§
1. RESPUBLĠKANIN ĠQTĠSADĠ HƏYATI XALQ
TƏSƏRRÜFATININ BƏRPASI VƏ ĠNKĠġAFI
40-cı illərin ikinci yarısı. Müharibə sovet ölkəsinin bütün təsərrüfatına çox
ağır zərbə vurdu. 1941-1945-ci illərdə ölkə öz milli sərvətinin üçdə bir hissəsini
itirdi. Milyonlarla adam doğmalarını, yaxınlarını itirmiş, sahibsiz uşaqların sayı
kəskin surətdə artmışdı. Başqa yerə köçürülmüş milyonlarla insanın, əsirlikdən
azad edilmiş yüz minlərlə vətəndaşın taleyi faciəli olmuşdu.
Azərbaycan bilavasitə alman-faşist qəsbkarlarının hücumuna məruz
qalmamışdı, bununla belə, respublika zəhmətkeşləri müharibənin bütün ağırlığını
çəkmişdilər. Müharibədə sənaye istehsalının əsas göstəriciləri kəskin surətdə aşağı
düşmüşdü. Sənayenin ümumi məhsulu 1940-cı illə müqayisədə 22 faiz aşağı
düşmüşdü.
2
Neft hasilatı 1945-ci ildə 1940-cı ildəkinə nisbətən təqribən yarıbayarı
azalmışdı.
3
Müharibə dövründə texniki bitkilər məhsulunun xeyli azalması nəticəsində
istehlak malları istehsalı kəskin surətdə aşağı düşmüşdü. 1945-ci ildə 1940-cı ilə
nisbətən pambıq istehsalı 154 min tondan 65 min tona, barama istehsalı 2384
tondan 1615 tona qədər azalmışdı. 1940-cı ildən 1946-cı ilədək iribuynuzlu mal-
qaranın sayı 1382 min başdan 1203,5 minə enmişdi.
4
Kənd təsərrüfatının maddi-
texniki bazası xeyli zəifləmişdi.
Azərbaycan əhalisi 1940-cı ildə 3304,1 min nəfər idi. 1945-ci ildə onun sayı
17,65 faiz azalmışdı.
5
Müharibə ölkənin əmək ehtiyatlarının istifadəsinə də mənfi təsir
göstərmişdi. Azərbaycanın xalq təsərrüfatında fəhlə və qulluqçuların 1940-cı ilin
oktyabrında 456 min olduğu halda, 1945-ci ilin sentyabrında 396 min nəfərə qədər
azalmışdı.
6
Respublikada xalq təsərrüfatının bərpası hələ işğal olunmuş ərazilər azad
edildikcə başlanmışdı. 1945-ci il mayın 26-da SSRİ Dövlət Müdafiə Komitəsi
77
"Silah istehsalının azaldılması ilə əlaqədar olaraq sənayeni yenidən qurmaq
sahəsində tədbirlər haqqında" qərar qəbul etdi.
7
Azərbaycan SSR xalq
təsərrüfatının, xüsusilə neft sənayesinin bərpası və inkişafı üçün mühüm tədbirlər
görüldü. 1945-ci il mayın 28-də SSRİ DMK "Bakıda neft hasilatını artırmaq
tədbirləri haqqında" xüsusi qərar qəbul etdi.
8
Qərarda neft sənayesini inkişaf
etdirməyin böyük proqramı nəzərdə tutulmuşdu. Müharibə qurtarandan sonra
müəssisələrdə iş vaxtından artıq işləmək hallarına son qoyuldu. 8 saatlıq iş günü və
illik məzuniyyətlər bərpa edildi. 1945-ci il dekabrın 1-dən müharibə illərində
istifadə edilməmiş məzuniyyətlərə görə pul kompensasiyasının ödənilməsinə
başlandı.
9
Maşınqayıranlar tezliklə neft-mədən avadanlığı buraxılışını bərpa etdilər,
yeni neft avadanlığının növlərini istehsal etməyi öyrəndilər. 1946-cı ilin əvvəlində
"Azneftmaş" trestinin neft-maşınqayırma zavodlarının mülki məhsul buraxmağa
keçidi başa çatdı. Müharibədən qabaqkı məmulatın nomenklaturası tamamilə bərpa
olundu, neft avadanlığının bir sıra yeni növlərinin buraxılışı qaydaya salındı. 1946-
cı ildə bu zavodların məhsulu 1945-ci ildəki həcmdən 14,5 faiz çoxaldı.
10
Neft avadanlığının təmiri və ehtiyat hissələrinin hazırlanması, habelə yeni
növ cihazların istehsalı geoloji-kəşfiyyat işlərinin genişləndirilməsinə, quyuların
bərpa olunmasına, həcminin artmasına, neft hasilatının çoxalmasına kömək edirdi.
