§3. PARTĠZAN DÖYÜġLƏRĠNDƏ VƏ ANTĠFAġĠST MÜQAVĠMƏT
HƏRƏKATINDA
SSRİ XKS və ÜİK(b)MK-nın 1941-ci il 29 iyun tarixli direktivlərində və
ÜİK(b)MK-nın 1941-ci il 19 iyul tarixli "Alman ordularının arxasında mübarizənin
təşkili haqqında" qərarında, bir sıra digər qərar və direktivlərində müvəqqəti işğal
edilmiş rayonlarda düşmən və onun əlaltıları üçün dözülməz şərait yaratmaq,
süvari və piyada partizan dəstələri təşkil etmək, işğalçılara qarşı bütün mübarizə
formalarına rəhbərlik etmək üçün gizli partiya təşkilatları şəbəkəsi yaratmaq və
genişləndirmək vəzifələri müəyyən olunmuşdu.
Böyük Vətən müharibəsinin ilk aylarında sovet ordusunun bir sıra
uğursuzluğu nəticəsində xeyli sovet döyüşçüsü düşmən tərəfindən əsir alınmışdı.
Lakin dözülməz əzab və işgəncələr, təbliğat və təxribat onların böyük
əksəriyyətinin
iradəsini
qıra
bilməmiş,
faşizmə
qarşı
mübarizədən
çəkindirməmişdi. Mükəmməl hərbi təlim və təcrübəyə malik olan bu döyüşçülər
əsir düşərgələrindən qaçaraq partizan dəstələrinə qoşulurdular.
Böyük Vətən müharibəsi illərində partizan hərəkatının geniş vüsət aldığı
respublikalardan biri də Belorusiya SSR idi.
53
Bu respublikanın ərazisindəki partizan hərəkatında Sovet İttifaqının bütün
xalqlarının nümayəndələri ilə birlikdə azərbaycanlı döyüşçülər də yadelli
işğalçılara qarşı mətanətlə vuruşurdular. Onlar sadəcə partizan hərəkatının
iştirakçısı olmayıb, eyni zamanda xalq intiqamçılarının düşmənə qarşı
mübarizəsinin təşkilində fəal çalışırdılar. Brest vilayətindəki partizan hərəkatında
Q.A.Abbasov, M.Y.Abdullayev, M.A.Əliyev, İ.M.İsmayılov və başqaları fəal
iştirak etmişdilər.
101
Dmitrov adına partizan dəstəsinin tərkibində iki ildən artıq
vuruşan Qurban Abbas oğlu Abbasov Belorusiya partizanları ilə birlikdə faşistlərin
cəbhəyə canlı qüvvə, texnika və hərbi sursat aparan beş qatarının qəzaya
uğradılmasında, iki avtomobilinin yandırılmasında, 40 kilometr rabitə xəttinin
sıradan çıxarılmasında, iki körpünün və bir zavodun partladılmasında
fərqlənmişdi.
102
1942-1943-cü illərdə Brest vilayətinin Jabinsk rayonunda fəaliyyət göstərən
M.Çernyak adına partizan dəstəsinin vzvod və rota komandiri kommunist
M.A.Əliyev öz döyüşçüləri ilə 20 dəfə faşist qarnizonu ilə döyüşə girmiş,
hitlerçilərin yaşadığı 7 binanı dağıtmış, 6 avtomobili yandırmış, 1000 nəfərdən çox
əsgər və zabiti məhv etmiş və əsir tutmuş, 50 qatarı qəzaya uğratmışdı.
103
Baranoviçi vilayətində fəaliyyət göstərən partizan dəstələrinin tərkibində
respublikamızın bir çox nümayəndəsi faşistlərlə döyüşlərdə fərqlənmişdir.
"Pobeda" partizan dəstəsinin bölmə komandiri Z. M.Qədimovun döyüşçüləri
faşistlərin 5 qatarını qəzaya uğratmışdı. Qəza nəticəsində düşmənin 4 parovozu,
əsgər və hərbi sursat olan 60 vaqonu məhv edilmiş, 900 hitlerçi ölmüş və
yaralanmışdı. Baranoviçi vilayətindəki müxtəlif partizan dəstələrində düşmənə
qarşı bir sıra çətin və mürəkkəb əməliyyatların həyata keçirilməsində fərqlənən
H.Ə.Əliyev, M.A.İbrahimov, A.H.Məmmədov, Q.M.Musayev, Cabbar Pirağa oğlu
və başqalarının rəşadəti dövlət tərəfindən yüksək qiymətləndirilmişdi.
104
1943-cü ilin iyununda Belorusiya K(b)P MK-sı işğal olunmuş ərazilərdə,
eyni vaxtda düşmənin dəmir yol relslərini məhv etmək planını irəli sürdü. Mərkəzi
Partizan Qərargahı tərəfindən genişləndirilən bu planın həyata keçirilməsinə
Leninqrad, Kalinin, Smolensk, Oryol və qismən Ukrayna partizanları da cəlb
olundular. 1943-cü il avqustun 3-də başlanan "rels müharibəsi"nin həyata
keçirilməsində 73853 nəfər Belorusiya partizanı iştirak etmişdi. "Rels
müharibəsi"nin həyata keçirilməsində Azərbaycandan olan bir çox döyüşçülər
belorus partizanları ilə birlikdə fəaliyyət göstərmişlər. Həmin döyüşçülərdən
Q.A.Abbasov,
R.P.Babayev,
İ.N.Qocayev,
M.M.İsayev,
E.Q.İsmayılov,
M.B.Hənifəyev, Q.Q.Məmmədov, S.B.Mamin, N.M.Monaxov Belorusiya Mərkəzi
Partizan Qərargahının rəisi P.K.Ponomarenkodan şəxsən təşəkkür almış, SSRİ-nin
müxtəlif orden və medalları ilə təltif edilmişlər.
