TarġXĠ 1941-2002-ci illər yeddġ CĠlddə


-60-cı illərin iqtisadi inkiĢaf problemləri



Yüklə 15,93 Mb.
Pdf görüntüsü
səhifə9/41
tarix31.01.2017
ölçüsü15,93 Mb.
#6985
1   ...   5   6   7   8   9   10   11   12   ...   41

50-60-cı illərin iqtisadi inkiĢaf problemləri. Respublikanın iqtisadiyyatını 

daha da inkişaf etdirmək vəzifələri xalq təsərrüfatının V-VIII beşillik planlarında, 

habelə yeddiillik (1959-1965-ci illər) planda müəyyən edilmişdi. 

Azərbaycan  SSR-də  neft  və  təbii  qazın  hasilatı,  neft  emalı,  maşınqayırma, 

elektrik  enerjisi  istehsalı  xeyli  artmalı,  neft  kimyası,  kimya,  elektrotexnika,  filiz-

mədən  sənayesi,  qara  və  əlvan  metallurgiya  sənayesinin  yaradılması  və  inkişafı 

sürətləndirilməli,  xalq  istehlakı  malları  istehsal  edən  sənaye  sahələri 

genişləndirilməli idi. 

Kənd təsərrüfatı bitkilərinin, xüsusilə pambığın məhsuldarlığını yüksəltmək, 

ictimai  mal-qaranın  sayını  artırmaqla  yanaşı,  onun  məhsuldarlığını  xeyli 

qaldırmaq,  əkinçiliyin  və  maldarlığın  ümumi  və  əmtəə  məhsulunu  çoxaltmaq, 

irriqasiya tikintisini genişləndirmək kimi ciddi vəzifələr dururdu. 

50-ci illər Azərbaycan üçün sənaye istehsalının artması, ağır sənayenin yeni 

sahələrinin  yaranması  və  inkişafı  dövrü  oldu.  Ümumittifaq  neft  hasilatında  onun 

xüsusi çəkisinin 1940-cı  ildəki 71,4 faizdən  39,1 faizə və 1960-cı  ildə  32,1 faizə 

qədər azalmasına baxmayaraq

74 

Azərbaycan əvvəllərdə olduğu kimi, SSRİ-nin xalq 



təsərrüfatını ən

 

keyfiyyətli neft məhsulları ilə təmin etməkdə mühüm rol oynayırdı. 



86 

 

Respublikanın  neft  sənayesinin  inkişafı  üçün  onun  təşkilat  quruluşunun 



yaxşılaşdırılması  mühüm  əhəmiyyətə  malik  idi.  1953-ci  ilin  sonunda  neftçıxarma 

sənayesinə  rəhbərlik  edən  üç  birlik  -"Azdənizneft",  "Azneftkəşfiyyat",  "Azneft" 

birlikləri "Azneft" Birliyində birləşdirildi.

75

 1954-cü il avqustun 1-dən Azərbaycan 



SSR  Neft  Sənayesi  Nazirliyi  yaradıldı.

76

  Nazirlik  müəssisələrin  strukturunda 



dəyişikliklər  apardı.  Məsələn,  neftçıxarma  trestləri  neft-mədən  idarələrinə  (NMİ) 

çevrildi.

77

 

1954-cü il iyulun 9-da SSRİ Nazirlər Soveti "SSRİ neft sənayesinin daha da 



inkişaf etdirilməsinə  dair tədbirlər haqqında" qərar  qəbul etdi.  Əsas diqqət SSRİ-

nin yeni neft rayonlarının inkişafına yönəldildi. Lakin 1955-ci il üçün Azərbaycan 

SSR-in  neft  sənayesinə  ayrılan  əsaslı  vəsait  əvvəlki  ilə  nisbətən  2  dəfədən  çox 

azaldıldı.  Azərbaycan  neft  hasilatı  üzrə  SSRİ-nin  ən  perspektivsiz  rayonları 

sırasına daxil edildi. Respublika üçün neft hasilatı planı isə əvvəlki kimi 15 milyon 

ton həcmində saxlanıldı. 

Bütün bunlara baxmayaraq, Azərbaycan neftçiləri fədakarlıqla işləyirdilər.

78

 



1955-1957-ci  illərdə  Əli  Bayramlı  şəhəri  yaxınlığında,  Kürçayı  ətraf 

düzənlikdə  iri neft  yataqları  Gürovdağ  və  Mişovdağ  kəşf  edildi və  mənimsənildi. 

1957-1958-ci  illərdə  Zəyli-Zeyvə  yatağının  istismarına  başlandı.

79

  1959-cu  ildə 



Kənizdağ yatağı sənaye miqyasında işlənməyə verildi.

80

 



Xəzər dənizində  neftli  sahələrin işlənməsi  geniş  vüsət aldı.  Darvin bankası 

(1950-1951-ci  illər),  Çilov  adası  (1951-ci  il),  Neft  daşlarının  şimal-şərq  hissəsi 

(1954-cü  il),  Qum  adası  (1956-cı  il)  yataqlarının  mənimsənilməsi  nəticəsində 

dənizdə neft hasilatı sürətlə artdı. 1958-ci ildə dəniz neft yataqlarından 1950-ci ilə 

nisbətən 2,5 dəfə çox neft çıxarılmışdı.

81

 



Neft  yataqlarının  mənimsənilməsində  yeni  mütərəqqi  üsullar  tətbiq 

edilməyə başlandı. 1951-ci ildən neft laylarına süni təsir göstərmək üsulları tətbiq 

olundu.  Təkrar  neft  hasilatı,  layların  su  ilə  parçalanması  və  quyuların  turşu  ilə 

yuyulması  metodlarının  sənaye  miqyasında  tətbiqinin  böyük  səmərəsi  olmuşdu. 

Təkcə 1951-1955-ci 

illərdə təkrar neft hasilatı metodlarının tətbiqi nəticəsində əlavə olaraq dörd 

milyon tondan çox neft hasil edilmişdi.

82

 



Qaz sənayesi də tərəqqi edirdi: 1954-1955-ci illərdə Qaradağ qaz-kondensat 

yatağının,  1958-1959-cu  illərdə  isə  qazlı-neftli  Zirə  yatağının  kəşfi  və  sənaye 

miqyasında  işlənməsi  ilə  qaz  sənayesi  daha  çox  inkişaf  etdi.  Nəticədə  yüksək 

kalorili yanacaq və qiymətli kimya  xammalı olan qazın hasilatı artdı. 1960-cı ilin 

əvvəlində Bakı-Tbilisi-Yerevan magistral qaz kəmərinin tikintisi başa çatdı. 

Lakin hər il Azərbaycan SSR-in xalq təsərrüfatına qoyulan vəsaitin 80 faizi 

neft  hasilatı  və  emalına  sərf  edilsə  də,  dəniz  yataqlarının  mənimsənilməsinə 

başlansa  da,  istənilən  nəticə  əldə  olunmurdu.  1960-cı  ildə  neft  hasilatı  (17,8  mln 



87 

 

ton) 1940-cı il səviyyəsinin (22,2 mln ton) cəmi 80 faizini təşkil edirdi. 1950-ci ilə 



nisbətən  isə  cəmi  (14,8  mln  ton)  20  faiz  artmışdı.

83

  Buna  müharibədən  qabaqkı 



dövrdə  və  müharibə  illərində  Bakı  rayonunda  neft  yataqlarının  gərgin  istismarı 

təsir  etmişdi.  Sahəyə  rəhbərlikdəki  nöqsanlar,  elmi-texniki  nailiyyətlərin  ləng 

tətbiq  olunması,  qazmanın  geri  qalması  da  hasilatın  artım  sürətinə  mənfi  təsir 

göstərirdi. 

Neftayırma  sənayesi  daha  da  inkişaf  etməkdə  idi.  1953-1954-cü  illərdə  2 

köhnə mazutayıran qurğu və təmizləmə sexləri yenidən quruldu. AzNİİ-4 (1952-ci 

il) aşqarı istehsal edən ikinci qurğu; qudronu asfaltsızlaşdıran qurğu (1953-cü il); 

AzNİİ-5 aşqarı istehsal edən qurğu (1958-ci il); yağları selektiv təmizləyən ikinci 

qurğu (1959-cu il); AzNİİ-7 aşqarı istehsal edən qurğu (1960-cı il) tikilib istifadəyə 

verildi.


