§2. MĠLLĠ HƏRƏKATIN BAġLANMASI. ÖLKƏDƏ SĠYASĠ
VƏZĠYYƏTĠN DƏYĠġMƏSĠ
"Yenidənqurma"
siyasətinin ziddiyyətliliyi, mühafizəkarların ciddi
müqaviməti üzündən mövcud siyasi və iqtisadi rəhbərlik metodlarını
demokratikləşdirmək tədbirləri baş tutmurdu. Köhnə idarəçilik mexanizminin
dağılması, yeni mexanizmin isə hələ yaradılmaması ilə əlaqədar İttifaqın düşdüyü
ümumi böhran gündən-günə dərinləşirdi. Xalqın güzəranı pisləşirdi. Belə bir
şəraitdə SSRİ-nin dağılma prosesinin qarşısını almaq üçün hakim dairələr milli
münaqişələri, antitürk, antiislam siyasəti qüvvətləndirirdilər. Mühüm geosiyasi
məkanda imperiyanın türk xalqları ilə Türkiyə arasında körpü olduğundan
Azərbaycan əsas zərbə hədəfi idi. Ermənistanda və Azərbaycanın Dağlıq Qarabağ
bölgəsində azərbaycanlıların soyqırımını törətmək, Azərbaycanı parçalamaq, bu
yolla bütün regionda ağalığı saxlamaq siyasəti həyata keçirilirdi. Uzun illər
münasib fürsət gözləyən erməni millətçiləri yaranmış vəziyyətdən məharətlə
istifadə edib, bu dəfə də Azərbaycanın hesabına öz torpaqlarını genişləndirmək
məqsədi ilə fəaliyyətə başladılar. Lakin Azərbaycan Respublikasının Moskvaya
sədaqətlə xidmət edən rəhbərliyi yaranmış yeni beynəlxalq şəraitdə qüvvələri
düzgün qiymətləndirib, xalqı vahid ümummilli platforma ətrafında mübarizəyə
qaldıra bilmədi. Onun bağışlanılmaz passivliyi və laqeydliyi nəticəsində
Azərbaycanın suveren hüquqları tapdalandı. Ərazisində milli münaqişə ocağı
alovlandırıldı, azərbaycanlılar öz dədə-baba torpaqlarında növbəti dəfə soyqırımına
məruz qaldılar. Hadisələrin belə gedişi Azərbaycanda milli hərəkatın qalxmasına
güclü təkan verdi. 1988-ci ilin əvvəllərindən ilk kütləvi etiraz çıxışları başlanmışdı.
Hərəkat həmin ilin sonunadək, demək olar ki, kortəbii xarakter daşıyırdı.
Cəmiyyətdə "Demokratiya və aşkarlıq" şüarı altında ədalət, humanizm, hüquqi
dövlət, xüsusən milli suveren hüquqların qorunması haqqında fikirlər plüralizmi
yaranmışdı. Yeni ictimai-siyasi təşkilatlar meydana gəlirdi. 1987-ci ilin axırlarında
Azərbaycan Dövlət Universitetində (indiki Bakı Dövlət Universiteti) yaradılmış
"Yurd" təşkilatı, 1988-cı ilin baharından fəaliyyətə başlayan "Çənlibel",
"Müstəqillər", "Qala , "Aşıq Ələsgər", "Ozan" cəmiyyətləri, "Varlıq" komitəsi,
"Azərbaycan Xalq Cəbhəsi"nin (AXC) təşəbbüs qrupu, "Bakı gənc alimlər klubu",
"Bakı incəsənət mərkəzi" və başqa təşkilatlar bu hərəkata istiqamət verməyə
çalışırdı.
87
Lakin yeni yaranmış və təbii ki, siyasi təcrübəsi olmayan bu təşkilatları
birləşdirib vahid istiqamətə, ümummilli məsələlərin həllinə yönəldən mütəşəkkil
qüvvə yox idi. Xalq Azərbaycanı parçalamaq cəhdlərinə, ermənilərin Dağlıq
Qarabağın Ermənistana verilməsi tələblərinə qarşı münasibətini əvvəllər Mərkəzi
Komitəyə, ölkə və respublika rəhbərlərinə etiraz teleqramları, məktubları
göndərməklə, imza toplamaqla bildirirdi.
88
İlk etiraz mitinqi 1988-ci il fevralın 19-
203
da Bakıda keçirildi. Martın 16-da Azərbaycan Elmlər Akademiyasında (indiki
Azərbaycan Milli Elmlər Akademiyası) etiraz mitinqi təşkil olundu. Ermənistanda
azərbaycanlıların soyqırımının kütləvi hal almasına qarşı mayın 16-da Dövlət
Universiteti qarşısında "Yurd" təşkilatının fəal iştirakı ilə böyük mitinq keçirildi.
Mitinqçilər şəhərin Lenin adına baş meydanına (indiki Azadlıq meydanı) istiqamət
aldılar. Burada davam edən mitinqdə respublikanın görkəmli ziyalıları çıxış etdilər,
xalqı və rəhbərləri respublikanın hüquqlarını müdafiə etməyə çağırdılar.
Mitinqçilər Moskvadan və Azərbaycan rəhbərliyindən erməni millətçilərinin azğın
hərəkətlərinə qanunu əsas götürməklə qəti cavab verilməsini tələb edirdilər.
89
Respublikanın başqa şəhərlərində də mitinqlər keçirilirdi. Ermənipərəst siyasət
yeridən, Moskvada sözü keçməyən respublika rəhbərləri xalqın ciddi narazılığını
nümayiş etdirib ölkə başçılarına təsir göstərmək ümidində idilər. Buna görə də
mitinqlərin keçirilməsinə inzibati orqanlar demək olar ki, mane olmurdu. Eyni
zamanda tanınmış ziyalıları mitinq tribunalarına cəlb etməklə kortəbii etiraz
hərəkatının böyüyüb mövcud rejimə, onun respublikadakı canişininə qarşı
ümumxalq hərəkatına çevrilməsinə yol verməməyə çalışırdılar.
Moskva 1988-ci il mayın 21-də Azərbaycandakı canişinini dəyişdirib,
Əbdürrəhman Xəlil oğlu Vəzirovu hakimiyyətə - Azərbaycan Kommunist Partiyası
Mərkəzi Komitəsinin (AKP MK) birinci katibi vəzifəsinə gətirdi.
90
Əbdürrəhman
Vəzirov xalqa, onun milli mənafelərinə zidd siyasəti ilə Dağlıq Qarabağ
məsələsində erməniləri öz xəbis niyyətlərini həyata keçirməyə daha da
həvəsləndirdi.
91
Moskvanın Dağlıq Qarabağdakı səlahiyyətli nümayəndəsi A.Volskinin
ermənipərəst siyasəti, xüsusən nadir Topxana meşəsində sənaye obyekti tikintisinə
başlanması xəbəri bütün xalqı hiddətləndirdi. Noyabrın 15-də Dövlət Universiteti
qarşısında, səhəri gün Elmlər Akademiyasının dəyirmi salonunda "Varlıq"
cəmiyyəti və M.Ə.Sabir adına bağda "Yurd" təşkilatının təşəbbüsü ilə mitinqlər
keçirildi.
Xalq hərəkatının kortəbii mərhələsinin ən qızğın dövrü noyabrın 17-dən
başlandı. Həmin gün səhər Universitet, Akademiya, Politexnik və İqtisad
institutları qarşısından nümayişçi dəstələr milisin
canlı maneələrini aşaraq,
M.Ə.Sabir adına bağa, oradan isə şəhərin baş meydanına gəldilər. Meydanda
mitinqçilərin tələbləri oxundu. Ermənistanın Azərbaycana qarşı təcavüzünün
dayandırılması, Dağlıq Qarabağda antiazərbaycan siyasəti yeridən qurumun ləğv
edilməsi, əks təqdirdə Ermənistana qarşı iqtisadi sanksiyalar tətbiq edilməsi,
Azərbaycandan olan deputatların SSRİ Ali Soveti sessiyasında Ermənistanın
təcavüzü ilə əlaqədar məsələ qaldırması başlıca tələblərdən idi. Bu tələblər
Azərbaycan rəhbərliyini qane edirdi, lakin hökumət nümayəndələri mitinqi
dayandırmağı tələb etdikdə mitinqçilər tələbləri yerinə yetirilməyincə meydanı tərk
204
etməyəcəklərini bildirdilər. Burada "Moskvanın fitnələrinə son qoyulsun!",
"Suverenlik!", "Azadlıq!" şüarları səslənməyə başlandı. Bundan Moskvaya təzyiq
edib respublikalarda hakimiyyəti ələ keçirmək istəyən qüvvələr istifadə etməyə
çalışırdılar. Bakının bəzi rayonlarında vəziyyət qəsdən gərginləşdirilir, xuliqanlıq
hərəkətləri törədilirdi. Naxçıvanda dövlət orqanları binasına hücum edilmişdi,
noyabrın 22-də Gəncədə əhali ilə ordu arasında qanlı toqquşma baş vermiş, 160
nəfər yaralanmış, üç əsgər və bir uşaq həlak olmuşdu. Noyabrın 24-də Bakı,
Naxçıvan və Gəncə şəhərlərində xüsusi vəziyyət və komendant saatı tətbiq edildi.