105
54
Minsk vilayətində də sovet xalqlarının digər nümayəndələri ilə yanaşı,
Azərbaycan döyüşçüləri də düşmənə qarşı amansız mübarizə aparırdılar. 1942-ci
ilin oktyabrında Borisov şəhər gizli partiya komitəsinin sərəncamı ilə mayor
Ələkbər Əliyev "Dyadya Kolya" Partizan birləşməsindəki Suvorov adına dəstənin
qərargah rəisi, sonralar isə komandiri təyin edilmişdi. Onun rəhbərlik etdiyi
partizan dəstəsi düşmənin 11 qatarını, 13 parovozunu, 84 vaqonunu, 9
avtomobilini, bir tankını partlatmış, üç təyyarəsini vurmuş, 7,9 km rabitə xəttini
sıradan çıxarmış, Almaniyaya zorla aparılan 400 sovet vətəndaşını azad etmiş, 28
dəfə cəbhə-Berlin xəttini kəsmişdir.
106
Minsk vilayətində Azərbaycandan olan
döyüşçülər partizan hərəkatında daha fəal iştirak etmişdilər. Burada Azərbaycan
övladları belorus partizanları ilə birlikdə faşistlərin 3000 əsgər və zabitini öldürmüş
və yaralamış, 50 qatarını, 63 parovozunu, 230 vaqonunu, 40 avtomobilini, 15 tank
və zirehli maşınını, 1500 dəmiryol relsini, 10 körpüsünü partlatmış, 15 rabitə
xəttini kəsmiş, 10 km dəmiryol relsini sökmüş və xeyli qənimət ələ
keçirmişdilər.
107
Faşist işğalının ilk günlərində Ukrayna SSR ərazisini partizan hərəkatı
bürüdü. Müharibənin ilk ayında Ukrayna K(b)P MK-sı və respublika hökuməti
işğal olunmuş rayonlarda 583 partizan dəstəsi, 1700 təxribatçı-qırıcı qrup təşkil
etmişdilər. 1941-ci ilin axırlarında respublikada 13 vilayət, 111-dən artıq mahal,
şəhər, rayon komitəsi və başqa gizli partiya orqanları düşmən tərəfindən işğal
olunmuş ərazilərdə partizan hərəkatına başçılıq edirdilər.
108
Xarkov vilayəti ərazisində alman faşist işğalçılarına qarşı partizan
hərəkatının təşkilində Azərbaycan K(b)P MK-nın üzvü, respublika Ali Sovetinin
deputatı V.H.Axundovun böyük xidmətləri olmuşdur. O, Xarkov yaxınlığında
faşist qoşunları ilə döyüş zamanı mühasirədən çıxıb gizli partiya təşkilatları ilə
əlaqə yarada bilmişdi. V.Axundov 1942-1943-cü illərdə Xarkov vilayətinin
Bliznetsk və Lazovoy rayonları ərazisində gizli partizan qruplarının təşkilatçısı və
rəhbəri olmuşdur. Onun partizanları əhali arasında antifaşist vərəqələri yayır,
düşmənə qarşı mübarizə aparmaq üçün xüsusi zərbə qrupları yaradır, rabitə
xətlərini sıradan çıxarır, tez-tez parovoz və vaqonları, dəmiryol körpülərini
partladırdılar. V.Axundov 1943-cü ilin yayında Ukrayna uğrunda gedən döyüşlərdə
həlak olmuşdu.
109
Böyük Vətən müharibəsi illərində Ukrayna ərazisində fəaliyyət göstərən
bütün partizan dəstə və birləşmələrində Azərbaycan döyüşçüləri faşistlərə qarşı
amansız olmuşlar. Ukraynada partizan hərəkatının görkəmli təşkilatçılarından
birinin S.A.Kovpakın partizan birləşməsində 20 nəfərdən çox Azərbaycan
döyüşçüsü düşmənə qarşı fədakarlıqla vuruşmuşdu. Onlardan Aslan Əliyev,
Müslüm Bağırov, Babaş Dadaşov, Vladimir Korastılyov bir sıra çətin və məsul
tapşırıqları uğurla yerinə yetirmişlər. Komsomolçu A.Əliyevin kəşfiyyatçılar
55
bölməsi düşmənin 250 əsgər və zabitini məhv etmişdi ki, onların 70 nəfəri igid
komandirin payına düşür. Bakı neftçisi V.Korastılyov on beş ay düşmən arxasında
vuruşmuş, 53 dəfə faşistlərlə döyüşə girmişdi. Pulemyotçu Bağırov bir il düşmən
arxasında mübarizə aparmış, faşistlərin 40 əsgərini öldürmüş və 13 atəş nöqtəsini
dağıtmışdı. M.Q.Bağırov II dərəcəli Vətən müharibəsi, "Qırmızı Ulduz" ordenləri
və I dərəcəli "Vətən müharibəsi partizanı" medalı ilə təltif olunmuşdu.
110
Böyük Vətən müharibəsi illərində düşmən arxasında fəaliyyət göstərən
sovet partizanları faşistlərə qarşı mübarizədə müxtəlif üsullardan istifadə edirdilər.
Bu üsullardan biri də alman əsgəri forması geyib, leqal şəkildə faşistlər arasında
kəşfiyyat-təxribat işləri aparmaqdan ibarət idi. X.S.Babanlının rəhbərliyi altında
Dnepropetrovsk vilayətində fəaliyyət göstərən azərbaycanlılardan ibarət partizan
qrupu da bu mübarizə üsulundan məharətlə istifadə etmiş, nəticədə düşmən xeyli
itki vermişdi. Bu qrup sovet-alman cəbhəsindəki həqiqi vəziyyət haqqında 5000
nüsxədən çox vərəqə yaymış, düşmənin bir neçə qatarını qəzaya uğratmış, hərbi
sursat saxlanılan anbarlarını, 17 elektrik motorunu partlatmış, Krivoy-Roqun
"Oktyabr" mədənindəki kömür şaxtasını su ilə doldurmuşdular.