84

 Beləliklə, 50-ci illərin sonuna yaxın respublikanın neftayırma sənayesi 80 

adda neft məhsulları hazırlayan iri istehsalat kompleksinə çevrildi.

85

 



Neft maşınqayırma sənayesi üzrə yeni məhsulların istehsalı ildən-ilə artırdı: 

məsələn,  qazma  dəzgahları,  ikilüləli  qazma  üçün  vışkalar,  səyyar  və  stasionar 

qaldırıcılar,  üçpərli  baltalar,  qaldırıb-endirmə  əməliyyatları  üçün  avtomatlar 

istehsal olunurdu. 

Azərbaycanın neft maşınqayırma zavodları öz məhsullarını təkcə respublika 

üçün  deyil,  həmçinin  bütün  ölkəyə  ixrac  edirdi.  Ölkə  üzrə  istehsal  olunan  neft 

maşınqayırma avadanlıqlarının 75 faizə qədəri Azərbaycan müəssisələrinin payına 

düşürdü. 

Respublikada  maşınqayırmanın  yeni  sahələri  meydana  çıxdı.  1954-cü  ildə 

"Mingəçevirtikinti"  təmir  zavodu  əsasında  "Mingəçevirkəndmaş"  kənd  təsərrüfatı 

maşınqayırma  zavodu  yaradıldı,  elektrotexnika  sənayesinin  "Azərkabel" 

zavodunun  tikintisinə  başlanıldı.  1956-cı  ildə  Bakıda  güclü  ekskavator  təmiri 

zavodu  tikildi.  Həmin  ildə  "Azdənizneftkəşfiyyat"  təmir-mexaniki  zavodu 

bazasında  "Bakı  qazaparat"  zavodu  inşa  edildi.  1957-ci  ildə  Keşlə  maşınqayırma 

zavodunun  və  səyyar  qazma  maşınları  zavodunun  birləşdirilməsi  ilə  özüyeriyən 

neft-mədən 

maşınları  istehsalı  üzrə  iri  ixtisaslaşdırılmış  müəssisənin 

yaradılmasının  əsası  qoyuldu.  1957-ci  ildə  Bakıda  elektrik  təmiri  zavodu 

yaradıldı.

87

 



Azərbaycanın  enerji  bazası  qüvvətlənirdi.  1954-cü  il  yanvarın  10-da 

Mingəçevir SES-in birinci növbəsi işə düşdü. İki güclü turbogeneratorun hərəkətə 

gəlməsi ilə yaranan ilk sənaye cərəyanı Bakıya və Gəncəyə daxil olmağa başladı.

88

 



1954-cü ilin sonuna qədər digər dörd aqreqatın işə düşməsindən sonra SES-in gücü 

356 min kilovata çatdı.

89

 

Mingəçevir  hidrotexniki  tikinti  kompleksinin  inşası  Kür-Araz  düzənliyinin 



suvarılması,  Kür  çayında  ilboyu  gəmiçiliyin  təmin  olunması,  kənd  təsərrüfatına 

88 

 

ciddi  ziyan  vuran  sellərin  və  daşqınların  qabağının  alınması  kimi  mühüm  xalq 



təsərrüfatı vəzifəsinin həllinə kömək etdi. 

1954-cü  ilin  əvvəllərində  Şüvəlanda  "Şimal"  DRES-i  işləyən  müəssisələr 

sırasına  daxil  oldu.  O,  SSRİ-də  ilk  açıqtipli  enerji  qurğusu  idi.

90 


1956-1957-ci 

illərdə  Varvara  SES  tikildi.  1959-cu  ildə  Əli  Bayramlıda  yeni  istilik  elektrik 

stansiyasının tikintisinə başlanıldı.

91 


Bir sıra kommunal elektrik stansiyaları da işə 

düşdü.  "Şimal"  DRES-i  və  Sumqayıt  istilik  elektrik  mərkəzi  öz  gücünü  artırdı. 

1960-cı ildə "Şimal" DRES-də güclü enerji qurğusu istismara verildi.

92

 



Respublikada  ilk  dəfə  220  kilovatlıq  Mingəçevir-Xırdalan  elektrik  verilişi 

xətti  çəkildi.  1954-cü  ilin  dekabrından  Azərbaycandan  Gürcüstan  SSR-ə  elektrik 

enerjisi verilməyə başlandı.

93

  1960-cı ilin sentyabrında  Azərbaycan, Gürcüstan  və 



Ermənistan elektrik sistemlərinin birləşdirilməsi başa çatdırıldı

94



Azərbaycanda  qaz  və  neftayırma  sənayesi  bazasında  kimya  istehsalatı 

yaradıldı  və  sürətlə  inkişaf  etməyə  başladı.  1952-ci  ildə  katalizator  fabriki  işə 

düşdü.  1953-cü  il  aprelin  1-dən  isə  Yeni  Bakı  neftayırma  zavodu  (YBNZ) 

fəaliyyətə  başladı.  Bu  zavod  sənayenin  yeni  sahəsinin  -  neft-kimya  sənayesinin 

inkişafının başlanğıcını qoydu. 

1952-ci  ilin  avqustunda  Sumqayıt  sintetik  kauçuk  zavodunun  istismara 

verilməsi  kimya  sənayesinin  inkişafında  yeni  mərhələ  oldu.  Sovet  İttifaqında  ilk 

dəfə  olaraq  bu  zavod  neft  qazlarından  etil  spirti  istehsal  etməyə  başladı.  1957-ci 

ilin sentyabrında zavodun ikinci növbəsi,

96

  1959-cu  ildə  isə  onun  butan  qrupu  işə 



salındı.

97

  1959-cu  il  noyabrın  5-də  Bakı  şin  zavodunun  birinci  növbəsi  istifadəyə 



verildi.

98

 



50-ci  illərdə  respublikada  yeni  kimya  məhsullarının,  o  cümlədən 

heksaxloran və xlorun istehsalı təşkil edildi. Buruq sularından yod və brom, habelə 

kaustik  soda,  xlorlu  turşu,  müxtəlif  əczaçılıq  dərmanlarının  istehsalı 

genişləndirildi. 1958-ci ildə kimya və neft-kimya sənayesinin ümumi məhsulunun 

həcmi 1950-ci ilə nisbətən 8,9 dəfə artdı.

99

 



1951-1960-cı  illər  filiz-mədən  sənayesinin  sürətli  inkişafı  ilə  əlamətdar 

olmuşdur.  1954-cü  ilin  aprelində  Daşkəsən  dəmir  mədəninin  tikintisi  başa 

çatdırıldığı vaxtdan respublikanın iqtisadiyyatında filiz-mədən sənayesi mühüm rol 

oynamağa başladı. Daşkəsəndəki Azərbaycan filizsaflaşdırma kombinatında 1960-

cı  ildə  dəmir  filizi  çıxarmaq  üçün  əlavə  qurğular  işə  salındı

100


.  Şimal-qərb  və 

şimal-şərq mədənlərindən açıq üsulla çıxarılan dəmir filizi 1955-ci ildə işə düşmüş 

saflaşdırıcı fabrikə gətirilirdi.

101


 

Daşkəsənin filizsaflaşdırma kombinatı Quşçu körpüsü dəmiryolu  stansiyası 

ilə iki xətdən ibarət 6 km uzunluğunda hava kanat yolu ilə birləşdirildi. Həmin filiz 

Alabaşlı-Quşçu  dəmir  yolu  ilə  Gürcüstanın  Rustavi  şəhərindəki  Zaqafqaziya 



89 

 

metallurgiya zavoduna daşınırdı. Bu zavod isə, öz növbəsində, filizin bir hissəsini 



Sumqayıtdakı Azərbaycan boru-prokat zavoduna göndərirdi. 

