§1. AZƏRBAYCANIN AZADLIQ BƏYANNAMƏSĠ
VƏ DÖVLƏT MÜSTƏQĠLLĠYĠ HAQQINDA
KONSTĠTUSĠYA AKTI
SSRİ-də davam edən inzibati-amirlik rejimi Kommunist Partiyasının rəhbər
və istiqamətverici rolunu dəyişdirdi, o, sosial-iqtisadi, ictimai-mədəni, idarəçilik
siyasəti problemlərini həll etmək iqtidarını itirməyə başladı. "Yenidənqurma" və
digər tələsik tədbirlərlə çoxmillətli Sovet dövlətini labüd iflasdan xilas etmək
mümkün deyildi.
Tarixin bu məsuliyyətli dövründə Azərbaycan Xalq Cəbhəsi artıq xalqa
rəhbərlik edə bilmədi. Onun başçıları siyasi naşılıq göstərərək, hakimiyyəti
bölüşdürmək barədə iqtidarla sövdələşməyə başladılar və xalq içərisində
nüfuzlarını itirdilər. Bir qrup ziyalının müraciətindən "təsirlənən" iqtidar və AXC
liderləri mayın 17-də görüşüb Məşvərət Şurası yaratdılar.
1
Azərbaycan SSR Ali Sovetinin sessiyası mayın 18-də Məşvərət Şurasında
əvvəlcədən əldə olunmuş razılığa əsasən, müxalifətin maneəsinə rast gəlmədən
prezident vəzifəsi təsis etdi və Ayaz Mütəllibovu respublikanın prezidenti seçdi.
2
227
İqtidar bir sıra güzəştlərə getdi. Demokratlara qarşıdakı seçkilərdə deputat
yerləri vəd olundu. 21 may tarixli prezident Fərmanı ilə 28 May - 1918-ci ildə
Azərbaycan Xalq Cümhuriyyəti yarandığı gün "Azərbaycan dövlət quruluşunun
dirçəliş günü" elan edildi.
3
Həmin gün demokratik qüvvələr Azərbaycan
Cümhuriyyətinin üçrəngli bayrağını keçmiş Azərbaycan parlamenti binası üzərində
yenidən qaldırdılar. Fövqəladə vəziyyət olmasına baxmayaraq, Bakıda, Gəncədə və
respublikanın başqa şəhərlərində 28 May münasibətilə mitinqlər, nümayişlər
keçirildi.
4
Lakin bütün bu tədbirlərə baxmayaraq, Azərbaycan xalqı Xalq Cəbhəsi
liderlərinin qeyri-ardıcıl movqeyini görüb bu təşkilatdan uzaqlaşmağa başladı.
Heydər Əliyevin qeyd etdiyi kimi, "AXC qısa bir müddətdə özünü Azərbaycan
ziyalılarının əsas kütləsindən təcrid etdi, düzgün elmi təhlil, siyasi proqnozlar
əsasında ümummilli platforma yaratmaq əvəzinə populist çıxışlara üstünlük verdi...
Xalq tez başa düşdü ki, onun ən ülvi, ən müqəddəs, ən pak hissləri siyasi alverə,
siyasi rəqabətə, kiminsə ucuz siyasi ambisiyalarının gerçəkləşməsinə xidmət edir".
5
Qısa bir müddotdə xalq cəbhəsi üzvlərinin sayı 3 dəfəyə qədər azaldı.
6
Xalq bütün ümidini Heydər Əliyevə bağlamışdı. Qanlı Yanvardan sonra
Azərbaycan xalqının öz qüdrətli rəhbəri ilə birləşəcəyindən qorxuya düşən
imperiya və respublika başçıları Heydər Əliyevə qarşı repressiya planları
hazırladılar və həyata keçirdilər, onun Azərbaycana qayıtmasına mane olmağa
çalışdılar. Ayaz Mütəllibov Moskvaya - Heydər Əliyevə xəbər göndərib
bildirmişdi ki, onun qayıdışı ilə "Azərbaycanda böyük qarışıqlıqlar baş verə bilər".