111
Müxtəlif vaxtlarda İ.İ.Şitovun, A.K.Nikolayçukun və B.Q.Şanginin
komandası altında fəaliyyət göstərən Ternopol partizan birləşməsində 40 nəfərdən
çox, M.Naumovun partizan birləşməsindəki dəstəsində 80, N.N.Popudrenkonun
rəhbərliyi altında fəaliyyət göstərən "Çerniqov" partizan birləşməsində 70
nəfərədək azərbaycanlı döyüşçü alman işğalçılarına qarşı cəsarətlə vuruşmuşdu.
112
Onlar düşmən əsarətinin məhrumiyyətlərinə dözərək, hitlerçilərə qarşı mübarizəni
mətanətlə davam etdirir, əsir düşərgələrində yaradılmış gizli antifaşist
təşkilatlarında hərbi əsirlərin qaçıb partizan dəstələrinə qoşulmasına yaxından
köməklik göstərirdilər. Aslan İbadov hərbi əsir düşərgəsindən 15 nəfərin qaçmasını
təşkil etmiş və əsasən Jitomir vilayətində fəaliyyət göstərən A.M.Qrabçakın
partizan birləşməsinə qoşulmuşdu. Onun rəhbərlik etdiyi rota düşmənin bir
körpüsünü, 22 qatarını partlatmış, faşistlərin 64 avtomobilini, 500-ə yaxın əsgər və
zabitini məhv etmişdi. Partizan birləşməsində bacarıqlı komandir və mahir
kəşfiyyatçı kimi tanınan A.İbadov şəxsən 34 hitlerçini öldürmüş, 17-sini əsir almış,
iki düşmən avtomobilini və bir dəmir yol körpüsünü partlatmışdı.
113
Ukraynada xalq intiqamçıları sırasında Azərbaycan respublikasının
qadınları da kişilərlə çiyin-çiyinə cəsarətlə vuruşurdular. Hərbi həkim Sara
İbrahimova, təxribatçı Alfa Şirazi, Fəridə Nəsrullayeva, Lidiya Drozdova partizan
dəstəsində döyüş məharəti nümayiş etdirmişdilər.
114
Ukrayna ərazisində fəaliyyət göstərən "Şors" partizan dəstəsi Azərbaycan
döyüşçülərindən ibarət ən böyük partizan dəstəsi idi. Bu dəstə Ukraynanın
Zdolbunov rayonundakı düşərgədən qaçmış hərbi əsirlərdən təşkil edilmişdi. Onlar
1943-cü ilin avqustunda faşist gözətçilərini məhv edərək Slavuta meşələrinə
56
çəkilmiş və xalq intiqamçıları ilə birgə düşmənə qarşı mübarizə aparmışdılar.
Dəstə 18 ay ərzində düşmən arxasında 6000 kilometr yol keçmiş, 27 faşist
qarnizonu dağıtmış, 2500 hitlerçini öldürmüş, 500 nəfəri əsir almış, 11 şose, dəmir
yol körpüsü, 80 avtomobil, 70 neft buruğu, 5 neftayıran zavod, 20 neft anbarı, 8
hərbi yüklü qatar, 22 təyyarə, 2 hərbi anbar, 1 qənd zavodu, 120 hərbi araba məhv
etmiş və xeyli qənimət ələ keçirmişdi.
115
Partizan hərəkatının geniş yayıldığı rayonlardan biri də Krım MSSR idi.
Krımda partizan müharibəsi aparmaq böyük çətinlik törədirdi. Burada güclü
düşmən hissələrinin mərkəzləşməsi, geniş yol şəbəkəsi, partizan bazalarının faşist
qarnizonları tərəfindən aşkar edilməsi, sovet ordusu hissələri ilə müntəzəm
əlaqənin olmaması xalq intiqamçılarının fəaliyyətini mürəkkəbləşdirirdi. Bu
çətinliklərə baxmayaraq, 1941-1944-cü illərdə Krım partizanları düşmənin 29 min
əsgər və zabitini qırmış, dörd min nəfərini əsir almış, 38 parovozunu, 947
vaqonunu, 2 zirehli qatarını, 13 tankını, 211 topunu, 1940 avtomobilini məhv etmiş
və xeyli qənimət ələ keçirmişdilər.
116
Bu əməliyyatlarda digər sovet xalqlarının
nümayəndələri ilə birlikdə Azərbaycan döyüşçüləri də fəal iştirak etmişlər.
Nurməmməd Əzimov, Hacı Əliyev, Saleh Əsgərov, Əli Məmmədov, Hacı
Hüseynov, Mixail Sepatov, Qafur Əyyubov və başqaları partizan dəstələrində
düşmənə qarşı fədakarlıqla vuruşurdular
117
1942-1943-cü illərdə sovet ordusunun güclü zərbələri altında faşistlərin
bütün cəbhə boyu geri çəkilməsi düşmən arxasında partizan hərəkatının daha da
genişlənməsinə səbəb olmuşdu. Bu dövrdə yüzlərlə Azərbaycan döyüşçüsü
partizan dəstələrində düşmənə qarşı fədakarlıqla vuruşurdu. Z.B.Həbibov,
Ə.A.Nağıyev, İ.N.Nəcəfəliyev, V.B.Xəlilov, M.V.Zalov, Q.Ə.Cabbarov,
V.Q.Rəcəbov,
M.Ə.Çerov,
A.Ə.Səfərəliyev
əməliyyatlarda
xüsusilə
fərqlənmişlər.