Kifayyət  qədər  dəmir  filizi  ehtiyatları  olan  Azərbaycanda  böyük  tələbata 

uyğun  olaraq  tam  istehsal  dövriyyəli  metallurgiya  kombinatının  yaradılması 

zərurəti  meydana  çıxdı.  Hətta  müharibədən  əvvəl  bu  mühüm  sənaye  sahəsinin 

respublikada  inkişaf  etdirilməsinin  yolları  barədə  əsaslanmış  müxtəlif  təklif  və 

layihələr də irəli sürülmüşdür. Lakin keçmiş totalitar sistemdə istehsalın öz inkişaf 

tələblərinə  məhəl  qoymayaraq,  Azərbaycanın  dəmir  filizi  ehtiyatları  əsasında 

Gürcüstan  SSR-də  fəhlə  sinfinin  sıralarını  artırmaq  pərdəsi  altında  iradi  olaraq, 

xammal və yanacaq mənbəyindən xeyli uzaqda yerləşən Rustavidə bu müəssisənin 

tikilməsi qərarlaşdırıldı. Nəticə etibarilə həmin kombinat bütün Sovet İttifaqında ən 

bahalı metallurgiya məhsulları buraxan müəssisələrdən birinə çevrildi. 

Daşkəsən dəmir mədəninin işə salınması, elektrik dəmir yolunun çəkilməsi 

Zəylik alunit yatağının alüminium filizindən istifadə

 

etməyə imkan yaratdı. 



Azərbaycan  SSR-də  yeni  filiz  mədənləri  və  saflaşdırıcı  fabriklərin  sayı 

çoxaldı.  Ordubad  rayonunda  əvvəllər  yaradılmış  Parağaçay  molibden  mədəni  və 

saflaşdırıcı  fabrik  ilə  yanaşı,  1954-cü  ilin

 

sonunda  Noraşen  (indiki  Şərur) 



rayonunda  gümüşlü  qurğuşun  yatağının  sənaye  miqyasında  işlənilməsinə 

başlandı.

102

 

Bakı sulfat turşusu zavodunu xammalla təmin edən Çiragidzor mədənindən 



kükürd kolçedanı çıxarılması, daş duz və digər mineralların hasilatı artdı. 

Yeni metallurgiya müəssisələri istifadəyə verildi. 1952-ci il dekabrın 31-də 

Sumqayıt  boru-prokat  zavodu  ilk  məhsulu  istehsal  etdi.  1953-cü  ilin  noyabrında 

burada  iki  marten  sobası  istifadəyə  verildi.

103

  Sonrakı  illərdə  zavodda  yeni 



boruyayma maşınları, marten sobaları, habelə sexlər işə salındı. 

Azərbaycanda  sənayenin  yeni  sahəsi  -  əlvan  metallurgiya  sənayesi  inkişaf 

etməyə başladı. 1955-ci il martın 8-də işə düşən

104


Sumqayıt alüminium zavodunun 

"SAZ"  markalı  metalı  az  müddətdə  nəinki  SSRİ-də,  həm  də  onun  hüdudlarından 

uzaqlarda şöhrət qazandı. 1955-ci ildə respublikanın əlvan metallurgiyasının ən iri 

müəssisələrindən  birinin  –  Gəncə  gil-torpaq  zavodunun  tikintisinə  başlanıldı.

105

 

1959-cu  ildə  Sumqayıt  alüminium  zavodunda  iki  elektroliz  sexi  istifadəyə 



verildi.

106


 

50-ci  illərdə  respublikada  inşaat  materialları  sənayesi  də  sürətlə  inkişaf 

etməyə  başladı.  Yeni  müəssisələr  -  Qaradağ  sement  və  Zığ  kərpic  zavodları, 

Mingəçevir  plitəblok  zavodu,  Gəncə  bərkidici  materiallar  zavodu  işə  salındı. 

Qaradağ və Tovuz sement zavodlarında 6-7 növ markalı sement istehsal olunurdu. 

1960-cı ildə Bakıda iripanelli evtikmə kombinatları fəaliyyətə başladı.

107

 

1951-1960-cı illərdə respublikada yüngül sənaye xeyli inkişaf etdi. 1952-ci 



ilin  əvvəlində  Bakı  zərif  mahud  kombinatı  işə  düşdü

108


.  1954-cü  ildə  Horadiz 

90 

 

qəsəbəsində pambıqtəmizləmə zavodu tikildi. 1955-ci ildə Nuxa (indiki Şəki) ipək 



kombinatının  boyaq-naxış  fabriki,  Qarabağ  ipək  kombinatında  toxuculuq  sexi  işə 

salındı.


109

1959-cu ildə Bakı kamvol kombinatı və gön-dəri zavodu, 1960-cı ildə isə 

Mingəçevir pambıq-parça fabriki istifadəyə verildi.

110


 

Yeyinti  sənayesində  də  yüksəliş  müşahidə  olunurdu.  Onun  müəssisələri 

yenidən  qurulmuş  və  müasir  texnika  ilə  təmin  edilmişdi.  Yeni  iri  müəssisələr  - 

Bakı  marqarin  zavodu,  Astara  və  Masallı  çay  fabrikləri,  Bakı  tütün-fermentasiya 

zavodu, Bakı ət  kombinatının kolbasa zavodu, Bakı süd kombinatı, Ucar konserv 

zavodu,  Bakı  konyak,  Bakı  quru  buz,  İstisu  mineral  sularının  doldurulması,  yağ-

pendir,  çörək,  şərab  zavodları  işə  başlamışdı.  Gəncə  yağ-piy  kombinatının,  Bakı 

pivə  zavodunun,  makaron  fabrikinin,  Lənkəran  çay  fabrikinin,  Xaçmaz  və  Quba 

konserv zavodlarının sexləri yenidən qurulmuşdu.

111


  

Azərbaycanın  bütün  rayonlarında  yerli  sənaye  müəssisələri,  geniş  istehlak 

və  məişət  malları  istehsalı  inkişaf  etmişdi.  1955-ci  ildə  respublikada  78  yerli 

sənaye  müəssisəsi,  12  sənət-kooperasiya  arteli  və  əhalinin  məişət  ehtiyaclarına 

xidmət  edən  1411  emalatxana  var  idi.

112 


Azərbaycan  ərazisində  sənayenin  daha 

səmərəli yerləşdirilməsinə diqqət artmışdı. Bakıda sənayenin dönmədən inkişafı ilə 

yanaşı, başqa şəhər və rayonlarda yeni iri sənaye mərkəzləri yaranmışdı. Sumqayıt 

kimya sənayesinin, əlvan və qara metallurgiyanın mərkəzi, Mingəçevir su-elektrik 

stansiyası  energetiklərin  şəhəri,  Daşkəsən  filiz-mədən  sənayesinin  mərkəzi,  Neft 

daşları  Xəzər  neftçilərinin  şəhəri  oldu,  beləliklə,  rayonlarda  sənayenin  xüsusi 

çəkisi  artdı.  Əgər  1940-cı  ildə  Bakının  və  ona  bitişik  rayonların  payına  sənaye 

məhsulu həcminin 90 faizdən çoxu düşürdüsə, 1958-ci ildə bu, 65,1 faizə bərabər 

idi.

113


 

Azərbaycanda sənaye istehsalı yüksəlişinin əsas amillərindən biri sənayenin 

texniki  səviyyəsinin  yüksəlməsi  idi.  1955-ci  ilin  sonunda  bütün  kompressor 

quyularının 80 faizdən çoxuna hava verilməsi avtomatlaşdırılmışdı.

114

 1958-ci ilin 



ortalarında  mədənlərdə  endirmə-qaldırma  əməliyyatlarını  mexanikləşdirmək  üçün 

3300  dəstdən  artıq  avadanlıq  (PSDP)  qoyulmuşdu.

115

  1946-1958-ci  illərdə 



neftçilərlə  alimlər  və  konstruktorların əməkdaşlığı  nəticəsində  600-dən artıq adda 

müxtəlif neft-mədən avadanlığı mənimsənilmişdi.

116

 

Xəzərdə  salınan  yaşayış  binaları,  uzunluğu  163,4  min  metr  olan  estakada 



yolları  və  mədəni-məişət  obyektləri  onu  əsil  mənada  dəniz  üzərində  neftçıxarma 

sənayesi şəhərciyinə çevirmişdi.

117

 

Lakin  elmi-texniki  tərəqqinin  nəticələrindən  istehsalatda,  xüsusən  tikinti, 



yüngül və yeyinti sənayesi sahələrində, habelə kənd təsərrüfatında tam və səmərəli 

istifadə olunmurdu. 

