§3. ELM, MAARĠF, ƏDƏBĠYYAT VƏ ĠNCƏSƏNƏT CƏBHƏNĠN
XĠDMƏTĠNDƏ. ORDUYA ÜMUMXALQ KÖMƏYĠ
Azərbaycan ziyalıları müharibənin ilk günlərindən bütün səy və yaradıcılıq
fəaliyyətlərini qəsbkar faşist Almaniyasına qarşı mübarizəyə, azadlığın,
humanizmin, tərəqqinin, sivil cəmiyyətin qorunmasına yönəltdilər. SSRİ Elmlər
Akademiyasının Azərbaycan filialı, respublikanın elmi-tədqiqat müəssisələri,
yaradıcı cəmiyyətlər, ali məktəblərin kafedraları öz işlərini müharibənin tələblərinə
uyğun qurmağa başladılar. Kompleks elmi tədqiqatlar aparılması, istehsalatla canlı
və sıx əlaqə cəbhəyə, hərbi təsərrüfata xidmət edən proseslərin
təkmilləşdirilməsinə, yerli xammal əsasında müdafiə əhəmiyyətli strateji
məhsullar, yüksək keyfiyyətli yanacaq növləri yaradılmasını sürətləndirməyə
kömək edən yeni elmi istiqamətlərin, mövzuların işlənməsi elmi kollektivlərin
fəaliyyətinin əsasını təşkil edirdi.
Azərbaycan alimləri zirehli texnikaya qarşı top gülləsi, özüidarəolunan
bombalar, tanka qarşı elektrik minaları, çoxpilləli minalar, silahı və hərbi sursatı
pas atmaqdan qoruyan vasitələr hazırlamış, əl bombaları səthinin sinkləndirilməsi
və elektrik qalaylanması haqqında təkliflər irəli sürmüşdülər. Poladı, çuqunu duru
yanacaqda əritməyə imkan verən texnologiya hazırlanmış və bunun nəticəsində
kənardan əla növ daş kömür, koks və termoantrasit gətirməyə ehtiyac qalmamışdı.
Azərbaycan alimlərinin qabaqcıl üsulları Zaqafqaziyanın poladəritmə zavodlarında
da tətbiq edilirdi. Respublikanın kimyaçı alimləri Bakı sulfat turşusu zavodunda
yerli xammal və materiallardan akkumulyator turşusu, həmçinin xlorlu sulfat, azot
turşusu almışdılar. Yerli material və xammaldan istifadə edərək hidrogen, perozin,
reaktiv toluol, bərk partlayıcı material, odadavamlı rəng və qara lak, odsöndürən
vasitə, tüstü briketi və başqa məhsullar istehsalı texnologiyası istehsalata tətbiq
olunmuşdu.
1941-ci ilin yayında Bakıda ilk hidrogen birləşmələri qrupu hazırlandı.
Y.H.Məmmədəliyevin başçılığı altında bir qrup alim 28 gün laboratoriyadan
çıxmayaraq, neft-kimya elmində böyük hadisə olan yüksək oktanlı aviasiya
yanacağı əldə etdi. Akademik Y.H.Məmmədəliyevin sədrliyi ilə EA-nın
Azərbaycan filialında görkəmli Azərbaycan alimləri R.H.İsmayılov,
H.X.Əfəndiyev, Ə.M.Quliyev, H.B.Şahtaxtinski, V.S.Qutırya, M.A.Dalin,
24
S.C.Mehdiyev, Ş.A.Məmmədov, V.F.Neqreyevdən ibarət SSRİ Mərkəzi Elmi-
Texniki Şurasının kimya problemləri üzrə bölməsi yaradıldı.
118
Neft emalı
müəssisələrində yeni texnoloji proseslər hazırlayan 75 laboratoriya fəaliyyət
göstərirdi. Alimlərin və istehsalçıların birgə işi nəticəsində Bakıda yeni neft-kimya
və kimya müəssisələri, Y.H.Məmmədəliyevin ideyası əsasında yüksək oktanlı
alkilbenzol və onun tərkib hissəsini istehsal edən yeni zavod fəaliyyətə başladı.
Azərbaycan alimləri mühüm hərbi əhəmiyyəti olan xlorlu metal, azoktanlı
benzindən hərbi əməliyyat üçün vacib olan toluol almaq texnologiyasını
hazırladılar.
