NƏTĠCƏ
"Azərbaycan tarixi" yeddinci cildinin əhatə etdiyi dövr bəşər tarixində
İkinci dünya müharibəsi, iki ictimai sistem arasında "soyuq müharibə", nüvə
müharibələri təhlükəsi, elmi-texniki inqilab və ictimai-iqtisadi həyatı keyfiyyətcə
yeniləşdirən qabaqcıl texnologiyaların kəşfi, ekoloji problemlərin artması,
mədəniyyətlərin toqquşması, sülh, yeni dünya müharibəsinə, dağıdıcı separatizmə,
terrorizmə, ekstremizmə yol verməmək uğrunda mübarizə, dünya müstəmləkə
sisteminin ləğvi və SSRİ-nin süqutu, yeni müstəqil dövlətlərin meydana gəlməsi,
millətlərarası
münaqişələrin
gərginləşməsi,
beynəlxalq
münasibətlərin
demokratiya, insan hüquqlarının müdafiəsi, bazar iqtisadiyyatı dəyərləri əsasında
inkişafı kimi ciddi iqtisadi, siyasi, mənəvi, sosial və beynəlxalq proseslərlə zəngin
olmuşdur. Bu proseslər Azərbaycan tarixində yerli, regional reallıqlarla, habelə
xalqın mentaliteti ilə bağlı özünəməxsus şəkildə təzahür etmişdir və onların dərin
elmi təhlili, obyektiv şərhi zəruridir.
Azərbaycan xalqı faşizmə qarşı mübarizədə dünyanın bütün mütərəqqi,
demokratik qüvvələrinin tərəfində, Sovet İttifaqının Böyük Vətən müharibəsində
həm ön, həm də arxa cəbhədə böyük fədakarlıq göstərmiş, bütün maddi və mənəvi
sərvətlərini, xüsusilə qəhrəman oğul və qızlarını qələbə üçün səfərbər etmişdir.
İkinci dünya müharibəsinin həlledici cəbhələrindən olan Şərq cəbhəsində faşizmin
bel sütununu qıran sovet ordusu motorlarını hərəkətə gətirmiş Bakı nefti bu
cahanşümul qələbənin həlledici amillərindən biri olmuşdur.
Müharibədən sonrakı illərdə Azərbaycan SSR-də sovet inzibati-amirlik
sisteminin, kəskin təzyiqedici metodlarla olsa da, məqsədyönlü, səfərbəredici
imkanlarından səmərəli istifadə edilməsi müharibənin vurduğu ziyanları tezliklə
aradan qaldırmağa, Sovet respublikalarının qarşılıqlı əlaqəsinə, mərkəzdən və bir-
birindən asılılığının artmasına xidmət edən SSRİ vahid təsərrüfat kompleksi
qurulması tələbləri daxilində energetika, qara və əlvan metallurgiya, neft-kimya,
neft maşınqayırma, cihazqayırma və başqa sənaye sahələrinin, yeni sənaye
mərkəzlərinin, kənd təsərrüfatında pambıqçılıq, tərəvəzçilik, üzümçülüyün sürətlə
inkişaf etməsinə səbəb olmuşdu. Sovet respublikalarının bir-birinə köməyi onların
inkişafına mühüm təsir göstərmişdir. Azərbaycan SSR İttifaq büdcəsinə
verdiyindən az götürür, xammalı, kadrları ilə başqa respublikaların xalq
təsərrüfatının bərpası və inkişafına, xüsusən yeni neft rayonlarının kəşfi və
işlənilməsinə yaxından kömək edirdi.
