§2. XALQ TƏSƏRRÜFATININ MÜHARĠBƏ TƏLƏBLƏRĠNƏ
UYĞUN YENĠDƏN QURULMASI, CƏBHƏYƏ XĠDMƏT.
BAKI - SOVET ORDUSUNUN ƏN MÜHÜM
ARSENALLARINDAN BĠRĠ KĠMĠ
Müharibə xalq təsərrüfatını ciddi imtahana çəkdi. Tezliklə sənayeni hərbi
tələblərə uyğun yenidən qurmaq, birinci növbədə, ordunu yüksək keyfiyyətli
yanacaqla, hərbi ləvazimatla və ərzaqla təmin etmək tələb olunurdu. Azərbaycan
Kommunist Partiyasının Mərkəzi Komitəsində, vilayət, şəhər və rayon
komitələrində neft hasilatı, neft emalı, neft maşınqayırması və elektrik stansiyaları,
tikinti və tikinti materialları, yeyinti sənayesi, kənd təsərrüfatı, nəqliyyat, şəhər
təsərrüfatı və s. kimi sahələrə rəhbərlik edən yeni şöbələr yaradıldı.
40
Respublika xalq təsərrüfatının minlərlə işçisi qızıl ordu sıralarına səfərbər
olunmuşdu. Təkcə 1941-ci ildə Azərbaycanın neft hasilatı və neft emalı sənayesi
müəssisələri fəhlələrinin üçdə biri cəbhəyə getmişdi. Maşınqayırmada, dəmir yol,
su nəqliyyatında, kolxoz və sovxozlarda da vəziyyət belə idi. Mərkəzi sənaye
rayonlarından respublikaya
41
material və avadanlıq gətirilməsi zəiflədi. Sonralar isə
tamamilə dayandırıldı. Dövlət Müdafiə Komitəsinin qərarı ilə 1941-ci ilin
yayından etibarən, Azərbaycanın bəzi zavodlarının Şərqə köçürülməsinə başlandı.
Xalq təsərrüfatının maddi-texniki bazası xeyli zəifləmişdi. 1941-1942-ci
illərdə ordunun ehtiyacı üçün müəssisə və təşkilatlardan 5457 yük maşını və 672
minik avtomobili, 476 traktor və 50 min at alınmışdı.
42
Xalq təsərrüfatının hərbi istiqamətdə uğurla fəaliyyət göstərməsi üçün
ehtiyatda olan iş qüvvəsinin istehsalata cəlb olunmasına başlandı, hökumət növbəti
məzuniyyətləri əvəzinə pul ödəməklə ləğv etdi, iş günü uzadıldı, qadınlar və
yeniyetmələr istehsalata gəldilər. Respublikada 20 minə qədər əmək veteranı və
əlil istehsalata qayıtdı.
43
Xalq təsərrüfatının işçi qüvvəsi ilə təmin edilməsində
qadınlar və yeniyetmələr mühüm rol oynadılar. Azərbaycan qadınları öz atalarını,
ərlərini, qardaşlarını əvəz edərək mədənlərdə, fabrik və zavodlarda işləməyə
başladılar. 1941-ci il iyulun 24-də Əzizbəyovneft mədənlərinə 50-dən çox evdar
qadın gəldi. 1941-ci ilin oktyabrında yalnız Bibiheybət neft mədənlərində 1800-
dən artıq qadın çalışırdı.
1941-ci ilin yayında ictimai təşkilatların göndərişi ilə təkcə Bakının mədən
və zavodlarında 3500-dən artıq qız işə başlamışdı. Bakının neft sənayesində
işləməyə 13 mindən çox yeni işçi cəlb edildi.
44
Evdar qadınların istehsalata cəlb
olunmasına cəbhəçi arvadlarının 1942-ci ilin əvvəllərində Bakıda keçirilmiş
yığıncağının böyük təsiri oldu. Səkkiz ayda 16 min cəbhəçi arvadı respublikanın
sənaye müəssisələrində işləməyə gəldi. Onlardan 11 min nəfəri neft sənayesində
13
çalışmağa başladı.
45
Fabrik və zavodlarda evdar qadınlara sənət öyrətmək üçün
kurslar açıldı. 1942-ci ilin yayında neft sənayesində 25 minə qədər qadın işləyirdi.
Dəmir yol nəqliyyatında çalışanların yarıdan çoxunu qadınlar təşkil edirdi.
Yüzlərlə Azərbaycan qadını sovxoz və kolxozlarda fədakarlıqla çalışırdı.
46
1941-ci
ilin yayı və payızında kolxozların əkin sahələrində 5 mindən artıq qadın
mexanizator vəzifəsində işləyirdi. 1941-1942-ci illərdə respublikada olan 10 min
mexanizatorun yarıdan çoxu qadın idi. 1942-ci ildə Azərbaycanda kənd təsərrüfatı
üçün kütləvi peşə kadrları hazırlayan 17 məktəb fəaliyyət göstərirdi.
47
Müharibə illərində minlərlə oğlan və qız istehsalata gələrək, cəbhəyə getmiş
ata və qardaşlarını əvəz etdi. Fəhlə kadrları hazırlamaq üçün respublikada 28
fabrik-zavod məktəbi, 12 peşə məktəbi, 2 dəmir yol məktəbi fəaliyyət göstərirdi.
1941-ci ilin yayında və payızında peşə və fabrik-zavod məktəblərində təhsil almaq
üçün respublikanın şəhər və kəndlərindən 10 min yeniyetmə cəlb olunmuşdu.
48
Müəssisələrdə ixtisas kursları, texniki kurslar və dərnəklər, qabaqcıl təcrübə
məktəbləri fəaliyyət göstərirdi.