Bakının elmi laboratoriyalarında tank əleyhinə şüşələrə doldurulmuş
yandırıcı qarışıq və başqa partlayıcılar istehsal olunurdu.
Akademik Ə.M.Quliyev kəşf etdiyi partlayıcı maddəni sınaqdan keçirərkən
baş vermiş partlayış nəticəsində bir qolunu itirmişdi.
Akademik İ.A.Orucovanın başçılığı altında Azərbaycan kimyaçıları təyyarə,
tank və müxtəlif hərbi maşınlar üçün sürtkü yağları istehsalı texnologiyasını
hazırlayıb istehsalata tətbiq etmişdilər.
Azərbaycan
alim və mühəndisləri yeni metalkəsən dəzgahlar
hazırlamışdılar. Neft maşınqayırma zavodunda K.Əliverdizadə soyuq ştamplama
üsulu hazırlamış və onu istehsalata tətbiq etmişdi. Bu, silah istehsal edən
müəssisələrdə fəhlələrin əməyini yüngülləşdirmiş, əmək məhsuldarlığını artırmışdı.
İ.Mehdiyevanın hazırladığı avtomat qurğıı silah istehsalı prosesini xeyli
sadələşdirmiş, məhsulun keyfiyyətini yaxşılaşdırmışdı.
Azərbaycanın geoloq alimləri Mirəli Qaşqayın və Şamil Əzizbəyovun
rəhbərliyi ilə strateji xammal - odadavamlı gil, fosforit və s. yataqları aşkar
edilmişdi. "Azneft" geoloqları tərəfindən aparılmış kəşfiyyat işləri sayəsində daha
850 yüksək debitli neft mənbəyi müəyyənləşdirilmiş, 6 neft yatağı - "Qala",
"Bulla-dəniz", "Buzovna", "Maştağa", "Naftalan", "Əmirxanlı" neft yataqları kəşf
olunmuş, onlardan dördünün işlənməsinə başlanmışdı. "Qobustan" neft rayonunda
"Duvannı" qaz yatağı aşkar edilmişdi. Utalgi yatağında yeni neft və qaz ehtiyatları
müəyyən olunmuşdu.
119
Stratiqrafik yataqların aşkar olunması Azərbaycan
geologiya elminin böyük uğuru idi.
120
Şərqi Abşeronda, Qala stansiyası sahəsində "Qala lay dəstəsi" adlanan yeni
zəngin neft yatağı kəşf edilmişdi. "Suraxanı" və "Qaraçuxur" yataqlarında da belə
laylar aşkar olunmuşdu. Kürətrafı ovalıqdakı "Pirsaat", "Xıdırlı", "Bəndovan",
"Babazənən", "Xıllı", "Neftçala" və digər strukturlarda neft yataqlarının yaranması
üçün əlverişli olan dördqırışlı geoloji sistem kəşf edilmişdi.
121
Geoloqların təklifi ilə sement, həmçinin xüsusi istiburaxmayan materiallar
istehsalında vulkan külü işlənilməyə başlanmış, kəşf edilmiş mineral
rəngləyicilərdən hərbi və yerli sənayedə geniş istifadə olunmuşdu.
25
Respublikanın fizika alimləri hərbi təşkilatların bir sıra vacib sifarişlərini
müvəffəqiyyətlə yerinə yetirmişdilər: neft koksundan elektrik avadanlığı üçün
material və fosforlu rənglər alınmış, neft, neft məhsulları üçün xüsusi analiz, neft
kəşfiyyatında termik üsul təklif və tətbiq edilmişdi. Fiziklərin iştirakı ilə
respublikada şüşə izolyatorlar təşkil olunmuş, fosforlu rəngləri gecə iş vaxtı neft
sənayesinə tətbiq etməyin texnologiyası hazırlanmışdı.
Soyuducu qurğularda istifadə edilən ammiaklı qaz respublikada istehsal
olunan propanla əvəzlənmişdi. Neft quyularının ikinci istismarı və neft hasilatını
artırmaq, təmizləyici aparatları hərəkətə gətirən və borularda sürtünməni aşkar
edən alətlərin tətbiq olunması sahəsində energetiklərin irəli sürdüyü təkliflər böyük
hərbi və təsərrüfat əhəmiyyəti kəsb edirdi. Energetiklərin səmərələşdirici təklifləri
duru yanacaq istehsalında itkini xeyli azaltmışdı.