Küçələrə ağır silahlı qoşun hissələri yeridildi.
93
Meydan səngimək bilmirdi. İnsanlar küçələrə çıxarılmış tankların lülələrinə
qərənfillər taxır, əsgərləri camaatın tələbləri ilə tanış edir, qan tökməməyə
çağırırdılar. Nümayişçilər meydana Azərbaycan SSR-in oraq çəkicli bayrağı ilə
gəlmişdisə, bir neçə gün sonra - noyabrın 19-da burada ilk dəfə 1918-1920-ci
illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətinin bayrağı qaldırıldı. Hər
gün yüz minlərlə adam tankların, əsgərlərin arasından keçib meydana axışırdı. Çox
vaxt mitinqçilərin sayı milyon nəfəri ötürdü. Gecələr meydanda qalanmış
tonqalların ətrafında minlərlə adam qalırdı.
Xalq artıq mitinqlə mümkün olan nəticəni əldə etmişdi. Ölkə rəhbərliyi
mövcud problemə Azərbaycan xalqının münasibətini bilmişdi. Lakin erməni
millətçiliyinə, separatizminə qarşı heç bir tədbir görülmürdü.
İndi təşkilatlanmaq, mübarizəni demokratik vasitələrlə davam etdirmək
lazım idi. Cəmiyyətin bunu dərk edən qüvvələri mitinqdən tədricən uzaqlaşırdılar,
meydanın mühasirə həlqəsi daraldılırdı. Dekabrın 3-də hərbi hakimiyyət
mitinqçilərdən meydanı tərk etməyi tələb etdi. Dekabrın 4-də isə gecə hərbçilər
hücum edib zorla meydanı boşaltdılar, burada gecələyən mitinqçiləri həbs etdilər.
95
Meydan dağıldıqdan sonra da bir neçə gün Bakıda və başqa şəhərlərdə
etiraz tətili və nümayişləri keçirildi. Həmin günlər təkcə Bakıda 14,5 min fəhlə və
qulluqçu tətil etmişdi.
96
Xalq hərəkatının birinci - kortəbii mərhələsinin zirvəsi olan Meydan
göstərdi ki, mitinq və nümayişlərlə mövcud problemi həll etmək olmaz,
demokratikləşmə yolu ilə getmək, Moskvanın təyin etdiyi rəhbərlər əvəzinə
demokratik yolla xalqın nümayəndələrini seçmək, xalq birliyini təmin etmək,
respublikanın suveren hüquqlarının qorunmasına nail olmaq lazımdır. Xalqın
mənafeyini yalnız onun istədiyi, ona etimad etdiyi lider müdafiə edə bilər.
Kommunist elitası içərisində kəskin, gurultulu çıxışları ilə xalqın etimadını
qazanmaq və hakimiyyətə gəlmək istəyənlər də vardı.
97
Xalq isə Azərbaycanın
üzləşdiyi taleyüklü problemləri həll etməyə qadir siyasətçinin Heydər Əliyev
olduğunu dərk edərək, onun yenidən respublikaya rəhbər təyin olunmasını
arzulayırdı. Minlərlə adam mitinq və nümayişlərə, xüsusən münaqişə bölgələrində,
205
Heydər Əliyevin portreti ilə çıxırdı.
98
Təkcə Yevlax şəhərində 1988-ci ildə
vətənpərvər gənclərin təşkil etdiyi nümayiş və izdihamlı mitinqdə 20 minədək
adam iştirak etmişdi. Nümayişçilər Heydər Əliyevin yenidən hakimiyyətə
qaytarılmasını tələb edirdilər. Mitinqin təşkilatçıları həbs olunmuş, izdiham ordu
hissələrinin köməyi ilə dağıdılmışdı.
99
Xalqı birləşdirib mübarizəni vahid
istiqamətə yönəltmək məqsədi ilə bir qrup nüfuzlu ziyalının təşəbbüsü də Xudu
Məmmədovun qəfil ölümü ilə (14 oktyabr 1988-ci il) boğuldu.
100
Xalq Azərbaycan SSR-in SSRİ daxilində iqtisadi və mədəni suverenliyi
uğrunda mübarizə aparmağı, hüquqi dövlət, vətəndaş cəmiyyəti qurmağı proqram
məqsədi elan edən, lakin kifayət qədər siyasi təcrübəsi olmayan liderlərin
rəhbərliyi altında fəaliyyət göstərən AXC ətrafında birləşməyə başladı. 1989-cu il
martın 13-də
AXC təşəbbüs qrupu və "Varlıq" komitəsi arasında siyasi razılaşma
əsasında AXC-nin Müvəqqəti Təşəbbüs Mərkəzi təşkil edildi. 1989-cu il iyulun
16-da Bakıda AXC-nin təsis konfransı keçirildi. Cəbhənin Proqram və
Nizamnaməsi qəbul olundu. İdarə heyəti formalaşdı. Əbülfəz Elçibəy AXC-nin
sədri seçildi.
101
AXC demokratik - mərkəziyyət prinsipindən imtina etmişdi. Onun
konfederativ quruluşu, yuxarı təşkilatların qərarının üzvlər üçün yalnız məsləhət
xarakteri daşıması, tədbirlərdə iştirakın tam könüllü olması buna imkan yaradırdı.
Cəbhə daxilində plüralizm, ən müxtəlif fraksiyaların yaradılması nəzərdə tutulurdu.
AXC sədri təmsilçi funksiya daşıyırdı, onun hətta səsvermə hüququ yox idi.
102
Demokratiya mədəniyyəti hələ formalaşmamış cəmiyyətdə ifrat demokratik
nizamnamə ilə çox mürəkkəb siyasi şəraitdə taleyi həll olunan xalqa rəhbərlik edə
biləcək güclü təşkilat yaratmaq mümkün olmadı. Bundan yuxarı dairələrdə
hakimiyyət uğrunda mübarizə aparan qüvvələr məharətlə istifadə edir, öz
adamlarını, xüsusi idarə agentlərini bu təşkilata yeridirdilər.
103
Hansı yolla olur-
olsun xalqın etimadını qazanıb hakimiyyət iştahasına düşənlər çoxalmışdı. "Xalq
arasından çıxan bu insanlar öz maraqlarını, öz şəxsi ambisiyalarını, hakimiyyət
hərisliyini ümummilli mənafelərdən üstün tuturdular".
104
Respublikada üçdə ikisi hələ məskunlaşdırılmamış 230 mindən çox didərgin
vardı. İqtisadi çətinliklər, cinayətkarlıq gündən-günə artırdı. İyulun 13-dən
DQMV-də azərbaycanlılar yaşayan kəndlərin, Naxçıvan MSSR-in blokadaya
alınması, Ermənistandan Azərbaycanın sərhəd məntəqələrinin atəşə tutulması
vəziyyəti daha da gərginləşdirirdi.
105
Radikal tədbirlərə üstünlük verən xalq cəbhəsi liderləri iyunun 29-da
Bakıda ümumşəhər mitinqi təşkil etdilər.
106
Əvvəl belə mitinqlərin əleyhinə olan
AXC İdarə Heyəti mitinq və tətil hərəkatının genişləndiyini görüb onu idarə etməyi
vacib bildi. Sonrakı mitinqlər AXC-nin rəhbərliyi ilə təşkil olunur, üçrəngli, ay-
ulduzlu bayraq altında keçirilir, Üzeyir Hacıbəyovun "Koroğlu" operasının birliyə,
206
qələbəyə çağıran uvertürası ilə açılır və bağlanırdı. Bu mitinqlərdə Azərbaycan
SSR Ali Sovetinin növbədənkənar sessiyasını çağırmaq, sessiyada da AXC İdarə
Heyətinin iştirakı ilə DQMV-də XİK-nin ləğv olunması məsələsinə baxmaq,
suverenlik, iqtisadi müstəqillik, vətəndaşlıq haqqında qanunlar qəbul etmək, Bakı
və başqa şəhərlərdə fövqəladə vəziyyəti ləğv etmək, AXC-ni rəsmi tanımaq və b.
demokratik tələblər irəli sürülürdü.
107
Ə.Vəzirov isə bu tələbləri qəbul etmədi.
Avqustun 14-də Bakıda birgünlük, 21-22-də Bakı və Sumqayıtda ikigünlük
xəbərdarlıq tətilləri keçirildi.
