§3. ƏHALĠNĠN RĠFAHI VƏ MƏĠġƏTĠ
Respublikanın iqtisadi yüksəlişi xalqın rifahının yaxşılaşmasına şərait
yaratmışdı. Fəhlə və qulluqçuların orta aylıq əmək haqqı 70-ci illərdə 1,4 dəfə, 80-
ci illərdə 1,3 dəfə, kolxozçuların orta aylıq əmək haqqı isə müvafiq surətdə 2 və
1,5 dəfə artmışdı.
88
İctimai istehlak fondlarından əhaliyə verilən ödənc və
güzəştlərin məbləği 1970-1990-cı illərdə üç dəfə çoxalmışdı.
89
Qocalara, əlillərə, əmək qabiliyyətini müvəqqəti itirənlərə, əmək və
müharibə veteranlarına, başçısını itirmiş uşaqlı ailələrə, tək analara maddi yardım
artırdı. Qocalığa və əlilliyə görə dövlətdən pensiya alanların sayı 1970-ci ildə 643
mindən 1989-cu ildə 987 minə çatmışdı. 1989-cu ilin əvvəlində 114,4 min
çoxuşaqlı anaya hər ay dövlətdən yardım ayrılırdı.
90
SSRİ Nazirlər Sovetinin "Hamiləlik, doğum və xəstə uşağa xidmət üçün
müavinət təminatının yaxşılaşdırılması haqqında" (1973-cü il 26 iyun) qərarına
əsasən qadınlara hamiləliyə və doğuma görə iş stajından asılı olmayaraq əmək
haqqının 100 faiz ödənilməsinə, "Aztəminatlı uşaqlı ailələrə maddi köməyin daha
da yaxşılaşdırılması haqqında" 1974-cü il 12 sentyabr tarixli qərarına əsasən 1974-
cü il noyabrın 1-dək ümumi gəliri ailənin hər üzvü hesabından ayda 50 manatdan
az olan ailələrə 8 yaşa qədər uşaqların hər birinə 12 manat müavinət verilməsinə
başlandı. 1990-cı ildən aztəminatlı ailələrə uşaqlar 12 yaşına çatanadək belə
yardım göstərilməyə başlandı.
91
Sov.İKP və SSRİ Nazirlər Sovetinin "Uşaqlı ailələrə dövlət yardımını
gücləndirmək tədbirləri haqqında" 1981-ci il 31 mart tarixli qərarı ilə ümumi iş
stajı bir ildən az olmadan, habelə istehsalatdan ayrılmadan təhsil alan qadınlara
uşağın bir yaşına çatanadək ona xidmət etmək üçün əmək haqqının müəyyən
hissəsi ödənilməklə bir il müddətinə məzuniyyət verilməyə başlanmış, adambaşına
ayda 60 manatdan yuxarı gəlir düşməyən ailələr uşaqların məktəbəqədər uşaq
müəssisələrində və internat məktəblərində saxlanılması üçün haqq verməkdən azad
edilmişdir. Həmin qərara əsasən 1981-ci ilin dekabr ayından tək analara verilən
dövlət müavinətinin minimum səviyyəsi hər bir uşağa ayda 20 manata qaldırıldı.
1987-ci ildən xəstə uşağa qulluq edilməsinə görə haqqı ödənilən vaxtın müddəti 14
günədək uzadılmışdı.
92
Milli münasibətlərin gərginləşməsi ilə əlaqədar olaraq yurd- yuvasından
didərgin düşmüş insanlara da yardım göstərilirdi. Azərbaycan SSR Nazirlər
Sovetinin 1989-cu il 4 oktyabr və 4 aprel 1990-cı il tarixli qərarları ilə əvvəlki
yaşayış və iş yerini tərk etməyə məcbur olmuş azərbaycanlılara birdəfəlik
167
müavinətlər verildi. SSRİ Nazirlər Sovetinin 1990-cı 8 avqust il qərarı ilə
Azərbaycan SSR-ə gəlmiş, daimi yaşayış yerlərini tərk etməyə məcbur edilmiş
didərginlərə kömək proqramı təsdiq olundu. Onlara kömək etmək üçün 1990-cı
ildə 150 min manat, 1991-ci ildə isə 100 min manat kredit ayrıldı.
93
1990-cı ilin may və oktyabr aylarından başlayaraq müharibə əlillərinə,
müharibə iştirakçılarına, beynəlmiləlçi döyüşçülərə, həlak olmuş hərbi
qulluqçuların ailələrinə əlavə güzəştlər verildi.
Beləliklə, 70-80-ci illərdə əhaliyə verilən pensiyaların həcmi 4,4 dəfə,
müavinətlərin həcmi isə 3,3 dəfə çoxalmışdı.
94
Bununla belə, xüsusən 80-ci illərin ikinci yarısında manatın alıcılıq
qabiliyyətinin 37 faiz aşağı düşməsi əhalinin real gəlirlərinin artım sürətinin
azalmasına səbəb olmuşdu. Əgər 70-ci illərdə real gəlir 42 faiz artmışdısa, 80-ci
illərdə bu, 16 faizdən çox deyildi.
95
Əhalinin istehlak tələbləri ilə təklif arasında
uyğunsuzluq mövcud idi. Əhalinin ərzaq və qeyri-ərzaq mallarına olan tələbatı tam
ödənilmirdi. 80-ci illərin ikinci yarısından başlayaraq, bu sahədə vəziyyət daha da
gərginləşmişdi. Əhalinin alıcılıq qabiliyyətinin artması, istehlak malları
istehsalının, ticarət və ictimai iaşə xidmətlərinin nisbətən inkişaf etməsi
respublikada mal dövriyyəsinin çoxalmasına səbəb olmuşdu. Respublikada dövlət
və kooperativ ticarətində ictimai iaşə daxil olmaqla pərakəndə mal dövriyyəsi 70-ci
illərdə 1,8 dəfə, 80-ci illərdə isə 1,5 dəfə çoxalmışdı.
96
Qeyri-ərzaq mallarının satışı
daha sürətlə artmış, onun həcmi pərakəndə mal dövriyyəsində 1970-ci ildəki 48
faizə qarşı 1990-cı ildə 60 faiz olmuşdu.
1990-cı ildə respublikada hər 100 ailədən 81-də radioqəbuledici, 102
televizor, 83 soyuducu, 51 paltaryuyan maşın, 34 tozsoran, 60 tikiş maşını, 10
minik avtomobili vardı.
98
1990-cı ildə respublikada 21 min və ya 1970-ci ildəkindən 5,4 mindən çox
pərakəndə ticarət müəssisəsi var idi. Ticarət xidməti sistemi nisbətən təkmilləşmiş,
ixtisaslaşdırılmış özünəxidmət mağazalarının sayı artmışdı. Kulinariya və
yarımfabrikat mağazaları, fabrik-mətbəx müəssisələri yaradılmışdı. 1990-cı ildə
respublikada 12 min (1970-ci ildəkindən 5,8 min ədəd çox) ictimai iaşə müəssisəsi
fəaliyyət göstərirdi.
Lakin əhalinin ərzaq və qeyri-ərzaq mallarına olan tələbatı tam ödənilmirdi.
Ət, balıq, kürü, süd, meyvə, hətta üzüm, tərəvəz üzrə istehlak səviyyəsi müəyyən
edilmiş normalara qalxmırdı. 80-ci illərin əvvəllərində respublikanın şəhərlərində
ət, yağ, axırlarında isə səkər talonlarla verilməyə başlanmışdı. Bazar durmadan
bahalaşır, inflyasiya, qıtlıq artırdı.
100
70-80-ci illərdə qeyri-ərzaq mallarının
qiymətləri dəfələrlə qaldırılmışdı. Qızılın, digər qiymətli metalların və daş-qaşın
qiymətləri 15 dəfə və daha çox artmışdı. 1990-cı ilin yanvarında bu malların
qiyməti yenidən 50 faiz artmışdı.
101
Həmin ilin sonunda qızılın və xalçanın qiyməti
168
yenidən bahalandı. Tələbatı olmayan, dəbdən düşmüş malların qiymətlərinin tez-
tez aşağı salınması isə əhalinin güzəranına elə bir əsaslı təsir göstərmirdi. Əhalinin
daha çox ehtiyacı olan mallar getdikcə azalır, bəzən də yoxa çıxırdı. Möhtəkirlik
artırdı. Mağazalarda malların böyük əksəriyyəti açıq-aşkar artıq qiymətə
satılırdı.
102
70-80-ci illərdə respublikanın şəhər və kəndlərində mənzil tikintisi sürətlə
artmışdı. Bakıda, Sumqayıtda, Gəncədə, Naxçıvanda, Mingəçevirdə, Əli
Bayramlıda, Daşkəsəndə yeni mikrorayon və qəsəbələr salınmış, çoxmərtəbəli
yaşayış binaları tikilmiş, kənd yaşayış məntəqələri yenidən qurulub şəhərtipli
qəsəbəyə çevrilmişdi. Həmin illərdə respublikada ümumi sahəsi 35 mln kv.m, o
cümlədən kənd yerlərində 16 mln kv.m olan mənzillər tikilmişdi. Üç milyona
qədər adamın mənzil şəraiti yaxşılaşdırılmışdı.
103
Bakıda yeni mikrorayonlar -
Əhmədli, Günəşli, Yeni Serebrovski (indiki Qaraçuxur), Badamdar yaşayış
massivləri salınmışdı. Paytaxtın abadlaşdırılmasında və tikintisində Azərbaycan
SSR Nazirlər Soveti Sədrinin müavini Ə.C.Ləmbəranskinin böyük xidməti
olmuşdu. Dənizkənarı park yenidən qurulmuş, ərazisində "Bakı Venetsiyası"
adlanan uşaq şəhərciyi, şəhərin mərkəzi hissəsində Fəvvarələr meydanı
yaradılmışdı. 70-ci illərdə Bakı Dəniz vağzalı, Respublika Sarayı (o zaman Lenin
adına saray), "Moskva", "İnturist", "Abşeron" mehmanxanaları, Respublika
velotreki tikildi, Azadlıq (o zaman Lenin adına) meydanının memarlıq ansamblı
yaradıldı. 80-ci illərdə "Gülüstan sarayı", yeni zoopark, örtülü idman kompleksləri
tikildi. Dövlət Filarmoniyasının binası əsaslı təmir olunur.
104
Bakıda yaşıllıqların
sahəsi 10 min ha-ya, Gəncədə 2,3 min hektara, Sumqayıtda 700 hektara
çatdırılmışdı. Respublikanın kəndləri abadlaşdırılırdı. 80-ci illərin sonlarında
respublikada 65 şəhər, 122 şəhərtipli qəsəbə vardı.