Bioloq alimlər Azərbaycan ərazisində bitən dərman bitkilərinin, vitaminlə
zəngin təbii çöl meyvələrinin aşkar olunmasında fəal iştirak edirdilər. Onların
köməyi ilə Göyçayın yağ zavodunda ardıc kolundan efir yağı alınırdı. Professor
Mustafa Topçubaşov və onun tələbələri hərbi cərrahiyyədə yeni, səmərəli metodlar
işləyib hazırlamış, minlərlə yaralı döyüşçünü həyata qaytarmışdılar.
İctimai və humanitar elmlər sahəsində çalışan alimlər xalqın qəhrəmanlıq
tarixindən, döyüş ənənələrindən bəhs edən əsərlər yaratdılar. 1943-cü ildə
H.Hüseynov və M.Dadaşzadənin redaktəsi ilə "Azərbaycan ədəbiyyatının qısa
tarixi" nəşr edildi.
1945-ci il martın 23-də SSRİ Elmlər Akademiyasının Azərbaycan filialı
əsasında Azərbaycan SSR Elmlər Akademiyası yaradıldı. Onun ilk prezidenti
akademik M.Mirqasımov oldu. Respublikada elmi-tədqiqat işlərinin mərkəzinə
çevrilmiş akademiyada 16 institut və bölmə, Şərq əlyazmaları və nadir kitablar
fondu fəaliyyətə başladı.
122
Müharibə illərində respublikanın maarif, mədəniyyət və tibb işçiləri
düşmənə tezliklə qələbə çalmaq naminə cəbhədə və arxada çoxsahəli fəaliyyət
göstərmişlər. Müəllimlərin əlli faizi orduya səfərbər olunmuşdu. Məktəb
binalarının əksəriyyəti, xüsusən Bakıda, hospitallara və müdafiə müəssisələrinə
verilmişdi. Məktəblər iki-üç növbəli iş rejiminə keçirilmişdi.
Ali məktəb və texnikum tələbələrinin yarıdan çoxu ordu sıralarına
çağırılmışdı. İxtisaslı kadrlar qısaldılmış proqramla hazırlanmağa başlanmış, ali
məktəblərdə təhsil müddəti azaldılmışdı. Ali məktəb tələbələrinin, yuxarı sinif
şagirdlərinin hərbi-fiziki hazırlığı, tələbələrin kənd təsərrüfatı işlərində iştirakı
kütləvi xarakter almışdı.
1941-ci ildə məktəbləri pedaqoji kadrlarla təmin etmək məqsədilə Qazaxda,
Qubada, Xankəndində, Ağdamda ikiillik müəllimlər institutları, Cəlilabad və
26
Laçında pedaqoji məktəblər açılmışdı. Ölkənin işğal edilmiş rayonlarından
Azərbaycana köçürülmüş müəllimlər pedaqoji işə cəlb olunurdular.
Azərbaycanın səhiyyə orqanları müharibənin ilk günlərindən öz işlərini
hərbin tələbləri əsasında qurmağa, səfərbərlik planı üzrə işləməyə başladılar. İlk
növbədə hospitallara, onların avadanlıqla təmin olunmasına, evlərdə, ictimai
yerlərdə, dəmir yol stansiyalarında, dəniz vağzallarında sanitar qaydalarına riayət
edilməsinə, sanitar-buraxıcı məntəqələrin təşkilinə xüsusi diqqət yetirildi.
Hospitallar və hərbi hissələr üçün yeni tibb kadrları hazırlandı.
Yazıçılar, şairlər, bəstəkarlar, rəssamlar öz əsərləri vasitəsilə insanlarda
vətənə məhəbbət, düşmənə nifrət hissi aşılayır, faşist işğalçıları üzərində qələbəyə
inam yaradırdılar.
Yazıçı və şairlər - Səməd Vurğun, Süleyman Rüstəm, Məmməd Səid
Ordubadi, Rəsul Rza, Mirzə İbrahimov, Süleyman Rəhimov, Osman Sarıvəlli,
Məmməd Rahim, Zeynal Xəlil, Əhməd Cəmil, Mirvarid Dilbazi, Nigar Rəfibəyli,
Cəfər Xəndan, Tələt Əyyubov və başqaları çağırış məntəqələrində, ordu
hissələrində, müəssisə və idarələrdə insanları vətənpərvərliyə, qələbəyə səsləyən
müxtəlif tədbirlərdə, mərasimlərdə fəal iştirak edirdilər.
