyətli
münasibətlərin ləğv edilməsi məsələsinin meydana çıxması ilə əlaqədar olaraq, torpaq
siyasəti elə qarışmışdı ki, onları bir-birindən ayırmaq mümkün deyildi. Bu dövrdə bütün
Cənubi Qafqazda, o cümlədən Quzey Azərbaycanda da çarizmin aqrar siyasətinin əsas
məqsədi kənddə icmaları dağıtmaq, kənd burjuaziyasının - qolçomaqların şəxsində özünə
dayaq yaratmaq idi. Qafqaz ali hakimiyyət orqanları və yerli burjuaziya torpaq
48
məsələsində yeganə çıxış yolunu Stolıpin aqrar siyasətinin tətbiqində görürdülər.
Qafqaz canişini Vorontsov-Daşkov və digər çar məmurları hesab edirdilər ki, Stolıpinin
aqrar siyasəti kəndlilərin xüsusi torpaq mülkiyyətçilərinə çevrilməsi üçün zəmin yaradır
və buna görə də o, təkcə Rusiya üçün deyil, Cənubi Qafqaz üçün də məqsədəuyğun və
xeyirxah aktdır.
1907-ci il mayın 10-da Dövlət Dumasında Stolıpinin torpaq məsələsi
haqqındakı bəyanatı Cənubi Qafqazda Stolıpin aqrar siyasətinin tərəfdarlarını bir daha
ruhlandırdı, çünki bu bəyanat çar hökumətinin təkcə Rusiyanın daxili quberniyaları yox,
milli ucqarları üçün də aqrar məsələ məramnaməsi idi.
Stolıpin aqrar siyasətinin Cənubi Qafqazda, o cümlədən Azərbaycanda tətbiq
edilməsinin tərəfdarlarının səylərinə baxmayaraq, onların arzusu həyata keçmədi. Çünki
çar hökuməti bu siyasətin ancaq bütün kəndlilərin 20 faizini təşkil edən sahibkar
kəndinə tətbiq olunmasına razılıq vermişdi. Buna görə də 1908-1909-cu illərdə xəzinə
kəndlilərini xüsusi mülkiyyətçilər qrupuna daxil etmək haqqında III Dövlət Dumasının
müzakirəsinə çıxarılan layihələr təsdiq edilməmiş, kağız ü zərində qalmışdı.
1909-cu ilin əvvəlində - Stolıpin aqrar siyasətinin həyata keçirilməsinin
qızğın dövründə Qafqaz canişini Vorontsov-Daşkov tərəfindən Cənubi Qafqaz
quberniyaları, o cü mlədən Azərbaycan üçün tərtib edilmiş qanun layihəsi yalnız
sahibkar torpaqlarda yaşayan kəndlilərə torpaqlarını ödənclə almaq və xüsusi
mülkiyyətçilər qrupuna daxil olmaq hüququ verilməsini, kəndlilərin xüsusi mülkiyyətinə
keçmiş pay torpağı üçün mülk sahiblərinə dövlət xəzinəsi tərəfindən ildə ümumi ödənc
pulundan 5 faiz ödənməsi nəzərdə tutulurdu. Rusiyada olduğu kimi, bu, nəğd pulla deyil,
beşfaizli pul təəhhüdü ilə verilməli idi. Kəndlilər isə dövlət tərəfindən torpaq
sahiblərinə verilən pulu faizlə birlikdə 28, 41 və 56 il müddətində xəzinəyə qaytarmalı
idilər.
Qanun layihəsinə görə, kəndlilər çəmən, otlaq, meşə yerlərindən və su
arxlarından ancaq torpaq sahibinin razılığı ilə istifadə edə bilərdilər. Vorontsov-Daşkov
tərəfindən tərtib olunan qanun layihəsi 1909-cu il aprelin 2-də canişin şurasının
müzakirəsinə verildi. Müzakirələr 1910-cu il mayın 22-nə qədər davam etdi. Qanun
layihəsinin məzmunu ilə tanış olan Azərbaycan torpaq sahiblərinin nümayəndələri canişin
idarəsinə öz tənqidi mülahizələrindən ibarət məktublarını göndərmişdilər. Onlar həmin
məktublarda kəndlilər tərəfindən torpaqların ödənclə alınması ilə əlaqədar bir çox
məsələlərə qarşı çıxırdılar. Yelizavetpol quberniyası torpaq sahiblərinin nümayəndəsi
Fərru x bəy Vəzirov məktubunda ödənc pulunun kənd təsərrüfatı məhsulunun keçən
əsrin 60-70-ci illərindəki q iy mətilə müəyyənləşdirilməsinə etiraz edird i. Bu, yalnız
Fərru x bəy Vəzirovun deyil, bütün Azərbaycan torpaq sahiblərin in tələbi idi.