İstehsalı  inkişaf  etdirmək  üçün  idarə  sisteminin  təkmilləşdirilməsi  yolları 

axtarılırdı.  Sov.İKP  MK  1957-ci  ildə  əsas  inzibati-iqtisadi  rayonlarda  xalq 



91 

 

təsərrüfatı  şuralarının  (XTŞ)  yaradılması  təklifini  irəli  sürdü



118

  Bu,  sənayeyə 

sahələr  üzrə  rəhbərlikdən  ərazi  üzrə  rəhbərliyə  keçilməsi  demək  idi.  1957-ci  ilin 

iyununda  11  sahə  idarə  orqanı  olan  Azərbaycan  inzibati-iqtisadi  rayonunun  Xalq 

Təsərrüfatı Şurası (XTŞ) yaradıldı. Respublikada 5 ittifaq-respublika nazirliyi ləğv 

olundu və onların bütün müəssisələri, təşkilat və idarələri, Azərbaycan ərazisində 

yerləşən  və  səkkiz  Ümumittifaq  nazirliyinin  tabeliyində  olan  müəssisələr, 

respublika  neft  sənayesinin  maşınqayırma  zavodları  XTŞ  müəssisələri  sisteminə 

verildi. XTŞ-nin tərkibinə cəmi 394 müəssisə, o cümlədən 278 sənaye müəssisəsi 

daxil  oldu.  1959-cu  ildə  respublika  neft  sənayesinin  müəssisələri  də  XTŞ-nin 

sərəncamına verildi

119


 

Xalq  təsərrüfatı  şuralarının  yaradılmasının  bəzi  müsbət  nəticələri  də özünü 

göstərdi.  Belə  ki,  yüklərin  lüzumsuz  qarşılıqlı  daşınması  azaldı.  Müxtəlif 

nazirliklərin  müəssisələrində  bir-birini  təkrar  edən  yüzlərlə  xırda  istehsal  sahələri 

bağlandı.  Bir  çox  müəssisənin  texniki  cəhətdən  yenidən  qurulması  prosesi 

sürətləndi. 

Bu  illərdə  neft-qaz  hasilatının  artımı  və  onların  emalının  genişləndirilməsi 

sahəsində başlanan uğurlarla yanaşı, həmin ərəfədə istismara verilmiş başqa sənaye 

sahələri müəssisələrinin istehsal güclərinin daha tam mənimsənilməsi, habelə yeni 

müəssisələrin  tikilməsi  hesabına  Azərbaycan  sənayesi  strukturunun  tədricən 

təkmilləşdirilməsi  istiqamətində  ilk  çox  ciddi  dəyişikliklərin  başlanmasının  əsası 

qoyuldu.  Nəticədə  sənayedə  çalışan  sənaye  istehsal  heyətinin  sayı  1950-ci  ildəki 

172,8-dən 1960-cı ildə 219 min nəfərə qalxdı.

120 


Sənayenin başqa sahələrinin üstün 

artımı  nəticəsində  yanacaq  istehsalının  Azərbaycan  sənayesinin  strukturunda 

xüsusi  çəkisi  1950-ci  ildəki  37,13  faizdən  1960-cı  ildə  22,5  faizə  endi.

121


  Bu 

dövrdə ilk növbədə ağır sənayenin maşınqayırma, qara və əlvan metallurgiya, neft-

kimya və kimya sənayesi sahələri daha sürətlə inkişaf etmişdir. 

Azərbaycanın,  həm  də  SSRİ-nin  başqa  neft-qazçıxarma  rayonlarının  artan 

tələbatını  ödəmək  məqsədilə  respublikada  neft  maşınqayırma  sənayesinin  inkişaf 

miqyasının  xeyli  genişlənməsi  ilə  yanaşı,  müxtəlif  güclü  elektrik  mühərrikləri, 

transformatorlar,  polad,  qara  metallar  prokatı,  dəmir  filizi  kimi  məhsulların 

istehsalının həcmi artdı. Azərbaycanda mineral gübrələr, kaustik soda, etil və butil 

spirti,  sulfanol, avtomobil və  motosikl təkərləri,  məişət soyuducuları, qaz  plitələri 

və  s.  çoxlu  yeni  sənaye  məhsulunun  kütləvi  istehsalına  başlandı.  Əhalinin 

tələbatının  daha  çox  yerli  istehsal  hesabına  təmin  edilməsi  məqsədilə  ənənəvi 

sənaye sahələrində (pambıq parça,  yun və ipək parça, gön-dəri ayaqqabı, qənnadı 

məmulatları,  ət,  konserv  məhsulları  və  s.)  istehsalın  həcminin  xeyli  artması  ilə 

yanaşı, bir sıra xalq istehlakı və ərzaq məhsulları hasilatı üzrə yeni müəssisələr də 

yaradıldı. 


92 

 

Lakin  inkişafa  əngəl  törədən  maneələr  də  az  deyildi.  Sənayenin  ərazi 



prinsipi  üzrə  idarə  olunmasının  ciddi  nöqsanları  getdikcə  daha  çox  özünü  büruzə 

verməyə  başladı.  Bu  nöqsanlar  sahənin  hərtərəfli  və  səmərəli  inkişafına  mane 

olmağa başladı. 

İqtisadiyyata  qeyri-iqtisadi,  amiranə  metodlarla  rəhbərlik  şəraitində 

planlaşdırma  mexanizmini  yaxşılaşdırmaq,  onu  həvəsləndirici  amilə  çevirmək 

cəhdləri  də  çox  az  səmərə  verdi.  Elmi-texniki  mərkəzlərlə  əlaqələrin  zəifliyi  də 

sənaye müəssisələrinin işinə mənfi təsir göstərirdi. 

Azərbaycan  SSR  Ali  Soveti  (sentyabr,  1965-ci  il)  Azərbaycan  Xalq 

Təsərrüfatı  Şurasının  ləğvi  haqqında  qərar  qəbul  etdi.

122


  İttifaq-respublika 

nazirlikləri bərpa edildi.

123

 

60-cı illərdə neft sənayesi iqtisadiyyatın mühüm sahəsi olaraq qalırdı. Elmi-



texniki tərəqqi sayəsində geoloji-kəşfiyyat işləri yaxşılaşmışdı. 1965-ci ildə Dəniz 

Neft  və  Qaz  Yataqları  Kəşfiyyatı  İdarəsi  yaradıldı.  Quruda  Qarabağlı,  Kürsəngi, 

dənizdə  Cənubi  Bankə,  Sanqaçal  və  Duvannı  yataqları  istismara  verildi. 

Müəssisələr yenidən qurularaq, qazma işində qabaqcıl üsullar tətbiq olunurdu. 

"Abşeron", "Azərbaycan" və  "Bakı" üzən qazma qurğuları  vasitəsilə 15-60 

metrlik  su  qatının  altında  1600-1800  metr  dərinlikdə  kəşfiyyat  quyularının 

istismara verilməsi nəticəsində neft hasilatı artdı. 1960-cı ildə 17,8, 1970-ci ildə isə 

20,2  milyon  ton  neft  çıxarılmışdı.  Qaz  hasilatı  ildə  təxminən  5,5  milyard  kub.m 

həcmindən  yuxarı  qalxmırdı.

124


  Əsas  səbəblərdən  biri  qazma  qurğularının  yeni 

avadanlıqla kifayət qədər təmin olunmaması idi. Mədənlərdə geoloji və mühəndis 

işi aşağı səviyyədə idi, istehsalat və əmək intizamı zəifləmişdi. Neftçilərin sosial-

məişət şəraitinin yaxşılaşdırılmasına da lazımi qayğı göstərilmirdi. 

Beləliklə,  60-cı  illərin  sonlarında  neft  və  qaz  hasilatı  aşağı  düşmüş,  neft 

sənayesində  səmərəlilik  müharibədən  sonrakı  bütün  beşilliklərdəkinə  nisbətən  ən 

aşağı səviyyədə olmuşdu. 

60-cı  illərdə  neft  emalı,  neft-kimya  və  kimya  sənayesinin  əsaslı  surətdə 

yenidən 

qurulmasına  başlanılmışdı.  Neft  emalı  sənayesinin  qurğuları 

təkmilləşdirilmiş, təbii qaz kondensatı emalı qurğusu işə  düşmüşdü. 1961-1965-ci 

illərdə neft emalı 25 faiz artdı.