7
Bakı hava limanında Heydər Əliyevi qarşılayacaq şəxslərdən biri, görkəmli naşir
Əjdər Xanbabayev 1990-cı il mayın 30-da qətlə yetirildi.
8
Ən yüksək dairələrdən edilən xəbərdarlıqlara baxmayaraq, tarixin bu
məsuliyyətli və çətin dövründə xalqı ilə bir olmağı, ona kömək etməyi vacib bilən
Heydər Əliyev 1990-cı il iyulun 20-də təyyarə ilə Bakıya qayıtdı. Xalq bu gəlişi
böyük ümid və sevinclə qarşıladı. Şəhəri gəzərkən Heydər Əliyevin ətrafına
yüzlərlə adam toplaşırdı. Lakin iqtidar o qədər təşvişə düşmüşdü ki, bir qrup
əlaltısının, habelə ondan hakimiyyət bölgüsü gözləyən bəzi sol müxalif qüvvələrin
iştirakı ilə təyyarə meydanında piket təşkil etdirmişdi.
10
İki gündən sonra - iyulun
22-də Heydər Əliyev Naxçıvana getdi.
11
Həmin gün o, Naxçıvanın Azadlıq
meydanında 80 mindən çox adamın iştirakı ilə keçirilən izdihamlı mitinqə dəvət
olundu və orada çıxış etdi.
12
Xalqın respublikanın müxtəlif bölgələrindən gəlmiş
nümayəndələri ilə
görüşlər keçirdi, onları müstəqillik uğrunda axıradək mübariz
olmağa çağırdı. O, Azərbaycan xalq deputatlığına namizəd irəli sürüldüyü Nehrəm
seçki dairəsi seçiciləri ilə görüşündə demişdi: "Azərbaycan Respublikasının milli
dövlət kimi inkişaf etməsi indi əsas məsələdir. Bunun üçün Azərbaycan tam
müstəqil, azad, demokratik respublika olmalıdır... Bütün bu vəzifələri həyata
228
keçirmək üçün ancaq və ancaq birlik, yekdillik lazımdır... Rəhbərliklə xalqın
yekdilliyi tam təmin olunmalıdır".
13
Azərbaycan SSR və Naxçıvan MSSR xalq deputatları sovetlərinə seçkilər
kampaniyası başlaması ilə əlaqədar iyulun 28-də respublika demokratik
qüvvələrinin forumunda 20-dən artıq ictimai təşkilatın iştirak etdiyi "Demokratik
Blok" (Demblok) yaradıldı.
14
Seçki komissiyalarına cəbhənin və digər ictimai
təşkilatların nümayəndələri də salındı. Seçkilər alternativ əsasda keçirildi. 360
Azərbaycan SSR xalq deputatı mandatını almağa 1200 nəfər namizəd irəli
sürülmüşdü. Seçkilər sentyabrın 30-da keçirildi. Bəzi dairələrdə oktyabrın 14-də və
dekabrın 16-da təkrar seçkilər oldu. Kommunistlərin qüvvələri səfərbər etməsi,
habelə fövqəladə vəziyyət, repressiyalar seçkilərin nəticəsinə təsir göstərdi. Azad
və ədalətli rəqabət təşkil etmək mümkün olmadı. Qeyri-demokratik seçki
qanununun özünü də rəhbər dairələr biabırçı şəkildə pozurdular. Bu yolla onlar
seçkilərin nəticələrini saxtalaşdırıb parlamentdə yerlərin çoxunu kommunistlərə
verdilər.
15
Demblokun cəmi 30 nümayəndəsi Azərbaycan SSR xalq deputatı seçildi.