108
Sentyabrın 2-də Bakı ümumşəhər tətilində tələblərə cavab verilməsə,
sentyabrın 4-dən birhəftəlik ümummilli tətil başlanacağı elan olundu.
109
Həmin gün
respublikanın əksər şəhərlərində mitinqlər təşkil edildi. İki gün sonra ümummilli
tətil başlandı. Bakıda şəhərin normal həyat fəaliyyətini təmin edən müəssisə və
texnoloji rejim işi dayandırmağa yol verməyən neftayırma qurğularından başqa
bütün müəssisələr, habelə dəmiryolçular tətilə qoşuldu. Ayın 5-də Şimali Qafqaz
dəmir yolunda hərəkət tam dayandı.
110
Tətillər təsərrüfata böyük ziyan vurdu.
Sentyabrın 6-da mitinqçilər öz tələblərinə respublika rəhbərliyinə "istefa"
tələbini də əlavə etdilər. Bundan sonra AXC və AKP MK arasında danışıqlar
başlandı. Tələblərin ödənəcəyi barədə razılıq əldə olundu. Sentyabrın 13-də xüsusi
saziş protokolu imzalandı.
111
Sentyabrın 15-də Azərbaycan SSR Ali Sovetinin
növbədənkənar sessiyası çağırıldı. Burada DQMV-də XİK-nin ləğvi, Azərbaycan
SSR Konstitusiyasına respublikanın sərhədlərinə yalnız ümumxalq referendumu
yolu ilə dəyişiklik etməyin mümkünlüyünü nəzərdə tutan əlavələr edilməsi,
suverenlik, vətəndaşlıq və iqtisadi müstəqillik haqqında qanun layihələrinin geniş
müzakirəyə verilməsi haqqında qərarlar qəbul edildi.
112
Suverenlik haqqında qanun layihəsinin ümumxalq müzakirəsi keçirildi.
Qanuna respublikada Azərbaycan SSR qanunlarının ittifaq qanunlarından
üstünlüyü və onun SSRİ tərkibindən çıxmaq reqlamenti haqqında mühüm bəndlər
daxil edildi. Ali Sovetin sentyabrın 23-də öz işini davam etdirən növbədənkənar
sessiyası "Azərbaycan SSR-in suverenliyi haqqında" Konstitusiya qanununu qəbul
etdi.
113
Azərbaycan SSR Nazirlər Soveti 1989-cu il oktyabrın 5-də AXC-ni rəsmi
qeydə aldı.
114
AXC-nin bu vaxta qədər buraxılan bülleteni əvəzinə dekabrın 4-dən
"Azadlıq" qəzetinin kütləvi tirajla nəşrinə başlandı.
115
Azərbaycan Xalq Cəbhəsi artıq nüfuzlu kütləvi təşkilata çevrilmişdi. Onun
sıralarında 300 minə qədər üzv və tərəfdar birləşmişdi.
116
Lakin xalq içərisində Heydər Əliyevin nüfuzu daha böyük idi.
Avtomobillərin ön şüşələrində onun şəkillərini gəzdirirdilər. Azərbaycan SSR
Dövlət Təhlükəsizlik Komitəsi sədrinin Moskvaya göndərdiyi 1990-cı il 3 yanvar
tarixli məlumatında yazılırdı: "Əvvəlki kimi... Heydər Əliyevin mövqeləri
207
güclüdür. Əhali indiyədək Heydər Əliyevin adını ehtiramla çəkir... Heydər
Əliyevin Azərbaycan SSR Ali Sovetinə Ordubad rayonundan deputatlığa
namizədliyini irəli sürməyi, əlverişli şərait yarandığı halda isə onu Ali Sovet
Rəyasət Heyətinin sədri vəzifəsinə seçməyi planlaşdırırlar".
117
§3. XALQ HƏRƏKATINI BOĞMAQ CƏHDLƏRĠ.
QANLI YANVAR
1990-cı ilin mart ayında keçirilməsi nəzərdə tutulan seçkilərdə "demokratik
qüvvələrin" hakimiyyətə gələcəyi şübhə doğurmurdu."
8
Moskva demokratik
qüvvələrin hakimiyyətə gəlməsini suverenlik haqqında Azərbaycan SSR
Konstitusiya qanununa ardıcıl əməl olunmasına, iqtisadi müstəqilliyin təmin
edilməsinə imkanlar açılması kimi qiymətləndirirdi.
AXC liderlərinin 1989-cu ilin payızından başlayaraq düşünülməmiş
addımlar atması, türkçülüyə meyllərini açıq ifadə etməsi də imperiya rəhbərlərini
çox ciddi narahat edirdi.
119
Mərkəz belə bir təşkilatın hakimiyyətə gəlməsinə heç
vəchlə razılaşa bilmirdi. SSRİ Ali Soveti İttifaq Sovetinin sədri Y.Primakov
Əbülfəz Elçibəyə verdiyi "Sizin məqsədiniz nədir?" sualına "Demokratik seçkilər
keçirmək!" cavabı aldıqda demişdi: "Bundan sonra Sovet İttifaqından ayrılmağa bir
pillə qalır".
120
Mərkəz tərəfindən xalq hərəkatına dini məzmun vermək, onun meylini
Türkiyədən, demokratik Qərbdən ayırıb İrana, islam fundamentalizminə bağlamaq
cəhdləri də olmuşdu.
121
Təcrübəsiz və hakimiyyətə can atan siyasi liderləri "radikallar"a və
"liberallar"a bölüb xalq hərəkatını daxildən parçalamaq, seçkiləri fövqəladə
vəziyyət, komendant saatı şəraitində keçirməklə yenə "kommunistlərin" qalib
gəlməsinə nail olmaq üçün məkrli siyasət aparılırdı.
Xalqı
radikallaşdırmaq, bəzi güzəştlərlə onu zorakı hərəkətlərə
şirnikləndirmək əsas vasitə idi. Ə.Vəzirov AXC rəhbərləri ilə görüşündə açıqca
demişdi; "Gücünüzü göstərin, sizinlə hesablaşaq".
122
AXC İdarə Heyətində
hakimiyyət uğrunda mübarizə aparan
radikallar bu tələyə düşdülər. 1989-cu il
oktyabrın 28-29-da keçirilmiş AXC Məclisinin birinci sessiyasında cəbhə daxilində
"radikallar" və "liberallar" arasında ixtilaf bütün barışmazlığı ilə üzə
çıxdı.
123
"Radikallar" AXC İdarə Heyətinin "liberal" üzvlərini təslimçilikdə, xalqa
xəyanətdə, qətiyyətsizlikdə təqsirləndirirdilər. Onlar
AXC-nin yeni rəhbər orqanları
seçiləcək fövqəladə konfransının
keçirilməsini tələb edirdilər. Xalq cəbhəsinin
bütövlüyünü qoruyub
saxlamaq üçün "liberallar" müəyyən güzəştlərə getməyə
məcbur
oldular. 1989-cu il dekabrın 9-da AXC müşavirəsində İdarə Heyəti
buraxıldı.
124
Onun səlahiyyətlərini yerinə yetirən, əslində "radikallar"dan ibarət
208
Müvəqqəti Təşkilat Qrupu seçildi, "radikallar" daha da
fəallaşdı. Onlar narazılığı
artan xalq kütləsini öz ardınca apardı. Bir
çox bölgələrdə əsl ikihakimiyyətlilik -
kommunistlərin və cəbhəçilərin hakimiyyəti yaranmışdı. AXC təşkilatlarında
dövlət funksiyalarını yerinə yetirən strukturlar meydana gəlmişdi.
125
Cəlilabadda 1989-cu il dekabrın 8-dən fasiləsiz mitinqlər, tətillər başlandı.
İnzibati orqan işçiləri xalqın tərəfinə keçdi. Xalqın tələbi ilə raykomun 57 gün
əvvəl təyin olunmuş birinci katibi istefa verdi. Yeni katib paytaxtdan göndərildi.
Rayonda hakimiyyətə gəlmək istəyənlər yenidən adamları qızışdırdılar. Vəziyyəti
nizama salmaq üçün dekabrın 27-də rayona gətirilən milis dəstələri həbslər keçirdi.
Qəzəblənmiş əhali hücum edib raykomun, milisin binalarını dağıtdı, rəhbərləri
döyüb qovdu. Toqquşmalarda 150-dən çox adam yaralandı. Dekabrın 29-da burada
"Xalq hökuməti" adlandırılan hökumət fəaliyyətə başladı. Müvəqqəti Təşkilat
Komitəsi və Milli Müdafiə Şurası yaradıldı.
126
İnsanlar Cənubi Azərbaycanda, İran İslam Respublikasında yaşayan qan
qardaşları, qohumları ilə mədəni və iqtisadi əlaqələri, gediş-gəlişi bərpa etmək
tələbi ilə dəfələrlə rəhbər orqanlara müraciət etmişdi.