118
1943-1944-cü illərdə Krımda 11700 nəfər xalq intiqamçısını özündə
birləşdirən 33 partizan dəstəsi faşist işğalçılarına qarşı cəsarətlə vuruşurdu.
Bunlardan biri də döyüşçülərinin 90 faizi azərbaycanlılardan ibarət olan 8-ci
Azərbaycan partizan dəstəsi idi. Bu dəstə yeddi ay faşistlərə qarşı mübarizədə 32
dəfə faşist qarnizonuna və nəqliyyat vasitələrinə hücum etmiş, düşmənin 1225
əsgər və zabitini məhv etmiş, 451 nəfərini əsir almış, 23 avtomobilini partlatmış,
9700 metr rabitə xəttini kəsmiş, qənimət olaraq 7 topunu, 11 minomyotunu, 60
pulemyotunu, 3500 avtomat və tüfəngini, 11000 patronunu ələ keçirmişdi.
119
Azərbaycan döyüşçüləri Leninqrad vilayətində də partizan hərəkatının fəal
iştirakçıları olmuşlar. Hələ 1941-1942-ci illərdə
N.C.Allahverdiyev, H.C.Axundzadə, H.Ə.Əliyev, R.Z.Əliyev,
D.V.Yeretev və başqaları partizan qrupu və dəstələrinə rəhbərlik etmişdilər. 1942-
ci ilin iyun ayında Leninqrad vilayətinin Dedeviçsk, Oredensk, Olutsk rayonlarında
57
fəaliyyət göstərən partizan dəstəsinə mayor N.Allahverdiyev rəhbərlik etmişdir.
Həmin dəstənin tərkibində K.M.Eyvazov, Ə.Ə.Məmmədov, R.Rzayev,
İ.S.Süleymanov, N.Ş.Məmmədov, Ə.N.Cəfərov və başqaları vuruşmuşdular.
K.M.Eyvazov şəxsən düşmənin iki avtomobilini partlatmış, dəmiryol relsini
dağıtmış, rabitə xəttini sıradan çıxarmış və Qrefiya kəndindəki faşist qarnizonunun
darmadağın edilməsində fərqlənmişdir. Leninqrad vilayətində partizan hərəkatının
fəal
iştirakçılarından
Q.Q.Qasımov,
V.İ.Lukyançenko,
Y.V.Novruzov,
C.A.Novruzov, M.V.Süleymanov, D.M.Tanrıverdiyev igidlik göstərmişlər.
120
1942-ci ilin sentyabrında Krasnodon şəhərinin gəncləri "Gənc qvardiya"
adlı gizli komsomol təşkilatı yaratmışdılar. "Gənc qvardiya"nın fəal üzvlərindən
biri Əli Nəsrulla oğlu Dadaşov Sergey Tüleninin rəhbərlik etdiyi "beşliyə" daxil
idi, çoxlu əməliyyatda iştirak etmişdi. 1942-ci il noyabrın 6-da gecə Tülenin, Valya
Borts, Senya Ostapenko, Radik Yurkin və Əli Dadaşov faşist gözətçilərindən
məharətlə yayınaraq, Krasnodon şəhərindəki ən uca binanın üzərinə al bayraq
sancmışdılar.
121
1942-ci il noyabrın axırlarında Ə.Dadaşov bir dəstə gənc
qvardiyaçı ilə birlikdə 22 saylı kömür mədənində faşist gözətçisini öldürmüş və
hitlerçilərin orada saxladıqları hərbi sursatı aparıb gizli təşkilatın anbarına
yığmışdı. 1943-cü il yanvarın 5-də Ə.N.Dadaşov gənc qvardiyaçılarla birlikdə həbs
edilmiş, 15 gün gestaponun işgəncələrindən sonra öz rəhbərləri ilə birlikdə
vəhşicəsinə
güllələnmişdi.
Ə.N.Dadaşov
ölümündən
sonra
I dərəcəli Vətən müharibəsi ordeni ilə təltif edilmişdi.
122
Azərbaycan döyüşçüləri Pskov, Tula, Krasnodar, Kalinin və Rusiyanın
başqa işğal olunmuş vilayətlərində gedən partizan hərəkatında da iştirak etmişlər.
Kalinin vilayətindəki Liza Çaykina adına partizan briqadasının qərargah rəisi
İsmayıl Əlibala oğlu Əliyevin rəhbərliyi altında 1942-ci ilin dekabrında partizanlar
Çernoyarovo kəndində düşmən qarnizonunu darmadağın etmiş və satqınlardan
təşkil edilmiş polis dəstəsini, xeyli hərbi sursat ələ keçirmişdi. Quduzlaşmış faşist
komandanlığı 1943-cü ilin mart-aprel aylarında Kalinin partizanlarına divan
tutmaqdan ötrü güclü cəza dəstələri ayırmışdı. Aprelin 16-dan 23-ə kimi İ.Əliyevin
rəhbərliyi altında xalq intiqamçıları qeyri-bərabər döyüşə girmiş, düşmənin xeyli
canlı qüvvəsini məhv etmişdilər. Lakin aprelin 23-də İ.Ə.Əliyev Kudeveri kəndi
ətrafında düşmən mühasirəsini yarıb çıxarkən qəhrəmanlıqla həlak olmuşdu.
123
Azərbaycan partizanları Baltika respublikaları ərazisində də fəaliyyətdə
olublar. Baş serjant Qəzənfər Şabanov Latviya SSR-də A.S.Poçonun rəhbərlik
etdiyi partizan dəstəsində bir ildən çox vuruşmuş və şəxsən 25 faşist məhv
etmişdi.