1946-cı ildə respublikada neft hasilatı 1945-ci ildəkinə nisbətən 463 min ton, yəni
dörd faiz artdı.
11
1946-cı ildə bütün neft emalı və təmizləyici qurğular əsaslı təmir olunurdu.
Elə həmin il termiki krekinq qurğularının yenidən qurulması başa çatdırıldı,
12
kükürd turşusu katalizatoru ilə benzolu propilenlə alkilləşdirən qurğu istismara
verildi.
13
1946-cı ildə Azərbaycanda iqtisadiyyatın yenidən qurulması başa çatdırıldı,
respublika sənayesi ümumi məhsulunun həcmi 1940-cı il səviyyəsinin 80 faizinə
çatdı.
14
Sənayenin yenidən qurulmasındakı uğurlar respublikanın xalq təsərrüfatının
digər sahələrində də yenidənqurmanın sürətini artırdı. Sənaye tikintisi və mülki
tikinti genişləndi.
Hərbi iqtisadiyyatdan dinc iqtisadiyyata keçidin müvəffəqiyyətlə başa
çatdırılması xalq təsərrüfatını bərpa və daha da inkişaf etdirmək vəzifələrini yerinə
yetirmək sahəsində işləri daha çox genişləndirməyə imkan yaratdı.
SSRİ xalq təsərrüfatının bərpası və daha da inkişaf etdirilməsinə dair
dördüncü beşillik (1946-1950-ci illər) plana
15
1946-cı il martın 18-də SSRİ Ali
Sovetinin birinci sessiyasında baxıldı. 1946-1950-ci illərdə Azərbaycan SSR xalq
təsərrüfatının bərpa və inkişaf etdirilməsinə dair beşillik planda sənayenin və kənd
təsərrüfatının inkişafını müharibədən əvvəlki səviyyəyə yüksəltmək və bu
səviyyəni ötüb keçmək əsas vəzifə kimi irəli sürüldü.
16
78
Ölkənin xalq təsərrüfatının yeni texnika ilə təchizatı neft məhsullarına
tələbatı artırdı. Buna görə də Azərbaycanın neft sənayesinin bərpa və inkişafı
diqqət mərkəzində idi. Beşillik ərzində respublikanın neft sənayesinə qoyulan
əsaslı vəsaitin həcmi 4740 milyon manata bərabər idi ki, bu, SSRİ neft sənayesinə
qoyulan bütün əsaslı vəsaitin 20,7 faizini təşkil edirdi.
17
Neftçıxarma sənayesini
yeni texnika ilə təchiz etmək üçün ölkənin 50-dən çox zavodu respublika neft
sənayesinin sifarişlərini yerinə yetirirdi.
18
Neft hasilatını artırmaq üçün yeni neft yataqlarının kəşfinə və istismarına
böyük ehtiyac var idi. Buzovna-Maştağa (1945-ci il), Gürgan-dəniz və Gəncə
rayonu (1947-1948-ci illər), Hövsan və Umbakı (1948-1950-ci illər), Neft daşları
(1950-ci il), Darvin bankası (1950-1951-ci illər) kimi yeni neft və qaz yataqları
kəşf edilmiş və sənaye üsulu ilə işlənmək üçün istifadəyə verilmişdi.
19
Neft hasilatını yüksəltməyin həlledici şərtlərindən biri neft quyuları
qazılması üzrə işləri genişləndirmək idi. Geoloji-kəşfiyyat işlərini genişləndirmək,
yeni neft yataqlarının kəşfi və istifadəyə verilməsi işində SSRİ hökumətinin qərarı
ilə 1947-ci ilin sonunda "Azneftkəşfiyyat" Birliyi yaradıldı. 1943-cü ildə "Azneft"
Birliyi nəzdində yaradılmış Xüsusi Qazma İdarəsi sonralar "Turbin-qazma" tresti
şəklində yenidən təşkil olundu.
20
1946-cı ildən başlayaraq Azərbaycanın neft mədənlərində turbin qazması
getdikcə daha çox tətbiq edilirdi. Bu, neftçilərə turbin üsulu ilə maili istiqamətdə
quyular qazmağa imkan verdi. Bu təşəbbüs bütün sovet neft sənayesinin inkişafına
Azərbaycan neftçilərinin böyük töhfəsi idi. Bakılıların bir özül üzərindən iki və
daha çox neft quyusunun qazılması üsulu mühüm əhəmiyyət kəsb edirdi. Yeni
texnikanın tətbiqi, quyuların istismar rejiminin yaxşılaşdırılması neft hasilatının
artmasına kömək edirdi. 1948-1950-ci illərdə 2800-ə qədər dayanmış quyu bərpa
edilmişdi.