Yazarların vətənpərvərlik mövzusunda bədii əsərlər məcmuəsi çap olundu.
S.Rəhimovun, M.S.Ordubadinin, M.Paşayevin, H.Mehdinin, Ə.Məmmədxanlının,
Y.Şirvanın və b. bu mövzuda əsərlərindən ibarət "Döyüşkən qələm" toplusu tərtib
edildi. Yeniyetmələr və uşaqlar üçün "Vətən mahnıları" adı altında kitab nəşr
olundu.
Yazıçılar, şairlər, tənqidçilər və ədəbiyyatşünaslar "Faşizm insan
mədəniyyətini məhv edir" (S.Vurğun), "Faşist qaniçənləri məhv ediləcəklər"
(M.Arif), "Faşizm mədəniyyətin düşmənidir" (M.Hüseyn), "Faşizmin irq
nəzəriyyəsi" (A.Ağayev), "Üçüncü imperiyanın sələfi", "Xaç yürüşü baş tutmadı"
(M.Cəfərov), "Tarixin dərsi", "Faşizmə ölüm" (M.Rəfili), "Azərbaycan xalqının
qəhrəmanlıq dastanı" (M.İbrahimov) və digər mövzularda məruzə və məqalələrlə
çıxış etdilər. S.Vurğun, M.Arif, M.Hüseyn, M.İbrahimov, İ.Əfəndiyev, Ə.Ağayev
və başqalarının məqalələri daxil edilmiş "Faşizm insan mədəniyyətini məhv edir"
toplusu çapdan çıxdı.
M.Hüseynin "And", S.Rüstəmin "Partizanlar", S.Rəhmanın "Fitnə",
Z.Xəlilin "Namus bayrağı" pyesləri - böyük tərbiyəvi əhəmiyyəti olan əsərləri işıq
üzü gördü. Azərbaycan dramaturgiyası S.Vurğunun "Fərhad və Şirin", M.Hüseynin
"Nizami" kimi əsərləri ilə zənginləşdi.
Döyüşən ordu ilə canlı əlaqə, cəbhəçilərlə görüş yazıçıları və şairləri
vətənpərvərlik ruhunda yeni əsərlər yaratmağa ilhamlandırırdı. Krasnodara və
Novorossiyskə getmiş ilk Azərbaycan nümayəndəliyinin tərkibində respublika
27
neftçiləri və kənd təsərrüfatı əməkçiləri ilə yanaşı, S.Vurğun, R.Rza, Z.Xəlil, Mir
Cəlal da var idi.
1942-ci ilin iyununda S.Vurğun, O.Sarıvəlli, M.Rahim, R.Rza, Ə.Vəliyev,
Z.Xəlil və İ.Əfəndiyev 416-cı, 402-ci və 223-cü Azərbaycan diviziyaları ilə görüşə
getmişdilər. M.İbrahimov və M.C.Paşayev 1942-ci ilin sentyabrında Uzaq
Şərqdəki qızıl ordu hissələrinə yollanan nümayəndəliyin tərkibinə daxil
edilmişdilər.
123
1942-ci ilin payızında Qafqaz uğrunda gərgin döyüşlər getdiyi günlərdə də
S.Vurğun, S.Rüstəm, M.Rahim, R.Rza, M.Hüseyn, Z.Xəlil, M.Əkbər,
Ə.Məmmədxanlı ön cobhələrdə, əsgərlərin yanında idilər. M.Rahim, S.Rüstəm,
O.Sarıvəlli, Z.Xəlil, T.Əyyubov və başqaları uzun müddət Sevastopol və Kerçdə
cənub cəbhəsi döyüşçüləri arasında səngərlərdə olmuşdular.
Yazıçı və şairlər Azərbaycan oğullarının cəbhədəki əsgəri rəşadətini, arxa
cəbhə qəhrəmanlarının fədakar əməyini tərənnüm edən onlarla əsər yazmışdılar.
Cəbhə üçün Azərbaycan yazıçılarının 12 külliyyatı, cəbhəçi şairlərin xüsusi şeirlər
toplusu çap edilmişdi. Müharibənin ilk ilində ordu hissələrinə Azərbaycan dilində
172 adda 247 min nüsxə kitabça, 106 adda 736 min plakat, 66 adda 813 min
vərəqə, 213 adda 11898 min şüar göndərilmişdi.