125

 Lakin neft və qaz hasilatı aşağı düşdüyündən neft 



emalı  zavodlarının  gücündən  tam  istifadə  olunmurdu,  yağların  istehsalı  da  xeyli 

azalmışdı.

126

  Bu  illərdə  kimya  sənayesi  inkişaf  etməkdə  idi.  Sumqayıt  superfosfat 



zavodu işə düşmüş, spirt istehsalı sahəsi istismara verilmişdi. Bakı şin zavodunun 

ikinci  istehsal  sahəsi  fəaliyyətə  başlamışdı.  1967-ci  ildə  Mingəçevirdə  şüşə  lif 

zavodu  fəaliyyətə  başladı,  zavodda  toxuculuq  istehsalı  yaradıldı,  sintetik  yuyucu 

maddələr istehsalına başlanıldı. 

Sənayenin  aparıcı  sahələrindən  olan  metallurgiyada  1960-cı  illərdə  polad 

istehsalı  84  faiz,  qara  metal  prokatı  6  faiz,  dəmir  filizi  çıxarılması  19  faiz 



93 

 

artmışdı.



127

  Azərbaycanın  boru-prokat  zavodlarında  "250-2"  prokat  dəzgahı  işə 

salınmışdı. 160 min ton polad boru istehsal edə bilən bu zavodda iki marten sobası 

var  idi.  1964-cü  ildə  alüminium  almaq  üçün  xammal  verən  Zəylik  alunit  mədəni 

işə düşmüşdü. 

Respublikada ağır sənayenin inkişafında maşınqayırma sənayesi mühüm rol 

oynayırdı.  Maşınqayırma  müəssisələrində  istehsal  olunan  məhsulların  texniki 

səviyyəsini  yüksəltmək,  köhnəlmiş  texnikanı  daha  təkmil  olan  yenisi  ilə  əvəz 

etmək üçün yeni tədbirlər həyata keçirilmişdi. 60-cı illərin sonlarında respublikanın 

neft maşınqayırma  sənayesi SSRİ-də  neft-mədən maşınqayırma  məhsulunun üçdə 

birini  verirdi.

128


  "Azneft-mədənmaşın"ın  müəssisələri  istehsalını  artırmışdı.  60-cı 

illərin  sonlarında  maşınqayırma  müəssisələri  353,9  milyon  manatlıq  maşın  və 

avadanlıq  istehsal  etmişdi  ki,  bu,  1965-ci  ilə  nisbətən  1,57  dəfə,  1950-ci  ilə 

nisbətən isə 10 dəfədən çox idi.

129

 

Sənayenin  elektrotexnika,  cihazqayırma  sahələri  də  uğurla  inkişaf  edirdi, 



ölkənin  iri  müəssisələri  üçün  elektrik  sobaları  və  digər  elektrotexniki  avadanlıq 

istehsal olunurdu. Elektrotexnika sənayesi 1965-ci ilə nisbətən iki dəfə çox məhsul 

istehsal  etmişdi.

130


  Cihaz  istehsalının  ümumi  həcmi  1970-ci  ildə  1950-ci  ilə 

nisbətən 61,4 dəfə artmışdı. 

Respublikada  energetika  sənayesi  sahəsində  150  min  kilovat  gücü  olan 

"Şimal" elektrik stansiyası, hər biri 150 min kilovat güclü dördbloklu, SSRİ-də ilk 

açıqtipli  Əli  Bayramlı  elektrik  stansiyası,  75  min  kilovat  gücündə  1  saylı  Gəncə 

elektrik  stansiyası  istifadəyə  verilmişdi.  Sumqayıt  elektrik  stansiyasının  gücü  iki 

dəfə  artırıldı,  Azərbaycan,  Gürcüstan  və  Ermənistan  enerji  sistemlərinin 

birləşdirilməsi başa çatdırıldı. 

Yüngül  və  yeyinti  sənayesində  də  irəliləyişlər  baş  verdi.  Gəncə  xalça 

kombinatı işə düşdü.

132

 İstehlak malları istehsalı artdı. Belə ki, pambıq lif istehsalı 



1960-cı  ildə  104,4  min  ton,  1970-ci  ildə  131,4  min  ton,  xam  ipək  sap  istehsalı 

1960-cı ildə 347 ton, 1970-ci ildə 409 ton, yun iplik istehsalı 1960-cı ildə 1,7 min 

ton,  1970-ci  ildə  4,3  min  ton,  alt  trikotaj  1960-cı  ildə  10,3  milyon  ədəd,  1970-ci 

ildə 15,9 milyon ədəd, üst trikotaj 1960-cı ildə 0,5 milyon, 1970-ci ildə 4,6 milyon 

ədəd, xalça-palaz 1960-cı ildə 54 min kv.m, 1970-ci ildə 823 min kv.m olmuşdu.

133


 

Lakin yüngül sənaye sahələrində respublikanın xammal ehtiyatlarından pis istifadə 

olunurdu, bir çox malların növləri və keyfiyyətləri istehsalçıların tələblərini təmin 

etmirdi. 

 Yeyinti  sənayesinin  inkişafında  müəyyən  irəliləyişlər  var  idi.  1960-cı 

illərdə  dörd  süd,  üç  konserv  zavodu,  ət  kombinatı,  iki  çörək  zavodu,  tütün 

kombinatı  və  quşçuluq  fabriki  işə  düşmüşdü.  Kolbasa-vetçina  məhsulları,  bitki, 

konserv,  qənnadı  məmulatı  istehsalı  çoxalmışdı.  1960-cı  ilə  nisbətən  ət  istehsalı 

12,3 min ton, bitki yağları istehsalı 8 dəfə artmışdı.

134


 

94 

 

Ümumiyyətlə,  60-cı  illərdə  respublikada  sənaye  məhsulu  istehsalı  94  faiz 



artdı.

135


  Yeni  sənaye  müəssisələrinin  üçdə  birindən  çoxunun  Bakı  şəhərindən 

kənarda  -  Sumqayıtda,  Əli  Bayramlıda,  Qubada,  Naxçıvanda  yaradılması, 

regionlarda  sənayenin  ayrı-ayrı  sahələrinin  təşkili  Azərbaycanın  sosial-iqtisadi, 

müasir  tipli  şəhərlərin  mədəniyyətinin  inkişafı  üçün  çox  mühüm  əhəmiyyət  kəsb 

edirdi. 

Azərbaycan  sənayesi  özünün çoxsahəliliyi  ilə  fərqlənirdi. 1970-ci illərdə 

Azərbaycan  neft  və  neft  avadanlığı  istehsalında  Sovet  İttifaqında  ilk  yerlərdən 

birini, avtomaşın şinləri və polad boru istehsalında üçüncü yeri, adambaşına düşən 

elektrik  istehsalı  üzrə  dördüncü  yeri  və  poladəritmədə  beşinci  yeri  tuturdu. 

Azərbaycan  sənayesinin  istehsal  etdiyi  məhsullar  dünyanın  58  ölkəsinə  ixrac 

olunurdu.

136


 

Lakin  sənayedə  nominal  göstəricilər  artsa  da,  inkişaf  sürəti  ləngiməyə 

başlamışdı. Belə ki, əgər 1951-1960-cı illərdə məhsul istehsalı 104 faiz artmışdısa, 

1961-1970-ci  illərdə  bu  göstərici  cəmi  94  faiz  olmuşdu.  60-cı  illərin  sonlarında 

sənayenin yüksəlişi, həmçinin ictimai əməyin məhsuldarlığının artım sürətinə görə 

Azərbaycan  SSR müttəfiq respublikalar arasında axırıncı  yerlərdən birini tuturdu. 

Xalq təsərrüfatında dinamikliyin aşağı düşməsinin başlıca səbəblərindən biri dövlət 

intizamının  pozulması,  köhnə  sahələrin  yenidən  qurulması  və  modernləşdirilməsi 

proseslərinin  həyata  keçirilməməsi  idi.  Planı  yerinə  yetirməkdə  inzibati-amirlik 

hökmünün təzyiqi altında bir çox müəssisələrin rəhbərləri məhsulların keyfiyyətinə 

əhəmiyyət  vermirdi,  bu  isə  iqtisadiyyata  böyük  ziyan  vurur  və  istehlakçıların 

narazılığına səbəb olurdu. 