Neft sənayesinin maddi-texniki əsasını möhkəmləndirmək məqsədilə DMK
və Köçürmə Sovetinin qərarı ilə Bakıya ölkənin cənub və qərb rayonlarından
köçürülən 20 iri müəssisənin qurğuları, o cümlədən 250 dəzgah, 12 vaqon
mayetökən cihaz,
49
53 metalkəsən dəzgah, iki vaqon müxtəlif alətlər gətirilmişdi.
50
1942-ci ilin əvvəlində Bakı alətlər zavodu, "Qırmızı proletariat" və Dzerjinski
adına zavodlar ilk məhsullarını verdilər, az sonra L.Şmidt adına maşınqayırma
zavodunda poladəritmə sexi işə düşdü. Beləliklə, Azərbaycan cəbhənin hərbi
sifarişlərini yerinə yetirməyə başladı.
Cəbhə sifarişlərini yerinə yetirmək üçün zavodun əməkçiləri hər gün 18-20
saat işləyirdilər. Silah və döyüş sursatını hər zavodda ayrılıqda istehsal etmək
imkanı olmadığından, maşınqayırma zavodları müdafiə məhsullarının istehsalı üzrə
kooperativlər yaradırdılar. L.Şmidt adına zavodun kollektivi əlaqədar müəssisələrlə
birgə işləyərək, 40 gün üçün nəzərdə tutulmuş işi 16 gün ərzində yerinə yetirirdi.
51
Aviabombaların istehsalına başlayan gəmi təmiri zavodu planı vaxtından əvvəl
ödəyirdi. Avtomobil təmiri zavodunun kollektivi "M-13" minomyotu hissələrini,
"PPŞ" avtomatlarını, tank hissələrini istehsal edirdi. 1942-ci ilin sonlarında Bakıda
130 növ silah, sursat və başqa hərbi ləvazimat istehsal olunurdu.
52
Gəncə şəhərində 12 sənaye müəssisəsi müharibənin tələbləri əsasında
yenidən qurulmuşdu və 26 adda hərbi məhsul istehsal edirdi.
53
Cəbhəni vaxtında və yüksək keyfiyyətli yanacaqla təmin etmək üçün ən
taleyüklü, ciddi vəzifəni Azərbaycan neftçiləri böyük əzmkarlıqla, şərəflə yerinə
yetirirdilər. Ölkənin qərb neft rayonları işğal olunmuşdu. Şimali Qafqaz neft
rayonları böyük təhlükə qarşısında qalmışdı. Bakı nefti qızıl ordunun ən etibarlı
dayağı idi. Ümumdövlət səviyyəsində daim diqqət mərkəzində olan ölkədə hasil
14
edilən neftin 70-75 faizini, aviasiya benzini istehsalının 85-90 faizini Bakı verirdi.
Bakı hərbi-dəniz qüvvələrini də yüksək keyfiyyətli mazutla təmin edirdi.
54
Azərbaycan, onun paytaxtı əsil mənada sovet ordusunun mühüm
cəbbəxanalarından birinə çevrilmişdi.
1941-ci ilin ağır çətinliklərinə baxmayaraq, Azərbaycan neftçiləri 23481
min ton neft və 25864 min kv.m qaz istehsal etmişdilər.
55
Bu, respublika neft
sənayesi tarixində ən yüksək göstərici idi.
SSRİ Ali Soveti Rəyasət Heyətinin 1942-ci il 6 fevral tarixli xüsusi fərmanı
ilə 500 neftçi SSRİ-nin orden və medalları, o cümlədən 41 nəfər Lenin ordeni ilə
təltif olundu. Leninneft Trestinin 11-ci mədəni və Bibiheybətneft Trestinin 4-cü
mədəni Lenin, Lökbatanneft trestinin 4-cü mədəni Qırmızı Əmək Bayrağı ordeninə
layiq görüldü.
56
Lakin neftçi mütəxəssislərin 40 faizə qədərinin cəbhəyə səfərbər edilməsi,
qazma işlərinin dayandırılması, neft maşınqayırma zavodlarının çoxunun hərbi
müdafiə məhsulları buraxmağa başlaması və neft sənayesinə vəsait qoyuluşunun
kəskin surətdə azaldılması nəticəsində 1942-ci ildən neft hasilatı aşağı düşməyə
başladı.
1942-ci ildə 1941-ci ilə nisbətən 7772 min ton, 1943-cü ildə 10790 min ton,
1944-cü ildə isə 11643 min ton az neft çıxarılmışdı.
57
Lakin neft trestlərinin partiya və təsərrüfat təşkilatları, neftçilər qazma işini
yaxşılaşdırmaq, daxili imkanlardan, aqreqatların və avadanlığın gücündən səmərəli
istifadə etmək, mühəndis-texniki işçilərin və qabaqcıl fəhlələrin yaradıcı
təşəbbüsündən bəhrələnməklə çətinliklərdən çıxmaq üçün əzmlə çalışırdılar.
SSRİ DMK bu sahədə yardımçı tədbirlər həyata keçirdi: DMK-nın 1942-ci
il 6 dekabr qərarı və SSRİ Neft Komissarlığının 1942-ci il 15 dekabr sərəncamı ilə
Azneftkombinatına qazma işini sürətləndirmək təklif olundu. Qısa müddət ərzində
Orconikidzeneft, Kirovneft, Stalinneft, Lökbatanneft trestlərində dörd qazma
kontoru yaradıldı.
58
Dövlət Müdafiə Komitəsinin qərarı ilə minlərlə gənc ordu
sıralarına çağırışdan azad edilərək, neft sənayesinə göndərildi. Sonralar onların
sırasından Sosialist Əməyi Qəhrəmanları Qurban Abbasov, Musa Bayramov,
Yusif Fərzəliyev, Məmməd Qənbərov, Qaraş Əmirov, Məmməd Dünyamalıyev və
digər məşhur qazma, tikinti-təmir ustaları yetişmişdi.