Naxçıvan MSSR kimi aztorpaqlı respublikada 17 min kv.m münbit torpaq
sahəsi sərhədlə tikanlı məftillər arasında qalmışdı. Bu zonadakı qədim
qəbiristanlığa və ziyarətgaha getmək mümkün deyildi. Lakin vəziyyəti düzgün
qiymətləndirməyən rəhbər dairələr tədbir görməyə tələsmirdilər. "Sərhəd hərəkatı"
isə genişlənirdi.
127
1989-cu ilin dekabrında Naxçıvan MSSR-də sərhəd boyu 9 minə qədər
adam toplanmış, çadırlar qurulmuş, tonqallar qalanmışdı.
128
Xalq cəbhəsi dekabrın
23-də sərhəd dəstəsinin komandirinə ultimatum göndərib dekabrın 31-dək
sərhəddən adamların müəyyən qaydalarla keçməsinə, qohum-qardaşları ilə əlaqə
saxlamasına imkan yaratmasını tələb etdi. Lakin razılıq əldə olunmadı.
129
İmperiyanın rəhbərliyi haqq-ədalətin bərqərar edilməsi uğrunda səsini
qaldıran xalqa divan tutmağa hazırlaşırdı. Sərhədlərin pozulması bəhanəsi də onun
planlaşdırdığı qanlı qırğına bəraət ola bilərdi. Buna görə də sərhədçilərə
müqavimət göstərməmək əmri verilmişdi.
130
Dekabrın 31-də saat 12-də Araz çayı boyu 137 km Sovet-İran sərhədində
həyəcanlar başlandı. Sərhəd qurğuları dağıdıldı.
131
Hər iki tərəfdən sahildə
toplanmış adamlar Arazı keçib görüşdülər. 1990-cı il yanvarın 7-də isə SSRİ-
Türkiyə Respublikası sərhəddində həyəcanlar baş verdi.
132
Yanvarın 18-də
Biləsuvar və Cəlilabad rayonlarında sərhəd qurğuları dağıdıldı.
133
1990-cı il yanvarın 11-də AXC Lənkəran şöbəsinin qərarı ilə gecə raykom,
daxili işlər şöbəsi, rabitə qovşağı, mətbəə və digər dövlət müəssisələri mühasirəyə
alındı, partiya komitəsinin, hökumət orqanlarının fəaliyyəti dayandırıldı.
Müvəqqəti Müdafiə Komitəsi təsis olundu.
134
209
Bütün bunlar hakimiyyət böhranının, Moskva canişininin respublikadakı
hadisələrə nəzarəti tam itirməsinin təzahürü idi. Bununla barışa bilməyən mərkəz
1990-cı il yanvarın əvvəllərindən Azərbaycanda müxtəlif qoşun hissələri, cəza
dəstələri yerləşdirdi. SSRİ müdafiə naziri D.Yazov gizlicə Gəncəyə gəlmiş,
vəziyyətlə tanış olmuş və respublika rəhbərliyinin də təklifləri nəzərə alınmaqla
"Tayfun" adlı qanlı əməliyyat planı hazırlamışdı.
135
Erməni millətçilərinin təhrikçilik hərəkətləri, Azərbaycanın sərhəd
kəndlərinə, DQMV-də azərbaycanlılar yaşayan kəndlərə silahlı basqınlar isə
getdikcə artırdı.
Bu hadisələrə müxtəlif vasitələrlə şərait yaradan Moskva öz istəyinə nail
olmuşdu. Siyasiləşmiş insanların çoxu AXC-nin 1990-cı il yanvarın 6-7-də
keçirilmiş konfransında yeni seçilmiş İdarə Heyətində üstünlük təşkil edən
"liberallar"ın deyil, "radikallar"ın ardınca gedirdi. Yanvarın 12-də "radikallar"
Milli Müdafiə Şurası (MMŞ) təşkil etdilər.
136
Məqsəd mövcud özünümüdafiə
dəstələrini birləşdirmək, yeni hərbi dəstələr yaratmaq və erməni hərbi birləşmələrin
hücumlarının qarşısını almaq idi. Respublikanın rəhbərliyi də gəncləri MMŞ-nin
köməyi ilə milis dəstələrinə cəlb edərək silahlandırıb cəbhəyə göndərməyə,
müəssisələrdə fəhlə drujinaları təşkil etməyə çağırırdı.
137
AXC-ni dağıtmaq, "demokratik hərəkatı" boğmaq üçün müvafiq vaxt
yetişmişdi. Təhrikçilər fəallaşırdılar. Yanvarın 13-də Bakıda bir erməninin iki
azərbaycanlını öldürməsinə cavab olaraq erməni talanları başlandı.
138
56 nəfər
öldürüldü, 112 nəfər xəsarət aldı.
139
Talançı dəstələrin azğın əməllərinə nə yerli
hüquq mühafizə orqanları, nə də o zaman Bakıda olan SSRİ Daxili İşlər
Nazirliyinin 12 minlik silahlı qüvvəsi mane olurdu.
140
Onlar milli münaqişəyə
qarışmamaq əmri almışdılar.
141
Əhalinin köməyi ilə ermənilərin çoxu evlərdə, məscidlərdə, hərbi hissələrdə
sığınacaq tapdı. Talanların qarşısı MMŞ özünümüdafiə dəstələrinin gücü ilə
yanvarın 15-də, demək olar ki, alınmışdı. MMŞ dəstələri şəhərə nəzarət
edirdilər.
142
1990-cı il yanvarın 13,15,16, 17 və 18-də Azərbaycan KPMK-nın büro
iclaslarında respublikadakı vəziyyət müzakirə edilmiş, çıxış edənlər - Ə.Vəzirov,
A.Mütəllibov, V.Polyaniçko, E.Qafarova, M.Məmmədov, V.Hüseynov və
başqaları, habelə Bakıda olan Y.Primakov və yüksək rütbəli Moskva hərbçiləri güc
tətbiq olunması vacibliyini bildirmişdilər. Etiraz edən və ya başqa təklif verən
olmamışdı.
143
1990-cı il yanvarın 15-də Ə.Vəzirov Moskvaya göndərdiyi teleqramda tələb
edir ki "Antisovet, antipartiya şüarları ilə mitinq edən ekstremistlərin liderləri
dərhal məsuliyyətə cəlb edilməlidirlər. Bunun üçün hüquqi əsaslar vardır". Ertəsi
gün Ə.Vəzirov yenə "ağalarına" teleqram vurub bildirir ki, müxalifətin əlində
210
çoxlu silahın olması Azərbaycanda sosialist quruluşunun məhvinə gətirib çıxaracaq
və buna görə də dərhal güc tətbiq olunmalıdır. Elə bu vaxt Azərbaycan SSR
Nazirlər Sovetinin Sədri A.Mütəllibov Moskvaya teleqram vurmuşdu ki,
respublikanın SSRİ güc nazirlikləri hərbi kontingentini qeyri-qanuni silahlı
birləşmələri tərksilah etmək üçün əməliyyat keçirəcəkləri müddətdə yerləşdirmək
və ərzaqla təmin etmək imkanı vardır.
144
Xalqa, demokratik qüvvələrə tutulacaq divana hüquqi don geyindirmək
üçün fövqəladə vəziyyət elan olunması vacib idi. Ə.Vəzirov yanvarın 14-də AKP
MK bürosunda müzakirə etdikdən sonra çağırdığı Azərbaycan SSR Ali Soveti
Rəyasət Heyəti iclasında "Azərbaycan SSR-in DQMV-də vəziyyətin
normallaşdırılması sahəsində təxirəsalınmaz vəzifələr haqqında" qərar qəbul
edilməsinə nail oldu. Qərarda DQMV və zəruri olarsa, ona bitişik rayonlarda və
sərhəd boyunca fövqəladə vəziyyət elan olunması və mərkəzdən lazımi köməklik
göstərilməsi üçün SSRİ Ali Soveti Rəyasət Heyətinə müraciət olunması nəzərdə
tutulurdu.
145
Azərbaycan Ali Soveti Rəyasət Heyətinin müraciətinə əsasən SSRİ
Ali Soveti Rəyasət Heyəti yanvarın 15-də "DQMV və bəzi başqa rayonlarda
fövqəladə vəziyyət elan olunması haqqında" fərman verdi.
146
Azərbaycan SSR Ali
Sovetinə təklif edildi ki, Bakı və Gəncə şəhərlərində, eləcə də başqa yaşayış
məntəqələrində qadağan saatları tətbiq edilməsi də daxil olmaqla hər cür lazımi
tədbirlər görsün.
Respublika
hökuməti
iflic vəziyyətində idi. Respublika Dövlət
Təhlükəsizlik Komitəsinin sədri Moskvaya göndərdiyi şifrəli teleqramlarda
bildirirdi ki, respublika xaos vəziyyətindədir, qiyam ərəfəsindədir, qətiyyətli
tədbirlər görülməsə, Azərbaycan əldən gedə bilər.