Gündən-günə genişlənən kəndli hərəkatı və kəndlilərin narazılığ ından ehtiyat edən
hökumət bu tələblə razılaş maqdan çəkin məyə məcbur o ldu.
1910-cu il may ayının 22-də qanun layihəsi canişin idarəsi tərə findən
qəbul olunub, yenidən baxılmaq üçün Daxili İşlər Nazirliyi yanında idarələrarası
müşavirəyə təqdim ed ild i. Burada qanun layihəsinin mü zakirəsi ilə əlaqədar
49
təkliflərini vermək üçün Azərbaycan torpaq sahibləri ö zlərinin iki nü mayəndəsini -
Abbasqulu xanı və Cəfərqulu xanı 1910-cu il dekabrın 1-də Peterburqa göndərdi.
Müşavirə torpaq sahiblərinin ehtirasla dolu tələblərindən ancaq l birini nəzərə aldı,
yəni kəndlilərin mülkiyyətinə veriləcək pay torpağının əvəzinə onlar sahibkarlara,
Rusiyada olduğu kimi, pul verməli idilər. Müşavirə 1910-cu il dekabrın 20-da
qanun layihəsinə əhəmiyyətsiz dü zəlişlər edib, onu Nazirlər Şurasının sərəncamına
verdi.
1911-c i il mart ın 17-də Na zirlər Şu rası layihəni III Dövlət Du masına
təqdim etdi. Du mada Bakı və Yelizavetpol qu berniyaları torpaq sahiblərin in
nümayəndəsi Xəlil bəy Xas məmmədov iştirak edirdi. Bütün Zaqafqaziya torpaq
sahiblərinin nümayəndələri və millətçi-burjua deputatlar ödəncin xüsus i
sahibkarların xeyrinə aparılmasını tələb edir, hətta əkin üçün yararsız y erlərin
kəndlilərə pulsuz verilməsinə qarşı çıxırdılar.
III Du mada qanun layihəsinin əleyhinə ancaq sosial-demo kratla r səs
verdilər. Canişinin lay ihəsi ilə əlaqədar olaraq, sonradan bir deputatın da
qoşulduğu 34 deputat hələ 1908-ci ilin dekab rında Zaqafqaziyada kəndlilərin
mü lkədarlara olan mükəlləfiyyətli münasibətlərini ləğv etmək haqqın da özlərin in
qanunverici təkliflərini Du manın mü zakirəsinə vermişdilər. Bu təkliflərdə
göstərilird i ki, təhkimçiliy in qalıq ları iqtisadi və mədəni inkişafa mane olur,
"kəndli istis marının ən vahid formaların ın mühafizə olun masına və qüvv ət-
lən məsinə imkan yaradır, bütün xalqı səfalətdə, cəhalətdə və hüquqsuz vəziyyətdə
saxlay ır". Qeyd edilirdi ki, Cənubi Qafqazda, o cümlədən Azərbaycanda yerli
kəndlilərin Rusiyanın daxili quberniya kəndlilərindən iki-üç dəfə az pay torpaqları
olmasına baxmayaraq, onlar 3-4 dəfə artıq mükəlləfiyyət daşıyırlar. Kəndliləri ödənc
verməyə məcbur etmək onların onsuz da tükənmiş büdcələrinə əlavə və gücçatmaz yük
olar, təsərrüfat vəziyyətlərini sarsıdır, bu "görülən iş ədalətsizlik, ümumxalq və
ümumdövlət mənafeyinə açıqcasına zidd gedən bir aktlardı". Deputatların tələbləri asılı
və müvəqqəti mükəlləfiyyətli münasibətlərin təxirəsalınmaz və danışıqsız surətdə ləğv
edilməsinə, müvəqqəti mükəlləfiyyətli və asılı kəndlilərdən, həmçinin Dağıstanda və
Zaqatala dairəsində olan asılı rəiyyətlərin və keşkəlçilərin torpaq sahibləri üçün icra
etdikləri hər cür mükəlləfiyyətlərin aradan qaldırılmasına, bu kəndlilərin istifadəsində
olan pay torpaqlarının, torpaq nizamnaməsində göstərilmiş sərhədlərə uyğun olaraq,
onların mülkiyyətlərinə çevrilməsinə yönəldilmişdi.