105
Şəhərin içməli su ilə təchizinin yaxşılaşmasında 70-ci illərdə
Kür su
kəmərinin çəkilib istifadəyə verilməsi mühüm rol oynadı. Şəhərə su verilməsi
sutkada 3,5 kub.m çoxaldı.
106
Mənzil-kommunal təsərrüfatının inkişafında "1986-1990-cı illərdə Bakı
şəhər təsərrüfatının daha da inkişaf etdirilməsi haqqında" Sov.İKP və SSRİ
Nazirlər Sovetinin 1985-ci il dekabr qərarı müəyyən rol oynadı. 1987-ci ildə
"Böyük kanalizasiya"nın birinci, 1990-cı ildə isə ikinci növbəsi istifadəyə
verilmişdi.
107
"Abşeronda bağçılıq təsərrüfatını daha da inkişaf etdirmək haqqında"
Azərbaycan KP MK-nın 1988-ci il 25 may qərarına əsasən bağçılıq
kooperativlərinin yaradılmasına icazə verildi. Yeni bağ sahələri paylandı. Bağ
tikintisi və təmiri ilə məşğul olan kooperativlər yaradıldı.
108
Bütün bunlarla yanaşı,
respublikada sosial quruculuq sahəsində çoxlu qüsur vardı. Mənzil problemi hələ
də kəskin olaraq qalırdı. Mənzil tikintisi üzrə planlar yerinə yetirilmirdi. Tikintinin
169
keyfiyyəti aşağı idi. Mənzillərin əsaslı təmiri sahəsində ciddi nöqsanlar mövcud
idi. 80-ci illərin sonunda təkcə Bakıda 75 mindən çox, Gəncədə 11 min ailə mənzil
növbəsində dayanmışdı.
109
Mənzil qanunvericiliyi, pasport rejimi kobud şəkildə
pozulur, çox vaxt boşalmış mənzillər qanunsuz yollarla ələ keçirilirdi.
110
Respublikanın 65 şəhəri su kəməri, 34 şəhəri kanalizasiya sistemi ilə təchiz
edilmişdi. Kənd yerlərində kommunal obyektlər, hamam, mərkəzləşdirilmiş su,
kanalizasiya sistemləri quraşdırılması işi ləng gedirdi. Şəhərin 3, kəndlərin 89
faizində su kəməri yox idi.
111
70-ci illərdə Əli Bayramlı-Astara, Yevlax-Şəki, Dəvəçi-Xaçmaz, Yevlax-
Xankəndi-Gorus-Naxçıvan, 80-ci illərdə Naxçıvan-Culfa-Ordubad, Qazıməmməd-
Qazax qaz kəmərləri çəkildi. 1990-cı ilin sonunda respublikanın 65 şəhər və 89
qəsəbəsində yanacaq qazından istifadə edilirdi. Lakin hər beş kənddən biri, şəhər
tipli qəsəbələrin 27 faizi hələ də qazla təmin edilməmişdi.
112
Əhaliyə məişət
xidmətlərini yaxşılaşdırmaq sahəsində də müəyyən işlər görülmüşdü. 1970-1990-cı
illərdə məişət xidməti müəssisələrinin sayı 6,4-dan 11,5 minə çatdırılmış,
xidmətlərin həcmi 18,3 dəfə artmışdı. Xidmətlərin yeni formaları tətbiq
olunurdu.
113
Lakin adambaşına məişət xidmətinin həcmi İttifaqın orta
göstəricilərindən iki dəfə aşağı idi.
114
Kənd yerlərində də məişət xidməti daha pis
təşkil edilmişdi. 207 kolxoz və sovxozda heç bir xidmət obyekti yox idi, onların
cəmi 165-də əhaliyə səyyar məişət xidmətləri göstərilirdi. Kənd sovetlərinin cəmi
73 faizində məişət xidməti obyektləri vardı. Xidmətin keyfiyyəti aşağı idi.
115
70-80-ci illərdə respublikanın şəhər və kəndlərində telefon şəbəkəsi xeyli
inkişaf etmiş, telefon aparatlarının sayı 1990-cı ildə 649 minə çatmışdı, yəni dörd
dəfə artmışdı.
116
Şəhərlərarası telefon rabitəsi genişlənirdi. Lakin hələ minlərlə ailə
telefon növbəsində dayanmışdı.
1970-ci ildə Moskva-Bakı rəngli teleötürücü xətt, 70-80-ci illərdə onlarla
başqa radiorele xətləri çəkilmişdi. 1989-cu ildə Xankəndində televiziya studiyası
istifadəyə verilmişdi. 1990-cı ildə respublikada 150-yə qədər teleötürücü stansiya
vardı, 26 peyk-əlaqə stansiyasından istifadə edilirdi. Respublika əhalisinin 95
faizinin respublika televiziyasının verilişlərinə baxmaq imkanı vardı.
117
70-80-ci illərdə əhalinin sağlamlığının qorunması sahəsində də mühüm
tədbirlər həyata keçirilmişdi. Əhaliyə ambulatoriya-poliklinika yardımı göstərən
müəssisələr 1075-dən 1826-ya, qadın məsləhətxanaları, uşaq məsləhətxana və
poliklinikalarının sayı 313-dən 1034-ə, həkimlərin sayı 13 min nəfərdən 27,5 min
nəfərə, orta tibb işçilərinin sayı 25 min nəfərdən 68 min nəfərə çatdırılmışdı. 1990-
cı ildə respublikada 70,9 min çarpayısı olan 731 xəstəxana fəaliyyət göstərirdi.
118
Bakı şəhərində yeni tibb texnikası ilə təchiz edilmiş diaqnostika mərkəzi, kardioloji
mərkəz, respublika uşaq sağlamlıq kompleksi, çoxlu xəstəxana və poliklinika,
ambulatoriyalar
tikilmişdi.
Lakin əhaliyə səhiyyə xidməti sahəsində
170
müvəffəqiyyətlərlə yanaşı, stasionarların düzgün yerləşdirilməməsi, tibb
avadanlıqlarının, dərmanların çatışmaması, xəstəxana və poliklinikalarda xidmət
səviyyəsinin aşağı olması, bir çox tibb işçiləri tərəfindən səhiyyə etikasının kobud
surətdə pozulması kimi qüsurlar da çox idi. 2239 yaşayış məntəqəsində ilk tibbi
yardım xidməti təşkil edilməmişdi.
119
Həmkarlar ittifaqının 12 min yerlik 22 sağlamlıq mərkəzi, 12 turist bazası
və kompleksi vardı. 70-ci illərdə respublikada turist-ekskursiya təşkilatları xeyli
inkişaf etdi, onlarla turist bazası, kompleksi, mehmanxanası istifadəyə verildi.
70-80-ci illərdə idman kollektivlərinin və idmançıların sayı xeyli artmışdı.
1990-cı ildə respublikada 66 iri stadion, 1299 idman zalı, 31 üzgüçülük hovuzu,
2500 futbol, 5800-dən çox voleybol, basketbol və tennis meydançası vardı. Bütün
bölgələrdə şahmat idman
məktəbləri fəaliyyət göstərirdi. 8020 bədən tərbiyəsi
kollektivi vardı. 2,3 milyon nəfər idmanla ardıcıl məşğul olurdu. Hər il "Əməyə və
müdafiəyə hazıram!" kompleksi üzrə 600-700 nəfər idman nişançısı hazırlanırdı.
120
80-ci illərin axırlarında respublikada 4,3 min SSRİ idman ustası vardı. Beynəlxalq
yarışlarda həndbolçu R.Şabanova, şahmatçılar E.Məhərrəmov, E.Əliyeva,
A.Sofiyeva yüksək göstəricilərə nail oldular.
Sənaye, kənd təsərrüfatı, nəqliyyat və tikinti texnologiyalarına, təhlükəsizlik
texnologiyalarına ciddi əməl edilməməsi, təmizləyici qurğulardan kifayət qədər
səmərəli istifadə olunmaması respublikada ekoloji mühitin gündən-günə
pozulmasına səbəb olurdu.
Bakı və Sumqayıt şəhərləri və onların ətrafında ekoloji mühit daha çox
çirklənmişdi. Təkcə Bakıda il ərzində hər kv.m-ə 800-900 ton zərərli maddələr
tökülürdü. Çirkabların 54 faizi təmizlənməmiş halda dənizə axıdılırdı. Ermənistan
və Gürcüstandan Azərbaycana gələn çaylar zərərli maddələrlə çirkləndirilirdi.
Hərbi obyektlər ətraf mühitin ekoloji vəziyyətini daha da ağırlaşdırırdı.
70-80-ci illərdə əhalinin sayı 5 milyon nəfərdən 7,1 milyon nəfərə çatmışdı.
Hər min nəfərə görə təbii artım 22,5 faizdən 20 faizə, doğulanların sayı 29 faizdən
26,1 faizə, ölənlərin sayı isə 6,7 faizdən 6,1 faizə enmişdi. Əhalinin ümumi sayında
şəhər əhalisinin miqdarı 50 faizdən 53,8 faizə qalxmışdı,
121
90-cı illərin
əvvəllərində respublikada yaşı 100 və ondan yuxarı olan adamların sayı 2500-dən
çox idi.
Əhalinin milli tərkibində dəyişikliklər baş vermişdi. 1989-cu il
siyahıyaalınmasına görə Azərbaycanda yaşayan 7 milyondan çox əhalinin 6
milyona qədərini azərbaycanlılar, 392,3 min nəfərini ruslar, 390,5 min nəfərini
ermənilər, 171,4 min nəfərini ləzgilər, 44,1 min nəfərini avarlar, 13,3 min nəfərini
saxurlar, 30,8 min nəfərini yəhudilər, 21,2 min nəfərini talışlar, 14,2 min nəfərini
kürdlər, 6 min nəfərini udinlər təşkil edirdi. Ümumiyyətlə, respublikada 82 xalqın
nümayəndəsi məskunlaşmışdı.
123
171
Əhalinin sosial-sinfi strukturu da yeniləşmişdi. 1970-ci ildə əhalinin 50,3
faizini fəhlə və qulluqçular, 21,9 faizini isə kolxozçular təşkil edirdisə, 1989-cu
ildə bu göstəricilər müvafiq surətdə 86,8 və 12,7 faiz olmuşdu.
124
1990-cı ildə
respublikada 1387 min və ya 1970-ci ildəkindən 1,6 dəfə çox fəhlə, 334 min və ya
1,2 dəfə çox kolxozçu, 713 min və ya 1,7 dəfə çox qulluqçu vardı. 2,8 milyon insan
xalq təsərrüfatında məşğul idi. Onlardan 77,9 faizi dövlət, 14,2 faizi kooperativ,
7,9 faizi isə özəl sektorda işləyirdi.