124
İncəsənət xadimləri müharibə şəraitində qələbə naminə önəmli işlər
görmüşlər. Azərbaycan bəstəkarları müharibə illərində 400 yeni əsər-marş,
simfoniya, mahnı, opera və s. yaratmışlar. Üzeyir Hacıbəyovun "Şəfqət bacısı",
"Qələbə himni", Səid Rüstəmovun "Cəbhəyə", Süleyman Ələsgərovun "Gözlə
məni" mahnıları dillər əzbəri olmuşdu. Aşıq M.Bayramovun "Kamal haqqında
dastan"ında azərbaycanlı gəncin faşistlərlə döyüşdəki qəhrəmanlığı tərənnüm
edilirdi. 1941-ci ildə Radio Komitəsi nəzdində Ü.Hacıbəyovun təşəbbüsü ilə Xalq
çalğı alətləri ansamblı təşkil olundu. Döyüşçülərə xidmət üçün cəbhə konsert
briqadaları yaradılmışdı. 22 briqada döyüşən ordu hissələrində, 70 briqada sərhəd
və ehtiyat hissələrində çıxış etmişdi.
125
1941-ci il iyunun 23-dən 1943-cü ilin
əvvəllərinədək incəsənət işçiləri hərbi hissələrdə 19261 konsertlə çıxış
etmişdilər.
126
Mineralnıye Vodı, Kislovodsk, Pyatiqorsk, Jeleznovodsk, Yessentuki
hospitallarında müalicə olunan yaralılara xidmət məqsədilə Bakıdan xüsusi
briqadalar göndərilirdi.
Xalq artisti Bülbül, bəstəkarlar C.Cahangirov, Səid Rüstəmov, Niyazi və b.
ardıcıl olaraq cəbhəyə gedirdilər. Onlar Belorus, Bryansk cəbhələrində olmuş,
Azərbaycan diviziyalarının döyüşçüləri önündə çıxışlar etmişdilər. Teatr artistləri
Kerçdə, Voroşilovqradda, Uzaq Şərqdə 100-ə qədər konsert-tamaşa təşkil
etmişdilər. Müharibə illərində Azərbaycan artistləri hərbi hissələrdə 35 min konsert
vermiş, Bakı teatrları və konsert təşkilatları təşviqat məntəqələrində, hospitallarda
və kənd rayonlarında 15 min dəfədən artıq çıxış etmişdilər.
127
28
İncəsənət xadimlərinin əsgər və zabitlər qarşısında çıxışları döyüşçülərə
yüksək mənəvi ruh verir, onlarda qələbəyə inamı möhkəmləndirirdi.
128
Azərbaycan kinematoqrafçıları hərbi xronika və vətənpərvərlik mövzusunda
kinolentlər yaradırdılar. Bu dövrdə "Vətən oğlu", "Bəxtiyar", "T-9 sualtı qayığı"
filmləri daha populyar idi. Cəbhəyə xidmət üçün 67 səyyar kino qurğusu, 42 kino
dəzgahı göndərilmişdi.
Azərbaycan teatrlarında S.Vurğunun "Fərhad və Şirin", M.Hüseynin
"Nizami", M.İbrahimovun "Məhəbbət", Z.Xəlilin "İntiqam", R.Təhmasibin "Aslan
yatağı",
S.Axundovun
"Çətin
dərə",
K.Simonovun
"Rus
adamları",
A.Korneyçukun "Cəbhə" pyesləri, gənc bəstəkarlar Q.Qarayev və C.Hacıyevin
"Vətən" operası tamaşaya qoyulmuşdu.
Təsviri incəsənətin rəngkarlıq, heykəltəraşlıq, plakat və qrafika əsərləri
xalqın vətənpərvərlik tərbiyəsində qüdrətli vasitə idi. Müharibənin ilk günlərindən
rəssam briqadaları yaradılmışdı. İ.Axundovun rəhbərliyi ilə Q.Xalıqov,
M.Nəcəfov, S.Salamzadədən ibarət rəssam briqadası 1941-ci il iyunun 25-dən
iyulun 12-dək 13 siyasi plakat hazırlamışdı. "Döyüşkən karandaş" məcmuəsi
buraxılırdı. Heykəltəraş P.Sabsayın başçılığı altında gənc heykəltəraşlar
F.Əbdürrəhmanov, Z.Məmmədova və başqaları geniş ölçülü plakatlar
hazırlamışdılar. "SİTA pəncərəsi", "Təşviqat pəncərəsi" kimi kütləvi nəşrlər
fəaliyyətə başlamışdı.