Mülkədarların mənafeyini müdafiə edən canişin bu təkliflərin əleyhinə çıxdı.
1911-ci ilin mayında Dövlət Dumasının torpaq komissiyası 35 deputatın təklifini müzakirə
edib, kəndlilərin mülkədarlara müvəqqəti mükəlləfiyyətli münasibətləri ləğv etmək
mülahizəsi ilə razılaşdı. Lakin komissiya kəndliləri mülkədarlar qarşısında daşımalı
olduğu mükəlləfiyyətlərdən əvəzsiz azad etmək haqqında təklifləri rədd edərək, onların öz
pay torpaqları müqabilində ödənc ödəmələ rini bunun üçün əsas şərt hesab etdi.
III Dövlət Dumasında qanun layihəsinə Stolıpin aqrar siyasətinin əsas
müddəaları əlavə edilmişdi, bu dəyişiklik və tamamlamalar qanun layihəsinin mətnində
50
deyil, onun əlavələrində öz əksini tapmışdı. Bu əlavələrdən birinin məzmunu belə idi:
"Ayrı-ayrı kəndlilər tərəfindən əldə edilən pay torpağı bəxşiş, yaxud satmaq vasitəsilə
başqasının əlinə keçə bilər...". Lakin pay torpağının sərbəst alınıb-satılmasını
məhdudlaşdırmaq üçün əlavələrdə müəyyən şərtlər də qoyulmuşdu. Həmin şərtlərə
görə, kəndli xüsusi mülkiyyəti sayılan pay torpağını ancaq kənd icmasının iclasında
kəndlilərin 2/3-dən az olmayan hissəsinin razılığı ilə sata bilərdi. Bundan başqa, satılan
torpağın qiyməti 500 manatdan baha olduqda, həmin torpaq ancaq maliyyə nazirinin
icazəsinə əsasən Daxili İşlər Nazirliyinin sərəncamı ilə alqı-satqı obyekti ola bilərdi.
Daha sonrakı müzakirə mərhələlərində qanun layihəsi torpağını ödənclə əldə etmiş
kəndliyə xüsusi mü lkiyyətçi hüquqi verirdi.
Stolıpin aqrar siyasətini müəyyən məhdudluqla özündə əks etdirən canişin layihəsi
Dövlət Dumasında təsdiq olunduqdan sonra Dövlət Şurasına təqdim edild i, 1912-ci il
dekabrın 19-da Şuranın 36 ü zvünün razılığı ilə, heç bir dəyişiklik edilmədən 1912-
ci il dekabrın 20-də çar tərəfindən təsdiq edilib qüvvəyə mindi.
1912-c i il 20 dekabr qanunu Azərbaycan ərazisində Bakı və Yelizavetpol
quberniyalarını, İrəvan quberniyasında isə Na xçıvan qəzasını da əhatə edirdi.
Qanun Zaqatala dairəsinə aid edilmədi. Müstəqil inzibati ərazi sayılan Zaqatala
dairəsində asılılıq münasibətlərin in ləğvi haqqında müddəalar isə 1908-ci ildə
canişinin tərtib etdiyi " Dağıstan və Zaqatala dairəsində kəndlilərin bəylərdən və
keşkəl sahiblərindən asılılıq münasibətlərin in ləğv edilməsi haqqında" qanun
layihəsində verilmişdi. Bu layihə 1910-1912-ci illərdə can işin idarələrində
dəfələrlə mü zakirə olunduqdan sonra 1912-ci ildə Daxili İşlər Nazirliyi yanında
idarələrarası müşavirəyə təqdim ed ild i. 1912-ci ildə IV Dövlət Du masında təsdiq
edilən qanun layihəsi 1913-cü il iyulun 7-də çarın sərəncamı ilə qüvvəyə mindi.