Dövlət Müdafiə Komitəsi həmçinin yüksək ixtisaslı neft mütəxəssislərinin
ordu sıralarından vaxtından əvvəl tərxis olunması barədə də qərar qəbul etmişdi.
Mədən qazma ustaları Baba Qafar Muradov, Rüstəm Rüstəmov, Gülbala
Əliyev və başqaları 1943-cü il yanvarın ilk günlərindən qazma normasını bir
yarım-iki dəfə artıqlaması ilə yerinə yetirdilər. Yeni sürət ustaları meydana çıxdı.
1943-cü ildə 67,7 min, 1944-cü ildə 138,8 min,
59
1945-ci ilin on ayı ərzində isə
daha 14455 min metr neft quyusu qazıldı.
60
15
SSRİ Dövlət Müdafiə Komitəsi Azerbaycan neft sənayesinə daim yardım
göstərirdi. 1944-cü il fevralın 21-i və iyunun 2-də DMK respublikanın neft
sənayesinin maddi-texniki əsasını möhkəmləndirmək haqqında yeni qərarlar qəbul
etdi.
1941-1945-ci illərdə SSRİ-nin neft sənayesi 110 milyon ton neft hasil
etmişdi ki, onun 75 milyon tonu Azərbaycanın payına düşürdü.
61
Görkəmli
dövlət xadimi N.Voznesenski yazırdı: "Sovet Bakısı
arasıkəsilmədən cəbhəni və SSRİ xalq təsərrüfatını neft məhsulları ilə təmin edirdi
və yüzlərlə motoru havada və yerdə hərəkətə gətirirdi".
62
Müharibə illərində Bakı neftçiləri ölkənin şərqində yaradılmağa başlanan və
"İkinci Bakı" adını almış neft rayonlarının inkişafına da öz töhfələrini vermişdilər.
Dövlət Müdafiə Komitəsi Bakı neftçilərinə müraciət edərək xam neft yataqlarının
işlənilməsi, neft hasilatının hər vasitə ilə sürətləndirilməsi üçün onları perspektivli
neft rayonlarına köçməyə çağırdı. 1942-ci ilin iki-üç ayı ərzində Bakının doqquz
qazma kontoru, neft-kəşfiyyat, neft-tikinti trestləri, boru bazaları və bəzi başqa neft
müəssisələri bütün şəxsi heyəti, mexanizmləri və avadanlığı ilə şərqə köçürüldü.
Bakının on mindən çox neft istehsalı komandiri, yüksək ixtisaslı mühəndis-texniki
işçilər, mahir neft ustaları mütəşəkkil surətdə şərq rayonlarına göndərildi.
Bakı neftayıranları aviasiya benzininin və müxtəlif müdafiə məhsullarının
istehsalını artırmaqda davam edirdilər. Bakının neft emalı müəssisələri
Azərbaycanın mühəndis-texniki işçilərinin və alimlərinin səyi sayəsində cəbhə
üçün yüksək oktanlı benzin istehsalını uğurla həyata keçirirdilər. Azərbaycanın
neft emalçıları 1941-ci ildə neft emalı planını 102,4 faiz, yeni növ benzin
istehsalını 118 faiz yerinə yetirmişdilər. Cəbhə 1339 min ton benzin, o cümlədən
218169 ton B-78, 203996 ton B-74, 325148 ton B-70 markalı benzin almışdı.
63
1942-ci ildə Bakı neft emalçıları aviabenzin planını 114,4 faiz ödəmişdilər.
Cəbhəyə 340,1 min ton aviabenzin göndərilmişdi.
64
1943-cü ildə hasil olunmuş
11839 min ton neftdən 5 milyon ton neft məhsulları, o cümlədən 795 min ton
benzin, 3332 min ton liqroin, ağ neft, dizel yanacağı, 640 min ton donanma mazutu
və solyar yağı, 420 min ton aviayağ və avtol alınmışdı. 1944-cü ildə plandan əlavə
450 ton neft məhsulları istehsal olunmuşdu.
65
1941-1945-ci illərdə neft emalçıları
22 milyon ton neft məhsulları istehsal etmişdilər. Onun yarıdan çoxu yanacaq və
sürtkü məmulatları, o cümlədən 3314 min tonu aviasiya benzini, 1216 min tonu
avtomobil benzini, 4612 min tonu yağ və 2 milyon tona qədəri dizel yanacağı idi.
Həmin illərdə Bakının neft emalı zavodları cəbhəyə bir milyon ton və ya 20540-
dan çox sistern B-78 aviabenzini göndərmişdi.
66
Belə ki, müharibədə ordunun döyüş texnikasının 75-80 faizi Azərbaycan
neftçilərinin qəhrəman əməyi nəticəsində hərəkətə gətirilmişdi.
67
Bakının Böyük
Vətən müharibəsində rolunu sovet ordusunun sərkərdələri - Sovet İttifaqı
16
marşalları G.K.Jukov, R.Y.Malinovski, F.İ.Tolbuxin və başqaları dəfələrlə qeyd
etmişlər. Marşal G.K.Jukov yazırdı: "Bakı neftçiləri cəbhəyə və ölkəyə vətənimizin
müdafiəsi üçün, düşmən üzərində tezliklə qələbə üçün nə qədər lazım idi, o qədər
də yanacaq vermişdilər".
68
Bakı neftçilərinin qəhrəman əməyi qızıl orduda yüksək
qiymətləndirildi. Cəbhə komandirlərindən, əsgərlərdən, general və admirallardan
Azərbaycan Mərkəzi Komitəsinə, Bakı Komitəsinə məktub və teleqramlar gəlirdi.