Ə.Əzimzadənin və İ.Axundovun siyasi mövzuda çəkilmiş karikaturaları
xalq arasında çox məşhur idi. Faşist quldurlarını tamamilə darmadağın etməyə
çağırış S.Salamzadə, S.Şərifzadə, M.Rəhmanzadə, T.Babazadə, M.Abdullayev,
T.Tağıyev, B.Mirzəzadə, K.Kazımov və başqalarının əsərlərinin əsas mövzusu idi.
Azərbaycan fırça və tişə ustalarının əsərləri onlarca sərgidə, habelə 1943-cü ildə
Moskvanın Tretyakov Qalereyasında nümayiş etdirilmişdi.
Azərbaycan ruhaniləri də xalqın düşmənə qarşı mübarizəyə səfərbər
olunmasında fəal iştirak edirdilər. 1944-cü il aprelin 14-də SSRİ Ali Soveti
Rəyasət Heyətinin qərarı ilə Zaqafqaziya Müsəlmanlarının Ruhani İdarəsi təşkil
olundu. Zaqafqaziya müsəlmanlarının Birinci qurultayında Ruhani İdarəsinin sədri-
şeyxülislam, sədr müavini - müfti və idarə üzvləri seçildi. İdarənin ilk sədri
şeyxülislam Ağa Əlizadə Təzəpir məscidindəki birinci moizəsində dindarları
hökumətin qanunlarına itaət göstərməyə, bu yolla "dini hifz etməyə" çağırdı.
129
Müharibə xalqın bütün maddi və mənəvi qüvvələrini ciddi sınağa çəkmişdi.
Əhalinin böyük əksəriyyəti bütün fəaliyyətini cəbhənin mənafeyinə, düşmənin
tezliklə darmadağın olunması vəzifəsinə tabe edərək, müharibənin ilk günlərindən
yüksək vətəndaşlıq mövqeyi nümayiş etdirir, ümumxalq vətənpərvərlik təşəbbüsü
göstərirdilər. 1941-ci ilin payızı və qışında bütün ölkədə sovet döyüşçüləri üçün isti
paltar toplamaq hərəkatı başlandı. 1941-ci ilin sentyabrında partiyanın "Əhali
29
arasında qızıl ordu üçün isti şeylər və paltar toplamaq barəsində" xüsusi qərarı ilə
bu hərəkat daha da genişləndi. Azərbaycan hökuməti isti paltar və ərzaq
bağlamalarının toplanmasını təşkil etmək üçün 1941-ci ilin oktyabrında xüsusi
respublika komissiyası, yerlərdə isə 6 min komissiya yaratmışdı. Uzaq kəndlərdə
xüsusi məntəqələr təşkil edilmişdi. Təkcə 1941-ci ilin sonunda, yeni il bayramı
ərəfəsində Azərbaycan əhalisi cəbhəyə 63,7 min bağlama göndərmişdi.
Komsomolçular 200 min dəst isti paltar toplayaraq döyüşçülərə yola salmışdılar.
İsti geyim toplamaqla yanaşı, onlara kollektiv və şəxsi sovqat göndərmək hərəkatı
da başlanmışdı.
130
Lenin rayonunun neftçiləri döyüşçülərə 1040, Orconikidze
rayonu zəhmətkeşləri 1138, Dzerjinski rayonunun fəhlələri və evdar qadınları iki
min müxtəlif bağlama göndərmişdilər. Kurortologiya Elmi-Tədqiqat İnstitutunun
kollektivi cəbhəyə, yaralılara ilk tibbi yardım üçün beş mindən çox fərdi tibb
paketi yollamışdılar.
131
Respublikanın zəhmətkeşləri cəbhəyə 1942-ci ilə qədər 2000 bağlama və
146 vaqon ərzaq və s. məhsul göndərmişdilər.
132
Bayramlar ərəfəsində Vətən müdafiəçilərinə bağlamalar hədiyyə etmək
ənənəyə çevrilmişdi.