147
İmperiya buradakı hakimiyyət
böhranından, bəzi ölkələrdə olduğu kimi, Bakıda da Sovet hakimiyyətinin
devriləcəyindən, beləliklə, Azərbaycanı itirəcəyindən qorxub Bakı ətrafına əlavə
qoşun hissələri, ağır texnika gətirməyə başladı.
148
MMŞ-nin təşəbbüsü ilə şəhərin
girəcəklərində və Bakı qarnizonu hissələrinin ətrafında əhali yük, minik
maşınlarını, avtobus və trolleybusları yan-yana düzüb barrikadalar qurdu, piketlər
təşkil etdi. Yollarda 26 maneə yaradıldı. Şəhərdəki qoşun hissələrinin, o cümlədən
Salyan kazarmalarının yolu kəsildi.
149
Bakının hərbi komandanlığı, buna heç bir ehtiyac olmadığı halda, xalqa
tutulacaq divana cavab olaraq adamların rusdilli əhaliyə, ilk növbədə hərbçi
ailələrinə zərər yetirəcəyindən qorxub onları Azərbaycandan çıxarmağa başladı.
150
Rəsmi Moskvanın Bakıya göndərdiyi emissarları - SSRİ Ali Soveti
İttifaqlar Sovetinin sədri Y.Primakov və Sov.İKP MK katibi A.Girenkonun AXC-
nin "liberal" və "radikal" qanadları nümayəndələri ilə ayrı-ayrılıqda görüşləri
müsbət nəticə vermədi.
151
211
Yanvarın 17-dən AKP MK binası qarşısında izdihamlı mitinq
başlandı,
ümumi tətil elan olundu. Tələb edildi ki, Moskva Ermənistanın Azərbaycana ərazi
iddialarına qəti son qoysun, imperiyanın
Bakıya və ətrafına yığdığı qoşunlar Dağlıq
Qarabağa və daim erməni
basqınlarına məruz qalan sərhəd bölgələrinə
göndərilsin.
152
Mitinqçilər xalqa xəyanətdə təqsirkar bildikləri respublika partiya, sovet və
hökumət başçıları üçün simvolik dar ağacları düzəltmişdilər. Onlar AKP MK
birinci katibi vəzifəsinə öz namizədlərini irəli sürürdülər. Xalqın Moskvanın təyin
etdiyi canişini istefaya göndərmək, yerinə öz nümayəndəsini gətirmək tələbi qəti
rədd edildi. A.Girenko açıqca bildirdi ki, respublika rəhbərliyini Sov.İPK MK
deyil, kütlənin dəyişməsi yolverilməzdir.
153
Mərkəz Naxçıvanda da xalqa divan tutmaq məqsədi ilə fövqəladə vəziyyət
elan edilməsi üçün təzyiqlər göstərirdi. Yanvarın 18-də Şərur rayonu Kərki
kəndinin işğalı vəziyyəti daha da gərginləşdirdi. Xalqın tələbi ilə yanvarın 19-da
Naxçıvan MSSR Ali Soveti Muxtar Respublikanın SSRİ tərkibindən çıxması
haqqında qərar qəbul etdi. Məqsəd Azərbaycanda baş verən hadisələrə, sovet
ordusunun qanlı əməllərinə dünya ictimaiyyətinin diqqətini cəlb etmək idi və bu,
müəyyən rol oynaya bildi.
154
1990-cı il yanvarın 19-da SSRİ Ali Soveti Rəyasət Heyəti yanvarın 20-də
saat 00-dan "Bakı şəhərində fövqəladə vəziyyət tətbiq edilməsi haqqında" fərman
verdi.
155
Xalqı qəfildən yaxalamaq, ona divan tutmaq, qırğın törətmək üçün
qoşunlardan istifadə ediləcəyi, aman verilməyəcəyi, habelə ən başlıcası fövqəladə
vəziyyətin elan olunacağı vaxt gizli saxlanıldı. Fövqəladə vəziyyət və komendant
saatı vaxtının elan edilməsi qanlı planları poza bilərdi. Buna görə də AXC İdarə
Heyəti komendant saatı tətbiq olunduğu təqdirdə orduya müqavimət göstərmədən
piketləri götürmək haqqında qərar qəbul etmişdi. Lakin "radikallar" adamlara
"silah, kömək gələcək" - deyə yalan vədlər verir, barrikadaları axıradək tərk
etməməyə çağırırdılar. Piketçilər imperiyanın və respublikanın səlahiyyətli
nümayəndələrinin ordunun şəhərə girməyəcəyi haqqında dəfələrlə təkrar etdikləri
vədlərə inanmışdılar.
156
Xalqa məlumat verilməsin deyə yanvarın 19-da saat 19.27-də Azərbaycan
Televiziyasının enerji bloku partladılaraq sıradan çıxarılmışdı.
157
Fövqəladə vəziyyətin yanvarın 20-də, saat 00-dan başlanmasına göstəriş
verildiyinə baxmayaraq, qoşun hissələri yanvarın 19-da saat 21-dən ilk olaraq
Türkan-Qala tərəfdən şəhərə yeridildi.
158
"Bakı əməliyyatı"na SSRİ müdafiə naziri
D.Yazov şəxsən rəhbərlik edirdi. Bakı qarnizonu qoşunları, gətirilən hərbi hissələr,
hərbi gəmilərdən desant, xüsusi cəza dəstələri hücuma keçdi. Ağır hərbi texnika
çox asanlıqla barrikadaları dağıtdı. Əsgərlər gözyaşardıcı qazdan istifadə edir,
əliyalın adamlara avtomat silahlardan güclü atəş açırdılar. Qaçıb sığınacaqlarda
212
gizlənənlər tanklar üzərindəki projektorların köməyi ilə axtarılıb tapılır, gülləbaran
edilirdilər. Hərbçilər təsadüfən yola çıxanları, yaşayış evlərini, təcili yardım
maşınlarını, şəhər nəqliyyatını atəşə tutur, yaralıları öldürür, meyitləri yandırır,
təhqir edir, adamları tankların tırtılları altına salıb əzabla öldürür, eybəcər hala
salırdılar. Şəhərin küçələri öldürülmüş, yaralanmış adamların, qocaların,
qadınların, uşaqların qanına qərq olmuşdu. Əsgərlər tibb müəssisələrini mühasirəyə
alaraq yaralı mülki şəxslərin buraya gətirilməsinə, habelə tibbi heyətin yaralılara
köməyə getməsinə mane olurdular.
159
Rəsmi məlumatlara görə, Bakıya və başqa yaşayış məntəqələrinə sovet
ordusunun hücumu vaxtı 131 nəfər, o cümlədən 117 azərbaycanlı, 6 rus, 3 yəhudi,
3 tatar öldürülmüş, 744 nəfər yaralanmış, 400 nəfər həbs edilmiş, 4 nəfər itkin
düşmüşdür.
160
Evlərə, ictimai və şəxsi nəqliyyat vasitələrinə, şəhər təsərrüfatına və
vətəndaşlara böyük maddi ziyan dəymişdi.
Fövqəladə vəziyyət haqqında fərman artıq iş işdən keçəndən sonra, yanvarın
20-də saat 7-də elan olunmuşdu.
161
Azərbaycan xalqı fövqəladə vəziyyət şəraitində partizan müharibəsi
aparmaq kimi avantürist çağırışları rədd etdi, qarşıya mövcud reallıqlar daxilində
həll edilməsi mümkün olan məsələlər qoymağa, mübarizəni dinc siyasi vasitələrlə
davam etdirməyə başladı. Azərbaycanda yüksək vəzifə sahibi olanlar xalqa kömək
etmək, ona arxa durmaq əvəzinə kürsülərini qorumaq naminə qaçıb gizləndilər. Bir
sıra qabaqcıl ziyalı yanvarın 20-də Elmlər Akademiyasında etiraz mitinqi keçirdi.
Ziyalıların səsini boğmaq, onları qorxutmaq üçün bu mitinqin iştirakçısı olan üç
görkəmli alim, professor Sumqayıta, mitinqə gedərkən yolda tankın altına salınıb
məhv edildi.
162
Gərginliyi bir qədər yatırmaq üçün hərbi hökumət həmin gün radio ilə
Azərbaycan SSR Ali Soveti sədrinin Bakıda fövqəladə vəziyyət elan olunmasına
və şəhərə qoşun yeridilməsinə qarşı etiraz bəyanatının yayılmasına icazə verdi.
163
Xalq deputatları şair Bəxtiyar Vahabzadə, yazıçılar Anar və Elçin Ali Sovet
Sədrindən fövqəladə sessiya çağırılmasını, hadisəyə qiymət verilməsini tələb
etdilər. B.Vahabzadə radio ilə xalq deputatlarına müraciət etdi.