Elm, təhsil, ədəbiyyat, incəsənət, memarlıq və kütləvi informasiya vasitələri
"kommunizm" ideologiyasının təzyiqi altında olsa da, xeyli inkişaf edə bilmiş,
370
sovet həyat tərzinin, Kommunist partiyasının və sovet sosialist sisteminin təbliğinə
xidmət etsə də, mövcud rejimin xalqı monolit, idarəolunan kütləyə çevirmək
cəhdləri tam baş tutmamışdı. Azərbaycanda "işıqlı gələcək naminə" fədakarlıqla
çalışan sovet vətənpərvərləri ilə yanaşı, reallıqları düzgün qiymətləndirməyi
bacaran insanlar da vardı. Mənəvi haçalanma, sözlə əməl arasında uyğunsuzluq
yaranmışdı. "Milli bərabərlik", "beynəlmiləlçilik"dən danışan Mərkəzin şovinist
rəhbərləri Azərbaycan xalqına qarşı diskriminasiya siyasəti həyata keçirir,
azərbaycanlıların Ermənistan SSR ərazisindəki ata-baba torpaqlarından
deportasiyasına, Azərbaycanda isə, əksinə, ermənilərin sayının artmasına və
onların daha firavan yaşamasına şərait yaradırdılar.
50-ci illərin ortalarında köhnə iqtisadi idarəçilik metodlarını saxlamaqla
siyasi sistemdə "mülayimləşmə", 80-ci illərin ortalarında isə, əksinə, köhnə siyasi
rejimi saxlamaqla "əsaslı iqtisadi islahatlar" keçirmək - "yenidənqurma" cəhdləri
ictimai-iqtisadi həyatda uzun illər yaranmış nizamı, sabitliyi pozmuş, xüsusən
ictimai həyatda, sosial münasibətlərdə demokratik meyillərin meydana gəlməsinə
və inkişafına səbəb olmuşdu. XX əsrin ortalarında keçirilən siyasi dəyişikliklər
yeni tipli rəhbərlərin meydana gəlməsinə, milli oyanışa xidmət edən meyllərin
artmasına imkanlar açmışdı. Bu imkanlardan Azərbaycanda xüsusən 70-ci illərdə
geniş istifadə olunmuşdu. Bu dövrdə vətənpərvər, milli təəssübkeş, demokratik
qüvvələr böyük vətəndaş, müdrik siyasətçi Heydər Əliyevin milli oyanış, iqtisadi
və sosial tərəqqi siyasəti sayəsində xeyli inkişaf etdi. Respublikanın mənəvi və
iqtisadi potensialı artdı. SSRİ-də baş verən proseslərin nə ilə nəticələnəcəyini
uzaqgörənliklə qiymətləndirən Azerbaycan SSR-in rəhbəri gələcək müstəqil
dövlətin iqtisadi, mənəvi bazasının, kadr potensialının yaradılmasına böyük qayğı
göstərirdi. Böyük istedadı və uğurlu siyasəti sayəsində SSRİ hakimiyyətinin ən
yüksək vəzifələrinədək ucalmış Heydər Əliyev bu imkanlardan xalqının iqtisadi və
sosial tərəqqisi, milli oyanışı üçün məharətlə istifadə etmişdi.
İctimai-iqtisadi, xüsusən elmi-texniki tərəqqi baxımından dünyanın qabaqcıl
dövlətlərinə nisbətən geri qalması, rəhbər siyasi təşkilatın daxildən çürüməsi və
nüfuzdan düşməsi, habelə 80-ci illərin ortalarından başlayaraq həyata keçirilən
islahatların kobud və səmərəsiz metodları, xüsusən milli siyasətdə yol verilən ciddi
səhvlər, о cümlədən Azərbaycanın Dağlıq Qarabağ bölgəsində qəsbkar erməni
separatizminin, milli münaqişə ocağının qızışdırılması, xalqların mərkəzdən
narazılığının artması, demokratik hərəkatın inkişafı SSRİ-də dağılma proseslərini
daha da sürətləndirdi. Sovet imperiyası süqut etdi. 1991-ci il oktyabrın 18-də
Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi rəsmiləşdirildi. Azərbaycan
tarixində yeni bir dövr başlandı, xalq müstəqil dövlət qurmaq üçün tarixi şans əldə
etdi.