125
Bununla belə əmək qabiliyyətli əhalinin xeyli
hissəsi işsiz idi. Kənd rayonlarında sənayenin zəif inkişaf etdiyi zonalarda işsizlik
daha çox idi. 80-ci illərin sonunda Ermənistandan azərbaycanlıların və
Özbəkistandan Məhsəti türklərinin qovulub Azərbaycana pənah gətirməsi ilə
əlaqədar işsizlərin sayı yarım milyonu ötüb keçmişdi. İşsizlərin 60 faizini gənclər,
60 faizini kənd əhalisi təşkil edirdi.
126
İşsizlik üzündən gənclərin bir hissəsi
respublikanı tərk edir, qazanc dalınca gedirdi. Şəxsi yardımçı təsərrüfatlara lazımi
şərait yaradılmırdı.
Beləliklə, 70-80-ci illərdə respublika əhalisinin sosial-siyasi, milli
strukturunda, məişətində, rifahında mühüm dəyişikliklər baş vermişdi, gəlirlər,
alıcılıq qabiliyyəti, ticarət, ictimai iaşə, tibb, rabitə, məişət xidmətlərinin səviyyəsi
yüksəlmiş, yaşayış məntəqələrinin su, qaz, kanalizasiya sistemləri ilə təchizi
yaxşılaşmışdı. Bütün bunlarla yanaşı, əhalinin istehlak tələbləri lazımınca
ödənilmirdi, xidmətlərin səviyyəsi xüsusən kənd yerlərində hələ aşağı idi. Ekoloji
mühit çirklənirdi. Əhalinin nominal sayı artsa da, illik artım sürəti azalırdı.
§4. MƏDƏNĠ VƏ MƏNƏVĠ HƏYAT
Təhsil. 70-ci illər Azərbaycanın ictimai-siyasi, iqtisadi mədəni və mənəvi
həyatında mühüm irəliləmələr dövrü olmuşdur. Uşaq müəssisələrinin, məktəblərin
maddi, texniki-təhsil bazası möhkəmlənmiş, tədrisin səviyyəsi yüksəlmişdi.
70-80-ci illərdə respublikada 101 min nəfərlik məktəbəqədər uşaq
müəssisəsi tikilib istifadəyə verildi. Daimi məktəbəqədər müəssisələrin sayı 1990-
cı ildə 2185-ə çatmışdı. Onlarda 181 min və ya 1970-ci ildəkindən 1,6 dəfə çox
uşaq tərbiyə olunurdu. Bu müəssisələrdə 19,1 min tərbiyəçi və xidmətçi çalışırdı.
Tərbiyəçilərin 49,7 faizinin ali, 22 faizinin orta ixtisas təhsili vardı.
127
Həmin illərdə respublikada 703 min yerlik 1058 ümumtəhsil məktəb binası
tikilib istifadəyə verilmişdi.
128
1990-1991-ci dərs ilində respublikanın şəhər və
kəndlərində 4356, o cümlədən 4268 dövlət gündüz, 88 axşam (növbəli)
ümumtəhsil məktəbi fəaliyyət göstərirdi.
129
Ümumtəhsil məktəblərində hər il orta
hesabla 1,4 milyona
qədər şagird təhsil alırdı. Bu məktəblərdə müəllimlərin sayı 73
min nəfərdən 132 min nəfərə çatmışdı. 1990-cı ildə ümumtəhsil məktəblərində
işləyən müəllimlərin 80 faizdən çoxu, o cümlədən ibtidai sinif müəllimlərinin 52
172
faizə qədəri ali, 3,3 faizi natamam ali, 15 faizi orta-pedaqoji təhsilli idi.
130
Məktəblərin 98 faizində fənn kabinələri, emalatxanalar fəaliyyət göstərirdi.
131
Müxtəlif fənlər üzrə dərinləşmiş proqramlarla təlim verən kimya-biologiya,
fizika-riyaziyyat, fars dili, ingilis dili və başqa təmayüllü internat məktəblər
fəaliyyətdə idi. Azərbaycanda milli hərbi kadrlar yetişdirilməsini və SSRİ ali hərbi
məktəblərinə azərbaycanlı gənclərin daxil olmasını təmin etmək məqsədilə 1971-ci
ildə Heydər Əliyevin təşəbbüsü ilə C.Naxçıvanski adına orta respublika
ixtisaslaşdırılmış internat məktəbi (1991-1997-ci illərdə Bakı ibtidai hərbi məktəbi
adlanıb) təşkil olunmuşdu.
İşləyən gəncləri təhsilə cəlb etmək üçün gündüz məktəbləri yanında
müstəqil qiyabi məktəblər təşkil olundu. Kolxoz və sovxozlarda rayon qiyabi
məktəblərinin 1531 tədris-məsləhət məşğələsi açılmışdı. Axşam və qiyabi məktəb
şagirdləri üçün qısaldılmış iş həftəsi müəyyən olunmuşdu. İmtahan vermək üçün
XI sinif şagirdlərinə 20, VIII sinif şagirdlərinə 8, başqa sinif şagirdlərinə 4 gün
pulu ödənilən məzuniyyət verilirdi.
132
1990-cı ildə Azərbaycanda 2185 məktəbdənkənar uşaq müəssisələri, o
cümlədən 91 pioner və məktəblilər sarayı, 1593 pioner düşərgəsi, 240-dan çox
uşaq idman məktəbi, 210 musiqi, bədii və xoreoqrafiya məktəbi, 8-ə qədər uşaq
parkı, 69 gənc texniklər, 65 gənc turistlər stansiyası, 118 uşaq kitabxanası fəaliyyət
göstərirdi.
133
Peşə təhsili sistemi inkişaf edirdi. 70-80-ci illərdə respublikada 100 yeni
texniki-peşə məktəbi təşkil edilmişdi. 1990-cı ildə 176 belə məktəbdə 83 minə
qədər və ya 1970-ci ildəkindən 16 min nəfər çox şagird sənaye, tikinti, nəqliyyat,
kənd təsərrüfatı, məişət xidməti və başqa sahələr üzrə 100-dən artıq peşəyə
yiyələnirdi.
134
Təsərrüfat, maarif, mədəniyyət, səhiyyə və başqa sahələr üzrə ixtisaslı
kadrlar hazırlayan 78 məktəbdə hər il 60-70 min tələbə təhsil alırdı.
135
Bu illərdə
Bakı kitabxanaçılıq texnikumunun, Bakı plan-iqtisad və Gəncə tikinti texnikumları,
Şuşa pedaqoji məktəbini tədris binaları və yataqxanaları, Mingəçevir və Naxçıvan
politexnikumlarının, Şəki pedaqoji məktəbinin yataqxanaları istifadəyə verildi.
Tələbələrin təqaüdü üç dəfə artdı.
136
70-80-ci illərdə Azərbaycanda ali təhsil daha da inkişaf etdi. Yeni ali təhsil
ocaqları fəaliyyətə başladı. 1971-ci ildə Pedaqoji Dillər İnstitutu bazasında Rus dili
və Ədəbiyyatı (indi Bakı Slavyan Universiteti) və Pedaqoji Xarici Dillər İnstitutları
(indi Azərbaycan Xarici Dillər Universiteti) təşkil olundu. Azərbaycan Dövlət
Pedaqoji İnstitutunun filialları əsasında 1972-ci ildə Naxçıvan, 1973-cü ildə
Xankəndi (o vaxt Stepanakert) Pedaqoji İnstitutları, 1976-cı ildə İnşaat
Mühəndisləri İnstitutu, 1981-ci ildə Gəncə Texnologiya İnstitutu təşkil edildi. 80-ci
illərin sonlarında respublikada 17 ali məktəb vardı.
137
Ali təhsilin maddi bazasının
173
möhkəmlənməsinə diqqət göstərilirdi. Neft və Kimya, Xarici Dillər İnstitutları,
Dövlət Universitetinin humanitar fakültələri, pedaqoji institutlar üçün korpus
binaları istifadəyə verildi. Politexnik İnstitutunun təhsil binası genişləndi, Neft-
Kimya İnstitutunun yataqxanası üçün doqquz mərtəbəli bina istifadəyə verildi. Bir
çox ali məktəbdə bədən tərbiyəsi və idman məşğələləri üçün təhsil-maddi baza
genişləndirildi. Universitetin təhsil-idman kompleksi və futbol meydançası, böyük
idman salonu və 25 metrlik üzgüçülük hovuzu, boks və ağır atletika salonu, Neft-
Kimya İnstitutunun velosiped stansiyası, Ç.İldırım adına Politexnik İnstitutunun
səkkiz salonlu idman korpusu, Bədən Tərbiyəsi İnstitutunun altı idman salonu olan
yeni binası və s. tikildi.
138
80-ci illərin axırlarında respublikanın ali məktəblərində 8,5 min nəfər, o
cümlədən 612 professor, akademik (onların 581-i elmlər doktoru), 3021 dosent
dərs deyirdi.
139
Ali məktəblərdə avtomatik idarəetmə sistemi, elektrotexnika,
biokimya, rabitə texnikası kimi istehsalın və elmi texniki tərəqqinin tələb etdiyi
yeni sahələr üzrə mütəxəssislər hazırlanmağa başlanmışdı.
Respublika ali məktəblərinin flaqmanı olan Azərbaycan Dövlət
Universitetində (indi Bakı Dövlət Universiteti) 13 min tələbə təhsil alırdı. Onların
təlim-tərbiyəsinə 1200 professor-müəllim cəlb olunmuşdu.
140
Azərbaycan Dövlət Universiteti xüsusən Azərbaycan dilinin, xalqın tarix və
mədəniyyətinin qorunub saxlanılmasında, inkişaf etdirilməsində, gənclərdə milli
köklərə bağlılığın möhkəmlənməsində, azadlıq ideyalarının yayılmasında mühüm
rol oynamışdı.
Ali məktəblərdə hər il 100 mindən artıq tələbə təhsil alır, 17-18 min gəncə
ali təhsilli mütəxəssis diplomu verilirdi.
141
Azərbaycan üçün SSRİ-nin mərkəzi ali məktəblərində də kadrlar
hazırlanırdı. Əvvəllər hər il cəmi 40-50 nəfər gənc SSRİ-nin qabaqcıl ali
məktəblərinə qəbul edilirdi. Heydər Əliyevin rəhbərliyi illərində bu iş daha da
genişləndi. 70-80-ci illərdə SSRİ-nin 50-dən çox şəhərində 135 mülki, 105 hərbi
ali məktəbdə respublika üçün 17 mindən çox mütəxəssis kadr hazırlanmışdı.