164
Yanvarın 21-də
deputatların üçdə birinin təşəbbüsü ilə Azərbaycan SSR Ali Sovetinin fövqəladə
sessiyası keçirildi. Moskvanın hakimiyyət uğrunda didişən kommunist
rəhbərlərindən kimi birinci katib təyin edəcəyini gözləyən yüksək vəzifə sahibləri
bu sessiyanın işində, demək olar ki, iştirak etmədilər, hətta onu "qeyri-qanuni
yığıncaq" adlandırdılar.
165
Sessiya baş vermiş faciəyə siyasi qiymət verməyə çalışdı. Onu törədən ölkə
və respublika rəhbərlərinə qəti etiraz bildirildi. Bakı şəhərində fövqəladə vəziyyət
tətbiq edilməsi haqqında fərmanın fəaliyyətini dayandırmaq, ordu hissələrini
213
şəhərdən çıxarmaq barədə qərarlar qəbul olundu.
166
Lakin Moskva bu qərarlara
əhəmiyyət vermədi.
Xalq başsız qalmışdı, vahimə içində idi. Yanvarın 21-də Heydər Əliyev
Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək burada təşkil olunmuş,
6 minədək adamın iştirak etdiyi izdihamlı yığıncaqda çıxış etdi, bu ağır günlərdə
yaralı, heç yerdən kömək almayan doğma xalqı ilə birgə olduğunu bildirdi. O,
çıxışında və verdiyi müsahibələrdə 20 Yanvar faciəsinə siyasi qiymət verdi,
əliyalın xalqın qırılmasını hüquqa, demokratiyaya, humanizmə zidd, mərkəzin və
respublika rəhbərlərinin günahı üzündən yol verilmiş kobud siyasi səhv kimi ifşa
etdi. H.Əliyev çıxışında qeyd etdi ki, "Dağlıq Qarabağ hadisələrinin ilkin
mərhələsində ölkənin ali partiya siyasi rəhbərliyi tərəfindən vaxtında zəruri
tədbirlər görülsə idi, gərginlik indiki hala çatmaz, tərəflər itkilərə məruz qalmaz,
başlıcası isə 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə çoxlu insan qırğını ilə
nəticələnən hərbi müdaxilə üçün zəmin yaranmazdı". Ölkə rəhbərliyini ciddi tənqid
edən Heydər Əliyev ona yarınan respublika başçılarının da yarıtmaz fəaliyyətini
ifşa etdi və göstərdi ki, Vəzirov "bu yüksək vəzifədə olduğu müddətdə...
Azərbaycanda vəziyyəti sabitləşdirmək üçün heç nə etməmişdir. Əksinə, səhv
addımları, yaramaz iş üslubu, yanlış siyasi manevrləri ilə xalqla öz arasında
uçurum yaratmışdır".
167
Heydər Əliyev qorxmadan imperiya rəhbərlərini "qatillər"
adlandırırdı.
168
Heydər Əliyevin Moskvadakı tarixi çıxışının mətni, bütün maneələrə
baxmayaraq, respublikada və dünyada geniş yayıldı. Heydər Əliyev Azərbaycan
xalqına verdiyi başsağlığında onu bu ağır gündə "ağıllı-kamallı olmağa,
həmrəyliyə və birliyə" çağırdı.
169
Təklənən, heç nəyə əli çatmayan xalqın qəlbində
ümid çırağı yandı. Xalq Heydər Əliyev kimi bacarıqlı, nüfuzlu bir şəxsiyyətin
onunla olduğunu, onu cəsarətlə müdafiə etdiyini gördü, ürəkləndi.
Azərbaycan, Bakıda fövqəladə vəziyyət olmasına baxmayaraq, yanvarın 22-
də şəhidlər ilə vidalaşdı.
170
Paytaxt matəm libası geyinmişdi. Respublikada üç gün
matəm elan olunmuşdu. Azadlıq meydanında izdihamlı matəm mitinqi keçirildi.
Mitinqdə və dəfn mərasimində milyona qədər insan iştirak edirdi.
171
Bu, azadlıq,
haqq, ədalət, demokratiya yolunda müqəddəs şəhidlərə ehtiramın, habelə
Moskvanın qanlı əməllərinə qarşı etirazın ifadəsi idi. Küçələrdə, AKP MK binası
divarlarında "Qorbaçov cəlladdır!", "Rədd olsun Sov. İKP!", "İşğalçılar, rədd olub
gedin!" və b. şüarlar yazılmışdı. Partiya biletlərindən tonqallar qalanmışdı.
172
Şəhidlər şəhərin ən uca yerində - Dağüstü parkda dəfn edildi.
Xalqa qarşı sovet ordusunun qanlı cinayətləri isə hələ bitmək bilmirdi.
Sovet ordusunun tam döyüş hazırlıqlı qoşun hissələrinin Ermənistandan Naxçıvana
yeridilməsinə cəhd göstərildi, lakin xalq bunun qarşısını aldı.
173
Siyasi çevriliş
214
edilmiş bölgələrdə ordunun köməyi ilə kommunistlərin hakimiyyəti bərpa olundu.
Ordu hissələri Lənkərana yeridildi.
174
Gizlicə respublikadan qaçmış Ə.Vəzirovun yerinə Moskva yanvarın 24-də
Ayaz Mütəllibovu Azərbaycan KP MK-nın birinci katibi vəzifəsinə gətirdi.
İmperiya rəhbərləri, onların yerli əlaltıları istədiklərinə nail oldular. Bakıda
fövqəladə vəziyyət, komendant saatı tətbiq edildi. AXC MMŞ dağıdıldı, bir çox
fəal cəbhəçilər həbs olundu, ölkədən qaçdı, qeyri-leqal işə keçdi. AXC-nin
hakimiyyətə gəlmək cəhdi baş tutmadı.
İmperiyanın şovinist rəhbərliyi qanlı əməlləri ilə Azərbaycan xalqının
iradəsini qıra bilmədi, özünün dayağı olan Kommunist Partiyasını, Sovet
hakimiyyətini xalqın gözündən daha da saldı, bəzilərində "yenidənqurma"ya olan
ümidi puç etdi, təsdiq etdi ki, imperiya üçün rcspublikanın suverenliyi, xalqların
ləyaqəti heç nədir.
1990-cı ilin Qanlı Yanvarı Azərbaycan xalqı üçün təkcə böyük faciə
deyildir, ləyaqətini qorumaq üçün mübarizə aparmağa, bu yolda qurban verməyə
hazır olan xalqın tarixində şərəfli bir səhifədir.
Azərbaycan xalqının qabaqcıl qüvvələri əgər Qanlı Yanvara qədər
respublikanın suverenliyini SSRİ daxilində mövcud siyasi və iqtisadi
münasibətlərin təkmilləşdirilməsi kimi qeyri-real imkanlarda axtarırdısa, bu hadisə
sübut etdi ki, suverenliyin yeganə yolu imperiyanın dağılmasında, müstəqilliyin
bərqərarlaşmasındadır. Heydər Əliyevin "Bizim Ümumittifaqdan nicatımız
yoxdur!" sözləri xalqın ümumi rəyinin ifadəsi oldu.
175
Xalq hərəkatı bu şüar altında
keyfiyyətcə yeni mərhələyə qədəm qoydu.