21
50-ci illərin ortalarına qədər SSRİ-nin əsas neftçıxarma mərkəzi sayılan
Azərbaycan artıq müharibədən sonra bütün ölkənin yanacağa olan ehtiyacını tam
ödəyə bilmirdi. Buna görə də Xəzər neft yataqlarının aşkar edilməsi və istifadəyə
verilməsi problemi meydana çıxdı.
Azərbaycan neft sənayesinin inkişafında Xəzərdə neft yataqlarının kəşfi və
istifadə edilməsi çox önəmli hadisə oldu. Mərkəzi hökumətin bəzi yüksək vəzifəli
şəxslərinin Azərbaycanda, xüsusilə Xəzər dənizində neftçıxarma sənayesinin
iqtisadi cəhətdən səmərəsiz olması iddialarına baxmayaraq,
22
Azərbaycan
alimlərinin, neftçilərinin gərgin əməyi sayəsində dünyada ilk dəfə olaraq
Azərbaycanda açıq dənizdə neft çıxarılmasına başlandı. 1949-cu ilin fevralında
qasırğalı bir havada məşhur qazma ustası M.Kaveroçkinin briqadası açıq dənizdə
Neft daşlarına çıxdı. Son dərəcə mürəkkəb və çətin şəraitdə neftçilərin qazdığı
kəşfiyyat quyusu 1949-cu il noyabrın 7-də fontan vurdu.
23
79
Dəniz neft yataqlarını mənimsəmək üçün "Azneft" Birliyi nəzdində "Dəniz
qazma" Tresti yaradıldı. 1949-cu il mayın 7-də SSRİ Nazirlər Soveti "Azərbaycan
SSR-də dəniz neft yataqlarının kəşfini və işlənməsini üzən vasitələrlə təmin etmək
haqqında" xüsusi qərar qəbul etdi.
24
Dəniz mədənlərinin yaradılması və inkişafında "Azərbaycan SSR-də dəniz
neft yataqlarının kəşfi və işlənilməsi üzrə işlərin təşkilini yaxşılaşdırmaq tədbirləri
haqqında" SSRİ Nazirlər Sovetinin 1949-cu il 31 oktyabr tarixli qərarının böyük
əhəmiyyəti oldu.
25
Dəniz neft yataqlarının işlənilməsini gücləndirmək və bu işə
rəhbərliyi yaxşılaşdırmaq məqsədilə 1950-ci ildə SSRİ Nazirlər Sovetinin qərarı ilə
yeni neft Birliyi - "Azdənizneft" yaradıldı.
26
Dəniz neft yataqlarından istifadə etmək üçün dünya təcrübəsində ilk dəfə
dənizdə neft-mədən estakadaları tikildi. 1948-ci ildən estakadaların tikintisinə
"Hidrodənizneft" İnstitutu rəhbərlik edirdi. 1950-ci ildə estakadanın uzunluğu 18,9
km-ə çatmışdı.
27
Fəhlələrin, mühəndis-texniki işçilərin və alimlərin fədakar əməyi sayəsində
dəniz yataqlarından
28
beşilliyin son ilində 1,6 milyon ton neft çıxarıldı.
29
1946-1950-ci illərdə neft emalı sənayesində zavodlar yenidən quruldu, yeni
texnika ilə təmin edildi, xammaldan istifadə yaxşılaşdırıldı və təkmilləşdirildi.
1946-1947-ci illərdə Bakıda traktorları va neft mədənlərindəki istismar-qaldırıcı
mexanizmləri təmir edən zavod-Bakı elektrik təmiri zavodu, 1949-cu ildə isə
Binəqədi boru təmiri zavodu istifadəyə verildi.
30
Maşınqayırma zavodlarının istehsal gücü artırdı. 1946-1950-cı illərdə neft
maşınqayırma zavodları elmi-tədqiqat idarələri ilə birlikdə 438 növ yeni maşın,
mexanizm və alət istehsalını mənimsədi.
31
Maşınqayırma sənayesinin yeni sahələrinin yaradılmasına başlandı. 1947-ci
ilin martında respublikada elektrotexnika sənayesinin ilki olan Bakı elektrik
maşınqayırma zavodu, Bakı diyircəkli yastıq zavodu, yeni cihazqayırma və
elektromexanika məmulatı zavodu işə düşdü.
Yeni zavodların istismara verilməsi o vaxta qədər əsasən neft avadanlığı
istehsalı ilə məşğul olan maşınqayırmanın birtərəfli inkişafına son qoyulmasının
başlanğıcı oldu.
Müharibədən sonrakı ilk illər Azərbaycanda enerji obyektlərinin və elektrik
enerjisi istehsalının daha da artması ilə səciyyələnir. Enerji sistemi müəssisələrinin
bütün əsas qazanları yenidən quruldu. Sumqayıt İstilik Elektrik Stansiyasının gücü
üç dəfə artırıldı.