16
İqtidarın və AXC liderlərinin başı hakimiyyət, vəzifə uğrunda mübarizəyə
qarışdığı bir vaxtda Heydər Əliyev Naxçıvandan Azərbaycan xalqının
imperiyapərəst qüvvələrə qarşı mübarizəsinə rəhbərlik edirdi. O, Azərbaycan SSR
və Naxçıvan MSSR Ali Sovetlərinə deputat seçildi.
17
Süqutu labüd olan SSRİ-ni xilas etmək üçün Moskva yeni cəhd kimi "SSRİ-
nin taleyi" məsələsini ortaya atmışdı. Yeni İttifaq müqaviləsi hazırlanmış və
mətbuatda dərc edilmişdi. Azərbaycan rəhbərliyi bu layihənin hazırlanmasının
iştirakçısı olmuş və SSRİ Ali Sovetinin sessiyasında onu müdafiə etmişdi.
18
Heydər Əliyev respublika başçılarının bu mövqeyini Naxçıvan MR Ali Məclisinin
14 yanvar 1991-ci il tarixli sessiyasında kəskin tənqid etdi, göstərdi ki, Azərbaycan
üçün bu müqaviləyə girmək, ona müsbət rəy bildirmək xalqımızın qarşısında
cinayət etmək deməkdir. "Əgər bizim respublikamız həqiqətən milli dirçəliş yoluna
çıxıbsa və bu yolla getmək istəyirsə, onda hansı ittifaq birliyindən söhbət gedə
bilər? Burada təyin etmək lazımdır, bizim respublikamız hansı yolla gedəcəkdir?"
19
Azərbaycan Respublikası Ali Sovetinin 1991-ci il 7 mart tarixli sessiyasında
Heydər Əliyev SSRİ-nin saxlanmasına münasibət bildirilməsi üçün təşkili nəzərdə
tutulan Ümumittifaq referendumunda iştirak etməyin əleyhinə çıxdı. "Mən yeni
İttifaqa daxil olmağın və bunun üçün referendum keçirməyin, heç bir şərt
qoymadan, tam əleyhinəyəm... Azərbaycanın tam istiqlaliyyət, azadlıq, iqtisadi və
siyasi müstəqillik yolu ilə getməsinin tərəfdarıyam... Azərbaycan tam müstəqil
dövlət kimi fəaliyyət göstərmək üçün bütün imkanlara malikdir".
20
Heydər Əliyev
respublika rəhbərliyinin əməldə müstəqillik əleyhinə olduğunu, bunu iqtisadi
çətinliklər, uydurma "vətəndaş müharibəsi təhlükəsi" kimi amillərlə
229
əsaslandırmağa çalışdığını, Bakıda fövqəladə vəziyyəti ləğv etmək istəmədiyini və
bütün bunların hakimiyyəti əldə saxlamaq niyyətindən irəli gəldiyini göstərdi.
21
SSRİ-nin saxlanılmasına münasibət bildirmək üçün kommunistlər birləşib
referendumda Azərbaycanın iştirakı haqqında qərar qəbul etdilər.
22
Ermənistanın
boykot etdiyi referendumda Azərbaycanın iştirakının Moskvanın münasibətini
ikincinin xeyrinə dəyişəcəyi xülyası da buna az təsir göstərmədi.
Respublikanı nümayişlər və tətillər dalğası bürüdü.
23
Xalqın "İttifaq
Müqaviləsi"nə, SSRİ-yə münasibət üzrə referenduma qarşı çıxması müstəqillik
hərəkatının parlaq təzahürü idi. Bu məsələ müzakirə olunduğu dövrdə təkcə
Naxçıvan MR-də etiraz tətilləri nəticəsində müəssisələrdə 671,6 min adam-gün
itirilmişdi.
24
Heydər Əliyevin təşəbbüsü və siyasi iradəsi ilə Naxçıvan MR Ali Məclisi
1991-ci il martın 14-də referendumda iştirak etməmək haqqında qərar qəbul etdi.