215
VI FƏSİL
AZƏRBAYCANIN BEYNƏLXALQ
ƏLAQƏLƏRĠ
(1945-1990-cı illərdə)
1. AZƏRBAYCANIN BEYNƏLXALQ ĠQTĠSADĠ ƏLAQƏLƏRĠ
İkinci dünya müharibəsi başa çatdıqdan sonra SSRİ-nin beynəlxalq aləmdə
siyasi və iqtisadi nüfuzu xeyli yüksəldi. İlk olaraq Şərqi Avropa və Asiyada onun
hərbi və iqtisadi yardımı ilə bir sıra yeni dövlətlər yarandı. Bu dövlətlər siyasi və
iqtisadi inkişaf yollarını SSRİ-nin birbaşa müdaxiləsi və köməyi ilə hakimiyyəti ələ
keçirmiş sovet təmayüllü Kommunist və Xalq Demokratik partiyalarının işləyib
hazırladıqları proqramlar əsasında müəyyən edirdilər. 1945-1961-ci illər ərzində
isə Asiya, Afrika, Avropa və Amerika qitələrində "sosialist" inkişaf yolunu seçmiş
bir sıra dövlətlər yarandı ki, onların da hamısı ilk siyasi, hərbi və iqtisadi yardımı
SSRİ-dən almışdılar. Bu dövlətlər içərisində Şərqi və Cənubi Avropada Polşa,
ADR, Çexoslovakiya, Rumıniya, Bolqarıstan, Albaniya, Yuqoslaviya, Cənubi-
Şərqi Asiyada, Çin, Vyetnam, Laos, Şimali Afrikada Misir, Liviya və Əlcəzair,
Yaxın Şərqdə Suriya və İraq, Amerikada Kuba və başqaları idi. Həmin ölkələrə
SSRİ tərəfindən göstərilən yardımda bütün "müttəfiq" respublikalar, o cümlədən
Azərbaycan SSR də fəal iştirak edirdi. Bu yardım iqtisadi, ideoloji, kadr hazırlığı
və digər sahələri əhatə edirdi. SSRİ dövlətinin apardığı bu siyasət XX əsrin ikinci
yarısında dünyanın hərbi-siyasi və iqtisadi cəhətdən iki sistemə bölünməsi ilə
nəticələnmişdi. "Sosializm düşərgəsi"nə daxil olan ölkələrlə Sovet İttifaqı arasında
olan siyasi iqtisadi və mədəni əlaqələr çox geniş və hərtərəfli idi. Bu isə SSRİ-nin
siyasi və strateji maraqlarından irəli gəlirdi. Lakin XX əsrin II yarısında Sovet
İttifaqının ideoloji və siyasi fərqlərə baxmayaraq dünyanın inkişaf etmiş ölkələri ilə
iqtisadi və mədəni əlaqələri də mövcud idi. Bu əlaqələr dünya xalqlarına Sovet
İttifaqında yaşayan xalqların, ilk növbədə iqtisadiyyatının mədəniyyəti və
incəsənəti ilə yaxından tanış olmağa imkan yaradırdı.
Müharibədən sonrakı illərdə Azərbaycanın beynəlxalq aləmdə diqqətəlayiq
fəaliyyəti olmuşdur. Həmin dövrdə ölkənin ictimai-siyasi, iqtisadi, mədəni və elmi
potensialı dünya dövlətləri arasında gedən əməkdaşlıq sistemində özünəməxsus yer
tutmuş və çoxsahəli beynəlxalq əlaqələr yaratmışdır. Respublikanın beynəlxalq
aləmdə həyata keçirdiyi əməkdaşlığının və əlaqələrinin əsas sahələrindən biri də
onun dünyada gedən iqtisadi proseslərdə öz milli potensialının imkanları daxilində
216
iştirakı və bu istiqamətdə Yer kürəsinin müxtəlif qitələrində yerləşən ölkələr ilə
geniş iqtisadi əlaqələr yaratmasıdır. Azərbaycanın beynəlxalq iqtisadi əlaqələri öz
məzmununa, əhatə dairəsinə və istiqamətlərinə görə ikitərəfli və çoxtərəfli
olmuşdur. Bu əlaqələrin özü də müxtəlif dövrlərdə müxtəlif forma və həcmdə
həyata keçirilmişdir. 50-60-cı illərdə Azərbaycandan dünyanın müxtəlif ölkələrinə
çoxçeşidli sənaye məhsulu göndərilirdi. Əgər 1956-cı ildə Azərbaycanın sənaye
məhsulu 14 ölkəyə ixrac olunurdusa,
1
1957-ci ildə respublikadan artıq 20 ölkəyə
məhsul ixrac edilirdi.
2
İxrac olunan sənaye məhsullarının növləri də, həcmi də
artmışdı. Azərbaycandan dünya ölkələrinə 1947-ci ildə 35, 1958-ci ildə 120, 60-cı
illərdə isə 280 adda sənaye məhsulu ixrac edilirdi. İxraca işləyən sənaye
müəssisələrinin sayı 1947-1950-ci illərdə 5-dən 17-yə, 1960-1970-ci illərdə isə 60-
a çatmışdı.
3
İxracda neft və maşınqayırma sənayesi məhsulları əsas yer tuturdu.
Onlar ümumi xarici ixracda 1958-ci ildə 57,4 faiz, 1964-cü ildə isə artıq 62 faiz
təşkil edirdilər.
4
1960-cı ildə Azərbaycandan neft məhsullarının ixracı 1958-ci ilə
nisbətən 270 faiz artmışdı.
5
Azərbaycandan xarici ölkələrə ixrac olunan məhsulların ümumi çəkisində
neft sənayesi üçün avadanlıqlar əsas yer tuturdu. Azərbaycan 1945-1970-ci illərdə
bu sahədə dünyanın 15-dən çox ölkəsi ilə əlaqə saxlayırdı. 1970-1990-cı illərdə bu
əlaqələr daha geniş miqyasda olmuşdur.
6
Həmin illərdə Azərbaycanın xarici iqtisadi əlaqələrinin daha effektli
işləməsi üçün dövlət orqanları yaradılmışdı. Bunların sayəsində Azərbaycanın
beynəlxalq iqtisadi münasibətləri, dünyanın bütün qitələrində yerləşən ölkələrlə
inkişaf etdirilmiş və beynəlxalq təsərrüfat əlaqələrinin bütün forma və
istiqamətlərində özünü göstərmişdir. Respublikanın bu sahədə töhfəsi həm
keyfiyyətcə, həm də kəmiyyətcə artmışdı. Əgər 1970-ci ildə Azərbaycan dünyanın
55 ölkəsinə öz 20 sənaye sahəsinin 70 böyük müəssisələrinin istehsal etdiyi 300
adda məhsulu ixrac edirdisə, 1980-ci ilin axırına olan məlumata görə artıq ölkənin
bütün sənaye sahələrini əhatə edən 115 zavod, müəssisə və fabrikləri xarici
ölkələrə 340 addan yuxarı məhsul ixrac edirdilər. Ümumiyyətlə, 1970-1990-cı
illərdə Azərbaycan 100-dən yuxarı xarici ölkəyə 400 adda məhsul ixrac edirdi.
7
Xarici iqtisadi əlaqələrdə, ələlxüsus, məhsul ixracında, respublikanın əsas sənaye
mərkəzi kimi Bakı əsas rol oynayırdı. Onun 53-dən artıq müəssisəsi dünyanın 65
ölkəsinə öz məhsullarını ixrac edirdilər. Həmin əlaqələrdə Bakı şəhərindən başqa
Gəncə, Mingəçevir, Sumqayıt, Salyan, Zaqatala və başqa şəhərlərin sənaye
müəssisələri də fəal iştirak edirdilər, kimyaçılar şəhəri Sumqayıtın sənaye
müəssisələri dünyanın 60 ölkəsinə müxtəlif növdə sənaye məhsulları göndərirdi.
8
Azərbaycan istehsal etdiyi məhsulları xarici ölkələrə ixrac edərək, öz
növbəsində dünyanın bir çox ölkələrindən respublikada yeni sənaye obyektlərinin
tikilməsi üçün kompleks avadanlıqlar, maşın və aqreqatlar, avtomat sistemləri
217
alırdı. Bu isə respublikada bir sıra yeni sənaye sahələrinin yaranmasında və
inkişafında böyük rol oynadı. 1976-1980-ci illərdə xarici ölkələrdən idxal olunmuş
məhsulların köməyi ilə Azərbaycanda 20-dən yuxarı aqrar-sənaye obyektləri
tikilmiş, yenidən qurulmuş, Sumqayıtda kauçuk və superfosfat zavodlarında yeni
texniki sahələr, "Orqsintez", "Kimyasənaye" və "Azərsu", Bakı kondisionerlər
zavodu, Ələt Ağac Emalı Kombinatı, Gəncə Təcrübə Kombinatı, Dərin Dəniz
Özülləri zavodu tikilmiş, bərpa edilmiş və yenidən inşa edilmişdi.
9
1945-1990-cı
illərdə
Azərbaycanın
xarici
iqtisadi
əlaqələrinin
genişlənməsində onun beynəlxalq sərgilərdə, yarmarkalarda iştirakı mühüm rol
oynayırdı. Respublikada istehsal olunan sənaye məhsulları 1950-ci ildə Milanda
keçirilmiş yarmarkada, 1958-ci ildə Belçikanın Brüssel şəhərində 52 ölkənin
iştirakı ilə keçirilən yarmarka-konfransda təmsil olunmuşdu.
10
1965-ci ildə ilk dəfə
SSRİ respublikalarından yalnız Azərbaycan İranın paytaxtı Tehranda keçirilən
ticarət-sənaye sərgisində iştirak etmişdi. 1966-cı ildə isə respublikamız Suriya
Ərəb Respublikasının paytaxtı Dəməşqdə 13-cü Beynəlxalq yarmarkada (bu
sərgidə respublikanın 40 sənaye müəssisəsinin 300-dən çox məhsulu nümayiş
etdirilmişdi), 1967-ci ildə Kanadanın Monreal şəhərində keçirilən "EKSPO-67"
ümumdünya sərgisində, həmin ildə Buxarestdə keçirilən xalq ticarət-sənaye
sərgisində, 1968-ci ildə Əlcəzairdə 5-ci Beynəlxalq yarmarkada özünün 51 sənaye
müəssisəsinin istehsal etdiyi 360 məhsul növü ilə iştirak etmişdi.