Azərbaycanın yüngül, yeyinti və yerli sənayesi də öz işlərini hərbi tələblər
əsasında qurmuşdu. Yüngül sənaye müəssisələri hərbi geyimlər hazırlayırdılar.
1941-ci ildə Rostovdan köçürülmüş ayaqqabı fabriki əsasında Bakıda əsgərlər üçün
ayaqqabı fabriki işə salınmışdı. Respublikada qızıl orduya döyüş ləvazimatı, keçə
ayaqqabı, paltar, kimyəvi silahlar əleyhinə geyim, hərbi hospitallar üçün mebel,
yanğın əleyhinə alətlər və s. ləvazimat istehsal edilirdi. Konserv zavodları 70 növ
konserv istehsalına başlamışdı. Hər ay respublikada istehsal olunan 50 tona yaxın
çayın qablaşdırılması üçün 1941-ci ildə Bakıda fabrik tikilmişdi.
1941-ci ildə Bakı ət kombinatında ordu üçün yeyinti konsentratı hazırlayan
xüsusi sex fəaliyyət göstərirdi. 1941-ci ildə ət kombinatında, süd zavodlarında tibb
preparatları hazırlayan xüsusi sexlər yaradılmışdı. Burada SSRİ-də ilk dəfə buynuz
və dırnaqdan plastmas istehsalına başlanmışdı. 1942-ci ilin əvvəllərində kombinat
artıq 40 adda məhsul istehsal edirdi.
69
Azərbaycanda meşə və ağac emalı sənayesinin vələs, fıstıq və
dəmirağaclarından hazırlanmış məhsullarından təyyarə istehsalında geniş istifadə
olunurdu.
Respublikada tibb preparatları və onlar üçün xammal, kalsium-xlorid,
natrium-xlorid, yodlu kalium, ağ streptosid, cərrah ipək sapı, tənzif, pambıq, şpris
istehsal olunurdu.
Müharibə illərində Azərbaycan toxuculuq kombinatı iki dəfə birinci yeri və
DMK-nın bayrağını qazanmışdı. Volodarski adına tikiş fabriki dörd dəfə birinci
yerə, ÜİHİMŞ və SSRİ Yüngül Sənaye Nazirliyinin bayrağına layiq görülmüşdü.
Sərrac-yəhər fabriki, dəri-qalantereya fabriki də mükafatlandırılmışdı.
1941-ci ildə Rostovdan gətirilən avadanlıq əsasında Bakıda rezin
məmulatları fabriki işə düşdü. Neft sənayesi müəssisələri üçün mallar, habelə
Zaqafqaziya cəbhəsi komandanlığının tapşırığı ilə yandırıcı şüşələr üçün halqa
istehsalına başlandı.
Xalq istehlakı və kommunal təsərrüfatı üçün mallar istehsal edən metal
məmulatları zavodu müharibənin əvvəllərindən əsgər qazanı, maska toru, yanğın
nərdivanı, hərbi armatur, Bakı mebel fabriki hərbi arabalar buraxmağa başladı.
Oktyabr rayon kombinatında dəri, ətriyyat, keçə, trikotaj istehsal edən yeni sexlər
yaradıldı.
17
Müharibə illərində respublikanın müəssisələri 1419 min ədəd şinel, 4227
min dəst yay geyimi, 3097 min alt paltarı, 1977 min cüt çəkmə, 1417 min patron
çantası, 1468 min dəst trikotaj istehsal etmişdi.
70
Azərbaycan SSR-in yeyinti sənayesi müəssisələri də hərbi dövrün
çətinliklərini dəf edərək verilən planları artıqlaması ilə yerinə yetirirdilər.
Bakı tütün fabriki əməkçilərinin fədakar əməyi Azərbaycan hökuməti
tərəfindən dəfələrlə qeyd olunmuşdu. Respublika yeyinti sənayesi işçiləri əhalini
xüsusən müharibə şəraitində çox vacib olan "C" vitamini ilə təmin edə bilmişdilər.
Ət-Süd Sənayesi Komissarlığı müəssisələrində insulin istehsalı altı dəfə
artmışdı.
71
SSRİ üzərinə xaincəsinə basqın hazırlayan Hitler kolxoz quruluşunun
zəifliyinə, kəndlilərin narazılığına bel bağlayırdı. Lakin mövcud siyasi, iqtisadi
sistem faşist qəsbkarlarını dəf etmək üçün kənd əhalisini də səfərbər edə bildi.
ÜİK(b)P MK və SSRİ XKS-nin 1941-ci il avqustun 16-da qəbul etdiyi
1941-ci ilin dördüncü rübünün hərbi-təsərrüfat planında arxa cəbhədə kənd
təsərrüfatı məhsulları istehsalının artırılması mühüm əhəmiyyət kəsb edirdi. İlk
növbədə ordunu çörəklə və başqa ərzaq məhsulları ilə təmin etmək, bunun üçün
əkin sahələrini genişləndirmək, taxıl istehsalını artırmaq lazım idi. Kənd
əməkçilərinə rəhbərliyi gücləndirmək məqsədilə 1941-ci ilin avqustunda fövqəladə
orqanlar - 79 MTS və sovxozda siyasi şöbələr təşkil olunmuşdu.
72
MTS-lərin siyasi
şöbələri kənd təsərrüfatı planlarının vaxtında yerinə yetirilməsinə, əmək
intizamının yüksəldilməsinə nəzarət edirdilər. İşçi qüvvəsinin böyük əksəriyyəti,
kəndin ixtisaslı qüvvələri - mexanik və sürücülər, kombaynçı və traktorçular
cəbhəyə getmişdilər. Kənd təsərrüfatı məhsulları istehsalının bütün ağırlığı
qadınların və yeniyetmələrin üzərinə düşürdü. 1940-cı ildə Azərbaycan SSR-də
667,2 min əmək qabiliyyətli kolxozçu vardısa, 1941-ci ildə onların sayı azalaraq
441 minə düşmüşdü. Kolxoz və sovxozların maddi-texniki əsası xeyli zəif idi.