371
Lakin zəngin maddi və mənəvi sərvətləri, strateji geosiyasi mövqeyi olan
Azərbaycanı öz nüfuz dairəsində saxlamaq və ondan bəhrələnmək istəyən
imperiyapərəst qüvvələr respublikada müstəqilliyin ilk illərində siyasi təcrübəsi az
olan insanların hakimiyyəti ələ keçirməsi nəticəsində yaranmış ümumi böhrandan
istifadə edərək hər vasitəyə əl atmış, Dağlıq Qarabağda milli münaqişə iki xalq
arasında qanlı müharibəyə çevrilmiş, tez-tez dövlət çevrilişlərinə cəhd baş vermiş
və terror hadisələri törədilmişdir. Xalqın təkidli tələbi ilə Heydər Əliyevin yenidən
respublikaya rəhbərliyə qayıdışı siyasi parçalanma və vətəndaş müharibəsi
başlanmış ölkədə müstəqil dövlətçiliyin itirilməsi təhlükəsini aradan qaldırdı. Əldə
olunan siyasi sabitlik, yaradılmış dövlət intizamı, dünyada baş verən qloballaşma
proseslərinin düzgün qiymətləndirilməsi, düşünülmüş, tarazlı xarici siyasət, aparıcı
dünya dövlətləri ilə əməkdaşlıq münasibətləri, müvəffəqiyyətli ordu quruculuğu,
döyüş meydanlarında atəşkəs, davamlı sülh uğrunda mübarizə, Avropa
sivilizasiyasının bazar iqtisadiyyatı, demokratiya və insan haqlarının müdafiəsi
kimi mühüm şərtlərinin ardıcıl tətbiqi, cəsarətli siyasi və radikal iqtisadi islahatlar,
xalqın mənəvi aləminin mütərəqqi milli və bəşəri dəyərlər əsasında
zənginləşməsinə istiqamətləndirilmiş tədbirlər tarixin XX əsrin axırlarında
Azərbaycana verdiyi şansdan daha səmərəli bəhrələnməyə şərait yaratdı.
Azərbaycan Respublikası XXI əsrə dünya birliyinin bərabərhüquqlu və suveren
üzvü kimi tutduğu müstəqillik və tərəqqi yolu ilə inamla addımlayan bir dövlət
kimi qədəm qoydu.
372
РЕЗЮМЕ
В седьмом томе "История Азербайджана" освещаются исторические
события, охватывающие период с июня 1941 до начала 2003 гг. Том состоит
из трех разделов. В первом разделе освещается роль Азербайджана в
достижении победы Советской Армии над фашистской Германией в Великой
Отечественной Войне 1941-1945 гг.
Азербайджанская ССР в составе Советского Союза принимала
активное участие в Великой Отечественной войне против фашизма. В
Азербайджанской ССР были созданы национальные воинские формирования,
в ряды которых было мобилизовано около 70 тыс. граждан, более половины
которых отдали жизнь за победу. Бакинские нефтяники полностью обеспечи-
вали потребности Советской Армии в горючем и смазочных материалах.
Баку стал подлинным арсеналом фронта. Здесь производилось более 130
наименований различного оружия и снаряжения. В республике была создана
широкая сеть военных госпиталей, где самоотверженно боролись за жизнь
воинов сотни высоко квалифицированных медицинских работников.