142
Məktəblərdə tədrisin məzmununda müəyyən dəyişikliklər baş verdi. Orta
məktəblərdə 1975/76-cı tədris ilindən dövlət və hüququn əsasları tədris olunmağa
başlanmışdı. 1974-cü ildə "Azərbaycan tarixi"nin tədrisi 60 saata qaldırıldı. Ali
məktəblərdə kommunizm məsələləri, partiya tarixi, marksist fəlsəfə və siyasi
iqtisadın tədrisinə mərkəzi hakimiyyət tərəfindən diqqət artırıldı. Məktəblərdə
sovet cəmiyyəti antaqonist ziddiyyətsiz, qüsurlardan xali bir ictimai quruluş kimi
təqdim və təqdir edilirdi. "Azərbaycan tarixi"nə barmaqarası baxılır, bu fənn
saxtalaşdırılmış dərsliklər və proqramlar üzrə tədris olunurdu. Əvvəllər olduğu
kimi, yenə də "SSRİ tarixi" adı altında əsasən Rusiyanın tarixi təqdim edilirdi.
174
Sovet cəmiyyətində iqtisadi inkişaf sürətinin durmadan zəifləməsi ilə
əlaqədar ideoloji təzyiq xeyli güclənsə də, siyasi biliklərlə real həyat arasında
uyğunsuzluğun dərk olunması şagird və tələbələrdə, ümumiyyətlə bütün xalqda
ictimai elmlərə, onların təbliğ etdiyi quruluşa inamsızlıq yaratmışdı.
Məktəblərdə, xüsusən ali və orta ixtisas məktəblərində biliklərin
qiymətləndirilməsində, qəbul imtahanlarında qeyri-obyektivlik adi hala
çevrilmişdi. Tapşırıqla, rüşvətlə qiymət almaq halları geniş yayılmışdı. Buna görə
də istedadlı, qabiliyyətli şəxslər ali məktəblərə, elmi müəssisələrə çox vaxt
çətinliklə yol tapırdılar.
143
Lakin bununla yanaşı, əhalinin təhsil səviyyəsi artmaqda
idi. 80-ci illərin sonlarında yaşı 15-dən yuxarı olan əhalinin hər 1000 nəfərindən
129-u ali, 146-sı orta ixtisas, 425-i ümumi orta, 190-nı natamam orta təhsilli idi.
144
Mədəni-maarif. Mətbuat. İnsanların biliyinin, mədəni səviyyəsinin
yüksəlməsində təhsil müəssisələri ilə yanaşı, mədəni-maarif müəssisələri, kütləvi-
informasiya vasitələri mühüm rol oynayırdı.
70-80-ci illərdə respublikanın şəhər və kəndlərində 220 min yerlik 1066
mədəniyyət evi və klub müəssisəsi, 50 min yerlik 111 kinoteatr istifadəyə
verilmişdi.
145
Dövlət klub müəssisələrinin sayı 2146-dan 3680-ə, kütləvi
kitabxanaların sayı 2922-dən 4605-ə, kinoqurğuların sayı 2004-dən 2167-ə
çatmışdı.
146
Bakıda 80-ci illərin ortalarında stereofilmlər kinozalı ("Araz"
kinoteatrında) fəaliyyətə başlamışdı.
Kütləvi kitabxanalarda kitab və jurnalların sayı 23 milyon nüsxədən 45,3
milyon nüsxəyə çatmışdı. Hər 1000 nəfər sakinə 6,4 min nüsxə kitab və jurnal
düşürdü.
147
Respublikada 87 yeni muzey - 1972-ci ildə Azərbaycan xalçası və tətbiqi
sənət muzeyi, Sergey Yeseninin xatirə muzeyi, 1975-ci ildə Bakıda
Ü.Hacıbəyovun və S.Vurğunun, 1981-ci ildə Naxçıvanda H.Cavidin, 1982-ci ildə
Bakıda C.Cabbarlının, Bülbülün ev muzeyləri, onlarla yeni tarix-diyarşünaslıq
muzeyləri təşkil olunmuşdu. Azərbaycan tarixi muzeyinin fondları getdikcə
zənginləşir, ekspozisiyası daim təzələnirdi. 70-ci illərdə Zoologiya və Arxeologiya
muzeyləri müvafiq elmi-tədqiqat institutları nəzdində yaradılmışdı. 1990-cı ildə
124 muzey fəaliyyət göstərirdi. Bədii muzeylər, şəkil qalereyaları təşkil edilmişdi.
Bakıda S.Bəhlulzadə adına sərgi salonu, uşaq şəkil qalereyası, ədəbiyyat və
incəsənət xadimlərinin xatirə muzeyləri açılmışdı. Azərbaycanın böyük şairi və
mütəfəkkiri Nizami Gəncəvinin ədəbi irsinin öyrənilməsini, şərhini və təbliğini
yaxşılaşdırmaq məqsədilə Gəncədə "Nizami təsviri sənət qalereyası", "Nizami
dövrü və yaradıcılığı muzeyi" açılmışdı.
Azərbaycan tarixi muzeyində əsas ekspozisiya ilə yanaşı, hər il mühüm
hadisələrə və əlamətdar günlərə həsr edilmiş tematik və səyyar sərgilər təşkil
edilirdi. Belə sərgilər Bakıda və Azərbaycanın ayrı-ayrı rayonlarında nümayiş
175
etdirilirdi. Muzey xarici ölkələrdə təşkil olunan sərgilərdə də iştirak etmişdi. Onun
eksponatları Tokioda, Budapeştdə, Parisdə, Madriddə, Nyu-Yorkda, London və b.
şəhərlərdə keçirilən sərgilərdə nümayiş etdirilmişdi. Azərbaycan Tarixi Muzeyi
YUNESKO-nun nəzdində olan Beynəlxalq Muzey Komitəsinin üzvü seçildi.
Azərbaycanın tətbiqi sənət sərgisi üç ay müddətində Parisdə və Bordoda
göstərilmişdi. Respublikada 6500-dən çox tarix, arxeologiya, memarlıq abidəsi
dövlət tərəfindən qorunurdu.
148
70-80-ci illərdə respublikada səkkiz yeni dövlət teatrı açılmışdı. Onların
sayı 20-yə çatmışdı.
149
Xalq universitetlərini də mədəni-maarif müəssisələri sisteminin mühüm
halqalarından birinə çevirmək cəhdləri göstərilirdi. 80-ci illərin axırlarında
respublikada müxtəlif ixtisaslar üzrə 550 xalq universiteti vardı. Onlara 121 min
nəfərə qədər dinləyici cəlb olunmuşdu.
150
Televiziyanın məişətə geniş daxil olması
ilə əlaqədar mədəni-maarif müəssisələrinə maraq azalırdı. Kinoteatrlara gələn
tamaşaçıların sayı 1970-ci ildəki 56,4 milyon nəfərdən 1990-cı ildə 30,1 milyon
nəfərə enmişdi. Muzeylərə gələnlərin sayı azalmışdı. Teatr tamaşaçılarının sayı 1,5
milyon nəfərdən 1,4 milyon nəfərə qədər azalmışdı.
151
Azərbaycanda kütləvi informasiya vasitələri şəbəkəsi inkişaf etməkdə idi.
1970-ci ildə respublikada 234, 1990-cı ildə isə 259 qəzet, jurnal və məcmuə nəşr
olunurdu.
152
1969-cu ildən "Qobustan" almanaxı, 1970-ci ildən Bakıda "Sovet
Türkologiyası", 1975-ci ildən "Azərbaycan təbiəti" jurnalları çap olunmağa
başladı. Dövri nəşrlərin illik tirajı 49 milyon nüsxədən çox idi.
153
80-ci illərin sonunda ölkədə demokratik hərəkatın, plüralizmin genişlənməsi
onlarla yeni formal və qeyri-formal nəşrlərin meydana gəlməsinə səbəb oldu.
Hadisələri qeyri-ənənəvi tərzdə, müxtəlif qrupların, cərəyanların mövqeyindən şərh
edən, qiymətləndirən "Azərbaycan", "Odlar yurdu", "Azadlıq", "Yeni fikir",
"Vətən səsi", "Respublika", "Ayrılıq", "Səhər", "Ayna", "Dalğa", "Ədalət",
"İlham", "Novruz" və b. qəzetlər, "Gənclik", "Xəzər", "Açıq söz" jurnalları əhali
arasında yayılır və maraqla qarşılanırdı.
Ümumiyyətlə, 1990-cı ilin axırlarında respublikada 75-ə qədər qeyri-formal
qəzet və məcmuə çap olunurdu.
154
Azərbaycan Radiosu və Televiziyası qurumu kamilləşdi. Respublika radiosu
müxtəlif dalğalarda hər gün 1 proqram, "Araz" və "Stereo" proqramları ilə müxtəlif
dillərdə 37 saat veriliş yayırdı. Azərbaycan Beynəlxalq Radiosu təsis edilmişdi.
Azərbaycan kütləvi informasiya vasitələri bəşəri və milli dəyərlər fonunda
sovet həyat tərzini, rəsmi ideologiyanı geniş təbliğ edirdi. Onun milli oyanışa təsiri
güclənməkdə idi. Respublikada hər il 10-12 milyon nüsxə tirajla 1200-1300 adda
kitab nəşr olunurdu.
155
176
Partiyanın sənədləri, "marksizm-leninizm klassikləri"nin əsərləri tərcümə və
böyük tirajla çap edilir, geniş təbliğ olunurdu.
1976-1988-ci illərdə Azərbaycan xalqının tarixində ilk oncildlik
"Azərbaycan Sovet Ensiklopediyası" çapdan çıxdı. Bu, respublikanın ictimai-siyasi
və mədəni həyatında əlamətdar bir hadisə idi, çünki sovet dövründə dörd dəfə
(1934-cü ildə, 1938-ci ildə, 1959-cu ildə və 1965-ci ildə) Azərbaycan
ensiklopediyası nəşr etmək təşəbbüsü olmuş, əfsuslar olsun ki, heç biri baş
tutmamışdı. Beşinci dəfə cəhd Heydər Əliyevin rəhbərliyi sayəsində uğurla
nəticələndi. Heydər Əliyevin təşəbbüsü ilə 1975-ci il oktyabrın 24-də Azərbaycan
KP MK-da "Azərbaycan Sovet Ensiklopediyasının Baş redaksiyasının işində ciddi
nöqsanlar haqqında" qərar qəbul olundu. 1976-cı il fevralın 10-da isə Azərbaycan
KP MK "ASE-nin Baş redaksiyasının və elmi-redaksiya şurasının yeni tərkibi"
haqqında qərar qəbul etdi. Akademik Cəmil Quliyev Baş redaktor təyin olundu.
Heydər Əliyevin bilavasitə iştirakı ilə İçəri şəhərdə ASE-nin yeni binası tikilmiş,
nəqliyyat (müxtəlif markalı üç maşın ayrılmışdı), təsərrüfat, təchizat, maliyyə
məsələləri həll olunmuşdu. ASE-nin tirajı 50 min nəzərdə tutulmuşdu. Lakin bu,
Heydər Əliyevin təşəbbüsü ilə 80 minə qaldırıldı.