124
Litva SSR Trakay rayonunda fəaliyyət göstərən "Azad Litva" partizan
dəstəsinin döyüşçüsü İ.H.Alxasov silah yoldaşı Pranas Koşatla birlikdə faşistlərlə
58
qeyri-bərabər döyüşə girərək öz canları bahasına xalq intiqamçılarının həyatını
xilas etmişdilər.
125
Estoniya SSR ərazisinə reydə çıxan A.Kozlovun partizan dəstəsinin
döyüşçüsü İ.B.Dadaşov 1941-ci il noyabrın 6-da beş nəfər partizanla birlikdə
Rakvere şəhəri yaxınlığındakı təyyarə meydanında faşistlərin 16 təyyarəsini
yandırmışdı.
126
Azərbaycandan olan hərbi əsirlər Almaniya, İtaliya, Fransa, Polşa və digər
ölkələrin ərazilərində yerləşən hərbi düşərgələrdə düşmənə qarşı müxtəlif mübarizə
formalarından istifadə etmişdilər. Onlar gizli təşkilatlar yaradır, faşistlərə işləyən
müxtəlif hərbi obyektlərdə təxribat işləri aparır və əsirlərin qaçıb antifaşist
müqavimət hərəkatına qoşulmasını təşkil edirdilər.
Hərbi əsirlərin saxlanıldığı ən böyük əsir düşərgələrindən biri Polşanın
Yedlina şəhərində idi. 1942-ci ilin yazında Hadi Qiyasbəyov, Mirzəxan
Məmmədov, Xələf Hacıyev, Əşrəf Süleymanov və başqalarının rəhbərliyi altında
Yedlina hərbi əsir düşərgəsində gizli təşkilat yaradılmışdı. Təşkilatın fəal üzvü Əli
Əliyev polyak partizanları ilə əlaqə yaradıb, onlardan parol almışdı. B.Hacıyevin
rəhbərliyi altında bir dəstə hərbi əsir qaçıb bu parol vasitəsilə müqavimət
hərəkatına qoşulmuşdu. Həmin döyüşçülər əsasən Polşa ərazisində fəaliyyət
göstərən T.Novakın partizan briqadasında bir ildən çox vuruşmuş, öz cəsarəti ilə
xalq intiqamçılarının rəğbətini qazanmışdılar.
Zeynal Zeynalov və Həsən Novruzov P.Karloviçin partizan dəstəsi
tərkibində faşistlərə qarşı qəhrəmanlıqla vuruşaraq polyak xalqının azadlığı naminə
gedən mübarizədə şəhid olmuşlar. Polşa qoşununun briqada generalı Z.Duşinski
azərbaycanlı partizanlar haqqında xatirələrində yazır: "Onlar öz vətənlərinin və
bizim Polşanın azadlığı uğrunda mübarizə aparmış, bu azadlıq yolunda canlarını
fəda etmişlər".
127
Polşa ərazisində fəaliyyət göstərən "Avanqard" partizan dəstəsinin
tərkibində 12 azərbaycanlı partizan 1944-cü il noyabrın 28-də A.Bubnovun
rəhbərliyi ilə alman generalı Ernest Rostu əsir almışdılar. Qəzəblənmiş faşist
qərargahı xalq intiqamçılarına qarşı hücuma 3 piyada batalyonu göndərmişdi. Bu
döyüşdə son patronadək qəhrəmanlıqla vuruşan azərbaycanlı partizanlardan Kərim
Doşqan oğlu və Əli Qarabala həlak oldular. Polşa ərazisində fəaliyyət göstərən
müxtəlif partizan dəstələrində Vahab Əmirov, Surxay Hacızadə, Əli Əliyev, Həsən
Rəsulov, Xəlil Məlikov, Ənvər Səfərəliyev, Şamil Muxtarov, Məmməd Həsənzadə
və onlarca başqaları polyak vətənpərvərləri ilə birgə faşist işğalçılarına qarşı
amansız mübarizə aparmışdılar.
128
Çexoslovakiya ərazisində fəaliyyət göstərən müxtəlif partizan dəstələrinin
tərkibində 500-ə qədər Azərbaycan döyüşçüsü vuruşurdu. Xüsusi desant
dəstələrinin tərkibində düşmən arxasına göndərilən M.Abışov, A.İbadov,
59
H.Məmmədov, müxtəlif əsir düşərgələrindən qaçıb müqavimət hərəkatına qoşulan
A.Kastryulin, Ə.Baxışov və başqaları döyüşlərdə xüsusilə fərqlənmişdilər.
Ə.Əlimərdanov Çexoslovakiyanın beş orden və medalı ilə təltif edilmişdi.
129
Çexoslovakiya ərazisində fəaliyyət göstərən "Fakel", "Qrom", "Yan Qus" və
başqa partizan dəstələrində çoxlu azərbaycanlı döyüşçü vardı. M.İ.Şukayevin
partizan birləşməsindəki azərbaycanlılardan ibarət Uritski adına partizan dəstəsi
Çexoslovakiya ərazisində fəaliyyət göstərdiyi müddətdə faşistlərlə 25 dəfə döyüşə
girmiş, 7 dəfə düşmən qarnizonuna hücum edib, hitlerçilərdən 246 nəfərini
öldürmüş, 49 nəfərini əsir almış, 41 parovoz, 85 avtomobil, 21 təyyarə məhv etmiş
və xeyli qənimət ələ keçirmişdi.
130
Hələ müharibənin əvvəllərindən faşist komandanlığı hərbi əsirlərdən öz
məqsədi üçün istifadə etməyə çalışırdı. Moskva ətrafında məğlubiyyətdən sonra
alman-faşist hökuməti əsirlərdən köməkçi hərbi hissələr təşkil etməyə başlamışdı.