Sənaye  istehsalında  artım  sürətinin  aşağı  düşməsi  neft  və  qaz  hasilatının 

azalması,  maşınqayırma  sahəsində  inkişafın  ləng  getməsi,  yeni  istehsal 

obyektlərinin  yaradılmasına  lazımi  əhəmiyyət  verilməməsi  ilə  bağlı  idi. 

Respublikada olan müxtəlif zəngin xammal bazaları ilə bu xammaldan son məhsul 

alınmasını başa çatdıran istehsal arasında uyğunsuzluq çox böyük idi. Respublika 

iqtisadiyyatına  rəhbərlikdəki  ciddi  nöqsanlar,  ölkə  miqyasında  planlaşdırmada 

hökm  sürən  volyuntarizm  və  Azərbaycanda  iqtisadiyyatın  bir  sıra  sahələrinin 

inkişafına qarşı yaradılmış süni maneələr də sənayenin inkişafını ləngidirdi. 

Sənayedə və sosial sahədə potensialın gücləndirilməsi işində əldən verilmiş 

imkanlar respublikanın 60-cı illərdə sosial-iqtisadi cəhətdən geri qalmasının başlıca 

səbəbləri idi. 

Bu gerilik müddət etibarilə çox uzun çəkdiyindən bütün əsas sosial-iqtisadi 

göstəricilərə görə, Azərbaycan getdikcə başqa müttəfiq respublikalardan geri qalır, 

onun böyük  təbii-istehsal  imkanları aşağı  səviyyədə istifadə olunur, iqtisadiyyatın 

ümumi  səmərəliliyi  aşağı  düşürdü.  60-cı  illərdə  respublika  iqtisadiyyatı  dərin 

böhran keçirmək ərəfəsində idi. Yaranmış bu ağır vəziyyətdən çıxış yolu tapılmalı, 



95 

 

iqtisadiyyatın  inkişafı  üçün  prinsipial  cəhətdən  yeni  konseptual  yanaşma  yolları 



hazırlanmalı,  xalq  təsərrüfatında  köklü  struktur  dəyişiklikləri  aparılmalı, 

təsərrüfatçılıq və iqtisadi həvəsləndirmə işində yeni metodlar tətbiq edilməli idi. 

İqtisadiyyatın  aqrar  sektorunda  da  ciddi  problemlər  mövcud  idi.  Sahə 

rəhbərləri  çox  vaxt  təşkilati  tədbirlərin  işlənməsinə  formal  yanaşır,  qeyri-iqtisadi 

idarəçilik  metodlarına  əl  atır,  subyektivizmə  yol  verirdilər.  Kolxoz,  MTS  və 

sovxozlara  rəhbərlikdə  istehsalın  planlaşdırılmasında  bürokratik  üsullar  tətbiq 

olunurdu. Maddi maraq prinsipinə, kadrların təşəbbüslərinə və zəhmət adamlarının 

yaradıcılıq  fəaliyyətinə  laqeyd  münasibət  bəslənilirdi.  Kənd  təsərrüfatının 

maliyyələşdirilməsi  və  kreditləşdirilməsində  ciddi  səhvlərə  yol  verilirdi.  Bir  çox 

kənd  təsərrüfatı  məhsullarının,  xüsusən  heyvandarlıq  məhsullarının,  taxıl  və 

kartofun tədarük və satınalma qiymətləri çox aşağı idi. 

Kənd təsərrüfatında kadrların seçilməsi və yerləşdirilməsində ciddi səhvlərə 

yol verilirdi. Çox vaxt kadrlar iş keyfiyyətlərinə görə yox, şəxsi sədaqət, dostluq və 

qohumluq  prinsiplərinə  görə  seçilirdilər.  Kənd  təsərrüfatı  texnikasından  kifayət 

qədər  istifadə  olunmurdu.  Bütün  ölkənin,  o  cümlədən  Azərbaycanın  kənd 

təsərrüfatında  olan nöqsanların  mahiyyəti Sov.İKP MK-nın Sentyabr (1953-cü il) 

plenumunda  təhlil  olundu.  Kənd  təsərrüfatının  daha  da  inkişafı  haqqında  qərar 

qəbul edildi. 

Kənd  təsərrüfatı  məhsullarının  satınalma  qiymətləri  artırıldı,  kolxozçuların 

əməyinə  görə  avans  verilməsi  tətbiq  edildi.  Kəndlilərin  quş,  xırdabuynuzlu  mal-

qara  saxlaması  üçün  bir  qədər  həvəsləndirilmə  prinsipi  tətbiq  edildi.  Taxılçılığı 

dirçəltmək  üçün  xam  və  dincə  qoyulmuş  torpaqların  mənimsənilməsinə  başlandı. 

Kolxoz  və  sovxozlara  becərilən  bitkilərin  növlərini,  mal-qaranın  sayını 

planlaşdırmaq,  əmək  məhsuldarlığını,  torpaqdan  səmərəli  istifadə  qaydalarını 

müəyyən etmək hüquqları verildi. Lakin dövlətə təhvil verilən və satılan məhsulun 

həcmini yenə də dövlət müəyyən edirdi. Bu qeyri-əsaslı dəyişikliklər aqrar sahədə 

vəziyyəti  yaxşılaşdıra  bilmədi.  Sov.İKP  MK-nın  Mart  (1965-ci  il)  plenumu  kənd 

təsərrüfatı  sahəsində  partiyanın  iqtisadi,  texniki  siyasətini  dəyişdirdi.  Kənd 

təsərrüfatı məhsullarının alınması üçün bir neçə ilə dəyişməz göstəricilər müəyyən 

etmək  əsasında  planlaşdırmanı  və  tədarük  sistemini  təkmilləşdirmək,    iqtisadi  

həvəsləndirməni 

 

gücləndirmək, 



istehsalın 

maddi-texniki 

bazasını 

möhkəmləndirmək kolxoz və sovxozlarda əməyin maddi və sosial-siyasi şəraitinin, 

texniki-təşkilati  və  sosial-iqtisadi  məzmununun  yaxşılaşması  imkanlarını  xeyli 

genişləndirməyə  istiqamətləndirilmişdi.

137

  Sonralar  da  dəfələrlə  kənd  təsərrüfatı 



məhsullarının  satınalma  qiymətlərini  qaldırmış,  əsaslı  vəsait  qoyuluşunu  artırmış, 

idarəetmə sistemini dəyişdirmişdilər. Əsaslı dönüş isə baş verməmişdi.

138

 

Buna səbəb qəbul olunmuş qərarların kənddə iqtisadi münasibətləri mövcud 



inzibati-amirlik  üsuli-idarəsini  dağıtmadan  dəyişdirməyə  yönəldilməsi  idi.  Həm 

96 

 

köhnə  istehsal  üsulunu  saxlamaq,  həm  də  kəndlinin  ictimai  mülkiyyətə,  əməyə, 



onun nəticəsinə münasibətini dəyişmək bir-birini inkar edən uğursuz cəhdlər idi. 

Azərbaycanın kənd təsərrüfatının inkişafına istiqamətləndirilmiş tədbirlər də 

səthi  xarakter  daşıdığından  gözlənilən  nəticələri  verməmişdi.  SSRİ  Nazirlər 

Sovetinin  və  Sov.  İKP  MK-nın  1954-cü  il  iyulun  31-də    "1955-1960-cı  illərdə 

Azərbaycan  SSR-in  kənd  təsərrüfatını  daha  da  inkişaf  etdirmək  tədbirləri 

haqqında",

139 

1957-ci  ilin  iyulunda  "Azərbaycan  SSR-in  dağlıq,  dağətəyi    və  



sərhəd  rayonları  kolxozlarına  kömək  göstərmək  haqqında"

140


  qərarları  qəbul 

edilmişdi.  1957-ci  ildə  respublikanın  iqtisadi  cəhətdən  zəif  olan  kolxozlarının 

hesabından  kənd  təsərrüfatı  məhsullarının  məcburi  tədarükü  üzrə  borcları 

silinmişdi. Bu kolxozlar beş il müddətinə gəlir vergisi ödəməkdən azad edilmişdi. 

Lakin  nə  bu  tədbirlər,  nə  də  nisbətən  artan  əsaslı  vəsait  qoyuluşu,  maddi-texniki 

bazanın möhkəmlənməsi vəziyyəti kökündən yaxşılaşdıra bilmədi. 