Müharibənin birinci ilində ordunun ehtiyacları üçün Azərbaycan Respublikasından
5457 yük maşını, 672 digər avtomaşınlar, 476 traktor və 50 mindən artıq at
verilmişdi.
73
1941-ci ilin yay və payızında kolxoz sahələrinə 5 mindən artıq mexanizator
qadın cəlb olunmuşdu. Kənd təsərrüfatına ixtisaslı kadrlar hazırlamaq üçün 17
məktəb fəaliyyət göstərirdi. Respublikada 1941-1942-ci illərdə hazırlanmış 10 min
mexanizatorun yarıdan çoxunu qadınlar təşkil edirdi. 1944-cü il ərəfəsində
traktorçuların 61,7, kombaynçı köməkçilərinin 52,2 faizi, təmir işçilərinin 3,33
faizi və sürücülərin 25,4 faizi qadınlar idi. Respublikanın MTS, kolxoz və
sovxozlarında yeniyetmələrdən ibarət 157 yüksək məhsul briqada və manqası
yaranmışdı. Kənd təsərrüfatı mexanizatorlarının 70 faizi yeniyetmələr idi.
74
1943-
18
cü ildən respublika əkin sahələrində azərbaycanlılarla birgə Ukrayna və Şimali
Qafqazdan köçürülmüş əkinçilər də çalışırdılar.
Kənd təsərrüfatı üzrə çöl işlərinə qulluqçular, məktəblilər, texnikumların və
ali məktəblərin tələbələri cəlb olunurdular. Bir çox rayonlarda kolxozlar daxili
torpaq və toxum ehtiyatları hesabına əkin sahələrini 10-15 faiz genişləndirdi.
Kolxoz və sovxozlarda "Cəbhəyə və ölkəyə daha çox çörək, ət və sənaye üçün
xammal verək!" şüarı altında staxanovçular və kənd təsərrüfatı qabaqcılları
hərəkatı geniş vüsət aldı. 1941-ci il dekabrın 1-nə Azərbaycan kolxozçuları
Müdafiə Fonduna 2850 baş iribuynuzlu və 23120 baş xırdabuynuzlu heyvan, 1079
baş donuz, 10640 sentner taxıl, 36140 litr süd, 20439 kiloqram yağ, 130 ton kartof,
194 ton göyərti, 62200 ədəd yumurta və digər məhsullar verdilər.
75
1942-ci ildə "Yüksək məhsul - cəbhəyə köməyin əsasıdır" çağırışı ilə
çalışan əməkçilər kənd təsərrüfatı məhsulları tədarükündə mühüm nailiyyətlər əldə
etdilər. Əkin sahəsi 1941-ci ilə nisbətən 15 min hektar artdı. 1095,8 min hektar
əkin sahəsinin 852 min hektarı taxıl əkininə ayrıldı.
76
1942-ci ildə Azərbaycan
kolxoz və sovxozları dövlətə 1941-ci ildən 2583934 pud artıq taxıl, 282962 pud ət,
210012 pud göyərti, 40965 pud yun, habelə kolxozlar 1943-cü ilin planları
hesabına 440060 pud ot, 8211 pud yağ, 8 pud pendir, 29699 pud yun, 59755 pud ot
və s. təhvil verdi.
77
1943-cü ildə Azərbaycanın sənaye müəssisələri kənd təsərrüfatı üçün
texnika və avadanlıq istehsalını artırdı. DMK-nın qərarı ilə Ukraynadan və Şimali
Qafqazdan kənd təsərrüfatı maşınları zavodlarının köçürülməsi hesabına hələ
1942-ci ildə Gəncədə kənd təsərrüfatı maşınlarını təmir və onlar üçün ehtiyat
hissələri istehsal edən zavod yaradılmışdı.
78
Bakının maşınqayırma zavodları MTS-
lər üzərində hamiliyi genişləndirdilər. Təkcə 1943-cü ilin birinci yarısında Bakıdan
kəndlərdə işləməyə 200-dən artıq ixtisaslı fəhlə göndərildi.
79
Kənd təsərrüfatı maşınlarını təmir etməkdə böyük uğurlar qazanmış Kalinin
adına zavodun kollektivi 1943-cü ildə Ümumittifaq sosializm yarışında birinci yeri
tutdu və ona ÜİHİMŞ-nin və SSRİ Əkinçilik Xalq Komissarlığının Keçici bayrağı
və pul mükafatı verildi.
1943-cü ildə Azərbaycanın kənd zəhmətkeşləri dövlətə plandan əlavə 1
milyon pud taxıl, 21,5 min pud ət, 48 min pud tərəvəz, 2,2 min pud yun verdilər.
Heyvandarlığın inkişaf planı iribuynuzlu heyvanlar üzrə 106,3 faiz, qoyun və
keçilər üzrə 124 faiz, donuzlar üzrə 118 faiz yerinə yetirildi. 1943-cü ildə
Azərbaycan kolxozçularının qəhrəman əməyi hökumət tərəfindən yüksək
qiymətləndirildi, kənd təsərrüfatında çalışan 485 nəfər SSRİ-nin orden və medalları
ilə təltif olundu.
80
Respublika kəndliləri 1944-cü ildə mühüm uğurlar qazandılar.