1941-ci il dekabrın 22-də Hitler əsirlərdən xüsusi hərbi hissələr yaradılması
haqqında əmr verdi.
131
Başqa milli hissələrlə yanaşı, azərbaycanlılar da daxil olmaqla, Qafqaz
müsəlmanlarından ibarət legion yaradıldı.
Bu məqsədlə vətənlərindən xaricdə, mühacirətdə yaşamağa məcbur olan
Azərbaycanın nüfuzlu şəxsləri, o cümlədən Məmməd Əmin Rəsulzadə Berlinə
dəvət edilmişdi. Azərbaycanlı siyasi mühacirlərin əsas məqsədi Almaniya qalib
gələrsə, onun Azərbaycanı müstəqil dövlət kimi tanımasına, habelə hərbi əsirlər
arasından azərbaycanlıların tapılıb ölümdən xilas edilməsinə (faşistlər onları bəzən
yəhudi hesab edərək öldürürdülər) nail olmaq idi. Alman rəhbərliyi ilə danışıqlarda
siyasi mühacirlər öz əsas məqsədlərinə nail ola bilmədilər. Doğrudur, 1942-ci ilin
axırlarında Berlində başqa xalqlarla bərabər, azərbaycanlıların xaricdəki
nümayəndələrinin də yığıncağı keçirildi. 1943-cü ilin baharında Berlində Milli
Azərbaycan Komitəsi təşkil edildi. Lakin Hitler hökuməti əməkdaşlıq üçün
gələcəkdə Azərbaycanın müstəqilliyinin tanınmasını əsas şərt kimi irəli sürən bu
komitəni tanımadı. M.Ə.Rəsulzadə ölkəni tərk etməyə məcbur oldu.
132
Lakin
azərbaycanlı əsirlərin bir hissəsi ölümdən xilas olundu və əsirlərdən ibarət hərbi
hissədə birləşdirildi.
Qafqaz müsəlmanlarının hərbi hissəsində azərbaycanlılardan ibarət "Boz
qurd", "Aslan", "Vətən", "Dönməz" və s. bölmələr vardı.
133
Onlarca alman hərbi qərargahı arasında "Əlaqə heyəti"nə Fətəlibəyli-
Düdənginski (əvvəllər sovet ordusunun mayoru olub), Fuad Əmircan, Abbas bəy
Ataməlibəyov daxil idilər.
134
Başqa milli hissələr kimi, bu hissələr də pis
silahlandırılır, onlara kifayət qədər hərbi təlim keçirilmirdi. Alman hərbçiləri bu
hissələrin döyüşçülərini həqarətlə "ikinci növ" əsgər adlandırırdı.
135
Qafqaz
xalqlarından təşkil edilmiş milli legionlardan Qafqaz döyüşlərində istifadə
60
olunmuşdu.
136
Azərbaycanlılar hərbi əsir düşərgələrində və bir çox hallarda öz
iradəsi əksinə cəlb olunduqları hərbi hissələrdə gizli antifaşist təşkilatları yaradır,
mübarizəni davam etdirirdilər. Hələ Almaniyanın "Ştrans" düşərgəsində
saxlanılarkən Mehdi Hüseynzadə, Rza Ağazadə, Cavad Həkimli, Mirdamət
Seyidov, Mikayıl Qulubəyov, Firudin Hüseynov, Cəmil İsmayılov və başqalarının
rəhbərliyi altında antifaşist təşkilatı yaradılmışdı.
137
1943-cü ildən başlayaraq faşist komandanlığı sovet hərbi əsirlərindən və
onlardan təşkil olunmuş hərbi hissələrdən Avropanın müxtəlif ölkələrində
partizanlara qarşı mübarizədə istifadə etməyə çalışdı. Bu məqsədlə 1943-cü ilin
ortalarında onların bir hissəsi Şimal-Şərqi İtaliya ilə Triyestin sərhədinə gətirildi.
138
Hərbi əsirlər, hərbi hissələrdəki gizli antifaşist təşkilatların üzvləri qaçaraq
Yuqoslaviya partizanlarına qoşulurdu.
1943-cü ilin axırlarında Tolmino kəndi yaxınlığında 30 nəfər azərbaycanlı
Qədir İsgəndərov və Mixail Arşanovun rəhbərliyi altında faşist gözətçilərini
sakitcə aradan götürmüş və qaçıb partizanlara qoşulmuşdular. Bir neçə gün sonra
Cabbar Əliyev, Qulamhüseyn Əliyev və Novruz Məmmədovun rəhbərliyi altında
başqa bir dəstə qaçaraq partizanlarla birləşmişdi.
139
Azərbaycanlı partizanlar əvvəl Yuqoslaviya Xalq Azadlıq Ordusunun 31-ci
diviziyası tərkibində olan İvan Qradnik adına 3-cü zərbə briqadasında
döyüşürdülər. Sonralar isə xüsusi sovet partizan bölüyü yaradılmış, Cavad Həkimli
onun komandiri, Miryaqub Ağalarov isə komissarı təyin olunmuşdu. 1944-cü ilin
yazında sovet partizanları İtaliya və Slaven partizanları ilə birlikdə Otlitsa,
Sepovan, Çernı Verx, Serkino və Qodoviç kəndlərinin faşistlərdən
təmizlənməsində fəal iştirak etmişdilər. 1944-cü ilin əvvəlində Yuqoslaviya Xalq
Azadlıq Ordusunun 9-cu korpusu qərargahında xüsusi kəşfiyyatçılar qrupu
yaradıldı. Onun tərkibinə slovak partizanları ilə yanaşı, azərbaycanlı partizanlardan
Mirdamət Seyidov, Tağı Əliyev, Ənvər Məmmədov da daxil edildilər. Kəşfiyyat
qrupuna Mehdi Hüseynzadə başçılıq edirdi. Bu kəşfiyyat qrupu, xüsusilə onun
komandiri M.Hüseynzadə - "Mixaylo" özünün əfsanəvi qəhrəmanlıqları ilə
Yuqoslaviyanın Adriatik dənizi sahillərində yaşayan bütün əhalinin dərin rəğbətini
qazanmışdı.