1951-1960-cı  illərdə  respublikanın  kənd  təsərrüfatına  dövlət  və  kolxozlar 

tərəfindən  qoyulan  vəsait  750  milyon  manat  olmuşdu.

141

  Bu,  bütün  əvvəlki 



beşilliklərdə  üst-üstə  qoyulmuş  əsaslı  vəsaitdən  xeyli  çox  idi.  60-cı  illərdə  bu 

sahəyə  1  milyard  763  milyon  manat  əsaslı  vəsait  sərf  edilmişdir.

142

  60-cı  illərdə 



Azərbaycan  SSR  kənd  təsərrüfatına  30  minə  qədər  traktor,  4,5  min  taxılyığan 

kombayn, 2,6 min pambıqyığan maşın verilmişdi.

143

 1957-ci ildə respublikada 105 



maşın-traktor  stansiyası  var  idi.

144


  Lakin  kolxozların  çoxsahəli,  iqtisadi  cəhətdən 

güclü təsərrüfatlara çevrildikləri şəraitdə MTS-lərin onlara istehsal-texniki xidmət 

göstərməsi  qaydası  artıq  köhnəlmişdi.  1958-ci  il  martın  31-də  SSRİ  Ali  Soveti 

"Kolxoz  quruluşunu  daha  da  inkişaf  etdirmək  və  maşın-traktor  stansiyalarını 

yenidən  təşkil  etmək  haqqında"  qanun  qəbul  etdi.  Qanunda  MTS-lərin  tədriclə,  

ayrı-ayrı    kolxozların  iqtisadiyyatını  və  ölkə  rayonlarının  xüsusiyyətini  nəzərə 

almaqla yenidən təşkili zəruri hesab edilirdi. 

Maşın-traktor  stansiyalarının  yenidən  təşkil  edilməsi  1958-ci  ildə  başa 

çatdırıldı.  Azərbaycanda  78  təmir-texniki  stansiyası  yaradıldı,

145


  kolxozlar  MTS-

lərə  məxsus  9362  traktor,  2043  kombayn  və  19,8  mln  manat  məbləğində  digər 

texnika  aldılar.  Kolxozlarda  kənd  təsərrüfatı  üzrə  ixtisaslı  mütəxəssislərin  sayı 

artdı.  Kolxoz  təsərrüfatında  işləməyə  13  min  mütəxəssis,  o  cümlədən  300 

mühəndis-texnik, 10 minə qədər traktorçu və iki min kombaynçı gəldi.

146


 

Lakin  mənəvi  və  fiziki  cəhətdən  köhnəlmiş  texnikanı  MTS-lərdən  almış, 

lakin ondan lazımi səmərə götürə bilməyən bir çox kolxozlar müflisləşdi. 

Kənd  təsərrüfatını  yüksəltməyin  mühüm  şərtlərindən  biri  kolxoz  və 

sovxozların  elektrikləşdirilməsi  idi.  Əgər  1950-ci  ildə  kolxozların  yalnız  12  faizi 

elektrik  enerjisindən  istifadə  edirdisə,  1960-cı  ildə  onların  xüsusi  çəkisi  55  faizə, 

1970-ci  ildə  99,3  faizə  çatmışdı.  Sovxozların  hamısı  elektrik  enerjisindən  istifadə 

edirdi.


147  

97 

 

50-60-cı  illərdə  su  təsərrüfatı  tikintisində  vacib  obyektlər  inşa  edildi. 



Samur-Dəvəçi  kanalının  ikinci  növbəsi,  Yuxarı  Qarabağ,  Yuxarı  Şirvan,  Baş 

Muğan,  Abşeron  kanalları  kimi  iri  irriqasiya  sistemləri  istifadəyə  verilmişdi.

148

 

Suvarılan  torpaqların  sahəsi  genişlənmişdi.  1970-ci  ildə  respublikada  1129,9  min 



hektar suvarılan torpaq sahəsi vardı.

149


 

Kolxozların  şəxsi  təsərrüfatlarından  alınan  kənd  təsərrüfatı  vergilərinin 

azaldılması  nəticəsində  1950-ci  ildən  1960-cı  ilə  qədərki  dövrdə  Azərbaycan 

kolxozçularının  şəxsi  mülkiyyətində  iribuynuzlu  mal-qaranın  sayı  444,2  min, 

qoyun  və  keçilərin  sayı  1127,4  min,  donuzların  sayı  11,9  min  idi.

150


  Lakin  60-cı 

illərin əvvəllərində mövcud şərait düzgün qiymətləndirilmir, artıq bu təsərrüfatlara 

ehtiyac  olmaması,  hətta  onların  ictimai  təsərrüfatların  inkişafına  maneçilik 

törətməsi haqqında qeyri-elmi fikirlər əsasında tələsik tədbirlər həyata keçirilirdi. 

Kənd  yerlərində  yaşayıb  işləyən  fəhlə  və  qulluqçuların  həyətyanı 

təsərrüfatları  üçün  Azərbaycan  KP  MK  və  Azərbaycan  SSR  Nazirlər  Sovetinin 

1962-ci il 19 may tarixli qərarına əsasən, tikintilərin də sahəsi daxil olmaqla 0,15 

hektar,  kolxozçuların  həyətyanı  təsərrüfatları  üçün  isə  1963-cü  il  noyabr  tarixli 

qərarına  əsasən  tikintilərin  də  sahəsi  daxil  olmaqla  0,25  hektar  torpaq  sahəsi 

müəyyən  olundu.

151

  Lakin  yem,  toxum,  əmək  alətləri  əldə  etmək  çətinlikləri, 



həyətyanı  təsərrüfatına  qayğı  olmaması,  mal-qara  saxlayanlar  haqqında  haqsız 

olaraq  "xüsusi  mülkiyyətçi",  "möhtəkir",  "alverçi"  kimi  ictimai  rəy  yaradılması 

ucbatından ailələr şəxsi təsərrüfatlarından əl çəkdilər.

152


 

Kolxozların kadrlarla təmin olunmasına respublikanın şəhərləri fəal kömək 

göstərirdi. Təkcə 1955-1956-cı illərdə kəndə 700 nəfər göndərilmişdi ki,

153


 onların 

içərisində çoxlu ali və orta ixtisaslılar var idi. 

Kənddə 

həyata  keçirilmiş  tədbirlər  nəticəsində  kolxozlar  xeyli 



möhkəmləndi və iri çoxsahəli təsərrüfatlara çevrildi. Azərbaycanda 1950-ci ildəki 

1615  kolxoz  müqabilində  1970-ci  ildə  992  kolxoz  var  idi.  Kolxozların  sayının 

azalmasına onların iriləşdirilməsi və bəzi kolxozların sovxozlara çevrilməsi səbəb 

olmuşdu.


154

 

Azorbaycanda  sovxoz  quruculuğu  müvəffəqiyyətlə  inkişaf  edirdi. 



Sovxozların  sayı 1950-ci  ildə  46-dan 1970-ci  ildə  406-ya,  onların  işçilərinin  sayı 

isə müvafiq olaraq 12,7 mindən 169,5 nəfərə qədər artmışdı.

155

 

50-60-cı illərdə Azərbaycanın kənd təsərrüfatını inkişaf etdirmək sahəsində 



həyata  keçirilən  tədbirlər  kolxoz  və  sovxozların  maddi-texniki  bazasını  nisbətən 

möhkəmləndirdi. Kənd təsərrüfatı məhsullarının istehsalı və tədarükü artdı. Həmin 

illərdə kənd təsərrüfatının ümumi məhsulu 1,9 dəfə çoxaldı.

156


 

Bununla  belə,  respublikanın  kənd  təsərrüfatında  vəziyyət  qeyri-qənaətbəxş 

olaraq qalırdı. Rentabelliliyin aşağı olması, aqrotexniki qaydaların ciddi pozulması, 

kompleks  mexanikləşdirmənin,  elmin  nailiyyətlərinin  və  qabaqcıl  təcrübənin 



98 

 

istehsalata  ləng  tətbiqi  bu  vəziyyəti  daha  da  ağırlaşdırırdı.  Aqrar  bölmənin 



inkişafına bəzi ünsürlər də maneçilik törədirdilər. 