Müharibənin çətinliklərinə baxmayaraq, maldarlığın inkişafı dayanmadı,
kolxoz sürüləri 1940-cı ilə nisbətən bir milyon baş çoxaldı, heyvandarlıq
19
məhsulları istehsalı artdı. Müharibə illərində heyvandarlığın inkişafında qazandığı
müvəffəqiyyətlərə görə Azərbaycan SSR dörd dəfə Dövlət Müdafiə Komitəsinin
Qırmızı bayrağını almış, 45 min zəhmətkeş orden və medallarla təltif edilmişdi.
81
Hərbi şəraitin tələbi əsasında nəqliyyatın işi yenidən quruldu. Hərbi
hissələrin hərəkəti, onlara silah, sursat, ərzaq daşınması, habelə əhalinin,
müəssisələrin köçürülməsi, sənayenin xammala tələbatının ödənilməsi nəqliyyatın
ahəngdar işləməsi sayəsində vaxtında təmin olunurdu.
Respublika dəmir yollarında qatarların müntəzəm hərəkətini təşkil etmək
məqsədilə 1941-ci il iyunun 24-dən xüsusi hərbi cədvəl tətbiq olunmuş, vağzalların
hava hücumundan müdafiəsi,
82
işıq və səs siqnalları olmayan xüsusi qatarlar təşkil
edilmiş, sərnişin vaqonları hərbi-sanitar vaqonlarına çevrilmişdi.
83
Bakı dəmir yolu
əsasən yanacaq daşınması ilə məşğul idi; 1941-ci ilin iyul ayında 1560 sistern
daşınmışdısa, avqustda bunun sayı 2325-ə çatmışdı.
84
1941-ci ilin avqustundan Bakı dəmir yolu şəbəkəsinə Rostov, Xarkov,
Odessa, Taqanroq, Novorossiysk və digər şəhərlərin 450-dən çox müəssisəsindən
köçürülmə yüklər daxil olmuşdu.
85
Faşist Almaniyasına qarşı mübarizədə SSRİ ilə birgə əməkdaşlığa dair
1941-ci il oktyabrın 1-də bağlanmış üçtərəfli sazişlə, habelə ABŞ-ın "Lend-Liz"
kredit və icarə haqqında qanununun həmin ilin noyabrında SSRİ-yə də şamil
edilməsi ilə bağlı Böyük Britaniya və ABŞ İran körfəzi, habelə İran ərazisindəki
dəmir yolları, sonra isə quru və dəniz yolları vasitəsilə müxtəlif təyinatlı yüklər
göndərməyə başlamışdılar. Müharibə illərində ABŞ və İngiltərədən, sonralar isə
Kanadadan SSRİ-yə 400 min avtomobil, 2,6 mln ton neft və neft məhsulları, 9,6
min top, 10,8 min tank və 18,7 min təyyarə göndərmişdilər ki, bunlar da
Azərbaycan dəmir yolu nəqliyyatı vasitəsilə təyinat yerlərinə çatdırılmışdı.
86
Hərbi
yüklərin daşınması üzrə işlərə rəhbərlik edənlərdən biri də azərbaycanlı general-
mayor Ə.M.Əzizbəyov idi.
87
1941-ci ilin noyabrında DMK-nın göstərişi əsasında Qroznı neft sənayesi
zavodları da Bakı limanı vasitəsilə ölkənin şərq rayonlarına göndərilirdi. Osipenko,
Mariupol və başqa sənaye şəhərlərindən köçürülən sənaye müəssisələrinin
avadanlıqları da Bakıdan keçirdi. Azərbaycan dəmir yolu cəbhəni yanacaq və
döyüş ləvazimatı ilə təchiz edən xətlərdən idi. Azərbaycan dəmiryolçuları 1500
parovoz təmir edərək, ölkənin müxtəlif dəmir yolu xətlərinə göndərmiş, o
cümlədən təmir olunmuş 925 parovoz Xəzər dənizi vasitəsilə şərqə yola
salınmışdı.
88
Azərbaycanda yeni dəmir yol xətləri çəkilir, əlavə ikinci yollar inşa
edilirdi.
89
Culfa-Mincivan dəmir yolu yenidən qurulmuş, Osmanlı -Astara, Salyan-
Neftçala, Papanino-Ağcaqabul yolu çəkilmiş, Yevlax-Stepanakert darxətli
dəmiryol hissəsi inşa olunmuş, Bakı və Biləcəri stansiyalarında dairəvi dəmir yol
20
xətləri istifadəyə verilmişdi. Azərbaycanda dəmir yol xətlərinin ümumi istismar
uzunluğu 1645,5 km-ə, o cümlədən ikinci dəmir yol xətlərinin uzunluğu 431 km-ə,
avtoblokirovka quraşdırılmış dəmir yol xətlərinin uzunluğu isə 181 km-ə
çatdırılmışdı.
90
Azərbaycan dəmir yolunda növbə planını yerinə yetirənlər -"ikiyüzçülər" və
"beşyüzçülər" hərəkatı geniş yayılmışdı.
1943-cü ildə Zaqafqaziya dəmir yolu Bakı şöbəsinin bir qrup işçisi orden və
medallarla təltif olunmuşdu. Bakı lokomotiv deposunun qatar sürücüsü Firudin
Ağayevə Sosialist Əməyi Qəhrəmanı adı verilmişdi.
91
Dəmiryolçulardan 36 nəfəri
orden və medallarla, 116 nəfər isə SSRİ Dəmir Yolları Komissarlığının Şərəf
nişanı ilə təltif edilmişdi.
92
1941-1945-ci
illərdə
Zaqafqaziya dəmir yolunun Bakı şöbəsi
dəmiryolçuların fədakar əməyi nəticəsində cəbhəyə və xalq təsərrüfatının
ehtiyacları üçün 1 mln 600 min vaqon,
93
o cümlədən 480 min vaqona qədər quru
yük və 500 min sistern neft məhsulları göndərmişdi.