1944-cü ilin yazında partizanlar, xüsusilə də yaralılar tibbi ləvazimat, silah
və ərzağın çatışmazlığı üzündən çətin vəziyyətə düşdükləri bir zamanda Mehdi çox
cəsarətli bir əməliyyat keçirməyi təklif edir. Bir neçə partizan alman əsgər və zabiti
formasını geyərək Triyest şəhərinin ticarət bankına daxil olur və Mehdi gözətçinin
telefon xəttini kəsərək, 5 milyon italyan lirəsinin bankdan çıxarılıb partizanlara
verilməsinə imkan yaradır.
140
Mehdi Hüseynzadə tez-tez alman zabiti hərbi formasında hərəkət edirdi.
Bəzən də onu kəndli, rəssam və mətbəə işçisi paltarında görürdülər.
61
Alman faşistləri Hitlerin ad gününü qeyd edən zaman "Mixaylo" hərbi
təyyarə meydanına daxil olaraq üç təyyarəni, benzin anbarını minaladı və baş verən
partlayış nəticəsində təyyarə meydanı alovlandı. İyirmiyə yaxın faşist məhv
oldu.
141
1944-cü ilin martında M.Hüseynzadənin döyüş dostları ilə birlikdə
Triyestdə partlatdığı zabit yeməkxanasında 150 faşist məhv olmuş, 354 nəfər isə
yaralanmışdı. Həmin il aprelin 2-də onun qrupunun Optçina şəhəri kinoteatrında
törətdiyi partlayış nəticəsində 80 alman əsgəri və zabiti ölmüşdü.
142
1944-cü ilin yayında M.Hüseynzadə alman əsgəri formasında faşistlərin
kazarmasına daxil olmuş, yanğın əleyhinə avadanlığa mina qoyaraq üçmərtəbəli
binanı yerlə - yeksan etmişdi. Onun fəaliyyəti nəticəsində min faşist
öldürülmüşdü.
143
1944-cü il noyabrın 2-də Qoritsa şəhəri yaxınlığında almanların hərbi sursat
anbarının partladılmasında iştirak edən Mehdi Hüseynzadə dəstəyə qayıdan zaman
casuslarla qarşılaşmış, yayınmaq üçün Vitovle kəndinə gəlmişdi. Lakin o,
faşistlərin bu kənddə keçirdiyi əməliyyat nəticəsində qəhrəmanlıqla həlak olmuşdu.
Sovet hökuməti azərbaycanlı partizanların əsgəri igidliklərini yüksək
qiymətləndirərək onlardan bir çoxunu SSRİ orden və medalları ilə təltif etmişdir.
SSRİ Ali Soveti Reyasət Heyətinin 1957-ci il 11 aprel tarixli Fərmanı ilə Böyük
Vətən müharibəsi illərində müqavimət hərəkatında alman faşist işğalçılarına qarşı
mübarizədə göstərdiyi rəşadətə görə M.Hüseynzadəyə ölümündən sonra Sovet
İttifaqı Qəhrəmanı adı verilmişdi.
144
M.Hüseynzadə ilə bərabər onun döyüş dostları - M.Seyidov, T. Əliyev,
Ə.Məmmədov, K.Məmmədov, Ə.Babayev və b. da faşizmə qarşı amansız
mübarizə aparmış, xalqımızın tarixinə şanlı səhifələr yazmışlar. 50 nəfərdən çox
azərbaycanlı partizan yüksək döyüş xidmətlərinə görə Yuqoslaviyanın müxtəlif
orden və medalları ilə təltif edilmişdi.
145
1944-cü ildə sovet döyüşçüləri İtaliya hərbi düşərgələrindən kütləvi surətdə
qaçaraq partizan dəstələrinə qoşulurdular. Onlardan Əvəz Mirzəyev, Şahbaba
Məcidov, Məhərrəm Nəcəfov, İsa Məmmədov, Məmməd Xəlilov, Həmzə Əsgərov,
Mikayıl Abdullayev, Süleyman Vəliyev, Şərif Şərifov, Həsən Quliyev, Hilal
Cavadov, Vilayət Hüseynov, Cəlil Rəfiyev və bir çox başqaları İtaliya müqavimət
hərəkatında faşistlərə qarşı qəhrəmanlıqla vuruşmuşlar. Mussolinini həbs edən
partizanlar arasında Vilayət Hüseynov da vardı. Ümumiyyətlə, Şimali İtaliyada
300-dən çox azərbaycanlı döyüşçünün müqavimət hərəkatında vuruşduğu müəyyən
edilmişdir.
146
1943-cü ilin axırlarında Fransada faşist işğalına və mürtəce Peten üsuli-
idarəsinə qarşı xalq müharibəsi gündən-günə yeni qüvvə ilə alovlanırdı. Faşist
62
komandanlığı partizan hərəkatına qarşı mübarizə aparmaq və ölkə daxilində asayişi
qorumaq üçün xeyli silahlı qüvvə saxlamağa məcbur olmuşdu.