1912-c i il 20 dekabr qanunu bütün Cənubi Qafqa zda olduğu ki mi,
Azərbaycanda da 1913-cü il yanvarın 1-dən həyata keçirilird i. Bakı və
Yelizavetpol quberniyaları ü zrə ödənc 1163 mülkə aid edilmişdi. 1913-cü il
yanvarın 1-dən etibarən 403,4 min desyatin. pay torpağı sahibkar kəndlilərin xüsusi
mü lkiyyəti elan edildi, kəndlilər xüsusi mülkiyyəti olan pay torp ağı üçün xəzinəyə
faizlə b irlikdə 20755376 rubl pul ödəməli idilər. Zaqatala dairəsində isə ödəncə aid
edilmiş 47 kənd 20 il müddətində dövlət xəzinəsinə 284969 rubl ödənc verməli idi.
Ödənc əməliyyatına başlamaq üçün 1913-cü ildə Azərbaycanda münsif
şöbələrin in sayı xeyli artırıldı. 1912-ci ildə, islahat ərəfəsində, Bakı və
Yelizavetpol quberniyalarında 12 münsif şöbəsi yaradıldı və 1913-cü ildə onların
sayı 32-yə çatdırıld ı.
Zaqatala dairəsində isə ödənc əməliyyatını aparmaq üçün üç münsif
vəzifəsi təsis edildi, bununla əlaqədar o laraq in zibati dairənin ərazisi 3 barışdırıcı
şöbəyə bölündü. Hər barışdıncı şöbənin işinə bir münsif rəhbərlik ed ird i.
Bakı və Yelizavetpol quberniyalarında 1913-cü il yanvarın 1-dən başlamış
ödənc əməliyyatının ayrı-ayrı mərhələlərindən birincisində kəndlilər tərəfindən
veriləcək ödəncin hər kənd üzrə hesablanması üçün ilk hesablama siyahıların ın
51
tərtib edilməsinə 1913-cü ilin əvvəllə rində başlandı və 17 kənd istisna olunmaqla,
həmin ilin sonunda qurtardı. 1913-cü ildə hər kənd üzrə ödəncin hesablanıb qurtarması
ilə əlaqədar olaraq kəndlilərə çoxlu pul ödəmə vərəqəsi göndərildi. Bakı quberniyasının
kəndliləri 1913-cü ildən başlayaraq hər il həmin vərəqələr üzrə xəzinə palatasına 131678
rubl ödənc verməli idilər. Lakin kəndlilər hər il bu qədər pulu verib qurtara bilmir və
onların borcu sonrakı illərə keçirdi.
İlk hesablama siyahılarının tərtib edilməsilə əlaqədar 1913-cü il yanvarın 1 -
dən ləğv olunmuş mükəlləfiyyət əvəzində bəylər ödənc almağa başladılar. 1915-ci il
yanvarın 1-nə qədər Zaqatala dairəsinin 47 kəndi üzrə 1583 torpaq sahibinə ödənc pulu
almaq üçün vəsiqə verildi. Torpaq sahibləri həmin vəsiqələr üzrə 241811 rubl ödənc
pulu almışdılar. 1915-ci il yanvarın 1-nə qədər Zaqatala dairəsində ikinci və üçüncü
barışdırıcı şöbələrdə torpaq sahiblərinin ödənc pulunu alması başa çatdırılmışdı, ancaq
birinci barışdırıcı şöbədə Zaqatala xəzinəsinin bəylərə və keşkəl sahiblərinə 16962 rubl
borcu qalmışdı.
1912-ci il qanunu üzrə ödəncə aid edilmiş mülklərdə pay torpaqlarının
ölçülməsi ödənc əməliyyatının başqa bir mərhələsi idi. Kəndlilər üçün pay torpağının
mərzlənməsi və ödənc pulunun dəqiq hesablanmasının böyük əhəmiyyəti var idi, çünki
münsiflər çox vaxt pay torpağının sahəsini əslində olduğundan artıq göstərir, yararsız
torpaq üçün də kəndliləri ödənc pulu verməyə məcbur edirdilər. Buna görə də onlar ödənc
pulunun dəqiq hesablanması üçün pay torpağının mərzlənməsini və ölçülməsini inadla tələb
edirdilər. Lakin bu proses çox ləng gedirdi. 1913-cü ildən 1916-cı ilin axırına qədər
keçən 4 ildə Bakı və Yelizavetpol quberniyalarında kəndlilərlə torpaq sahibləri arasında
mübahisəyə səbəb olmuş 823 mülkün pay torpağını ölçmək barədə tələblərdən cəmi 298-i
yerinə yetirilmişdi.