32
Lakin istehsal olunan elektrik enerjisi Azərbaycanın xalq təsərrüfatının
enerjiyə artan tələbatını ödəmək üçün kifayət qədər deyildi. Bu işdə tikintisinə hələ
müharibədən əvvəl başlanmış Mingəçevir SES həlledici rol oynamalı idi. SSRİ
80
Xalq Komissarları Sovetinin 1945-ci il mayın 6-da qəbul etdiyi qərara uyğun
olaraq Mingəçevir SES-in tikintisi bərpa edildi.
33
Həmin ilin avqustunda isə "Mingəçevirsestikinti" İdarəsi yaradıldı. 1948-ci
ilin əvvəlindən su qovşağının əsas obyektlərinin tikintisi sürətlənməyə başladı.
Mingəçevir su qovşağının inşaatçılarına bütün ölkə kömək edirdi. 300-dən artıq
müəssisə onları avadanlıq, mexanizm və tikinti materialları ilə təchiz edirdi.
34
Tikinti materialları sənayesində də yeni əmək nailiyyətləri qazanıldı. 1948-
ci ildə Bakı asbestşifer və keramika məmulatları kombinatının birinci növbəsi işə
düşdü, 1949-cu ildə kombinatın tikinti fayansı zavodu, 1950-ci ildə isə asbest boru
sexi istifadəyə verildi.
35
Mingəçevirdə, Sumqayıtda və bir sıra rayonlarda tikinti
materialları sonayesinin bir çox müəssisələri istismara verildi. Beləliklə,
respublikada inşaat materialları istehsalı ildən-ilə artmağa başladı.
Yüngül, toxuculuq, yeyinti və yerli sənaye bərpa olunur və daha da inkişaf
etdirilirdi. Yüngül və toxuculuq sənayesi müəssisələrinin yenidən qurulması və
genişləndirilməsi, onların müasir texnika ilə təchiz olunması və texnoloji
proseslərin yaxşılaşdırılması nəticəsində əsas istehlak məmulatlarının istehsalı
1950-ci ildə müharibədən əvvəlki səviyyəni ötüb keçmişdi.
36
Kənd təsərrüfatının bərpa və inkişafına diqqət artırılmışdı. ÜİK(b)P MK-nın
fevral (1947-ci il) Plenumu "Müharibədən sonrakı dövrdə kənd təsərrüfatını
yüksəltmək tədbirləri haqqında" qərar qəbul etdi.
37
Əkin sahələrinin
genişləndirilməsi, dənli və texniki bitkilərin məhsuldarlığının yüksəldilməsi,
heyvandarlığın məhsuldarlığının artırılması, MTS və sovxozların işinin
yaxşılaşdırılması, kənd təsərrüfatı maşınları istehsalının artırılması barədə
tədbirlərin həyata keçirilməsi nəticəsində Azərbaycanın kənd təsərrüfatının
istehsalat-texniki bazası xeyli möhkəmləndirildi. 1946-1950-ci illərdə dövlətin və
kolxozçuların bu sahəyə qoyduqları əsaslı vəsait 109,6 milyon manat idi.
38
Bu
müddət ərzində respublikaya 4200 traktor (15 at gücündə), 273 taxıl kombaynı və
çoxlu miqdarda digər kənd təsərrüfatı maşını gətirilmişdi.
39
1945-ci ildən 1950-ci
ilədək traktorların sayı 5100-dən 9400-ə, yük avtomobillərinin sayı 900-dən 3700-ə
qədər artmışdı.
40
MTS-lərin şəbəkəsi genişlənmiş, 12 MTS və 3 MHS (Maşın-
Heyvandarlıq Stansiyası) yaradılmışdı.
41
İrriqasiya tikintisi genişləndi. Kür-Araz ovalığının, Samur-Dəvəçi kanalı
zonasının və respublikanın digər regionlarının suvarılmasının həyata keçirilməsi
üçün mühüm tədbirlər görüldü. Salyan düzənliyində və Şimali Muğanda suvarma
sistemlərinin yenidən qurulması və tikintisi əsasən başa çatdırıldı. Bunun
nəticəsində əkinə yararlı torpaqların sahəsi genişləndi.