25
İqtidarın bunu "separatçılıq" kimi qiymətləndirməsi, Muxtar Respublikaya
təzyiqlər göstərməsi əhalini yolundan döndərə bilmədi. Azərbaycanın demokratik
qüvvələri referendumu boykot etdilər.
26
On gün (qanunla iki ay olmalı idi) tələm-tələsik "hazırlıq"dan sonra martın
17-də keçirilmiş "referendum"un nəticələri saxtalaşdırıldı, guya səsvermədə iştirak
edənlərin 93,3 faizi
27
SSRİ-nin saxlanılması lehinə oldu.
Saxta referendumda iştirak etməmiş Naxçıvana qarşı hücum başlandı.
Aprelin 5-də Muxtar Respublika Ali Məclisinin sədri Afiyəddin Cəlilov vəzifədən
azad edildi. Moskva ermənilərin əli ilə Naxçıvan əhalisini cəzalandırmağa çalışdı.
Aprelin 10-da Şərur, mayın 20-də Sədərək yenidən güclü atəşə tutuldu.
28
Heydər Əliyev rcspublikada xalq kütlələri tərəfindən başlanmış milli dövlət
quruluşunun dirçəlişi hərəkatını dəstəkləməyə çağırırdı. Onun rəhbərliyi altında
milli dövlətçilik ənənələrinin bərpasına başlanmışdı. 1990-cı il noyabrın 17-də
Naxçıvan MSSR parlamentinin Heydər Əliyevin sədrliyi ilə keçirilən sessiyası
Muxtar Respublikanın adından "sovet sosialist" sözlərinin götürülməsi,
Azərbaycan Cümhuriyyətinin üçrəngli, ay-ulduzlu bayrağının Dövlət Bayrağı kimi
qəbul edilməsi və bu barədə Azərbaycan parlamenti qarşısında qanunvericilik
təşəbbüsü qaydasında məsələ qaldırılması haqqında tarixi qərarlar qəbul etdi.
Muxtar Respublika Ali qanunverici orqanı "Ali Məclis" adlandırıldı.
29
Heydər
Əliyevin təşəbbüsü ilə Naxçıvan MR Ali Məclisi 1990-cı il noyabrın 21-də 20
Yanvar faciəsinə siyasi qiymət verdi, bu qanlı hadisədə SSRİ rəhbərliyi ilə yanaşı,
respublika başçıları Ə.Vəzirovun, A.Mütəllibovun və onların əlaltılarının günahkar
olduqlarını qeyd etdi, xalqa kimlərin ona rəhbərlik etmək istədiyini göstərdi.
30
Naxçıvan MR Ali Məclisində DQMV-də, Şaumyan rayonunda və Xanlar
rayonunun Çaykənd kəndində yaranmış vəziyyət müzakirə olundu, imperiya və
respublika rəhbərliyinin bu sahədə yol verdiyi bağışlanılmaz səhvlər açılıb
230
göstərildi, rəhbərlikdən bu bölgələrdə Azərbaycanın hüquqlarının bərpa
olunmasına istiqamətləndirilmiş təxirəsalınmaz tədbirlər görülməsi tələb edildi.
31
Heydər Əliyev Azərbaycan SSR Ali Sovetinin 1991-ci il 5 fevral sessiyasındakı
çıxışında respublikada yaranmış vəziyyətin səbəblərini təhlil etdi və göstərdi ki,
"biz torpaqlarımızı özümüzə qaytarmalıyıq, orada hakimiyyətimizi bərpa
etməliyik, biz respublikamızın suverenliyini təmin etməliyik".
32
Heydər Əliyevin
bu çıxışı qüvvələri səfərbər edib, müdafiədən hücuma keçməyə çağırış idi.