11
1970-1990-cı
illərdə də Azərbaycan SSR-in ilk növbədə beynəlxalq sərgilərdə iştirakı daha da
geniş miqyas almışdır. Həmin illərdə Azərbaycan dünyanın müxtəlif şəhərlərində
keçirilən 100-ə yaxın böyük beynəlxalq iqtisadi yarmarka və sərgilərdə
respublikanın 115 sənaye sahəsinin 100-dən yuxarı müəssisəsində istehsal olunan
15000-ə yaxın məhsul növləri nümayiş etdirmişdi. Respublikanın özündə
keçirilmiş 80-dən artıq yarmarka və sərgilər də əhəmiyyətli olmuşdur.
12
Bakı
demək olar ki, dünyanın yarmarka, sərgi və simpozium mərkəzlərindən birinə
çevrilmişdi. Bakıda keçirilən yarmarka sərgilərdə ayrı-ayrı bölmələrdə 18000-dən
yuxarı məhsul növü nümayiş etdirilmişdi. Bakıda 40-dan çox beynəlxalq iqtisadi,
elmi-texniki simpoziumlar, o cümlədən "Konfleksil" (Fransa), "Simens-AQ"
(Almaniya), "Şell" (Böyük Britaniya), "AQA-İnfrered AB" (İsveçrə) kimi
şirkətlərin iştirakı ilə keçirilmişdir.
13
Bakıda 1989-cu ildə Amerika, Avropa, Asiya
və Afrika iş adamlarının 15 ölkənin iştirakı ilə keçirilən iqtisadi sərgi daha nəticəli
olmuşdur. Sərginin işlədiyi 10 gün müddətində Azərbaycanın 86 müəssisəsi
iqtisadi təşkilatları və kooperativləri xarici ölkələrin 75 firmaları ilə iş əlaqəsi
yarada bilmişdilər.
14
1981-1985-ci illərdə Bakıda 48 xarici firmanın 131 və 1690 Azərbaycan
mütəxəssisinin iştirakı ilə 13 beynəlxalq simpozium və respublikanın 3650
mütəxəssisinin fəal iştirakı ilə 35 simpozium təşkil edilmişdi.
15
1945-1990-cı
218
illərdə keçirilmiş yarmarka və sərgilərdə Azərbaycan 35 dəfə qızıl medala layiq
görülmüşdü. Bundan başqa, Azərbaycanın sərgi bölmələri onlarca yüksək
diplomlar və fəxri fərmanlarla təltif edilmişdi.
16
Azərbaycan Respublikasının ictimai və siyasi quruluşlarından asılı
olmayaraq dünyanın müxtəlif dövlətləri ilə beynəlxalq iqtisadi əlaqələri
yaradılmışdı. Azərbaycanla "sosialist" dövlətləri arasında iqtisadi əlaqələr daha
geniş idi. Əgər, 1966-cı ildə Azərbaycan həmin ölkələrə 180 adda məhsul
göndərmişdisə, 70-80-ci illərdə onların sayı artıq 250-yə çatmışdı. Həmin illərdə
respublikanın 100-dən yuxarı sənaye müəssisəsi sosialist ölkələrinə məhsul ixrac
edirdi.
17
Azərbaycandan bu ölkələrə göndərilən məhsulların arasında kənd
təsərrüfatı məhsulları mühüm yer tuturdu. Təkcə 1980-1985-ci illərdə həmin
ölkələrə 331 min 60 ton pambıq ixrac edilmişdi. Onun ümumi ixracı 1970-ci illə
müqayisədə 1985-ci ildə 22-dən 37 faizə qədər artmışdı. Xarici ölkələrə ixrac
olunan məhsullar içərisində şərab məhsulları mühüm yer tuturdu. 1976-1980-ci
illərdə sosialist ölkələrinə 2,5 mln dollar dəyərində 110 min dekalitr konyak, 32
mln 600 min manatlıq şampan şərabları göndərilmişdi.
18
Öz növbəsində
Azərbaycan da sosialist ölkələrindən həmin illərdə 20-55 adda məhsul almışdı.
19
Azərbaycanın "sosialist" ölkələrindən aldığı məhsullar içərisində kənd
təsərrüfatı texnikası idxalı əsas yerlərdən birini tuturdu. 1971-1979-cu illərdə
Azərbaycan Bolqarıstandan, Çexoslovakiyadan, Rumıniyadan, ADR-dən,
Macarıstandan kənd təsərrüfatının müxtəlif sahələrində istifadə olunan traktor
kombayn və başqa maşınları almışdı.
20
Keçmiş SSRİ ilə dünya dövlətləri arasında yaranan iqtisadi əlaqələrin
inkişafında Azərbaycanın da özünəməxsus yeri olmuşdur. Məsələn, 70-ci illərdə
Azərbaycan Hindistana 30 adda 20 sənaye müəssisəsinin məhsulunu, Suriyaya -
30, İrana - 30 və 70, Əfqanıstana - 20 və 50, MƏR-ə - 20 və 30, Pakistana - 18 və
25, Şri-Lankaya - 15 adda 20 sənaye müəssisəsinin məhsullarını göndərmişdi.
Afrika ölkələrindən Əlcəzair, Qvineya, MƏR, Keniya, Konqo, Liviya, Mali,
Mərakeş, Somali, Sudan, Tanzaniya, Efiopiya, Anqola və başqa ölkələrə 50 sənaye
müəssisəsinin 35 adda məhsulları göndərilirdi.
21
Qərbi Avropa ölkələrindən Belçika, Avstriya, Finlandiya, AFR, Böyük
Britaniya, Fransa, İtaliya, İspaniya, Norveç, həmçinin Avstraliya, ABŞ, Niderland,
İsveçrə, İsveç, Yaponiya və digər dövlətlərin həmin dövrdə Azərbaycan SSR-lə
əlaqələri olmuşdur. Bu ölkələrə respublikadan 200-ə yaxın məhsul növü ixrac
edilmişdir. Öz növbəsində isə Azərbaycana həmin ölkələrdən 350-yə qədər adda
müxtəlif məhsullar - avadanlıq, maşın, texniki vasitələr alınmışdı. Təkcə 1981-ci
ildə Fransadan "Azneft" üçün 150 ton tutumu olan soyuducu, Dərin Özüllər
zavodunda platformaların tikintisi üçün 48796 min manatlıq, Sumqayıt "Kimya"
Birliyi üçün 26,7 milyon manatlıq avadanlıq idxal edilmişdi.
22
80-ci illərdən isə
219
Azərbaycanda bir sıra Qərb ölkələri ilə birgə istehsal sahələri işə başlamışdı. 1989-
cu ildə xarici ölkə şirkətinin iştirakı ilə istismara verilmiş "Bakı-Milan" istehsal
sahəsinin illik məhsul buraxılışı həmin illərdə elektrik cihazları üzrə 700 min ədəd,
elektrik mühərrikləri üzrə isə 1,5 milyon ədəd olmuşdu. Bu müəssisə "Bakı
kondisioner" Birliyi ilə İtaliyanın "Merlopi-Pricetti" firması arasında 1987-ci ildə
bağlanmış müqavilə əsasında Bakıda fəaliyyətə başladı. 1988-ci ildən isə "Delta"
Azərbaycan-Türkiyə birgə müəssisəsi işə başlamış, "Bakı kondisioner" Birliyi ilə
ABŞ-ın "Dceneral elektrik" şirkəti arasında birbaşa əlaqələr yaranmışdı.
23
Təkcə
1970-1990-cı illərdə ABŞ, Böyük Britaniya, Fransa, Finlandiya, Danimarka,
Avstriya, Argentina, İsveçrə, Türkiyə və digər dövlətlərdən Bakıya 120-dən artıq
nümayəndə heyəti gəlmişdi. Bundan başqa, bu ölkələrin iş adamlarının 100-dən
çox nümayəndə heyəti Bakıda olmuş və burada onlarca iqtisadi sərgi və
simpoziumlar təşkil edilmişdi.
24
Ümumiyyətlə, 1945-1990-cı illərdə Azərbaycan dünyanın müxtəlif
dövlətləri ilə beynəlxalq iqtisadi əlaqələr yaratmış və həmin əlaqələrin ən müxtəlif
formalarından istifadə etmişdir. Eyni zamanda, o bu əlaqələrin vasitəsi ilə özünün
maddi potensialı haqqında geniş məlumatların yayılmasına nail olmuşdur. Bu,
həmçinin Azərbaycanın həmin illərdə inkişaf etmiş iqtisadi potensiala malik
olmasını, onun dünya iqtisadi prosesləri sistemində özünəməxsus yer tutmasını
göstərir.
Dostları ilə paylaş: |