42
Kənd
təsərrüfatının
inkişafında
kolxozların
təşkilat-təsərrüfatca
möhkəmləndirilməsi mühüm əhəmiyyətə malik idi. "Kolxozlarda kənd təsərrüfatı
arteli Nizamnaməsinin pozuntularını ləğv etmək tədbirləri haqqında" SSRİ XKS və
81
ÜİK(b)P MK-nın 1946-cı il 19 sentyabr tarixli qərarına
43
uyğun olaraq kolxozların
ictimai mülkiyyətini möhkəmləndirmək, torpaqlardan istifadə edilməsini nizama
salmaq, kolxozçuların əməyini səmərəli təşkil etmək, artelin Nizamnaməsinin
prinsiplərinə riayət etmək sahəsində mühüm işlər görüldü. Bunun nəticəsində
kolxozlara 20667 hektar torpaq, 5583 baş iribuynuzlu və 21266 baş xırdabuynuzlu
mal-qara, 779 baş at və s. qaytarıldı. Kolxozların 16797 nəfər inzibati işçisi ixtisara
salınaraq istehsalata göndərildi.
44
Kolxozlara 3588 min manat borc ödənildi. Bütün
bunlar təsərrüfatların ictimai mülkiyyətinin daha da inkişafına və kolxozçuların
əmək fəallığının artmasına kömək etdi.
Kənd təsərrüfatının daha da inkişaf etdirilməsi və kolxozçuların təşkilat-
təsərrüfatca möhkəmləndirilməsi üçün 1950-ci il iyunun 7-də SSRİ Nazirlər Soveti
"Xırda kolxozların iriləşdirilməsi haqqında" qərar qəbul etdi.
45
1951-ci il fevralın
1-nə respublikanın kənd
təsərrüfatında 3136 artel 1044 təsərrüfatda birləşdirildi.
46
Kolxozların sayı 1950-ci ildəki 1615-dən 1951-ci ildə 1359-a qədər azaldı.
47
Kənd
təsərrüfatında kolxozlarla yanaşı, sovxozlar da mühüm yer tuturdu. 1950-ci ildə
Azərbaycanda 46 sovxoz var idi ki, bu da 1940-cı ildəkinə nisbətən 4 sovxoz az
idi.
48
Lakin kənd təsərrüfatına rəhbərlikdəki nöqsanlar kolxoz və sovxozların
üstünlüklərindən, onların daxili ehtiyat və imkanlarından istifadə etməyə mane
olurdu. Geridə qalan təsərrüfatların sayı çox idi. Kolxozlardan dövlət anbarlarına
tədarükü artırmağı tələb edirdilər. Kənd təsərrüfatı məhsullarının təhvili
planlaşdırılarkən kəndin imkanları yox, dövlətin tələbləri əsas götürülürdü. Kənd
təsərrüfatının texniki təchizatı aşağı səviyyədə qalırdı. Kənd təsərrüfatının idarə
olunması sistemi dəyişmişdi. Yerli rəhbərlər kolxoz əmlakına göstəriş verməklə
təsərrüfatlara hökm etməkdə, öz mülahizələrinə görə, istədikləri kimi fəaliyyət
göstərməkdə davam edirdilər.
Həm şəxsi, həm də ictimai təsərrüfatlar maliyyə məngənəsinin əsarəti
altında idi. Kolxozçunun öz həyətində saxladığı hər şeyin üzərinə o qədər vergi
qoyulurdu ki, mal-qara saxlamaq, meyvə ağacı yetişdirmək sadəcə olaraq sərfəli
deyildi. Kolxoz və sovxozların məhsullarının satınalma qiymətləri isə o qədər aşağı
idi ki, kolxozçuların və fəhlələrin əməyinin haqqını çox vaxt ödəmək mümkün
olmurdu.
1947-ci ildə dövlətin kolxozlara münasibəti olduqca sərtləşdi. MTS-lərdə
30-cu illərin əvvəllərindəkinə bənzər siyasi şöbələr bərpa olundu. Kolxozların
dövlətə məhsul təhvil vermək vəzifəsi daimi nəzarət altında saxlanıldı. Tikinti və
zavodlara kənd əhalisinin mütəşəkkil toplanması kəndlilərin şəhərə axınını
gücləndirdi.
Müharibədən sonrakı illərdə əsaslı tikintinin miqyası getdikcə artırdı.
Tikinti işlərini yerinə yetirmək üçün fəaliyyətdə olan "Azərneftzavodtikinti",
82
"Qafqazenerjitikinti", iri tikinti təşkilatları, "Zaqsənayetikinti" tresti ilə yanaşı,
"Mingəçevirtikinti", "Daşkəsənfiliztikinti", "Kür-Araz sutikinti", "Bakı tikinti-
quraşdırma" Tresti, "Azneftdəniztikinti" və başqa tikinti təşkilatları yaradıldı, çoxlu
iri sənaye müəssisəsi istismara verildi, ağır sənayenin yeni sahələrinin
yaradılmasına başlandı.
Hələ 1944-cü ildə Sumqayıt boru-prokat zavodunun tikintisi bərpa olundu.