Heydər Əliyevin irəli sürdüyü təkliflərin xalqda böyük hərəkat
doğuracağından qorxuya düşən, onları qaragüruhçu qalmaqalda itirib-batırmağa
çalışan iqtidar əlaltıları sessiyada çığır-bağır saldılar. Bu cəhdləri millət vəkili, xalq
şairi Bəxtiyar Vahabzadə sessiyadakı çıxışında ifşa etdi: "Biz bu gün böyük həyat
təcrübəsinə və siyasi diplomatik biliyə malik olan, bütün ömrü boyu siyasət
qazanında qaynayıb-bərkiyən bu vətən oğlunun ağlından, təcrübəsindən istifadə
etmək əvəzinə, vətənin taleyinə tüpürüb şəxsi ambisiyamızı qabağa çəkdik".
33
Qaragüruhçuların əməllərini insanlar etirazla qarşıladılar.
Naxçıvan MR-də həyata keçirilən demokratik tədbirlər bütün Azərbaycana
örnək oldu. Demokratik qüvvələrin tələbi ilə 1991-ci il fevralın 5-də Azərbaycan
SSR Ali Sovetinin sessiyası bir sıra tarixi qərarlar qəbul etdi. Dövlətin adı
dəyişdirilib "Azərbaycan Respublikası" adlandırıldı. Azərbaycan Cümhuriyyətinin
bayrağı Dövlət Bayrağı kimi təsdiq olundu.
34
Azərbaycan yazıçıları Heydər Əliyevi 1991-ci ilin martında öz
qurultaylarına dəvət etdilər. Ona böyük hörmət və sayğı göstərdilər. Bu, xalqın,
ziyalıların öz böyük oğluna həqiqi ehtiramının daha bir təzahürü idi.
35
Kommunist rejimi respublikada son günlərini yaşayırdı. 1990-cı ilin
əvvəllərindən SSRİ Konstitusiyasının ölkədə Kommunist Partiyasının rəhbər və
istiqamətverici rolunu qanuniləşdirən 6-cı maddəsini ləğv etmək çağırışı altında
demokratik hərəkatın genişləndiyi bir vaxtda partiya daxilində müxtəlif cərəyanlar
meydana gəlmişdi. "Sov.İKP-də demokratik platforma" kommunizm qurmaq kimi
utopik son məqsədi inkar edir, "Yeniləşən partiya" şüarı irəli sürür, idarəçilikdə
mövcud inzibati-amirliyin tədricən demokratik metodlarla əvəz olunmasını vacib
bilirdi. Respublika kommunistləri arasında da SSRİ-də qurulmuş cəmiyyətin
sosializm cəmiyyəti olmadığını bildirən, marksizm mənbələrindən öyrənməyə
qayıtmağı təkid edən, Sov.İKP-də "marksist platforması" mövqeyində dayananlar
vardı. Hətta onların bir qrupu hələ 1989-cu ilin yayında təşkilatlanmış, "Hümmət"
adlı bülleten buraxaraq öz məqsədlərini elan etmişdi. Bu qrup idarəçilikdə yol
verdikləri ciddi qüsurlara görə kommunist rəhbərləri tənqid edir, bütün
kommunistləri "xalqın xoşbəxt gələcəyi uğrunda mübarizə aparmağa" çağırırdı.
36
Sov.İKP-nin 1990-cı ilin iyulunda "Humanist, demokratik sosializm" şüarı
altında keçən XXVIII qurultayı güclü müqavimətə baxmayaraq, "demokratik
231
platforma"nı müdafiə etdi, qurultayın yekun sənədlərinə partiyanın sosial-
demokratikləşdirilməsinə dair ideyalar salındı. Mərkəzi Komitənin Siyasi Bürosu
respublikaların partiya rəhbərlərindən-birinci katiblərdən formalaşdırıldı.
37
Bu
orqan tədricən ali hakimiyyət funksiyasından məhrum edildi. Lakin əks qüvvələr
də sürətlə qruplaşmağa başladılar.
Aprelin 23-də SSRİ prezidenti ilə referendumda iştirak etmiş 9
respublikanın yüksək vəzifəli şəxsi Moskva yaxınlığındakı Novo-Oqaryova
prezident iqamətgahında tezliklə yeni ittifaq müqaviləsi -"Suveren Dövlətlər
İttifaqı" müqaviləsinin bağlanacağı haqqında niyyət protokolu imzaladılar.