Трудовой героизм проявляли труженики промышленности, транспорта,
сельского хозяйства, ученые республики. Азербайджанцы являлись
непосредственно активными участниками в важнейших битвах почти на всех
фронтах Великой Отечественной войны, в партизанских отрядах, в
антифашистском движении Европы, в движении Сопротивления, в
освобождении территории СССР и стран Восточной Европы от фашистской
армии, в войне против милитаристской Японии. За отвагу в боях против
армии врага 121 сыновей Азербайджана, в том числе Ази Асланов, Исрафил
Мамедов, Аслан Везиров, Владимир Абрамов, Адил Кулиев, Гафур Мамедов,
Евгений Цыганов, Мехти Гусейнзаде, Зия Бунятов, Иван Ильясов, Халил
Мамедов и др. получили высокое воинское звание "Герой Советского
Союза", 30 воинов из Азербайджана были удостоены всеми тремя степенями
ордена "Слава". Второй раздел тома охватывает историю Азербайджана
1946-1991 гг. Авторы показывают, что в послевоенные годы, в условиях
усиления тоталитарного режима, приведших к серьезным социальным
последствиям, в результате укрепления государственной дисциплины за
короткий срок было восстановлено народное хозяйство. Дальнейшее
развитие получили промышленность, сельское хозяйство, транспорт,
строительство, связь. В республике выросли новые промышленные центры –
Сумгаит, Мингечаур, Дашкесан, Али-Байрамлы. Однако создание новых
промышленных центров, развитие новых отраслей промышленности в
373
республике планировались прежде всего с учетом требований единого
народнохозяйственного
комплекса
всего
Союза,
что
привело
к
одностороннему развитию, к углублению зависимости республики от диктата
центра. В эти годы в республике получили бурное развитие энергетика,
черная и цветная металлургия, нефтяное машиностроение, приборостроение,
нефтехимическая и другие отрасли промышленности. Определенные успехи
были достигнуты в области сельского хозяйства.
Удельный вес вклада Азербайджана в бюджет Союза значительно
превышал получаемую им из бюджета долю. Азербайджан помогал другим
республикам и регионам СССР сырьем, в деле открытия и разработки новых
нефтяных месторождений, подготовкой квалифицированных кадров для
нефтяных районов. Благодаря помощи нефтяников Азербайджана на карте
СССР появились "Новые Баку".
Несмотря на идеологическое давление, в республике развивались
наука (23 марта 1945 г. образовалась Академия Наук Азербайджана),
образование, литература, искусство, средства массовой информации. Однако
тоталитарный режим не смог превратить народ в монолитную, управляемую
силу. Расхождение слова с делом, характерное для этого режима,
способствовало духовному раздвоению общества. Возникло инакомыслие.
Под влиянием культа личности пошла новая волна репрессий.
Руководство СССР, декларативно провозглашавшее интерна-
ционализм, на деле проводило политику дискриминации по отношению к
ряду народов и наций, в том числе к азербайджанскому народу. Она сильно
проявилась в организации несправедливой депортации азербайджанцев в
1948-1956 гг. с их исконных земель, на которых фактически в советское
время под эгидой новой национальной политики "Дружбы народов"
формировалась Армянская ССР. В Азербайджане же в эти годы происходил
процесс возрастания удельного веса армян в общей численности населения.
Для них под покровительством Москвы создавались благоприятные условия
жизни.
Попытки проведения косметических реформ в политической системе
страны в условиях сохранения старых методов управления экономикой в
середине 50-х годов, а также экономические реформы при сохранении
существовавшего политического режима в середине 80-х годов постепенно
разрушали созданные за долгие годы тоталитарного режима порядок,
стабильность и способствовали развитию демократических тенденций в
общественной и социальной жизни. Политические реформы 50-х годов
создали возможность выхода на политическую арену руководителей нового
типа, роста идей национального возрождения. В Азербайджане эти
374
возможности широко использовались в 70-х - начале 80-х годов. Благодаря
мудрой, дальновидной политике Гейдара Алиева, направленной на
национальное возрождение, развитие экономики и социальной сферы,
значительно возрос материальный, духовный и кадровый потенциал рес-
публики. Талант политика, трудолюбие вознесли Гейдара Алиева в
руководство СССР - крупнейшим тогда государством мира. На постах
первого заместителя председателя Совета Министров СССР и члена
Политбюро ЦК КПСС он так же всесторонне заботился о развитии родной
республики.
Однако, отставание СССР от передовых, развитых стран мира в
общественно-экономической сфере, разложение общества внутри страны,
потеря авторитета руководящей политической организации, которой
являлась Коммунистическая партия, а также грубые и неэффективные
методы реформ "горбачевской перестройки", начатые в середине 80-х годов,
серьезные ошибки в национальной политике, в частности разжигание
межнационального конфликта и армянского сепаратизма в Нагорно-
Карабахской автономной области Азербайджанской ССР, рост
недовольства народов республик, права которых нарушались, развитие
демократического движения ускорили процесс распада СССР - "Советской
империи". 18 октября 1991 года Азербайджанская Республика провозгласила
свою подлинную государственную независимость.