70-80-ci illərdə klassik Azərbaycan şair və yazıçılarının əsərləri
külliyyatları, 20 cildlik "Azərbaycan Ədəbiyyatı Kitabxanası", 50 cildlik "Dünya
Uşaq Ədəbiyyatı Kitabxanası", 100 cildlik "Dünya Ədəbiyyatı Kitabxanası",
"Molla Nəsrəddin" 12 cildlik toplusunun birinci cildi çap edilmişdi. Bütün bunlar
xalqın milli oyanışına əhəmiyyətli təsir göstərirdi.
70-80-ci illərdə Nizaminin 840 illiyi (1981), Əcəminin, Nəsiminin 600 illiyi
(1973), Tusinin 780 illiyi (1981), Vaqifin, Aşıq Alının 180 illiyi (1981), Aşıq
Ələsgərin 150 illiyi (1972), Üzeyir Hacıbəyovun 100 illiyi (1984), Müslüm
Maqomayevin 100 illiyi (1984), Zakirin 200 illiyi (1984), Hüseyn Cavidin 100
illiyi (1981), M.F.Axundovun 175 illiyi (1985), M.A.Əliyevin 100 illiyi (1984),
M.S.Ordubadinin 100 illiyi (1972) və başqa ədəbiyyat, incəsənət, elm
xadimlərinin, Azərbaycan teatrının 100 illiyi (1974) yubileyləri təntənə ilə qeyd
olundu. Nəsiminin YUNESKO-nun himayəsi altında (1979-cu ildə) keçirilən 600
illiyi böyük ədəbi-mədəni hadisəyə çevrildi. Nəsimi əsərlərinin elmi-tənqidi mətni
üç cilddə nəşr olundu, yaradıcılığı haqqında monoqrafiyalar, elmi-tədqiqat
nümunələri işıq üzü gördü, bir çox əsərləri müxtəlif dillərə tərcümə edildi. Şairin
Bakıda keçirilən yubiley təntənələrində keçmiş İttifaqın hər yerindən və 25 xarici
ölkədən gəlmiş nümayəndələr iştirak etmişdi.
70-ci illərdə Azərbaycan yazıçılarının və bəstəkarlarının SSRİ-nin böyük
şəhərlərində, xüsusən Moskva və Leninqradda yubiley təntənələrinin keçirilməsi
bir ənənəyə çevrilmişdi. Bu illərdə Azərbaycanda Rusiya Ədəbiyyatı və İncəsənəti
177
(1972), Sovet Ədəbiyyatı (1975), Ukrayna və Özbəkistan (1979), Leninqrad (1987)
Ədəbiyyatı və İncəsənəti günləri təşkil olunmuşdu.
Vaxtaşırı Zaqafqaziya xalqlarının musiqi festivalı keçirilirdi. 1988, 1989 və
1991-ci illərdə Azərbaycanda "Xarı bülbül" Ümumittifaq muğam festivalı təşkil
olunmuşdu.
Ardıcıl olaraq teatr festivalları, baxışlar keçirilirdi.
Rəşid Behbudov, Zeynəb Xanlarova, Elmira Rəhimova, Müslüm
Maqomayev və başqalarının tez-tez xarici ölkələrə qastrolları Azərbaycan
musiqisinin və ifaçılıq sənəti nailiyyətlərinin geniş təbliğinə kömək edirdi.
Bütün nailiyyətlərə baxmayaraq, maarif sistemi kütləvi informasiya
vasitələrinə güclü hakim ideoloji təzyiq olduğundan açıq-aşkar, azad və səmərəli
fəaliyyət göstərə bilmirdi.
60-cı illərdə "geniş kommunizm quruculuğu", 70-ci illərdə "inkişaf etmiş
sosializm cəmiyyəti" haqqında fərziyyələr, uydurmalar da ideoloji təzyiq
"institutunun" əsas ehkamları idi. Adamlarda mövcud sistemin "qələbələrə aparan
üstünlükləri" haqqında yəqinlik yaratmaq üçün irəliləyişlər şişirdilir, qüsurlar
gizlədilirdi. Sovet cəmiyyəti, sosialist sistemi, kommunist partiyasının "rəhbər və
istiqamətverici rolu" haqqında ehkamlar "elmi dünyagörüşü" adı ilə beyinlərə
yeridilirdi.
"İdeoloji cəbhə" anlamadan xalqın bir çox adət-ənənələrini dini əlamətlər
kimi qiymətləndirir, onları sıxışdırırdı. Xurafatla heç bir əlaqəsi olmayan, hətta
islamdan əvvəlki dövrdə xalqın məişətinə daxil olmuş, əməksevərliyi, nəcibliyi,
rəhmliyi tərənnüm edən, müəyyən dərəcədə beynəlmiləl xarakterli Novruz bayramı
rəsmi şəkildə qeyd olunmurdu. Kənd yerlərində "sosialist" adı altında 21 bayram
və mərasim "ənənəyə" çevrilməkdə idi.
Din açıqca sıxışdırıldığından əhalinin çoxu ona gizlincə riayət edirdi. 1970-
ci ildə respublikada cəmi 17 məscid və 70 nəfərə qədər əsasən azsavadlı və yaşlı
din xadimi vardı.
156
Bu, təhsil, mədəni səviyyəsi, bilik dairəsi xeyli artmış
dindarların tələbatını ödəyə bilmirdi. Xüsusi səylərə baxmayaraq, ideoloji aparatın
ateist təbliğatı səmərə vermirdi. Xalq milli ənənələrini qoruyub saxlamağa
çalışırdı. Dini bayram və mərasimlər yarımleqal şəkildə qeyd olunurdu.
Respublikadakı yüzdən çox müqəddəs pir və ocaqdan 25-i, o cümlədən "Mir
Möhsün ağa", "Əliayağı" (Bakı), "Babaratma" (Şəki), "Asəfkəf", "İmamzadə"
(Babək), "Soltan xalac" (Quba) və başqaları əsasən yaşlı və xəstə adamlar
tərəfindən fəal ziyarət olunurdu. Azərbaycanda 40-dan çox qeydə alınmamış
müsəlman, habelə digər dini birliklər vardı. 30-dan çox müsəlman dini birliyi isə
ancaq məhərrəmlik vaxtı 50 gün ərzində fəaliyyət göstərirdi.
157
Dini birlikləri
nəzarət altında saxlamaq üçün Azərbaycan SSR Ali Sovetinin Rəyasət Heyəti
1976-cı il 13 sentyabrda "Azərbaycan SSR-də dini birliklər haqqında Əsasnamə"
178
qəbul etdi. Dini birliklərin bir neçəsi rəsmi məscidə çevrilə bildi, qalanları isə
fəaliyyətini dayandırmalı oldu.
158
80-ci illərin sonlarında respublikada demokratik hərəkat, plüralizmin
artması dünyagörüşün formalaşması prosesində demokratik prinsiplərin bərqərar
olunmasına kömək edirdi. Artıq dindarlara hörmətlə yanaşılırdı. 1988-1990-cı
illərdə 30-dan çox məscid açıldı. 1989-cu ildə Bakıda mədrəsə təşkil olundu.
Naxçıvan MSSR-də 200 məscid binasından 97-si bərpa edilmişdi. Ziyarətgahlar
abadlaşdırılırdı. 1990-cı ildə dindar müsəlmanların Məkkəyə ziyarəti təşkil
edildi.
159
Dini ədəbiyyatın çap olunub yayılmasına şərait yarandı. 1990-cı ilin
noyabr ayında "İslam" qəzetinin nəşrinə başlandı.
Fikirlər plüralizminə, diskussiyalara geniş meydan açıldı. Təhsilin, kütləvi
informasiyanın, mədəni-kütləvi tədbirlərin məzmunu zənginləşdi. Aşkarlıq və
demokratiya ictimai elmlərin, ədəbiyyat və incəsənətin inkişafına əlverişli şərait
yaratdı.
Elm. 70-80-ci illər Azərbaycan elminin inkişafında da mühüm dövr kimi
səciyyələndi. Elmi müəssisələrin (ali məktəblər də daxil olmaqla) sayı 142-dən
151-ə, o cümlədən elmi-tədqiqat institutları və onların filiallarının sayı 73-dən 85-ə
çatmışdı.
160
Elmi tədqiqatla məşğul olan işçilərin sayı 17 min nəfərdən 32,3 min
nəfərədək artmışdı. Onların sırasında elmlər doktorlarının sayı 1,8 dəfə artıb 1186
nəfərə, elmlər namizədlərinin sayı isə 1,7 dəfə artıb 8905 nəfərə çatmışdı.
161
Konstruktor büroları və təcrübə təsərrüfatları olan altı elmi-istehsalat kompleksi
formalaşmışdı. Neft sənayesi, kənd təsərrüfatı, tikinti, səhiyyə və başqa sahələr
üzrə nazirlik və baş idarələr iri elmi-tədqiqat müəssisələrinə malik idi. Elmi-
Tədqiqat Oftalmologiya İnstitutu SSRİ-də sanballı elm ocaqlarından biri kimi
tanınırdı.
1972-ci ildən Azərbaycan Elmlər Akademiyasının Naxçıvanda Elmi
Mərkəzi fəaliyyətə başladı. 1975-ci ildən "Xəzər" Elmi Mərkəzində respublikanın
təbii ehtiyatlarının kosmik tədqiqi aparılırdı. 1978-ci ildə Bakıda Kosmik
Tədqiqatlar Elm-İstehsalat Birliyi fəaliyyətə başladı.
Yüksək ixtisaslı elmi kadrlar hazırlanmasında elmi müəssisə və ali
məktəblərin aspirantura və doktoranturaları əhəmiyyətli rol oynayırdı. 1970-ci ildə
aspiranturalarda 1991 nəfər (o cümlədən 1185 nəfər əyani) aspirant təhsil alırdı.
70-80-ci illərdə aspiranturalara qəbul diqqətin kəmiyyətdən keyfiyyətə
yönəldilməsi, 80-ci illərin ikinci yarısında elmə qayğının və marağın azalması ilə
əlaqədar azaldı. 1990-cı ildə respublikada 1340 nəfər (o cümlədən 597 nəfər əyani)
aspirant vardı.
162
1990-cı ildə 13 elmi müəssisədə və 3 ali məktəbdə doktorantura fəaliyyət
göstərir, onlarda 36 nəfər tədqiqat işləri ilə məşğul olurdu.
163
179
Böyük elmi-texniki potensiala malik olan Azərbaycan Elmlər Akademiyası
təbiət, ictimai və humanitar elmlər sahəsində fundamental araşdırmaların iri
mərkəzinə, respublikada aparılan elmi işlərin əlaqələndiricisinə çevrildi.
Elmlər Akademiyasının altı bölməsində fizika-texnika və riyaziyyat, Yer
haqqında elmlər, biologiya, kimya elmləri, tarix və iqtisadiyyat, fəlsəfə,
dilşünaslıq, ədəbiyyat və incəsənət, sənaye, kənd təsərrüfatı və mədəni
quruculuğun elm qarşısında qoyduğu mürəkkəb və mühüm məsələlər həll
olunurdu.
1970-ci ildə Azərbaycan Elmlər Akademiyasında 30 elmi müəssisə, o
cümlədən 22 elmi-tədqiqat institutu, 3,3 min elmi işçi, o cümlədən 209 elmlər
doktoru, 1311 elmlər namizədi fəaliyyət göstərirdi. Akademiyanın 54 həqiqi, 41
müxbir üzvü vardı.
164
Elmin inkişafı sahəsində ali təhsil müəssisələri mühüm rol oynayırdı.
Onların yüksək elmi potensialı həm fundamental xarakterli, həm də istehsalın
konkret tələblərinin təmin edilməsinə yönəldilmiş təsərrüfathesablı müqavilələr
əsasında əhəmiyyətli dərəcədə tətbiqi xarakterli araşdırmalar aparmağa imkan
verirdi.
SSRİ Ali Attestasiya Komissiyasının Azərbaycanın elmi idarələrində və ali
məktəblərində namizədlik və doktorluq dissertasiyaları müdafiəsini təşkil etmək
üçün onlarla ixtisaslaşdırılmış elmi şuraları fəaliyyət göstərirdi. Hər il orta hesabla
350-400 nəfərdən çox gənc elmi tədqiqat işlərinə cəlb edilirdi.
Azərbaycan alimləri elmin inkişafına,
xalq təsərrüfatının aktual
problemlərinin işlənib hazırlanmasına, elmi araşdırmaların səmərəsinin artmasına
öz töhfəsini verirdilər.
Ayrı-ayrı elmi müəssisələr və ali məktəb kafedraları neft və qaz yataqlarının
araşdırılması, tibbi termoelektrik turşuların hasilatı və yarımkeçirici maqnitlər
problemi sahələrində aparıcı mövqe tutdular.
Bakı "Neft Akademiyası" adlanırdı. Faydalı yataqların aşkar edilməsi və
istismar olunmasının mühüm elmi-texniki problemləri öyrənilmişdi. Azərbaycanda
300-dən çox neft, qaz, faydalı qazıntı, tikinti materialları yataqları, çoxlu mineral
su mənbələri aşkar edilmişdi. Bu sahədə görkəmli alimlər Mirəli Qaşqay, Şəfaət
Mehdiyev, Əliəşrəf Əlizadə, Əzəl Sultanov və başqaları mühüm əməli fəaliyyət
göstərmişdilər. Xəzər dənizinin Azərbaycan sektorunda perspektivli yataqlar
aşkara çıxarılmışdı. Respublikanın bütün geoloji şəkli çıxardılmış, geoloji,
geotektonik, dərinlik yataqları, coğrafi və başqa xarakterli atlaslar tərtib edilmişdi.
"SSRİ geologiyası" çoxcildliyinin 47-ci cildi - "Azərbaycan SSR" (iki kitabda),
"Azərbaycan SSR Atlası" (1979), "Azərbaycan SSRİ-in istilik balansı" (1979) və
b. kitablar nəşr olundu.
180
Azərbaycan alimlərinin bir çox işləri, xüsusən neft sənayesi ilə bağlı
tədqiqatları, neft-kimya, geologiya, riyaziyyat və biologiya sahəsindəki
araşdırmaları respublikanın hüdudlarından kənarda da tanınırdı. Onların elmi
nailiyyətlərinin tətbiqi coğrafiyası genişlənərək keçmiş SSRİ-nin bütün əsas
iqtisadi rayonlarını əhatə edirdi.
Geologiya-mineralogiya elmləri doktoru Fərman Salmanovun rəhbərliyi
altında Qərbi Sibirin neft və qaz yataqları kəşf olunmuşdu. Təkcə Tümen
vilayətində F.Salmanov 20-dən çox neft yatağı kəşf etmişdi. Azərbaycan
geofizikləri Xəzər dənizinin İrana məxsus şelfində qonşu dövlətin xahişinə əsasən
44 perspektivli neftli-qazlı struktur aşkar etmişdilər.
Azərbaycan neft kimyaçıları ölkədə ilk dəfə "qaynar layda" baş verən
prosesləri öyrənmiş, onlara əsaslanan texnologiyalar üzrə işləyən qurğular
hazırlamışdılar.
Azərbaycan astronomlarının elmi işləri bütün dünyada tanınırdı. Beynəlxalq
Astronomiya İttifaqının qərarı ilə görkəmli astronom Nadir İbrahimovun şərəfinə
Mars planeti kraterlərindən birinə "İbrahimov krateri", üç asteroidə "Azərbaycan",
"Nizami Gəncəvi" va "ŞAR" (Şamaxı Astrofizika Rəsədxanası) adı verilmişdi.
Riyaziyyat və mexanika sahəsində tanınmış elmi məktəblər yaradılmışdı.
Fiziklər yeni yarımkeçirici materiallar, çoxtəbəqəli quruluşlar almış, şüalanma
qəbulediciləri, elektrik və optik yaddaşlı aşırıcı qurğuları yaratmışdılar.
Kosmik Tədqiqatlar Elm-İstehsalat Birliyində SSRİ-də ilk dəfə ətraf mühitə
operativ nəzarət edən peykaltı nəzarət-ölçü sistemləri yaradılmışdı.
Dördcildlik "Azərbaycan faunası"nın II-IV cildləri nəşr olundu (1976-
1978). 1974-cü ildə Bəsitçay, 1978-ci ildə Ağgöl, Qarayazı, 1981-ci ildə İsmayıllı,
1987-ci ildə İlisu qoruqları yaradıldı. Azərbaycanın "Qırmızı kitabı" hazırlandı və
çap edildi.
Görkəmli alimlər Xudu Məmmədovun kristalloqrafiyanın, Zahid Xəlilov,
Əşrəf Hüseynov və Fərəməz Maqsudovun riyaziyyatın, Hacıbəy Sultanovun
astronomiyanın, Tofiq İsmayılovun kosmik cihazqayırmanın, Həsən Abdullayev,
Çingiz Cuvarlının fizikanın, Toğrul Şahtaxtinskinin kimyanın, Ümnisə
Musabəyova, Sona Vəlixanlı, Zərifə Əliyeva və Zəhra Quliyevanın
oftalmologiyanın,
Adilə
Namazovanın
pediatriyanın,
Mirməhəmməd
Cavadzadənin urologiyanın, Cəlil Hüseynovun patoloji anatomiyanın, Hüseyn
Həsənovun neyrofiziologiyanın, Həsən Əliyevin torpaqşünaslığın, Cəlal Əliyevin
bitki fiziologiyası və seleksiyanın, Validə Tutayuqun Qafqaz florasının, Musa
Musayevin, Mirzəağa Nəzərovun zoologiyanın, Vahid Hacıyevin botanikanın,
Urxan Ələkbərovun genetikanın, neftçi alim Midhəd Abasovun, Akif Əlizadənin
geologiyanın
və
Budaq
Budaqovun
Azərbaycan
geomorfologiyasının
öyrənilməsində böyük xidmətləri olmuşdur.
181
Humanitar-ictimai elmlər sahəsində də mühüm nailiyyətlər əldə edilmişdi.
Ziya Bünyadov, Cəmil Quliyev, İqrar Əliyev, Sara Aşurbəyli, Teymur Bünyadov,
Tofiq Köçərli, Qaraş Mədətov, Mahmud İsmayılov və b. Azərbaycan tarixinə,
Məmmədağa Şirəliyev, Zərifə Budaqova, Əziz Əfəndizadə, Ağamusa Axundov,
Əlövsət Abdullayev və Yusif Seyidovun Azərbaycan dilinə, Əziz Şərif, Məmməd
Cəfər, Mir Cəlal, Həmid Araslı, Abbas Zamanov, Məmmədhüseyn Təhmasib,
Mirzə İbrahimov, Kamal Talıbzadə, Əziz Mirəhmədov, Bəkir Nəbiyev, Yaşar
Qarayev, Azadə Rüstəmova və b. Azərbaycan ədəbiyyatına, Aslan Aslanov,
Firudin Köçərli, Fuad Qasımzadənin fəlsəfəyə, Əhməd Mahmudov, Asəf Nadirov,
Ziyad Səmədzadə, Bəhman Axundov, Ağasəlim Ələsgərov, Teymur Vəliyev və b.
iqtisadiyyata dair tədqiqat işləri xalqın mənəvi sərvətinə çevrilmişdi. Azərbaycanda
pedaqogika elminin inkişafında və xalq maarifinin təşkilində görkəmli alim, SSRİ
Pedaqoji Elmlər Akademiyasının həqiqi üzvü Mehdi Mehdizadə böyük rol
oynamışdı. O, YUNESKO xətti ilə inkişaf etməkdə olan ölkələrdə təhsilin inkişafı
planının hazırlanmasında fəal iştirak etmişdi.
Bu illərdə nəşr olunmuş üçcildlik "Müasir Azərbaycan dili" (1978-1981),
üçcildlik "Cənubi Azərbaycan ədəbiyyatı antologiyası" (80-ci illərdə), üçcildlik
"Rusca-azərbaycanca lüğət" (1970-80-ci illərdə), dördcildlik "Azərbaycan dilinin
izahlı lüğəti" (1964-1987), "Azərbaycan dilinin orfoqrafiya lüğəti" (1975),
"Azərbaycan dilinin etimologiya və onomastikası məsələləri" (1990), "Sovet
Azərbaycanının heykəltəraşlığı" (1973), "Azərbaycan etnoqrafiyası" (I cild, 1988),
"Azərbaycan Dram Teatrı" (1974), ikicildlik "Azərbaycan teatrı salnaməsi"
(1975,1983), üçcildlik "Azərbaycan xalçası" (1961, 1983, 1987), "Sovet
Azərbaycanı musiqi incəsənətinin oçerkləri" (1974, 1976), "Azərbaycan teatrı",
"Azərbaycan dekorativ-tətbiqi sənətləri", "Cənubi Azərbaycan tarixinin oçerkləri"
(1985), "Cənubi Azərbaycan tarixinin məsələləri" (1991) və başqa ümumiləşdirici
əsərlər çap olunmuşdu.
70-ci illərdə respublika ərazisindəki maddi-mədəniyyət abidələri yenidən
qeydə alındı, onların tədqiqinə, mühafizəsinə və səmərəli istifadə olunmasına
diqqət artırıldı.
Lakin elmlərin, xüsusən ictimai elmlərin inkişafına "hakim ideologiya"nın
güclü təzyiqi ciddi mənfi təsir göstərirdi. Xüsusən, Azərbaycan tarixinin,
ədəbiyyatının, incəsənətinin sovet dövrü birtərəfli öyrənilir, mövcud dərin
ziddiyyətlər və onların kökü, ictimai quruluşun, təsərrüfatçılıq sisteminin qüsurları
ilə bağlı səbəblər açıqlanmırdı. Məsələn, 70-ci illərdə müttəfiq respublikaların
elmlər akademiyaları tarix institutlarının əksəriyyəti öz xalqlarının çoxcildlik
tarixini hazırlamağı planlaşdırmışdılar, o cümlədən Azərbaycan EA Rəyasət Heyəti
də "Azərbaycan tarixi"nin (9 cilddə) yazılması
qərarı ilə Baş redaksiya şurası
yaratmışdı, cildlərin redaksiyaları, müəllifləri artıq fəaliyyətə başlamışdılar. Bu
182
təşəbbüs "ideoloji rəhbərliyi" (ələlxüsus, MK-nın katibi M.A.Suslovu) çox narahat
etmişdi. Hətta Sov.İKP Mərkəzi Komitəsində bu məsələ respublika rəhbərlərinin
və tarixçilərinin iştirakı ilə müzakirə olunmuşdu. Müzakirədə hər respublikanın
fərdi "çoxcildlik" tarixinin əvəzinə regionlar (zonalar) üzrə birgə kitabın yazılması
məsləhət görülmüşdü. Bu səbəbdən bir müddət respublikalar üzrə çoxcildlik tarixin
yazılması ləngidildi. Ancaq Azərbaycan KP MK birinci katibi H.Ə.Əliyevin və
Qazaxıstan KP MK birinci katibi D.Ə.Kunayevin Moskvaya məktubları sayəsində
işə yenidən başlanıldı.
Respublikada elmin maddi-texniki bazasının inkişafına lazımi qədər vəsait
ayrılmırdı. Elmə milli gəlirin 0,4 faizindən də az (SSRİ-də 6 faiz idi) vəsait sərf
olunurdu.
165
Alimlərin əməyi kifayət qədər qiymətləndirilmirdi. Tədqiqat aparmaq
üçün müasir avadanlıq, hesablama texnikası, cihazlar çatmırdı. Alimlərə xarici
ədəbiyyatdan, arxivdən istifadə etmək, beynəlxalq aləmə çıxmaq çətin idi.
Lakin bütün bunlara baxmayaraq, 80-ci illərdə elmin inkişafı sahəsindəki
xidmətlərinə görə Azərbaycan Elmlər Akademiyasının 5 alimi Lenin mükafatı
laureatı adına, 14 alimi isə SSRİ Dövlət mükafatına layiq görülmüşdü. Elmi
nailiyyət və fundamental əsərlərinə görə akademiklər R.H.İsmayılov,
M.A.Topçubaşov, M.F.Nağıyev, M.Ə.Hüseynov, M.Ə.İbrahimov Sosialist Əməyi
Qəhrəmanı fəxri adı, onlarla alim Respublika Dövlət və Komsomol mükafatları
almışdılar.
Ədəbiyyat və incəsənət. 70-80-ci illərdə Azərbaycan ədəbiyyatının
inkişafında da mühüm nailiyyətlər qazanılmışdı. Xalq şairi Mirvarid Dilbazinin
"Bənövşələr üşüyəndə" (1970), "Ana qanadı" (1972), "Dağ çiçəyi" (1977),
"Yasəmən fəsli", "Seçilmiş şeirlər" (1979) şeir kitabları və üç cilddə seçilmiş
əsərlərində (1982-1984) Vətən məhəbbəti, ana torpağa bağlılıq ideyalarının
tərənnümü əsas yer tuturdu.
Azərbaycanın gözəl təbiət mənzərələri, Azərbaycan qadınlarının mənəvi
zənginliyi, vətənpərvərlik, azadlıq ideyaları xalq şairi Nigar Rəfibəylinin
"Günəşdən gənclik istədim", "Bizə bahar yaraşır" kitablarındakı şeirlərin əsas
mövzuları idi.
İslam Səfərlinin "Çiçək təranəsi" (1970), "Dan ulduzu, bir də mən" (1974)
"Ədəbi beşik" (1978), Əli Kərimin "Qaytar ana borcunu" (1970),"Uşaqlar və
ulduzlar" (1971),"Pillələr" (1978),"Qayıt" (1983) şer kitabları oxucuların rəğbətini
qazanmışdı.
Nəbi Xəzrinin "Dərələr" (1970), "Ulduz karvanı" (1979), "Heykəlsiz abidə"
(1982), "İnam" (1982), dördcildlik seçilmiş əsərləri (1983-1985) və b. şeir
kitablarında vətənin, onun təbii gözəlliklərinin, insanların nəcib arzu və ideallarının
tərənnümü əsas yer tuturdu. Xalq şairi Rəsul Rzanın şeirlərində ümumbəşəri hiss
183
və düşüncələr başlıca yer tuturdu. Bu, "Dünən, bu gün, sabah" (1973), "Güneylər,
quzeylər" (1977), "Üzüküləyə" (1979) kitablarındakı şeirlərin əsas mövzusu idi.
Xalq şairi Bəxtiyar Vahabzadənin fəlsəfi poeziyası xalqa olduqca yaxın idi.
Onun "Muğam", "Atılmışlar" və b. poemaları bu baxımdan daha səciyyəvi idi.
Qabilin "Nəsimi" poeması və şeirləri Azərbaycan poeziyasının o dövrdə yaranmış
ən yaxşı nümunələrindəndi. Xəlil Rza, Məmməd Araz, Fikrət Qoca və b. yaratdığı
əsərlər ədəbiyyatımızı daha da zənginləşdirirdi.
70-80-ci illərdə Azərbaycanın bədii nəsri zəngin bir inkişaf yolu keçmiş,
ictimai həyatı müxtəlif cəhətlərdən əks etdirən çoxlu roman və povestlər
yazılmışdı. Süleyman Rəhimovun "Ana abidəsi" (1967-1980), "Qafqaz qartalı"
(1971-1975), "Qoşqar qızı", İlyas Əfəndiyevin "Sarıköynəklə Valehin nağılı"
(1978), Əzizə Cəfərzadənin "Aləmdə səsim var mənim", "Bakı-1501", İsa
Hüseynovun "Nəsimi" romanları, Ələviyyə Babayevanın "Adamlar və talelər" əsəri
oxucular tərəfindən böyük maraqla qarşılanmışdır.
Anarın "Ağ liman" (1977), "Macal" (1978), "Beşmərtəbəli evin altıncı
mərtəbəsi" (1972) əsərlərində mühüm mənəvi-əxlaqi problemlər qaldırılmışdı.
Əkrəm Əylislinin "Mənim nəğməkar bibim", "Tənha narın nağılı",
"Adamlar və ağaclar" povestləri əsasən kəndin müasir və aktual sosial-mədəni
problemlərinə həsr olunmuşdu.
Elçinin "Gümüşü narıncı" (1973), "Bu dünyada qatarlar gedər" (1974), "Bir
görüşün tarixçəsi" (1977), "Dolça" (1978) və b. hekayə və povestlərində, "Mahmud
və Məryəm", "Ağ dəvə" romanlarında həyatın mənəvi-əxlaqi problemləri əsas
mövzu idi.
Xalqda milli şüurun oyanmasında Cənubi Azərbaycan mövzusunda
yazılmış əsərlərin xüsusi əhəmiyyəti vardı. M.İbrahimovun "Pərvanə" (1970)
romanı, "Cənub hekayələri" silsiləsi maraqla qarşılanmışdı.
Azərbaycan dramaturgiyası bir sıra nailiyyətlər əldə etmişdi. Mirzə
İbrahimovun "Bəşərin komediyası" (1978), İ.Qasımovun "Nağıl başlananda"
(1972), "Dairəni genişləndirin" (1974), Bəxtiyar Vahabzadənin "Yağışdan sonra"
(1971) pyeslərində mənəvi-əxlaqi problemlər əsas yer tuturdu.
İlyas Əfəndiyevin müasir mənəvi-əxlaqi dəyərlərdən söhbət açan "Qəribə
oğlan" (1973), "Bağlardan gələn səs" (1976), "Büllur sarayda", "Sevgililərin
cəhənnəmdə görüşləri", "Geriyə baxma, qoca" (1980), "Üçatılan" (1981) pyesləri
psixoloji dramın gözəl nümunələri idi.
Anarın "Şəhərin yay günləri" (1978), "Adamın adamı" (1970), "Səhra
yuxular" (1981), "Sizi deyib gəlmişəm" (1982) pyesləri oxucular tərəfindən
rəğbətlə qarşılanmışdı.
Respublikada musiqi, ifaçılıq, teatr və kino sənəti sahəsində də mühüm
irəliləmələr baş vermişdi.
184
Fikrət Əmirovun "1001 gecə", Aqşin Əlizadənin "Babək" baletləri musiqi
sənətinin ən mühüm nailiyyətləri idi. Arif Məlikov, Xəyyam Mirzəzadə və b.
əsərləri simfonik musiqinin inkişafında mühüm rol oynadı. Şəfiqə Axundovanın
"Gəlin qayası" operası (1972), Emin Sabitoğlunun "Hicran" musiqili komediyası
tamaşaçılar tərəfindən maraqla qarşılandı. Tofiq Quliyev, Süleyman Ələsgərov,
Vasif Adıgözəlov, Emin Sabitoğlu, Polad Bülbüloğlu, Elza İbrahimova, Cavanşir
Quliyev, Ələkbər Tağıyev, Oqtay Rəcəbov və başqalarının mahnıları xalqın
rəğbətini qazandı.
Rəşid Behbudov, Müslüm Maqomayev (nəvə), Zeynəb Xanlarova, Firəngiz
Əhmədova, Lütfiyar İmanov, Fidan və Xuraman Qasımovalar, Rauf Atakişiyev,
Rübabə Muradova, Fərhad Bədəlbəyli, Vaqif Mustafazadə, Habil Əliyev, Həbib
Bayramov, Hacı Məmmədov, Ramiz Quliyevin ifaçılıq sənəti özünəməxsus zəngin
koloriti və təkrarsızlığı ilə seçilirdi.
Azərbaycan simfonik musiqisinin inkişafı və təbliğində görkəmli dirijor
Niyazinin əvəzsiz rolu danılmazdır. 70-ci illərdə Heydər Əliyevin təşəbbüsü ilə
Azərbaycan Dövlət Filarmoniyasında simfonik konsert gecələrin təşkili ənənə
şəklini almışdı.
Rəfiqə Axundova, Maqsud Məmmədov, Çimnaz Babayeva, Tamilla
Şirəliyeva və b. milli baletimizin yorulmaz ifaçıları və təbliğatçıları idi.
Bakı, Gəncə, Naxçıvan, Sumqayıt, Şəki, Şuşa, Ağdam, Lənkəran dram
teatrlarının səhnəsində klassik və müasir mövzuda bir sıra maraqlı tamaşalar
hazırlanmışdı.
Görkəmli aktyorlar Hökümə Qurbanova, Ağasadıq Gəraybəyli, Barat
Şəkinskaya, İsmayıl Dağıstanlı, İsmayıl Osmanlı, Leyla Bədirbəyli, Möhsün
Sənani, Rza Əfqanlı, Mustafa Mərdanov, Lütfəli Abdullayev, Nəsibə Zeynalova,
Məlik Dadaşov, Əli Zeynalov, Məmmədrza Şeyxzamanov, Əliağa Ağayev, Sofya
Bəsirzadə və onlarla başqaları Azərbaycan səhnəsində yüzlərlə orijinal və parlaq
obrazlar yaratmışdılar.
Azərbaycan səhnəsinə Həsən Turabov, Amaliya Pənahova, Səməndər
Rzayev, Fuad Poladov, Səyavuş Aslan, Yaşar Nuri, Hacıbaba Bağırov, Arif
Quliyev, Hamlet Xanızadə, Əliabbas Qədirov, Mikayıl Mirzə və başqalarının
təmsil etdiyi yeni, istedadlı bir nəsil gəlmişdi.
Böyük dramaturq İlyas Əfəndiyevin "Mahnı dağlarda qaldı", "Qəribə oğlan"
(1973), "Bağlardan gələn səs" (1975) lirik psixoloji ruhda yazılmış pyesləri
müvəffəqiyyətlə tamaşaya qoyulmuşdur.
B.Vahabzadənin "Yağışdan sonra" (1971), "Əks-səda" (1975), Nəbi
Xəzrinin "Sən yanmasan" (1972), Seyfəddin Dağlının "Mənziliniz mübarək"
(1971), Səməd Vurğunun "İnsan" (1974), İmran Qasımovun "Nağıl başlananda"
(1978), İslam Səfərlinin "Yol ayrıcında" dram əsərləri müvəffəqiyyətlə maraqlı
185
quruluşda tamaşaçılara təqdim olunmuşdu. 1970-ci ildə Hüseyn Cavidin "Xəyyam"
tamaşası ilə görkəmli rejissor Mehdi Məmmədov özünü klassik irsin müasir
təfsirçisi kimi bir daha təsdiq etdi. "Dəli yığıncağı" (Cəlil Məmmədquluzadə)
tamaşası rejissorun yaradıcılığında klassik mədəniyyətin müasirliyi fikrinin
ənənəvi davamı və onun sənət dünyasının estetik prinsipi kimi mənalanırdı.
1974-cü ildə Azərbaycan teatrının 100 illik yubileyi təntənə ilə qeyd edildi.
May ayının 26-dan iyunun 10-na kimi teatr Moskva Kiçik Teatrının binasında
yubiley tamaşaları ilə çıxış etdi.
80-ci illərin sonunda Yusif Səmədoğlunun "Qətl günü", Anarın Adamın
adamı" və "Təhminə və Zaur" pyesləri tamaşaçılar tərəfindən rəğbətlə qarşılandı.
1981-ci ildə H.Cavidin 100 illiyi ilə əlaqədar olaraq respublikanın bir çox
teatrlarında dramaturqun əsərləri tamaşaya qoyuldu. "İblis" (Akademik teatr),
"İsmət" (Sumqayıt teatrı), "Topal Teymur'' (Lənkəran və Azərbaycan televiziyası),
"Ana", "Mənim tanrım gözəllikdir, sevgidir" (Naxçıvan), "Knyaz" (Şəki), "Şeyx
Sənan" (S.Vurğun adına Rus Dram Teatrı) teatrsevərlər tərəfindən rəğbətlə
qarşılandı.
80-ci illərdə Akademik Teatrın səhnəsində tarixi qəhrəmanlıq mövzusunda
yazılmış və səhnələşdirilmiş "Atabəylər" (N.Həsənzadə), "Fəryad" (B.Vahabzadə),
"Torpağa sancılan qılınc" (N.Xəzri) tamaşalarında teatr özünün işıqlı və
demokratik ideallar uğrundakı mübarizədə həqiqəti, humanizm mövqeyini,
vətəndaşlıq və müasirlik keyfiyyətlərini ifadə etməyə çalışmışdı.
Azərbaycan kinosu da inkişaf etməkdə idi. "Azərbaycanfilm"in istehsal
etdiyi kinofilmlərdə xalqın tarixi keçmişi, yüksək mənəvi dəyərləri, habelə çağdaş
ictimai reallıqlar öz əksini tapırdı."Şərikli çörək" (1969-cu il, rejissor
Ş.Mahmudbəyov), "Yeddi oğul istərəm" (1970-ci il, rejissor T.Tağızadə),
"Ulduzlar sönmür" (1970-ci il, rejissor Ə.İbrahimov), "Gün keçdi" (1971-ci il,
rejissor A.Babayev), "Nəsimi" (1973-cü il, rejissor H.Seyidbəyli), "Babək" (1979-
cu il, rejissor E.Quliyev), "Tütək səsi" (1975-ci il, rejissor R.Ocaqov), "İstintaq"
(1979-cu il, rejissor R.Ocaqov), "Axırıncı aşırım" (1971-ci il, rejissor
K.Rüstəmbəyov), "Dədə Qorqud" (1975-ci il, rejissor T.Tağızadə), "Yaramaz"
(1989-cu il, rejissor V.Mustafayev), "Lətifə" (1990-cı il, rejissor N.Musayev) və
başqa filmlər bu baxımdan daha maraqlı idi. Azərbaycan cizgi filmlərinin
yaradılmasında rejissorlar B.Əliyev və N.Məmmədovun böyük xidmətləri vardı.
Bu illərdə Həsən Məmmədov, Rasim Balayev, Şəfiqə Məmmədova və başqalarının
təmsil etdiyi istedadlı kino aktyorları nəsli yetişmişdi.
Azorbaycan memarlığı daha çox tərəqqi etmişdi. Yaşayış binalarının kütləvi
inşası ilə yanaşı, orijinal layihələr üzrə şəhərləri bəzəyən iri ictimai binalar da
tikilmişdi.
186
Memarlar M.Hüseynovun, H.Ələsgərovun, Ə.Hüseynovun və b. layihələri
ilə Bakıda və respublikanın digər şəhərlərində milli
memarlıq elementlərini əks
etdirən layihələr üzrə onlarla bina inşa olunmuşdu.
Bakıda "Bakı" (1970), "Moskva" (1978), "Azərbaycan" (1970),
"Qarabağ" (1970), "Abşeron" (1985) mehmanxanaları, "Respublika" ( o
zaman Lenin adına) sarayı (1972), "Gülüstan" sarayı (1978), Gəncədə "Kəpəz",
Şəkidə "Şəki", Şuşada "Şuşa" mehmanxanaları tikilmişdi.
Bakı metropoliteninin "Nizami", "Əcəmi" və b. stansiyaları müasir və milli
memarlıq elementlərinin orijinal, harmonik birləşməsi nəticəsində yaranan uğurlu
layihələr əsasında inşa olunmuşdu.
Azərbaycan heykəltəraşları bir sıra uğurlu əsərlər yaratmışdılar. Cəlal
Qaryağdının "N.Nərimanov" (1972), "Y.Məmmədəliyev" (Ordubad, 1977),
Mirələsgər Mirqasımovun "C.Məmmədquluzadə" (Naxçıvan, 1974), "C.Cabbarlı"
(1982), Tokay Məmmədov, İbrahim Zeynalovun "Nəsimi" (1979), Fuad
Əbdürrəhmanovun "M.Hüseynzadə" (1973), Elmira Hüseynovanın "H.Zərdabi"
(1983) və b. əsərlər Azərbaycan monumental heykəltəraşlığının ən yaxşı
nümunələri idi.
Fuad Əbdürrəhmanovun İbn Sinaya Buxarada (1975), Ö.Eldarovun tacik
yazıçısı Sədrəddin Ayniyə Düşənbədə (1979) qoyduqları abidələr heykəltəraşlıq
sənətinin mühüm nailiyyətləri kimi qiymətləndirilir.
Azərbaycanın istedadlı fırça ustalarından Tahir Salahovun "R.Rza" (1971),
"D.D.Şostakoviç" (1975) portretləri və b. əsərləri Azərbaycan boyakarlığının ən
görkəmli nümunələri idi. Mikayıl Abdullayevin "İmadəddin Nəsimi" (1973),
"Pianoçu F.Bədəlbəyli" (1975) portretləri, Salam Salamzadənin "Çay plantasiyası"
(1970) Azərbaycan xalqının müasir həyatının çoxplanlı poetik salnaməsidir.
Səttar Bəhlulzadənin "Azərbaycan nağılları" (1970), "Suraxanı atəşgahı"
(1970), "Əfsanəvi torpaq" (1971), "Naxçıvan axşamçağı", "Ordubad bağlarında"
(1974), "Abşeron tacı" (1970) tablolarında doğma torpağa, insanlara hədsiz
məhəbbət motivləri başlıca yer tutur.
Maral Rəhmanzadənin "Xınalıq", "Bizim qızlar", "Doğma vətənim",
"Azərbaycan", "Mənim bacılarım" və b. linoqravürlərində əmək və məişət
mövzuları, Azərbaycan kəndinin həyatı, təbiəti böyük sənətkarlıqla əks olunmuşdu.
Toğrul Nərimanbəyovun, Tağı Tağıyevin, xalçaçı rəssamlar Lətif
Kərimovun, Kamil Əliyevin, plakat ustası Hacıağa Nəzərovun və başqalarının
əsərləri yenilik və sənətkarlıq baxımından təkrarolunmaz idi. Elmira
Şahtaxtinskayanın "Azərbaycan qədim mədəniyyət diyarıdır" silsilə plakatları
özünün orijinal forma biçiminə, klassik irsə bağlılığına görə xalqın mədəni
həyatında mühüm hadisəyə çevrilmişdi.
187
Azərbaycan, rus, xarici ölkə klassiklərinin əsərlərinə tərtibat vermiş
O.Sadıqzadə kitab illüstrasiyası sahəsində uğurla çalışırdı. İ.Nəcəfqulunun satirik
rəsm və karikaturaları maraqla qarşılanırdı.
Beləliklə, 70-80-ci illər Azərbaycan mədəniyyətinin inkişafında mühüm
dövr oldu. Heydər Əliyevin milli oyanış siyasəti sayəsində təhsil, elm, mətbuat,
ədəbiyyat və incəsənətin tərəqqisi üçün münasib imkanlar açıldı. Respublikanın
mənəvi sərvətləri, kadr potensialı daha da artdı. Xalqın mədəni irsinin, tarixinin,
dilinin öyrənilməsi və təbliği genişləndi.
188
V FƏSİL
RESPUBLĠKANIN ĠCTĠMAĠ-SĠYASĠ HƏYATI
(80-ci illərin II yarısı)
Dostları ilə paylaş: |