133
1941-1943-cü illərdə ordu döyüşçülərinə 1601 min isti
geyimsırıqlı, gödəkçə, keçə çəkmə, corab, əlcək, qulaqlı papaq və s. göndərilmişdi.
1941-42-ci illərdə ölkədə vətəndaşların şəxsi qənaətləri hesabına tank
dəstələri və hava eskadronları yaratmaq hərəkatı geniş vüsət aldı. Azərbaycanda bir
çox alimlər, ədəbiyyat və incəsənət xadimləri, təsərrüfat rəhbərləri, istehsalat
qabaqcılları tank kolonnaları və hava eskadronları fonduna şəxsi qənaətləri
hesabına vəsait verirdilər. SSRİ xalq artisti Üzeyir Hacıbəyov Dövlət Müdafiə
Komitəsinə ünvanlanmış məktubunda yazırdı: "Mən Azərbaycan incəsənəti" tank
kolonunun yaranması üçün 25 min manat verdim, qoy bizim vəsaitimizlə
yaradılmış tank kolonu minlərlə sovet zirehli maşını ilə birlikdə düşmənin bel
sütununu sındırsın, ona ölümcül zərbə endirsin".
134
"Azərbaycan kolxozçusu" tank
kolonnasının hazırlanması üçün kolxozçular vəsait yığımına başlamış və öz
qənaətlərindən dövlət bankına 81020 min manat keçirmişdilər. Respublika
kolxozçu kəndliləri "Azorbaycan kolxozçusu" təyyarələr eskadronu yaratmaq üçün
əlavə 70784 min manat yığmışdılar.
Kənd əhalisi şəxsi təsərrüfatlarından qızıl ordu fonduna 18 min baş
iribuynuzlu heyvan, 152 min pud taxıl, 170 min pud digər kənd təsərrüfatı məhsulu
vermişdilər.
135
Ordunun hərbi texnika ilə təchizində iştirak etmək təşəbbüsü respublika
əhalisinin müxtəlif təbəqələri arasında geniş yayılmışdı.Bu hərəkatın iştirakçıları
sırasında ağsaçlı qocalar da, komsomolçular da, pionerlər də var idi.
Naxçıvan MSSR zəhmətkeşləri tank kolonnası və hava eskadronu fonduna
8,1 milyon manat, DQMV zəhmətkeşləri 11,2 milyon manat, Abşeron əhalisi 10,1
30
milyon manat, Qaryagin (Füzuli) rayonu əhalisi 4,7 milyon manat vermişdilər.
1941-1943-cü
illərdə Azərbaycan fəhlələri, kəndliləri və ziyalılarının
nümayəndələri bu fonda 230 milyon manatdan çox vəsait göndərmişdilər.
136
Müharibə illərində Azərbaycan fəhlə və kəndliləri, ziyalıları müdafiə
fonduna şəxsi əmlaklarından 15,5 kq qızıl, 952,5 kq gümüş, 295 milyon manat pul,
15 milyon manatlıq qızıl istiqraz vermişdilər. Bundan əlavə, 1,5 milyon manatlıq
istiqrazlara yazılmış, pul-şey lotereyaları almışdılar.
137
1943-cü ilin yazında respublika zəhmətkeşlərinin vəsaiti hesabına
yaradılmış "Bakinski raboçi" hərbi hava bölməsi təyyarələrinin ilk hissəsi -
Azərbaycan SSR ərazisində yenidən formalaşdırılan 833-cü hava alayının üzərində
qırmızı hərflərlə "Bakinski raboçi" yazılmış təyyarələri verilmişdi. Bu alay
Krasnodar, Taman, Sevastopol, Xarkov, Minsk, Tilzit rayonlarındakı hava
döyüşlərində iştirak etmişdi.
Azərbaycan
faşist işğalçılarından azad edilmiş rayonlarda xalq
təsərrüfatının bərpasına fəal kömək göstərmişdi. 1943-cü ilin payızında bu
məqsədlə respublika yardım komitəsi və onun rayon komissiyaları təşkil
olunmuşdu. Şimali Qafqaz neftçilərinə, Leninqrad, Stalinqrad, Stavropol, Qaraçay,
Ukrayna təsərrüfatlarına çoxlu pul, ərzaq, tikinti materialı, mal-qara, istehsal
avadanlığı və s. göndərilirdi. Gəncə əhalisi Pyatiqorsk, Şəki əhalisi Georgiyevsk,
Qasım İsmayılov kolxozçuları Mozdok şəhərlərini himayəyə götürmüşdülər.