Третий раздел тома посвящен становлению, развитию и укреплению
признанного мировым сообществом суверенного национального государства
- Азербайджанской Республики с октября 1991 - до начала января 2003 гг.
В первые годы независимости республика испытала большие
трудности. Политическим кризисом, возникшим в результате деятельности
неопытных в политике амбициозных сил, пришедших к власти, пытались
воспользоваться заинтересованные в этом регионе государства, чтобы
помешать укреплению Азербайджана как независимого государства.
Конфликт между Арменией и Азербайджаном перерос в кровавую войну в
Карабахе, привел к потере 20% территории Азербайджана, превращению
более миллиона граждан в беженцев на своей Родине. В условиях
политической нестабильности в Азербайджане совершались государственные
перевороты, процветали насилие, террор.
Возвращение к руководству республики в июне 1993 года по
настоятельному требованию народа Гейдара Алиева спасло Азербайджан от
политического расчленения, от начавшейся уже гражданской войны, от
потери независимости. Создание политической стабильности, укрепление
государственной дисциплины, последовательное развитие демократии,
375
успешная внешняя политика, прекращение военных действий на фронте,
борьба за справедливый и крепкий мир, установление отношений равноп-
равного сотрудничества и партнерства с ведущими государствами мира,
достойное представление Азербайджана в различных международных
организациях, политика "открытых дверей", смелые и радикальные реформы,
способствующие развитию рыночной экономики, создание условий для
направления
больших
иностранных
инвестиций
в
нефтяную
промышленность и другие отрасли хозяйства, меры, направленные на
укрепление духовного единства, развитие национальных ценностей открыли
уникальные возможности для успешного продвижения народа Азербайджана
по пути независимого демократического государства.
376
XRONOLOJĠ CƏDVƏL
1941, 22 iyun – Böyük Vətən Müharibəsinin başlanması
1941, avqust – 402-ci Azərbaycan milli diviziyasının yaradılması
1941, oktyabr – 223-cü Azərbaycan milli diviziyasının yaradılması
1941, 11 dekabr – SSRİ Ali Soveti Rəyasət Heyətinin fərmanı ilə İsrafil
Məmmədova Sovet İttifaqı Qəhrəmanı adının verilməsi
1942, yanvar – Azərbaycan KP MK və Azərbaycan SSR XKS-nin qərarı ilə
yaralı əsgər və komandirlərə Azərbaycan Respublika Yardım Komitəsinin təşkil
edilməsi
1942, fevral-mart – 416-cı Azərbaycan milli diviziyasının yaradılması
1942,
may
– 77-ci Azərbaycan milli diviziyasının yenidən
komplektləşdirilməsi
1942, 25 iyul; 1943, 9 oktyabr – Qafqaz uğrunda döyüş
1942, 23 avqust – Zaqafqaziya xalqlarının Tbilisidə antifaşist mitinqinin
keçirilməsi
1942, avqust-sentyabr – 271-ci Azərbaycan milli diviziyasının yaradılması
1942, 9 sentyabr – SSRİ Ali Soveti Rəyasət Heyətinin Zaqafqaziyada hərbi
vəziyyət elan olunması haqqında fərmanı
1942, 27 sentyabr – Zaqafqaziya gəncləri nümayəndələrinin antifaşist
mitinqi