94
Azərbaycan dəmiryolçuları azad olunmuş rayonların dəmiryolçularına da
köməklik göstərirdilər. Depo və yol emalatxanalarının kollektivləri bu rayonların
stansiyalarına avadanlıq və alətlər göndərmişdilər. Bakı və Biləcəri depolarından
Stalinqrad, Tixoretski, Minvod, Qafqaz və başqa stansiyalar üçün 36 adda 1000-
dən çox alət, iki kompleks "Bekker" qaldırıcı kranı, şpalları qaldırmaq üçün
avadanlıq, üç elektrik mühərriki, dörd çilingər dəzgahı, Kirovabad (Gəncə)
deposundan Şimali Qafqaz dəmiryolçularına beş dəst çilingər aləti, 100-dən çox
parovoz borusu, on dəst ressor və s. materiallar yola salınmışdı.
95
Xəzər Gəmiçiliyi İdarəsi (Kaspflot) və neftdaşıyan Xəzər Neft Gəmiçiliyi
İdarəsini (Kasptanker) təmsil edən Xəzər dəniz nəqliyyatı Azərbaycanın nəqliyyat
sistemində əhəmiyyətli yer tuturdu. 1941-ci il iyunun 1-nə olan məlumata görə,
"Kasptanker"in ümumi yükgötürmə qabiliyyəti 205,720 ton olan 69 tankeri,
"Kaspflot"un isə ümumi yük tutumu 79330 ton olan 76 gəmisi var idi.
96
1941-ci ilin avqustunda SSRİ Dəniz Donanması Xalq Komissarlığının
göstərişi ilə bu idarələrdən Xəzər Hərbi Donanmasına sərnişin daşımaq məqsədilə
ümumi yük tutumu 14718 ton olan 11 tanker ayrılmışdı.
97
"Dağıstan",
"Türkmənistan", "Qırğızıstan" sərnişin teploxodları yaralıları daşımaq üçün üzən
hospitala çevrilmişdi.
1941-ci ilin avqustunda "Kaspflot" və "Kasptanker"in 30 gəmisi, o
cümlədən "Dağıstan", "Baksovet", "Osetiya", "Kuybışev", "Spartak", habelə
"Komintern" tankeri Xəzər sahilində döyüş əməliyyatlarında fəal iştirak etmişlər.
Xəzər dəniz nəqliyyatçıları əsl qəhrəmanlıq hünəri göstərirdilər. 1942-ci ilin
yayında Bakı dəniz limanının müxtəlif təyinatlı yüklərlə dolu olduğu bir vaxtda,
DMK-nın təcili tapşırığı ilə səkkiz gün ərzində Bakıdan Krasnovodska 25 min ton
21
marqans filizi, 2,5 min ton metal xəlitəsi və 3 min ton kükürdün yola salınması
buna əyani sübutdur.
98
1942-ci ilin ortalarında Xəzər dənizində vəziyyət xeyli mürəkkəbləşmişdi.
Stalinqrad yaxınlığında döyüşlərlə yanaşı, alman-faşist təyyarələri dəmir yolları və
gəmiləri də ardıcıl bombalayırdılar. Xəzər dənizçiləri düşmən təyyarələrinin
gəmilərə basqınlarını dəf etməli olurdular. 1942-ci ilin oktyabrında Həştərxana
gedən "Ağa-malıoğlu" gəmisi, "Jdanov" tankeri havadan hücum nəticəsində zədə
almış, ağacdan düzəldilmiş 21 saylı şalanda yanmış, həmin ilin noyabrında isə
yenə həmin istiqamətdə hərəkət edən "Qulubəyov" tankeri və "Amerika" şalandası
batırılmışdı.
99
Neftdaşıyan donanmanı hava basqınlarından müdafiə etmək üçün tankerlərə
müdafiə topları, zenit pulemyotları qoyulmuşdu. Düşmən təyyarələrinin basqınları
zamanı da Xəzər dənizçiləri böyük igidlik və mərdlik göstərirdilər. "Çiçerin"
gəmisinin heyəti bir düşmən təyyarəsini vurmuşdu.
Xəzər dənizçiləri benzin daşımağa uyğunlaşdırılmamış neftdaşıyan
gəmilərlə Mahaçqaladan Həştərxana və Krasnovodska 329 min ton neft məhsulları,
o cümlədən 135 min ton benzin daşımışdılar.
100
Xəzər dənizçiləri dünya təcrübəsində ilk dəfə olaraq Bakı nefti doldurulmuş
sisternləri gəmilərin yedəyinə alıb aparırdılar. Bu üsulla onlar Bakıdan
Krasnovodska 35 neftdaşıyan dəmir yol sisterni, Mahaçqaladan Krasnovodska hər
birinin beş ton ağırlığı olan neft çənləri daşımışdılar.
101
Müharibə dövrünün çətinliklərinə mərdliklə sinə gərən dənizçilər plan
tapşırıqlarını və öhdəlikləri şərəflə yerinə yetirirdilər.
Bu illərdə "Kasptanker" cəbhə üçün 2 milyon 400 min ton benzin daşımışdı.
"Kaspflot"un gəmiləri 1942-ci ildən 1945-ci ilin avqustuna qədər İran
limanlarından, Krasnovodsk və Mahaçqaladan Bakıya müxtəlif təyinatlı 2783 min
ton mal gətirmişdi.
102
1941-ci ilin oktyabrından müttəfiqlər İran vasitəsilə SSRİ-yə kauçuk, mis,
qalay, kimyəvi məhsullar göndərməyə başladılar.
103
SSRİ-yə gətirilən döyüş
texnikası, silah, sursat və ərzağın bir hissəsi 1942-1945-ci illərdə İran körfəzindən
keçməklə, İranın Xürrəmşəhr və Bəndər-Şahpur limanlarından göndərilirdi. Bu
sahədə Azərbaycan dəniz nəqliyyatı işçiləri xüsusilə fərqlənirdilər.