49
Sumqayıtda alüminium zavodunun tikintisi üçün hazırlıq işləri genişləndi.
Respublikada alüminium sənayesinin yaradılması işləri hələ müharibədən əvvəl
başlanmışdı. 1947-ci ilin yayında Sumqayıtda respublikanın böyük kimyasının ilki
olan sintetik kauçuk zavodunun tikintisinə başlandı.
Azərbaycan SSR-in məhsuldar qüvvələrinin inkişafında Zaqafqaziyada ən
böyük Daşkəsən dəmir filizi yatağı əsasında filiz-mədən sənayesinin yaradılmağa
başlanması böyük hadisə oldu. Burada iri filiz-mədən müəssisəsinin-Daşkəsən
dəmir mədəninin əsası qoyulurdu. Rustavidəki Zaqafqaziya metallurgiya zavodu
bu mədənin bazasında yaradılmışdı. Müharibə nəticəsində - Daşkəsən mədəninin
tikintisi dayandırılmış və 1945-ci ilin üçüncü rübündə bərpa olunmuşdu.
50
Sənaye müəssisələri ilə yanaşı, çoxlu mənzil, mədəni-məişət ocağı və digər
obyektlər tikilmişdi. Lakin əsaslı tikintinin sürəti respublikanın inkişaf etməkdə
olan iqtisadiyyat və mədəniyyətinin tələblərinə hələ cavab vermirdi.
Azərbaycanda nəqliyyat da inkişaf etməkdə idi. 1945-ci ildə SSRİ Xalq
Komissarları Sovetinin qərarı ilə müstəqil Azərbaycan Dəmir Yolu İdarəsi
yaradıldı. Uzunluğu 36 km olan Alabaşlı-Quşçu körpüsü dəmir yolu 1948-ci il
iyulun 27-də işə salındı.
51
Elektrik dəmir yolu şəbəkəsi genişləndirildi. 1948-ci ildə
Suraxanı-Qala, 1949-cu ildə Qala-Buzovna sahələri istismara verildi.
52
Dəmir yolu
nəqliyyatı ilə yük daşınması artırdı.
Su, avtomobil və hava nəqliyyatının inkişafında xeyli müvəffəqiyyət əldə
edilmişdi. Onların texniki təchizatı yaxşılaşmışdı, bu isə
yük dövriyyəsini və
sərnişin daşınmasını artırmağa imkan verirdi. Avtomobil yolları yenidən qurulur,
möhkəm örtüyü olan yeni yollar çəkilirdi. Sərnişin daşımalarında avtomobil
nəqliyyatının rolu daim artırdı. 1950-ci ildə ümumi istifadədə olan avtobuslarla 11
mln sərnişin daşındı, halbuki 1940-cı ildə bu rəqəm cəmi 3,8 mln idi. 1949-cu ildən
əhaliyə taksilər xidmət etməyə başladı.
53
Azərbaycanın paytaxtı, respublikanın
şəhərləri, ölkənin mühüm inzibati və sənaye mərkəzləri ilə hava xətlərinin sayı
artırdı. Respublikanın mülki aviasiyası kənd təsərrüfatı əməkçilərinə də böyük
kömək göstərirdi.
Rabitə müəssisələrinin şəbəkəsi, poçt mübadiləsi genişlənirdi. Teleqraf-
telefon rabitəsi yenidən qurulurdu. 1946-cı ildə Bakı-Tbilisi arasında yüksək
tezlikli teleqraf magistral kanalı açıldı, sonrakı illərdə isə Bakı-Yevlax sahəsində
83
yeni teleqraf aparatları tətbiq olundu. 1949-cu ildə Bakıda ilk dəfə olaraq əl
sistemli abonent teleqraf stansiyası quruldu.
54
Radiorabitə də xeyli inkişaf etdi.
Beləliklə,
1946-1950-ci
illər
Azərbaycanın
xalq
təsərrüfatının
müvəffəqiyyətlə bərpa edilməsi, dördüncü beşilliyin əsas istehsal tapşırıqlarının
yerinə yetirilməsi, sənayenin, kənd təsərrüfatının, tikintinin, nəqliyyat və rabitənin
texniki səviyyəsinin daha da yüksəlməsi ilə əlamətdar oldu. 1945-1950-ci illərdə
respublika sənayesinin ümumi məhsulu 78 faiz artdı.
55
Sənayedə müharibədən
sonrakı birinci beşillik plan 4 ilə yerinə yetirildi.
56
Azərbaycan neft sənayesi xeyli inkişaf etdi. Plan tam yerinə yetirilməsə də,
neft hasilatı 28 faiz artdı. Qaz çıxarılması isə 26 faiz çoxaldı.
57
1950-ci ildə 14822
min ton neft çıxarıldı.