Bakı və Yelizavetpol qubemiyalarında ilk hesablama siyahılarının tərtib
edilməsindən sonra münsiflər pay torpağı üzrə mübahisə doğurmayan mülklər üçün
ödənc aktı tərtib edirdilər, pay torpağının sahəsi, mərzi ilə əlaqədar mübahisəyə səbəb
olmuş mülklər üçün isə ödənc aktının tərtib edilməsi yerin ölçülməsinə qədər təxirə
salınırdı.
Kəndlilərin xüsusi mülkiyyətçilər qrupuna daxil olması üçün ödənc aktlarının
tərtib və təsdiq olunub-olunmamasının əhəmiyyəti yox idi, çünki, yuxarıda göstərildiyi
kimi, kəndlilər ödənc aktlarının tərtib və təsdiq edilməsinə qədər artıq ilk hesablama
siyahıları üzrə ödənc pulunu ödəməyə başlamışdılar. Ödənc aktlarının tərtib və təsdiq
edilməsi ilk hesablama siyahılarında təxmini hesablanmış ödənc pulunun qədərini
dəqiqləşdirmək və rəsmiləşdirmək məqsədini daşıyırdı. Lakin qeyd etmək lazımdır ki,
ödənc əməliyyatının bu mərhələsi də olduqca ləng getmiş, başa çatdırılmamışdı. 1917-ci
ilə qədər Bakı və Yelizavetpol quberniyalarında ödəncə aid edilmiş 1163 mülkün 450-si üzrə
tərtib edilmiş ödənc aktının ancaq 281-ni kəndli məsələsi üzrə quberniya idarələri təsdiq
etmişdi.
1912-ci il qanunu tətbiq edilən Bakı və Yelizavetpol quberniyalarından fərqli
olaraq, Zaqatala dairəsində ödənc əməliyyatının özünəməxsus cəhətləri var idi. 1912-ci
52
il qanunu üzrə, ödənc əməliyyatı bir neçə mərhələdən ibarət olduğu halda, Zaqatala
dairəsində bu mərhələlər yox idi, çünki ödənc əməliyyatının başlanmasına qədər, hələ
1908-ci ildə ödənc pulunun məbləği Zaqatala dairəsinə ezam edilmiş komissiya
tərəfindən müəyyən olunmuşdu. Odur ki, ödənc əməliyyatı başlayan zaman münsifin
vəzifəsi ödənc pulunu hesablamaq deyil, onu ancaq hər kənd üzrə həyətlər arasında
bölmək idi. Buna görə də Zaqatala dairəsində ödənc əməliyyatının sonrakı mərhələlərini
həyata keçirməyə ehtiyac qalmamışdı.
1912-1913-cü illər qanunları aqrar məsələni həll edə bilmədi. 1870-ci il
islahatından 42 il keçdikdən sonra da mülkədarlar güclə, zorla öz torpaqlarını kəndlilərə
satır, onları bu torpaq üçün külli miqdarda pul verməyə məcbur edirdilər. Həmin qanun
aktları kəndliləri qarət edir, onları yenə də torpaq sahiblərinin əsarətində saxlayırdı.
1912-1913-cü illərin aqrar qanunları təhkimçilər tərəfindən həyata
keçirilməsinə və təhkimçilik aktı olmasına baxmayaraq, öz məzmununa görə burjua
xara kteri daşıyırdı. Kəndlilər tərəfindən pay torpaqlarının ödənclə alınması özü də xalis
burjua xarakterli hadisə idi. Məhsul mülkiyyətinin ləğv edilməsi, kəndlinin ödənc
ödəməyə başlaması sahibkar kəndində kapitalist münasibətlərinin inkişafını,
təbəqələşməni daha da sürətləndirirdi, yoxsullaşmış və əmlakdan məhrum olmuş
kəndlilərin sayını artırırdı, tavanalı və tavanasız kəndli qrupları özünü daha aydın
göstərməyə başlayırdı. Bu qanunlar sahibkar kəndinin iqtisadi həyatında kapitalist
münasibətlərin in kişafını daha da sürətləndirirdi.
Dostları ilə paylaş: |