1944-cü ilin əvvəllərində Fransa ərazisində 25 mindən çox döyüşçünü
birləşdirən 30-dan çox partizan dəstəsi fəaliyyətdə idi. Döyüşçüləri əsasən sovet
vətəndaşlarından ibarət olan "Çapayev", "Azadlıq", "Vətən", "Donbas", "Kotovski"
və digər partizan dəstələrinin şöhrəti hələ o dövrdə bütün Fransaya yayılmışdı. Bu
partizan dəstələrinin tərkibində Azərbaycan xalqının oğulları da qəhrəmanlıqla
vuruşmuş və fransız xalqının rəğbətini qazanmışdılar.
147
1943-cü ilin axırlarında Rodez əsir düşərgəsində toplanmış azərbaycanlılar
fransız kommunistləri ilə əlaqə yaratdılar və 1944-cü ildə bu əlaqələr daha da
genişləndi. B.Məmmədov Averyon vilayəti müqavimət hərəkatının rəhbəri,
kommunist polkovnik Rişardla görüşmüş və azərbaycanlı əsirlərin qaçıb
partizanlara qoşulması üçün "Azrodez" - Rodezdəki azərbaycanlılar parolunu
müəyyənləşdirmişdi. Bundan sonra gizli təşkilat azərbaycanlı əsirlərin dəstə-dəstə
düşərgədən qaçıb, fransız partizanları ilə birləşməsi işinə başladı. Düşərgədən
qaçan hərbi əsirlər fransız vətənpərvərlərinin köməyi ilə Aveyron dağlarında
yerləşən "Sovet vətənpərvərlərinin hərbi komitəsi" adlanan təşkilatla birləşirdilər.
Antifaşist təşkilat əsirlərin kütləvi surətdə qaçmasını təmin etmək üçün 1944-cü il
avqustun 15-nə keçən gecə saat 12-də üsyan qaldırmağı qərara aldı. Lakin casus
üsyanın başlamasına iki saat qalmış düşərgənin komandanlığına xəbər çatdırmış,
üsyanın rəhbərləri dərhal həbs edilmiş, əsir düşərgəsi isə mühasirəyə alınmışdı.
Yalnız gizli təşkilatın bir qrup üzvü meşəyə qaçıb fransız partizanlarına qoşula
bilmişdi.
148
Faşistlər həbsə alınanları ölüm cəzasına məhkum etmiş, 50 nəfərdən
çoxunu diri-diri yandırmışdılar. Lakin bu hadisədən iki gün sonra fransız və
azərbaycanlı partizanlar tərəfindən Rodez şəhəri faşistlərdən azad edilmişdi.
149
Fransa zəhmətkeşləri onların faşizm əsarətindən xilas edilməsi uğrunda
qəhrəmanlıqla
vuruşan
azərbaycanlı
partizanları
unutmurlar.
Rodez
qəbiristanlığındakı matəm mitinqində çıxış edən polkovnik Rişard fransız xalqının
Azərbaycan xalqına qarşı məhəbbətini belə ifadə etmişdi: "Fransızlar azərbaycanlı
hərbi əsirlərin igidliyini unutmayacaqdır. Övladlarımız, nəvə və nəticələrimiz də
biləcəkdir ki, bu yerlərdən uzaqda olan, lakin hər bir fransızın qəlbinə yaxın olan
azərbaycanlı dostlarımız da Fransanın faşizmdən azad edilməsi yolunda canlarını
əsirgəməmişlər. Azərbaycanlı əsgərlərin qəbirləri bizim üçün müqəddəs ziyarətgah
olacaqdır. Həlak olanların qəhrəman obrazı əbədi olaraq qəlbimizdə
yaşayacaqdır".
150
Larzak şəhəri yaxınlığında faşist əsarətindən azad olunmuş azərbaycanlı
hərbi əsirlərdən ibarət Azərbaycan partizan alayı təşkil edildi. Alayın komandiri
gizli antifaşist təşkilatın üzvü H.Məmmədov idi. Alay Larzak, Kursaq, Mand, Nim
və Rodez rayonlarının faşistlərdən azad edilməsində qəhrəmancasına vuruşmuşdu.
63
Ümumiyyətlə, 1943-1945-ci illərdə Fransa antifaşist müqavimət hərəkatında 2000
nəfərə yaxın azərbaycanlı iştirak etmişdi. Bunlardan Ə.Cəbrayılov, X.Hacıyev,
D.Abdullayev, N.Abdullayev, R.Rzayev, Ə.Möhsümov, M.Məhərrəmov və
başqaları cəsur partizan kimi tanınmış, bir neçə ali fransız hərbi orden və medalları
ilə təltif edilmişdilər. Əhmədiyyə Cəbrayılov "Armed Mişel" adı ilə bu ölkənin
azadlıq hərəkatında fəal iştirak etmiş, şəxsi igidliyə görə paradda əsgərə generaldan
irəlidə getmək kimi şərəfli hüquq verən yüksək mükafatla - Hərbi medalla təltif
olunmuşdu.
151
Azərbaycanlı hərbi əsirlər Berlində yaradılmış gizli antifaşist təşkilatının
işində də yaxından iştirak edirdilər. Cümşüd Məmmədov, Bəxtiyar Paşayev, Səttar
Kərimov, Seyidəli Seyidov və bu gizli təşkilatın digər üzvləri çalışdıqları sənaye
müəssisələrində
düşmənə
qarşı
təxribatlar
törədirdilər.
Azərbaycan
döyüşçülərindən M.Seyidov, Ə.Əlimərdanov faşistlərin Buhenvald, Mauthauzen,
Daxau, Zaksenhauzen ölüm düşərgələrində Avropa ölkələrindən olan antifaşistlərlə
birgə fəal iş aparırdılar.
152
Ə.S.Ağayev Buhenvald ölüm düşərgəsində antifaşist
təşkilatın fəal üzvlərindən biri olmuşdur.
153
Dostları ilə paylaş: |