50-60-cı  illərdə  Azərbaycanda  tikinti  sahəsində  tədricən  inşaat  işləri 

genişləndirilir,  tikinti  sənayeləşdirilir,  yeni  konstruksiyalar  tətbiq  edilir,  istehsal 

proseslərinin  mexanikləşdirilməsi  təmin  olunurdu.  Yığma  dəmir-beton 

konstruksiyalar istehsalı 1953-cü ildəki 36,3 min kub m-dən,

157


1960-cı ildə 412,7 

min kub m-ə qədər artmışdı.

158 

Bununla belə, respublikada əsaslı tikinti geri qalır, 



nəzərdə tutulan planlar tam yerinə yetirilmirdi. 

Sov.İKP  MK  və  SSRİ  Nazirlər  Sovetinin  1965-ci  il  oktyabrın  4-də  qəbul 

etdiyi  qərarla  müttəfiq  respublikalara  əsaslı  tikintinin  planlaşdırılması,  əməyin  və 

əmək  haqqının  maliyyələşdirilməsi  sahəsində  əlavə  hüquqlar  verildi.  Bakıda  iki 

iripanelli  evtikmə  kombinatı,  Sumqayıtda  və  Mingəçevirdə  evtikmə  zavodları, 

Sumqayıtda  şüşə  zavodu,  dəmir-beton  hissələr  istehsal  edən  zavodlar  işə  düşdü. 

1960-1970-cı  illərdə  yığma  dəmir-beton  məmulatın  istehsalı  2,5  dəfə  çoxalmış, 

kərpic istehsalı 988 milyon ədəddən 1120 milyon ədədə çatmışdı.

159

 

50-60-cı illərdə respublikanın nəqliyyatında dəmir  yolu  nəqliyyatı  yüklərin 



daşınmasının başlıca vasitəsi olaraq qalmaqda idi. 1955-ci ilin noyabrında müstəqil 

Azərbaycan  Dəmiryol  İdarəsi  yaradıldı.  Azərbaycanın  dəmir  yollarının  uzunluğu 

1960-cı  ildə  1950,  1970-ci  ildə  isə  1811  km  idi.

160


  Elektrik  dəmir  yolu  şəbəkəsi 

genişlənmiş, uzunluğu 794 km olmuşdu.

161

 

Azərbaycandan  dəniz  nəqliyyatı  ilə  yük  göndərilməsi  və  su  yolu  ilə 



respublikaya  yük  gətirilməsi  də  artmışdı.  Hər  il  Kür  çayı  nəqliyyatı  ilə  300  min 

tondan çox yük daşınırdı.

162

 

1962-ci  ildən  işə  düşmüş  dəmiryol  su  rabitəsi  Bakı-Krasnovodsk  xətti  ilə 



daşımada  mühüm yer tuturdu. Bərə ilə daşınma  Qafqazın Orta  Asiya, Qazaxıstan 

və Sibir ilə nəqliyyat əlaqələrini yaxşılaşdırdı. 

Qara  dənizdə  olan  Xəzər  Dəniz  Gəmiçiliyi  İdarəsinin  gəmiləri  İtaliya, 

Əlcəzair,  Birləşmiş  Ərəb  Respublikası,  Polşa,  Rumıniya,  Bolqarıstan  və  başqa 

ölkələrin  limanlarına  ardıcıl  reys  edirdilər.  1964-cü  ildə  Azərbaycan  gəmiləri 

Volqa-Baltika  su  yolundan  istifadə  edərək,  İrandan  Danimarkaya,  Hollandiyaya, 

Almaniyaya yük daşımağa başlamışdılar.

163


 

Avtomobil yük nəqliyyatı sürətlə inkişaf edirdi. Onun yük dövriyyəsi 1950-

ci ildəki 522 mln. ton km müqabilində 1970-ci ildə 3709 mln. ton km olmuşdu.

164


 

Sərnişin daşınması 1950-ci ildəki 11 mln. nəfərdən 1970-ci ildə 3345 mln. nəfərə 

qədər artmışdı.

165


 

Avtomobil yollarının yenidən qurulması və yenilərinin salınması sahəsində 

böyük  işlər  görülürdü.  1950-1960-cı  illərdə  Azərbaycanda  avtomobil  yollarının 

uzunluğu 11 min km-dən 1970-ci ildə 21,1 min km-ə qədər artmışdı.

166

 


99 

 

Şose  yollarının  təzələnməsində  də  mühüm  işlər  görülürdü.  Bərdə-Tərtər-



İstisu,  Saatlı-Bəhramtəpə-İmişli  şose yolları  istifadəyə verilmişdi. Azərbaycanla 

Ermənistan və Gürcüstan arasında avtomobil əlaqəsi yaradılmışdı.

167

 

Lakin  sərnişinlərin  rayonlararası  daşınması  lazımi  səviyyədə



 

inkişaf 


etməmişdi. Bakıda şəhər nəqliyyatı pis işləyirdi. 

Respublikada  hava  nəqliyyatı  da  inkişaf  edirdi.  1960-cı  ildə  hava  xətləri 

Bakını  təkcə  Moskva  ilə  deyil,  həm  də  başqa  şəhərlərlə  əlaqələndirirdi. 

Təyyarələrlə həm sərnişin, həm də yüklərin daşınması artmışdı. Məsələn, sərnişin 

daşınması  1950-ci  ildəki  21  min  nəfərdən  artaraq  1970-ci  ildə  969  min  nəfərə 

çatmışdı.

168

 Aviasiya kənd təsərrüfatı ziyanvericilərinə və bitki xəstəliklərinə qarşı 



mübarizədə kənd əhalisinə misilsiz kömək göstərirdi. 

Respublikada  poçt  rabitəsi  sürətlə  inkişaf  edirdi.  60-cı  illərin  əvvəllərində 

bütün rabitə agentlikləri rabitə şöbələrinə çevrildi.

169 


Bakıda rabitə kontoru əvəzinə 

poçtamt,  şəhər  və  rayonlarda  isə  rabitə  qovşaqları  yaradıldı.  1970-ci  ildə 

Azərbaycanda 1555 poçt, teleqraf və telefon müəssisəsi var idi.

170


 

Şəhər telefon stansiyalarının sayı 1950-ci ildəki 89-dan 1970-ci ildə 132-yə, 

o cümlədən  ATS-lərin sayı  müvafiq olaraq 6-dan 84-ə  qədər çoxalmışdı.  1960-cı 

ilə qədər bütün kənd sovetləri və kolxozlar telefonlaşdırılmışdı.

171

 

Radiorabitə  vəsaitləri  böyük  sürətlə  inkişaf  edirdi.  Respublikada 



radioqəbuledici nöqtələrin sayı 1950-ci ildəki 181 mindən 1970-ci ildə 1701 minə 

çatmışdı.

172

 

Bakıda Azərbaycan televiziya mərkəzi öz fəaliyyətini 1956-cı il fevralın 14-



də  ilk  yoxlama  verilişi  ilə  başladı,  sonralar  televiziya  mərkəzinin  verilişləri 

Bakıdan 200 km-ə qədər məsafədə müntəzəm olaraq qəbul edilməyə başlandı. 

1966-cı  ildə  Bakı-Şuşa,  1969-cu  ildə  Şuşa-Naxçıvan  radiorele  xətti 

istifadəyə verildi. 1970-ci ildə radiorele xətti ilə Bakı televiziya stansiyası ilk dəfə 

Moskvadan rəngli televiziya proqramını göstərmək imkanı əldə etdi. 

Lakin  respublikada,  xüsusən  kənd  yerlərində  rabitə  şəbəkəsinin  inkişaf 

səviyyəsi və sürəti əhalinin durmadan artan tələbatından hələ də geri qalırdı. 

Beləliklə,  40-cı  illərin  ikinci  yarısı  -  80-ci  illərdə  Azərbaycan  iqtisadiyyatı 

çətin, ziddiyyətli, eyni zamanda uğurlu inkişaf yolu keçdi. Lakin iqtisadi idarəetmə 

və  planlaşdırmada  ciddi  qüsurlarla  əlaqədar  mövcud  inkişaf  sürəti,  əmək 

məhsuldarlığı, istehsal Azərbaycanın potensial imkanlarından xeyli aşağı idi. 

 

 



 

 

 

 

100 

 


Yüklə 15,93 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin