§2. AZƏRBAYCANIN BEYNƏLXALQ
MƏDƏNĠ ƏLAQƏLƏRĠ
1945-1990-cı illərdə Azərbaycanın həmçinin mədəni həyatının əsas
sahələrini - elm, təhsil, ədəbiyyat, musiqi, təsviri sənət, teatr, radio və televiziya
sahələrini əhatə edən çox əhəmiyyətli və geniş beynəlxalq əlaqələri olmuşdur. Bu
əlaqələr mənəvi həyatımızın şah damarı olan milli mədəniyyətimizin bütün
sahələrini əhatə etmişdir.
Azərbaycanın həmin illərdə beynəlxalq mədəni əməkdaşlığının əsas forma
və istiqamətlərinin başlıcasından biri onun elmi potensialının bu istiqamətdə
dünyada gedən proseslərdə iştirakı olmuşdur. Azərbaycanın elmi fikri beynəlxalq
aləmdə, xüsusən XX əsrin 50-ci illərindən yaxından tanınmağa başlanmışdır. Bu
işdə 1953-cü il mayın 6-da Azərbaycan Elmlər Akademiyası Rəyasət Heyəti
nəzdində beynəlxalq elmi əlaqələr üzrə yaradılmış xüsusi komissiyanın böyük rolu
olmuşdur.
25
Həmin dövrdən Azərbaycan elminin sədası, demək olar ki, dünyanın
bir çox qitələrindən gəlməyə başlamışdı. Azərbaycan alimləri elmin bir çox
sahələrində xarici ölkələrin alimləri ilə birgə yeni-yeni elmi problemlərin həllində
fəaliyyət göstərmişlər. Bu istiqamətdə əlaqələrin genişlənməsi məqsədi ilə
220
beynəlxalq xarakterli elmi tədbirlərin, müşavirələrin, koordinasiya şuralarının elmi
problemlərə həsr edilmiş sərgi və simpoziumların, konfransların, alimlərin yaradıcı
görüşlərinin və digər yüksək beynəlxalq elmi əlaqələrin mühüm rolu olmuşdur.
1959-1965-ci illərdə təkcə "sosialist" ölkələri alimləri ilə 150 dəfə belə tədbirlər
keçirilmişdir. Azərbaycan alimləri ilə Çexoslovakiya alimlərinin elmi
problemlərin birgə həllinə həsr olunmuş 30 yaradıcılıq və elmi görüşləri
olmuşdur.
26
Bunlardan başqa, 1961-ci il yanvar ayının 17-26-da kimya reaktiv və
izotoplar elmi nəticələrinə həsr olunmuş sərgi (həmin sərgidə 2000-dən yuxarı
müxtəlif eksponatlar nümayiş etdirilmişdi), 1961-ci ilin noyabrında Azərbaycan
alimlərinin iştirakı ilə Berlində fizik və kimyaçıların beynəlxalq müşavirəsi, 1962-
ci ilin sentyabr ayında Bakıda QİYŞ-in (Qarşılıqlı İqtisadi Yardım Şurası)
iştirakçısı olan ölkələrin mütəxəssislərinin Bakı görüşü, 1962-ci ilin may ayında
Bakıda elmi-texniki əməkdaşlıq üzrə Sovet-Polşa birgə komissiyasının XX
sessiyasi, 1963-cü ildə Çexoslovakiyada tibb sərgisi keçirilmiş, 150 mindən yuxarı
insanın baxdığı bu sərgidə çex sənayesinin 122 adda tibb texnikası nümayiş
etdirilmiş, 1963-cü ildə Praqada texniki problemlər üzrə alimlərin müşavirəsi,
1964-cü ildə Azərbaycan-Çexoslovakiya elmi koordinasiya şurasının iclası
keçirilmiş, 1964-cü ilin mart ayında həmin ölkələrin Elmi-Texniki Şuralarının
birgə iclası, 1965-ci ildə Macarıstanın istehsal etdiyi tibb texnikası sərgisi təşkil
edilmişdir.
27
Ümumiyyətlə, 1945-1970-ci illərdə Azərbaycan alimləri sosialist
ölkələrinin alimləri ilə birgə ən mühüm elmi problem üzərində iş aparmışlar.
28
Bolqarıstan alimləri ilə torpaqşünaslıq və aqrokimya sahəsində, Macarıstan
alimləri ilə riyaziyyat, kibernetika, fiziologiya və bitkilərin qidalanması sahəsində,
ADR alimləri ilə astrofizika, neft-kimya, aqrokimya, linqvistika və kibernetika
sahəsində, Rumıniya alimləri ilə neft-kimya, qeyri-üzvi və fiziki kimya, təbiətin
mühafizəsi sahələrində, Çexoslovakiya alimləri ilə neft-kimya, bitkilərin bioloji
mühafizə üsulu, zoologiya və digər elmi sahələrdə Azərbaycan alimlərinin sıx
əməkdaşlığı olmuşdur.
29
Həmin dövrdə eyni zamanda qeyd olunan ölkələrlə geniş
elmi mübadilə də aparılmış, alimlərin ezamiyyəti təşkil edilmişdir. Təkcə 1963-
1965-ci illərdə göstərilən ölkələrdə 64 Azərbaycan alimi elmi səfərdə olmuş,
30
dünyanın müxtəlif ölkələrində, o cümlədən ABŞ, Fransa, İngiltərə, İtaliya,
İspaniya, Belçika, Asiya, Afrika və Latın Amerikası ölkələrində keçirilən 100-dən
artıq yüksək beynəlxalq elmi forumlarda iştirak etmişdilər.
31
Öz növbəsində xarici
ölkələrin elmi nümayəndələri tez-tez Bakıda elmi ezamiyyətdə olmuş, birgə elmi-
tədqiqat işləri aparmışlar. 1959-1970-ci illərdə Azərbaycanda 300-dən çox xarici
ölkənin elmi nümayəndələri səfərdə olmuşlar.
32
Onlardan 180 nəfəri sosialist
ölkələrindən, 120 nəfəri isə kapitalist və inkişaf etməkdə olan ölkələrdən
olmuşdur.
33
221
1970-1990-cı illərdə Azərbaycan elmi dünyada həyata keçirilən elmi
əməkdaşlığın ən mühüm formalarında təmsil olunmuşdur. 5000-ə qədər
Azərbaycan alimi xarici ölkələrdə yaradıcılıq səfərində olmuş, 3000-ə yaxın öz
xarici həmkarını respublikamızda qəbul etmişlər. Azərbaycan EA-nın alimləri hər
il 51 ölkənin orta hesabla 570 elmi təşkilat və mərkəzi ilə əlaqə saxlamış və
müxtəlif elm sahələrini əhatə edən 40 mövzu üzrə birgə tədqiqat işləri aparmışlar.
1970-1990-cı illərdə Azərbaycan Elmlər Akademiyasının elmin müxtəlif
sahələrində çalışan 4000-ə qədər nümayəndəsi xarici ölkələrdə, o cümlədən 210
nəfəri elmi-tədqiqat işi aparmaq, 301 nəfəri beynəlxalq tədbirlərdə, konqreslərdə,
simpoziumlarda konfranslarda və müşavirələrdə iştirak etmək, 250-yə qədəri elmi
turizm, 115 nəfəri elmi-texniki kömək göstərmək və digər elmi məqsədlər üçün
xarici ölkələrdə olmuşlar. Öz növbəsində Azərbaycan EA alimləri həmin dövrdə
xarici ölkələrin 2500-ə qədər alimini qəbul etmişlər.
35
Azərbaycanın beynəlxalq elmi əlaqələri həmçinin ədəbiyyat, turizm və elmi
əməkdaşlığın başqa sahələrində müxtəlif formalarda olmuşdur, beynəlxalq
konfransların, simpoziumların və digər elmi forumların keçirilməsi yolu ilə də
inkişaf etdirilmişdir. Azərbaycan EA-nın Fundamental Elmi Kitabxanası həmin
illərdə 53-ə qədər xarici ölkənin 460-dan 580-nə qədər elmi mərkəzlərlə
əməkdaşlıq etmişdir, beynəlxalq kitab mübadiləsi yolu ilə xarici ölkələrdən 110
mindən artıq müxtəlif elmi ədəbiyyat almış, öz növbəsində isə, 105 min elmi
ədəbiyyat göndərmişdir. 1981-1985-ci illərdə o, xaricə 43532 ədəbiyyat yollamış,
52834 ədəbiyyat almışdır.
36
M.F.Axundov adına Dövlət Kitabxanası isə xarici
həmkarlarına 10 minə qədər elmi ədəbiyyat yollamış, 11 mindən yuxarı elmi
ədəbiyyat almışdır.
37
Azərbaycan alimləri həmin dövrün 5 ili ərzində 200-ə yaxın beynəlxalq
elmi konfranslarda, simpoziumlarda və digər elmi tədbirlərdə iştirak etmişlər.
Təkcə 1981-1985-ci illərdə isə respublika elminin müxtəlif istiqamətlərinin
nümayəndələri 60-dan yuxarı beynəlxalq konqreslərin, konfransların, simpozium
və müşavirələrin iştirakçısı olmuşdur. Respublika alimlərinin əsərləri 30 dildə 60-
dan artıq ölkədə çapdan çıxmışdır, 20 Azərbaycan alimi müxtəlif beynəlxalq elmi
təşkilatların üzvü seçilmişlər.
38
Bakıda 90-dan çox beynəlxalq elmi konfrans,
simpozium, konqres və digər elmi xarakterli mühüm tədbirlər keçirilmişdir.
39
1945-1990-cı illərdə dünyada gedən mədəni əlaqələrin genişlənməsində və
inkişaf etdirilməsində Azərbaycan öz milli-mədəni potensialının digər
imkanlarından da fəal istifadə etmişdir. Bu əlaqələrin inkişafında milli incəsənət
müstəsna rol oynamışdır. Respublikadan xarici ölkələrə not və valların
göndərilməsi, musiqi kollektivlərinin qarşılıqlı səfərləri, beynəlxalq musiqi
festivalları və incəsənət xadimlərinin şəxsi əlaqələri o vaxt bu sahədə olan
əlaqələrin, əsas istiqamətlərindən olmuşdur. Xarici ölkələrə Azərbaycan
222
bəstəkarlarının notları göndərilirdi, İngiltərə və Cənubi Azərbaycana "Koroğlu"
operasının partiturası və musiqi notları, digər ölkələrə isə bir sıra əsərlər
bəstəkarların adından hədiyyə kimi verilmişdir. O zaman respublikada qonaq olan
Çexoslovakiya nümayəndə heyətinə Azərbaycan bəstəkarlarının 64 əsərinin notları
və valları təqdim edilmişdi (1953-ci ildə). Belə hədiyyələr 1954-cü ildə Bakıda
çinli qonaqlara da verilmişdi.
40
Azərbaycan artistləri 1958-ci ildə Brüsseldə keçirilən Ümumdünya
sərgisində SSRİ Milli günlərində öz konkret proqramları ilə uğurla çıxış etmişlər.
Azərbaycan Dövlət rəqs ansamblı Çində qastrol səfərində olmuş, SƏR-in paytaxtı
Dəməşqdə keçirilən Beynəlxalq yarmarkada isə Azərbaycanın altı mahnı ustası
iştirak etmişdir. 1959-cu ildə Azərbaycan artistləri Bolqarıstanda, Tunis və
Mərakeşdə geniş proqramla çıxış etmişlər, Əfqanıstan artistləri isə Bakıda
konsertlər vermişlər. Həmin il Bakıda 11 xarici ölkənin incəsənət mahnı ustaları
konsertlə çıxış etmiş, dünyanın 16 ölkəsinə isə Azərbaycan bəstəkarlarının 130
əsərinin notu, 130 val göndərilmişdir. Bakıda ingilis estrada müğənnisi Cerri Skot,
ABŞ-ın Miçiqan nəfəsli orkestri, skripkaçı Rudcier Riçç, artistləri S.Kart, Verzye,
Kuba, Meksika, Yuqoslaviya, Fransa, Türkiyə, Kanada sənətçiləri konsertlər
vermişlər, ADR-də keçirilən festivalda respublikamızın artistləri, rəqqasları və
müğənniləri iştirak etmişlər, "Bayatı-Şiraz" muğamı və klassik opera musiqisi
"Şeyx Sənan" səsləndirilmişdir (1961), hind rəqqası Zəhra Sahalyi Bakıda
konsertlər vermişdir. Respublikamızın artistləri ADR-də, Afrika ölkələri və İraqda
konsert proqramı ilə çıxış etmiş, xarici ölkələrlə qarşılıqlı şəkildə not və val
mübadiləsi olmuşdur (1962-ci il), Bolqarıstanda keçirilən Azərbaycan mədəniyyəti
günləri ilə əlaqədar bu ölkəyə bəstəkarlarımızın 58 əsəri, 12 valı göndərilmişdir.
Azərbaycanın dünya şöhrətli sənətçiləri R.Behbudov İranda, Niyazi isə Türkiyədə
çıxış etmişlər.
1964-cü ildə Braziliya dirijoru Xose Sikeyro və müğənnisi Alis Ribeyro,
İspaniya pianoçusu Xose Torlesilhas, Norveç dirijoru Odd Qryunner Xeqqe,
Avstriya, İran, Meksika artistləri, ABŞ-ın "Pro-Muzik" kamera orkestri Bakıda
konsertlərlə çıxış etmişlər. 1965-ci ildə respublikanın incəsənət ustaları Ərəb Şərqi
ölkələrində və İranda konsertlər vermişlər. Rəşid Behbudovun rəhbərliyi altında
Azərbaycan incəsənət ustaları 1966-cı ilin aprel-may aylarında Hindistanda
keçirilən sovet mədəniyyəti festivalında iştirak etmiş və 10 min
nəfərdən çox
dinləyicisi olan salonda 20 konsert vermişlər.
42
Azərbaycanın artistləri həmin ildə
Dəməşqdə keçirilən XIII Beynəlxalq sərginin iştirakçıları qarşısında konsert
proqramları ilə çıxış etmişlər,
İran, Hindistan, Türkiyə, ADR-də konsertlər
vermişlər. Azərbaycan bəstəkarları ABŞ, Kanada, İngiltərə, Fransa, Yuqoslaviya,
İtaliya,
Türkiyə və başqa ölkələrə səfər etmişlər, Hindistan, Yuqoslaviya,
Monqolustan, Çexoslovakiya, Türkiyə, Fransa, İraq bəstəkarları isə
223
respublikamızda səfərdə olmuşlar, Bakıda Bolqarıstan, Kuba, Çexoslovakiya və
Monqolustan musiqisi həftələri keçirilmişdir.
43
Azərbaycanın beynəlxalq əlaqələrində incəsənətin başqa sahələrinin -
rəssamlıq, memarlıq və heykəltəraşlığın da rolu az olmamışdır. Bu sahələrin
nümayəndələri xarici ölkələrdə yaradıcılıq ezamiyyətində olmuş, görüşlər
keçirmiş, sərgilərini təşkil etmişlər. Dəməşqdə Azərbaycanın 55 rəssamının 88
rəsminin sərgisi keçirilmiş, Varşavada 47, Osloda 65 əsər nümayiş etdirilmişdi.
Bakıda isə Norveç, Hindistan, Bolqarıstan, ADR rəssam və heykəltəraşlarının
sərgisi keçirilmişdir (1969-cu ildə). 1970-ci ildə "Dost Hindistanla" seriyasından
əsərlərinə görə görkəmli rəssam M.Abdullayev Cəvahirləl Nehru adına mükafata
layiq görülmüşdü. Azərbaycan rəssamlarının əsərlərindən ibarət sərgilər dünyanın
on ölkəsində təşkil edilmiş, 11 görkəmli rəssam dünyanın beş ölkəsində səfərdə
olmuşdur. ADR və Bolqarıstan rəssamlarının nümayəndə heyətləri Bakıya
gəlmişlər.
44
1945-1990-cı illərdə Azərbaycanın beynəlxalq mədəni əlaqələrinin ən
mühüm formalarından biri də onun mədəniyyət günlərində, ongünlüklərdə və
başqa mərasimlərdə iştirakı olmuşdur. 1957-ci ilin sentyabrında Bakıda Albaniya-
Sovet dostluğu aylığı keçirilmişdi. 1963-1969-cu illərdə Bolqarıstanda Azərbaycan
mədəniyyəti ongünlüyü, Azərbaycanda Bolqar mədəniyyəti günləri olmuşdur.
Bolqarıstanda həmin dövrdə Plovdiv, Ruse, Silistr, Razqrad və başqa şəhərlərdə
təntənəli gecələr, Azərbaycanda isə Gəncə, Bakı, Sumqayıt, Nuxa (indiki Şəki),
Zaqatala və Mingəçevir şəhərlərində görüşlər (1963-cü ildə), Bakıda
Çexoslovakiya (1964-cü ildə), Macarıstan mədəniyyət ongünlüyü (1965-ci ildə),
Kubada (1967-cı ildə) Azərbaycan mədəniyyəti ongünlüyü keçirilmişdir.
Mədəniyyət, elm, incəsənət xadimləri 25-dən çox görüşdə iştirak etmişlər. 1968-cı
ildə Azərbaycan mədəniyyəti günləri Hindistanda və Suriyada olmuşdur. Bakıda
Kuba və Suriya mədəniyyəti günləri, 1969-cu ildə isə Polşa və Hindistanda
Azərbaycan mədəniyyəti günləri keçirilmişdir. Bu ölkələrin bir sıra böyük
şəhərlərində Azərbaycan musiqiçilərinin görüşləri, konsertləri təşkil edilmişdir.
45
Azərbaycanın beynəlxalq mədəni əlaqələrinin inkişaf edib genişlənməsində,
xalqın milli mədəni irsinin dünyaya yayılmasında respublikanın yazıçı və
şairlərinin də fəal rolu olmuşdur. Bu istiqamətdə aparılan işlər 50-ci illərdən
başlayaraq genişlənməyə başlamışdır. Bu əlaqələr müxtəlif formalarda – şəxsi və
yaradıcılıq əlaqələri yaratmaq, müşavirə və konqreslərdə iştirak etmək və digər
yollar ilə həyata keçirilirdi. 1958-ci ilin oktyabrında Bakıda Asiya və Afrika
yazıçılarının çox yüksək səviyyədə konfransı keçirilmişdi. 1960-cı ildə macar
yazıçısı Dyerd Rado, 1964-cü ildə isə Amerika yazıçısı Cestik Smit respublikada
olmuşlar.
46
1966-cı ilin oktyabrında Bakıda dünyanın 30-a yaxın ölkəsinin
nümayəndəsinin iştirakı ilə Asiya və Afrika ölkələri yazıçılarının müşavirəsi
224
keçirilmişdi.
47
1967-1968-ci illərdə 12 xarici ölkənin yazıçıları respublikada
səfərdə olmuşlar. 1968-ci ildə M.P.Vaqifin yubileyi münasibətilə İran, Türkiyə,
ADR, Bolqarıstan, Macarıstan, Rumıniya və Sudandan çoxlu şair, yazıçı və
ədəbiyyat xadimi Bakıya gəlmişlər.
48
Respublikanın beynəlxalq mədəni əlaqələri 1970-1990-cı illərdə daha geniş
vüsət almışdır. O dövrdə Azərbaycan dünyanın 120 ölkəsində mövcud olan 860-
dan çox təşkilatla mədəni əlaqə saxlamışdır.
49
Hər il Azərbaycan mədəniyyətinin
yüzlərlə nümayəndəsi, onlarca bədii yaradıcı kollektivi, aktyor qrupu xarici
ölkələrə getmiş və o qədər də xarici dövlətlərin bu və ya digər janr sahələrində
çalışan mədəniyyət xadimləri Azərbaycana gəlmişlər. Respublika mədəniyyətinin
beynəlxalq həyatın bu istiqamətlərindəki əlaqələri əsasən incəsənətin teatr,
heykəltəraşlıq, televiziya və radio kimi sahələrini əhatə etmişdir. Mədəniyyət
xadimləri nümayəndələrinin və yaradıcı kollektivlərinin mübadiləsi, şairlərin,
yazıçıların əsərlərinin qarşılıqlı nailiyyətlərinin təbliğinə xidmət edən birgə
tədbirlərin keçirilməsi, mədəniyyət günləri, festival və sərgilər, dram və musiqi
kollektivlərinin
yaradıcı
əlaqələri,
jurnalistlərin
qarşılıqlı
gediş-gəlişi,
kinofilmlərin, radio vo televiziya verilişlərinin mübadiləsi formasında həyata
keçirilmişdir. Həmin illərdə Azərbaycanın 2000-dən çox mədəniyyət xadimi,
yaradıcı birliklərinin nümayəndəsi, 80-dən çox kollektivi, ifaçı qruplar, 9000-dən
artıq musiqiçisi, xanəndə və aktyorları xarici ölkələrdə olmuşdur.
50
Ümumiyyətlə,
Azərbaycan incəsənətinin nümayəndələri 1970-1990-cı illərdə
120-dən çox xarici
ölkələrə yaradıcılıq səfərinə çıxmış, 160-dan çox xarici ölkənin incəsənət
nümayəndələri isə Azərbaycanda yaradıcılıq səfərində olmuşdur.
51
Respublikanın
incəsənət xadimləri xarici ölkələrin 800-dən çox şəhərində olmuş, 2000-dən çox
konsert vermiş və
7500-ə qədər görüş keçirmişlər. 1978-1981-ci illərdə sosialist
ölkələrinin 30 nəfərdən artıq nümayəndəsi Azərbaycanda olmuş və 260 konsert, o
cümlədən Yuqoslaviya incəsənət ustaları 86 konsert, Bolqarıstan-35, ÇSSR 33,
Macarıstan 32, Polşa 30 konsert
52
vermişlər.
1970-1990-cı illərdə Azərbaycan Respublikasının beynəlxalq mədəni
əlaqələrinin formalarından biri də onun xarici ölkələrlə keçirdiyi nəşr olunmuş
ədəbiyyat mübadiləsi, kitab sərgi və yarmarkalarında iştirakı olmuşdur. Həmin
illərdə həyata keçirilən beynəlxalq ədəbi və mədəni əlaqələrin bu istiqamətində
əməkdaşlığının coğrafiyası və əhatə dairəsi xeyli genişlənmişdir. Azərbaycan
oxucuları dünyanın görkəmli şair və yazıçılarının əsərləri ilə tanış olmaq imkanları
əldə etmiş və öz növbəsində Azərbaycan müəlliflərinin əsərləri isə xarici ölkə
əhalisinin diqqət mərkəzinə yol açmışdır. Azərbaycan nəşriyyatlarında onlarla
xarici ölkə yazıçı, şair və dramaturqunun 900-ə yaxın əsəri tərcümə edilib, çap
olunmuşdur. Həmin illərdə respublikamızda çex və slovak müəlliflərinin əsərləri
27 dəfə yarım milyon nüsxə tirajla nəşr edilmişdir.
53
1980-ci illərdə Azərbaycan
225
əhalisi məşhur yapon poeziyası janrı Xokku ilə ünsiyyətdə olmuşdu. "Gənclik"
nəşriyyatı Yaponiyanın orta əsrlərdən tutmuş ta bizim günlərimizədək olan 52
görkəmli şair və yazıçısının birgə külliyyatını nəşr etmişdir.
54
"Yazıçı" nəşriyyatı
amerikalı müəllifin kitabını, "Gənclik" nəşriyyatı "Dünya xalqlarının nağıl və
əfsanələri" seriyasından ABŞ və Kanada, eləcə də Böyük Britaniya xalq nağıllarını
çap etmişlər. "Gənclik" və "Yazıçı" nəşriyyatları Əfqanıstanın sifarişlərini yerinə
yetirərək Nizaminin, Xaqaninin və müasir Azərbaycan ədiblərinin əsərlərini fars
dilində çap edərək, həmin ölkəyə göndərmişdi.
55
Təkcə 1985-ci ildə xarici ölkələrə
1500-dən artıq Azərbaycan müəllifinin əsərləri göndərilmişdir.
56
"Europa
konuvkıada" nəşriyyatı M.İbrahimbəyovun "Ondan yaxşı qardaş yox idi" kitabını
Budapeştdə macar dilində çapdan buraxmışdı. Dəməşqdə S.Vəliyevin əsərləri nəşr
edilmişdir.
57
Madridin "Anaya" nəşriyyat birliyi "Azərbaycan xalq nağılları"nı
böyük həcmdə və gözəl illüstrasiya ilə buraxmışdır. Dəməşq nəşriyyatı şair Qasım
Qasımzadənin yaradıcılığı ilə SƏR oxucularını tanış etmişdir. S.Vurğunun əsərləri
Yaxın və Orta Şərq ölkələrində çap olunmuşdur. 1987-ci ildə Londonda SSRİ
xalqlarının klassik ədəbiyyatından toplanan və çap olunan külliyyatına
M.Ə.Sabirin, Səməd Vurğunun, R.Rzanın əsərləri də daxil edilmişdir. Suriya
nəşriyyatı "Nidal ən Şfab"ın çap etdiyi "Sovet poeziyası antologiyası"nda
Azərbaycan ədəbiyyatını Məmməd İsmayıl təmsil etmişdir. Həmin il Türkiyədə
müasir Azərbaycan poeziyası və nəsri antologiyası adlı iki kitab çapdan çıxmışdır.
Antologiyaya 34 Azərbaycan müəllifinin 41 hekayəsi daxil edilmişdir. "Qaraca
oğlan və Azərbaycan", "Aşıq Ələsgər", "Azərbaycan xalıları", "Azərbaycan
poeziyası antologiyası" və Azərbaycan müəlliflərinin əsərlərinə həsr edilmiş
kitablar çap olunmuşdur.
58
Azərbaycanın kitab sahəsində beynəlxalq mədəni əlaqələri kitab yarmarka
və sərgiləri vasitəsilə də həyata keçirilmişdir. 1981, 1982-1983-cü illərdə
respublikanın Leypsiq beynəlxalq kitab yarmarkasında, ikinci Moskva beynəlxalq
kitab sərgisində, üçüncü-dördüncü Moskva Beynəlxalq sərgi-yarmarkasında, 1986-
cı ildə Bakıda ADR yarmarkasında, həmin ildə Frankfurt-Maynda 38-ci
Beynəlxalq kitab yarmarkasında, 1987-ci ildə Bakıda keçirilən "Sloveniya kitab
çapçıları, poliqrafiya və kağız sənayesi nailiyyətləri" sərgisində, Moskva kitab-
sərgi yarmarkasında və digər beynəlxalq sərgi və yarmarkalarda iştirak etmişdir.
59
Beləliklə, 1945-1990-cı illərdə Azərbaycan Respublikasının ictimai
həyatının başqa sahələrində olduğu kimi, mədəniyyət sahəsində də öz milli
potensialı bazasında və çərçivəsində dünya mədəni əlaqələr sistemində
özünəməxsus yeri olmuşdur. Azərbaycan mədəniyyətinin bu və ya digər janr və
sahələrinin inkişafı haqqında beynəlxalq aləmdə düzgün fikir formalaşdırılması
istiqamətində mühüm nəticələr əldə edilmişdir. Azərbaycan öz maddi, mənəvi,
mədəni potensialına arxalanaraq, beynəlxalq aləmdə gedən iqtisadi və mədəni
226
əlaqələr sistemində fəal iştirak etmiş Azərbaycanın dünya miqyasında tanınması
uğrunda əhəmiyyətli fəaliyyət göstərmişdir.
III BÖLMƏ
MÜSTƏQĠL AZƏRBAYCAN
RESPUBLĠKASI
(1991-2002-ci illər)
I FƏSİL
SSRĠ-nin SÜQUTU.
AZƏRBAYCAN RESPUBLĠKASI DÖVLƏT
MÜSTƏQĠLLĠYĠNĠN ELAN EDĠLMƏSĠ.
RESPUBLĠKANIN MÜSTƏQĠLLĠYĠNƏ QARġI
XARĠCĠ VƏ DAXĠLĠ QÜVVƏLƏRĠN FƏALLAġMASI
Dostları ilə paylaş: |