58
Neft emalı zavodlarının istehsal gücü artırıldı, məhsulların çeşidləri
genişləndi və keyfiyyəti yaxşılaşdı. 1946-1950-ci illər ərzində neft emalının həcmi
1,3 dəfə, bütün əlvan neft məhsullarının istehsalı 14 dəfə, o cümlədən aviasiya
benzini növləri 7,5 dəfə, dizel yanacağı 6,5 dəfə, bütün növ yağların istehsalı 1,75
dəfə çoxaldı.
59
Sənayenin digər sahələri qısa müddətdə bərpa olundu və inkişaf etdi. 1946-
1950-ci illərdə polad istehsalı 89 faiz, prokat istehsalı 79 faiz, elektrik enerjisi
istehsalı 76 faiz, maşınqayırma və metal emalı məhsulu istehsalı 149 faiz, sement
istehsalı 48 faiz artdı.
60
Yüngül və yeyinti sənayesi uğurla inkişaf edirdi.
61
1950-ci ildə
Naxçıvan MSSR-də sənayenin ümumi məhsulu 1940-cı il səviyyəsini 44
faiz, Dağlıq Qarabağ Muxtar Vilayətində isə 74 faiz ötüb keçdi.
62
Azərbaycanın kənd təsərrüfatı bitkilərinin əkin sahəsi 1950-ci ildə 1945-ci
ilə nisbətən 47 min hektar artdı,
63
ümumi məhsul istehsalının həcminə görə isə
1940-cı ilin səviyyəsindən 32 faiz çox oldu. Beşillik ərzində xam pambıq istehsalı
64 min tondan 283,6 min tona çatdı. Eyni zamanda hər hektardan götürülən məhsul
2,8 dəfə artaraq, 1950-ci ildə 18,7 sentnerə çatdı.
64
Kolxoz və sovxozlarda ictimai mal-qaranın sayını artırmağa dair dördüncü
beşilliyin planı artıqlaması ilə yerinə yetirilmişdi.
65
Lakin heyvandarlığı inkişaf
etdirmək üçün kolxoz və sovxozların böyük imkan və ehtiyatlarından tam istifadə
olunmamışdı. Kolxozçuların, fəhlə və qulluqçuların şəxsi istifadəsindəki mal-
qaraya münasibətdə ciddi pozuntular olmuşdu. Bunun nəticəsində zəhmət
adamlarının yardımçı təsərrüfatında inək, camış, qoyun, keçi və donuzların sayı
kəskin surətdə azalmışdı.
Azərbaycanda tikinti işlərinin genişlənməsi, dördüncü beşillikdə tikinti
təşkilatlarının yeni texniki bazasının inkişafı, işçilərin ixtisasının artırılması
nəticəsində 485 mln manatlıq tikinti-quraşdırma işləri görülmüşdü.
66
34 iri yeni
dövlət sənaye müəssisəsi istifadəyə verilmişdi.
67
Yaşayış evlərinin, məktəblərin və
84
digər təhsil ocaqlarının, tibb, mədəni-maarif idarələrinin, həmçinin şəhərlərin və
yaşayış məntəqələrinin tikintisi və abadlaşdırılması geniş miqyasda həyata
keçirilmişdi.
Nəqliyyatın təkmilləşdirilməsi sahəsində mühüm nailiyyətlər qazanılmışdı.
Beş il müddətində respublikanın dəmir yollarında xalq təsərrüfatı yüklərinin
daşınması iki dəfədən çox artmışdı.
68
Azərbaycanın avtomobil təsərrüfatı bərpa olunmuşdu. Rayon və şəhərlərdə
yeni avtomobil təsərrüfatları yaradılırdı. 1950-ci ildə avtomobil nəqliyyatının yük
dövriyyəsi 1940-cı ilə nisbətən 3,5 dəfədən çox, ümumi istifadədə olan avtomobil
nəqliyyatı ilə sərnişin daşınması isə iki dəfə artdı.
69
Su və hava nəqliyyatı da
inkişaf etməkdə idi.
Yeni müəssisələr yaradıldı. 1950-ci ildə şəhərlərarası teleqraf-telefon
xətlərinin uzunluğu 1945-ci ilə nisbətən 2,2 mln km artdı.
70
Lakin müharibədən sonrakı dövrdə iqtisadi həyatda müvəffəqiyyətlərlə
yanaşı, xeyli mənfi hallar da mövcud idi: planların yerinə yetirilməməsi obyektiv
təhlil əvəzinə "ziyankarlıq" və işi "qəsdən pozmaq kimi" qiymətləndirilirdi.