138
Azərbaycan kolxozçuları SSRİ-nin azad edilmiş rayonlarına kömək olaraq
1500 kotan, 200 ton sement, 25 min pud taxıl, 287 kq yağ və başqa kənd təsərrüfatı
məmulatı göndərmiş, min hektarla sahədə taxıl əkmiş və xeyli mal-qara
bəsləmişdilər.
139
DMK-nın 22 sentyabr və ÜİK(b)P MK-nın 8 oktyabr 1941-ci il tarixli
qərarlarında yaralı döyüşçü və komandirlərə tibbi xidmətin yaxşılaşdırılması və
köçürmənin qaydaya salınması qarşıya qoyuldu. Cəbhəyə ümumxalq köməyinin
tərkib hissələrindən biri yaralılara qayğı olmuşdur. Yaralı əsgər və zabitlərin tez
sağalıb döyüşən ordu sıralarına, yaxud əmək cəbhəsinə qayıtmasını təmin etmək
üçün onlara yüksək keyfiyyətli tibbi xidmətin təşkilinin böyük hərbi və xalq
təsərrüfatı əhəmiyyəti var idi.
Böyük Vətən müharibəsinin ilk günlərindən Azərbaycan ərazisində hərbi
hospitalların təşkilinə başlanmışdı. 1941-ci ildə respublikada 76 hərbi hospital
yaradıldı. Naxçıvan, Şuşa, Şəki, Hacıkənd, Mərdəkan və Buzovnada yerləşən
sanatoriyalar və istirahət evləri hərbi hospitallara çevrilmişdi. Səhiyyə işçilərinin
ən qabaqcıl nümayəndələri - təcrübəli həkimlər hərbi hospitallarda çalışırdılar.
1942-ci ilin yanvarında tibb elmləri doktoru, professor Əziz Əliyevin
sədrliyi ilə Yaralı Döyüşçülərə və Xəstələrə Kömək Komitəsi yaradıldı.
31
Azərbaycan zəhmətkeşlərinin yaralılara qayğısı həkimlərin fədakar
əməyində, qanvermə hərəkatında, fəhlələrin və kolxozçuların himayəçilik işlərində
təzahür edirdi. Azərbaycan Xalq Tibb Komissarlığının Hərbi Hospitallar İdarəsinin
baş cərrahı, tibb elmləri doktoru, professor M.A.Topçubaşovun xidmətləri xüsusilə
qeyd olunmalıdır. O, cərrahlığa xeyli yenilik gətirdi, ən mürəkkəb cərrahi
əməliyyatları böyük ustalıqla həyata keçirərək, yüzlərlə döyüşçünün həyatını xilas
etdi. Həkimlər M.Abbasov və S.Axundov cəbhədə gözlərini itirmiş 200-dən çox
döyüşçüyə yenidən görmək sevinci bəxş etdilər. Professor M.Mirqasımov,
F.Əfəndiyev, M.Məlikov, Z.Məmmədov və b. yaralı döyüşçülərə səmərəli
xidmətlərinə görə yüksək dövlət mükafatlarına layiq görüldülər.
140
Yaralıların müalicə edilib ordu sıralarına qayıtmasında respublikamızda
sayı gündən-günə artan donorların böyük xidməti olmuşdu. Qafqaz uğrunda
döyüşlər zamanı instituta çevrilmiş respublika Qanköçürmə Stansiyasının
kollektivi yaralı əsgər və zabitlərin müalicəsində böyük rol oynamış, yaxşı işinə
görə dəfələrlə DMK-nın, Zaqafqaziya və Şimali Qafqaz cəbhələri komandanlığının
təşəkkürünü almışdı.
Böyük Vətən müharibəsində cəbhəyə və ölkə iqtisadiyyatına xidmət və
qayğı göstərməklə Azərbaycan xalqı, öncə onun ziyalıları sovet ordusunun alman
faşizmi üzərində qələbəsinə mühüm töhfə vermişlər.
32
II FƏSİL
AZƏRBAYCAN DÖYÜġÇÜLƏRĠ MÜHARĠBƏ CƏBHƏLƏRĠNDƏ
Dostları ilə paylaş: |