1942, 22 dekabr – SSRİ Ali Soveti Rəyasət Heyətinin fərmanı ilə Həzi
Aslanova birinci dəfə Sovet İttifaqı Qəhrəmanı adının verilməsi
1943, 21 aprel – Azərbaycan xalqının azərbaycanlı döyüşçülərinə məktubu
1943, 30 avqust – 416-cı atıcı diviziyasına “Taqanroq” fəxri adının
verilməsi
1943, sentyabr – 271-ci Azərbaycan milli diviziyasına “Donetsk”
əməliyyatında rəşadətinə görə, fəxri “Qarlovka” adının verilməsi
1943, 24 oktyabr – Melitopol şəhərinin azad olunmasında alman
faşistlərinə qarşı göstərdikləri qəhrəmanlığına görə 416-cı “Taqanroq”
diviziyasının “Qırmızı Bayraq” ordeni ilə təltif olunması
1943, 28 noyabr-1dekabr – SSRİ, ABŞ və İngiltərə dövlət başçılarının
Tehran konfransı
1943, noyabr – Azad olunmuş rayonlara kömək göstərmək üzrə
Azərbaycan Respublika Komitəsinin yaradılması
1944, 14 aprel – SSRİ Ali Soveti Rəyasət Heyətinin qərarı ilə Zaqafqaziya
Müsəlmanlarının Ruhani İdarəsinin təşkil olunması
377
1944, 24 aprel – SSRİ Ali Soveti Rəyasət Heyətinin S.Orconikidze adına
77-ci atıcı diviziyasına “Simferopol” adının verilməsi və onun II dərəcəli Suvorov
ordeni ilə təltif olunması haqqında fərmanı
1944, 26 aprel – Azərbaycan SSR-nin ictimai heyvandarlığın inkişafında
əldə etdiyi nailiyyətlərə görə DMK-nın bayrağı ilə təltif edilməsi
1944, 1 may – “Qafqazın müdafiəsi uğrunda” medalının təsis edilməsi
haqqında SSRİ Ali Soveti Rəyasət Heyətinin fərmanı
1945, 4-13 fevral – SSRİ, ABŞ və İngiltərə dövlət başçılarının Yalta (Krım)
konfransı
1945, 27 fevral – SSRİ Ali Soveti Rəyasət Heyətinin fərmanı ilə Ziya
Bünyadova Sovet İttifaqı Qəhrəmanı adının verilməsi
1945, 23 mart – Azərbaycan EA-nın təsis edilməsi
1945, aprel – Nizami adına Ədəbiyyat Tarixi Muzeyinin açılması
1945, 6 may – Mingəçevir SES-in tikintisinin bərpa olunması haqqında
SSRİ XKS-in qərarı
1945, 9 may – Qələbə günü
1945, 28 may – SSRİ Dövlət Müdafiə komitəsi tərəfindən “Bakıda neft
hasilatını artırmaq tədbirləri haqqında” qərarın qəbul edilməsi
1945, 17 iyul-2 avqust – SSRİ, ABŞ, İngiltərə dövlət başçılarının Postdam
konfransı
1945, 20 avqust – Mingəçevir su anbarının tikintisinə başlanması
1945, 12 dekabr – Cənubi Azərbaycanda xalq hakimiyyətinin qurulması
1946, 5 yanvar – SSRİ XKS-nin “Bakı şəhər təsərrüfatını yaxşılaşdırmaq
tədbirləri haqqında” qərarının qəbul edilməsi
1946, 16 mart – Daşkəsən şəhərinin salınması
1946, may – “Pioner” jurnalının nəşrə başlaması
1946 – Gəncədə Nizami Gəncəvinin məqbərəsinin açılması
1946, 15 avqust – Azərbaycan SSR Ali Sovetinin VIII sessiyasında 1946-
1950-ci illərdə Azərbaycan SSR xalq təsərrüfatının bərpa və inkişaf etdirilməsi ilə
bağlı beşillik plan haqqında qanunun qəbul edilməsi
1946, 20 dekabr – Cənubi Azərbaycanda xalq hakimiyyətinin devrilməsi
1947, mart – Bakı Elektrik Maşınqayırma Zavodunun işə salınması
1947, 23 dekabr – SSRİ Nazirlər Sovetinin “Ermənistan SSR-dən
kolxozçuların və başqa azərbaycanlı əhalinin Azərbaycan SSR-in Kür-Araz
ovalığına köçürülməsi haqqında” 4083 saylı qərarın verilməsi
Dostları ilə paylaş: |