"Hücumçuluq", "növbədənkənar" işlər geniş miqyas almışdı. Müəssisə
rəhbərlərinin planı yerinə yetirmədiyinə görə cəzalandırılması qorxusu hesabatların
kütləvi surətdə təhrif edilməsinə, rəqəmlərin şişirdilməsinə və hər cür yalanlara
səbəb olurdu.
Müharibədən sonrakı beşillik inkişaf planının əsas vəzifəsi xalq təsərrüfatını
dinc quruculuq məqsədlərinə yönəltmək olduğundan əsas diqqət istehsalın bu
istiqamətdə bərpasına yönəldilirdi. Bununla belə, bir sıra yeni sahələrin inkişaf
etdirilməsi üçün də müəyyən addımlar atılmışdı, lakin bu sahədə fəaliyyətin
miqyası xeyli məhdud olmuşdu. Ona görə də Azərbaycan iqtisadiyyatında uzun
müddət davam edən birtərəfli inkişaf meyli bu dövrdə də qalırdı. Əsasən bütün
Sovet İttifaqının tələbatı ilə inkişaf edən yüksək vəsait tutumlu neft sənayesinə
əvvəlki illərdə olduğu kimi, böyük həcmdə sərmayə qoyulsa da, respublikada
həmin dövrdə neft və qaz hasilatı artmaq əvəzinə xeyli azaldı. Nəticədə
Azərbaycana ayrılan vəsaitin çox hissəsini istifadə edən yanacaq sənayesində
(1950-ci ildə sənaye üzrə əsas istehsal fondlarının 69,1 faizi onun payına
düşürdü)
71
artıma nail olunmadı. Başqa sahələrin inkişafında da əsaslı dönüş
yaranmadı, bir sıra sahələrdə məhsul istehsalı cüzi miqdarda artdı. Hətta mühüm
məhsulun istehsalının həcmi (kükürd turşusu, kirəmit, pəncərə şüşəsi, ipək
xammalı, pambıq parça ipliyi, yun parça və üst trikotaj, bitki yağı, makaron, duz,
qənnadı və s.)
72
müharibədən əvvəlki (1940-cı il) səviyyəsindən aşağı idi. 1950-ci
ildə kənd təsərrüfatının bir sıra göstəriciləri də 1940-cı ilin səviyyəsindən geri
qalırdı. Xüsusən də respublikanın yüksək fayda verən əkinçilik bitkilərinin
(pambıq, taxıl) əkin sahələri və məhsul istehsalının həcmi (taxıl, bostan məhsulları,
85
meyvə və s.) aşağı düşmüş, bir sıra başqa sahələrdə isə artım çox az olmuşdu.
73
Ümumiyyətlə, müharibədən sonrakı xalq təsərrüfatının ilk beşillik planı ölkə, o
cümlədən Azərbaycan iqtisadiyyatının bərpa və inkişaf vəzifəsini nəzərdə tutsa da,
respublikada onların gerçəkləşdirilməsi tam həyata keçirilmədi. Ona görə yenə də
birtərəfli inkişaf əlamətlərini özündə saxlayan Azərbaycan iqtisadiyyatının uzun
illərdən bəri yaratdığı sosial-iqtisadi problemlər məhz bu dövrdən özünü daha
kəskin şəkildə göstərməyə başladı. Respublika ərazisi daxilində məhsuldar
qüvvələrin həmahəng yerləşdirilməsində yaranan uyğunsuzluqlar nəticəsində onun
ayrı-ayrı bölmələri arasında sosial-iqtisadi inkişafın ümumi səviyyəsinə görə
tarixən özünü büruzə verən fərqlər artmaqda davam edirdi. Azərbaycan
sənayesinin əsas sahəsini neft-qaz hasilatı və onunla əlaqədar çoxlu başqa sahə
təşkil etdiyindən və onlar Bakı-Sumqayıt bölgəsində cəmləşdiyindən respublikanın
ümumi sənaye məhsulu istehsalının əsas hissəsi də bu regionun payına düşürdü.
Ərazinin başqa hissələrinin təbii sərvətlərindən və digər imkanlardan kifayət qədər
istifadə edilməməsi nəticəsində onların əksəriyyətində sənaye məhsulları
istehsalının həcmi xeyli aşağı səviyyədə idi. Kənd təsərrüfatının lazımi dərəcədə
inkişaf etməməsi, buna əsasən həm də emal sənayesinin xeyli zəif inkişafı əksər
regionların sosial-iqtisadi yüksəlişini məhdudlaşdırırdı. Nəticədə əhalinin yüksək
təbii artımı baş verən ərazilərdən Bakı-Sumqayıt bölgəsinə kütləvi və daimi axın
prosesi baş verirdi ki, bu da bütövlükdə respublikada ciddi sosial-iqtisadi
problemlərin yaranmasına səbəb olurdu.
Dostları ilə paylaş: |