104
Rəşadətli əməklərinə görə Xəzər gəmiçiliyinin 1534 işçisi Sovet İttifaqının
orden və medalları ilə təltif olunmuşdu. "Kasptanker"in kollektivi 14 dəfə DMK-
nın Keçici Qırmızı Bayrağını, 4 dəfə ÜİHİMŞ və Dəniz Donanması Xalq
Komissarlığının Qırmızı Bayrağını almışdı. "Kaspflot"un kollektivinə iki dəfə
DMK-nın, beş dəfə ÜİHİMŞ və Dəniz Donanması Xalq Komissarlığının Qırmızı
bayraqları verilmişdi.
105
22
1941-1945-ci illərdə Azərbaycan xalq təsərrüfatından orduya 5457 yük, 371
minik maşını və 301 digər avtomobil səfərbər edilmişdi.
106
Buna baxmayaraq, Azərbaycan avtomobil nəqliyyatı işçiləri cəbhənin
ehtiyaclarının təmin olunmasında fəal iştirak etmişlər. Mövcud vasitələrdən daha
səmərəli istifadə olunması üçün tədbirlər həyata keçirilirdi. 1942-ci ildə Bakıda 2
saylı avtomobil təmiri zavodu və avtomobil ehtiyatı hissələri hazırlayan
"Avtodetal" zavodu yaradıldı.
107
Yol işçiləri hərbçilərin köməyi ilə daha vacib
magistralları tamamilə yenidən qurdular. 1941-1945-ci illərdə qara çınqıldan örtük
salınmış 919 km yol istismara verilmişdi ki, bunlar da Bakı-Astara, Arazdayan-
Culfa,
Bakı-Şamaxı-Gəncə-Ağstafa-Qazax-Qırmızı
körpü-Gürcüstan
sərhədinədək, Yardımlı-Demon, Lerik-Kəlviyaz-Sərhəd məntəqəsinədək, Xəzri-
Zukul, Qusarçay-Xudat və başqa hərbi, təsərrüfat əhəmiyyətli yollar idi.
108
Eyni
zamanda Astara, Laçın-Zabux və Biçənək aşırımı-Naxçıvan yolları genişləndirilib,
Culfa-Tbilisi-Orconikidze yolunun Azərbaycan hissəsində hərbi məqsədlə fasiləsiz
hərəkət təmin edilmişdi. Salyanda Kür çay üzərində salınan iri körpü ilə yanaşı,
Göyçay, Əlincəçay, Qumbaşı, Pensərçay və digər yerlərdə iri metal və dəmir-beton
körpülər tikilmişdi.
109
Respublikamızın rabitə vasitələri və təşkilatları elə ilk günlərdən işlərini
müharibənin tələblərinə uyğun qurub, cəbhə ilə arxanın fasiləsiz, möhkəm və
etibarlı əlaqəsini təmin etməyə çalışırdılar.
1941-1945-ci illərdə respublikada 600-ə qədər rabitə müəssisəsi fəaliyyət
göstərirdi.
110
Rayonlararası hava xətlərindən geniş istifadə edilmiş, mövcud Bakı-
Moskva, Bakı-Minvod-Stavropol, Bakı-Həştərxan magistral hava nəqliyyatı
xətlərinin fəaliyyəti yaxşılaşdırılmışdı.
111
Müharibə şəraitində respublika rayonlarının hamısının Bakı şəhəri ilə
telefon rabitəsi fəaliyyət göstərirdi. 1942-ci ildə müxtəlif rabitə kursları və
məktəblərində, habelə fərdi şagirdlik yolu ilə cəbhəyə göndərilmiş ixtisaslı rabitə
işçilərini əvəz edə biləcək 1194 nəfər rabitə işçisi hazırlanmışdı.
112
Şəhər telefon
stansiyalarının sayı 84-ə, abonentlərin sayı 20489-a çatdırılmışdı.
113
1945-ci ildə
artıq 41 sovxoz, 165 kolxoz və 69 MTS telefonlaşdırılmışdı.
114
Radio rabitəsinin
keyfiyyətli verilişlərlə fasiləsiz fəaliyyətinə xüsusi diqqət yetirilirdi. Respublikada
radio qovşaqlarının sayı 74-dən 85-ə, radio nöqtələrinin sayı isə 60 minə
çatmışdı.
115
Hərbi xəstəxanalar radiolaşdırılmış, Moskva, Ufa, Aşqabad, Tbilisi
şəhərləri ilə yeni radio rabitə əlaqəsi yaradılmış, Bakı radio mərkəzində
yenidənqurma və təmir işləri görülmüşdü.
116
Siyəzən və Sumqayıtda yeni radio
qovşaqları qurulmuş, Neftçala, Saatlı, Mərəzə, Naftalan, Ağsu, Ağstafa, Xıllı,
Xaldan və Xudatda radiolaşdırma işləri aparılmışdı.
117
1941-1945-ci illərdə xalq təsərrüfatının bütün sahələrində və sosial-ictimai
həyatda işlərin hərbin tələblərinə uyğun yenidən qurulmasında, əmək və istehsalat
23
intizamının güclənməsində Azərbaycan SSR xüsusilə fərqlənmişdi. Azərbaycan
xalqı faşistlərlə ölüm-dirim müharibəsi aparan ölkədə ön və arxa cəbhənin
yanacaq, silah, sursat, ərzaq, geyim, tibb ləvazimatı və s. strateji mallarla təmin
olunmasına öz layiqli töhfəsini vermişdi. Neft Bakısının qızıl ordunun alman
faşizmi üzərində qələbə çalmasında müstəsna, həlledici rolu olmuşdur.
Dostları ilə paylaş: |