38
Müqavilə bağlandıqdan sonra altı aydan gec olmayaraq ittifaq orqanlarına yeni
seçkilər keçirilməsi və bu yolla rəqiblərin siyasi hakimiyyətdən uzaqlaşdırılması
nəzərdə tutulurdu.
Azərbaycan Respublikası Ali Sovetinin 1991-ci il 26 iyun tarixli sessiyası,
Demblokun etirazına baxmayaraq, bu layihəni ümumən bəyəndi və başda prezident
olmaqla Azərbaycan adından onu imzalayacaq nümayəndə heyətini təsdiq etdi.
39
İmperiya rəhbərliyi may-iyun aylarında Goranboyda erməni quldurlarına
köməyi azaltmaqla həm Ümumittifaq referendumunda iştirak etməmiş Ermənistanı
"cəzalandırdı", həm də Azərbaycanda Mütəllibov rejimini bir qədər
populyarlaşdıra
bildi.
Bundan
istifadə
edən
prezident
mövqelərini
möhkəmləndirmək, parlamentdən asılılığını azaltmaq üçün ümumxalq prezident
seçkilərinə getməyi qərara aldı. Seçkilər sentyabrın 8-nə təyin olundu.
40
İqtidar
xalq arasında böyük nüfuza malik olan Heydər Əliyevin prezident seçilə
biləcəyindən təşvişə düşüb qanuna yaş senzi və son beş ildə Azərbaycanda
yaşamaq haqqında tələbi daxil etdi. Xalq bu məhdudiyyətlərin götürülməsini tələb
edir, mitinqlər keçirirdi.
41
Heydər Əliyev imperiyanı qoruyub saxlamağa çalışan qüvvələrə, ilk
növbədə, Kommunist Partiyasına və Sovet hökumətinə açıq etirazını bildirdi,
onların riyakar siyasətini ifşa etdi. O, 1991-ci il iyulun 19-da Kommunist Partiyası
sıralarından çıxdı. H.Əliyev SSRİ Nazirlər Kabinetinin partiya təşkilatına
bəyanatında partiyanı 1990-cı ilin yanvarında Azərbaycan xalqına qarşı edilmiş
hərbi təcavüzə siyasi rəhbərlikdə və bu cinayətin üstünü açmamaqda, gunahkarları
üzə çıxarmamaqda, mərkəzin ikiüzlü siyasəti, erməni separatçılarına havadarlığı
sayəsində Dağlıq Qarabağda yaranmış kəskin münaqişəli vəziyyətdə, vilayətin
əslində tamamilə Azərbaycan dövlətinin idarəçiliyindən çıxarılmasında,
demokratikləşmə, siyasi azadlıqlar və plüralizm bəyan edilən bir dövrdə
Azərbaycanda demokratik hərəkat və cəmiyyətin demokratikləşdirilməsini
əngəlləməkdə təqsirləndirərək qeyd etdi ki: "Yeniləşən partiya və respublikaların
yeniləşən ittifaqı haqqında saysız-hesabsız bəyanatlar yenə xalqı aldatmaqdır.
Xalqa açıq demək lazımdır ki, bizim ölkəmizdə kommunizm eksperimenti,
232
sosializm yolu özünü doğrultmadı, zorakılıqla yaranan və saxlanılan
respublikaların ittifaqı süquta uğramaqdadır".
42
Bu vaxt AXC-də parçalanma daha da dərinləşmişdi, idarə heyətində fikir
birliyi yox idi. İki platforma - birinci, müstəqilliyə doğru insan hüquqlarının
aliliyinə zidd olmayan yollarla getməyi vacib hesab edən "liberal-demokratlar",
ikinci isə müstəqilliyə hər bir mümkün, hətta lazım gələrsə, insan hüquqlarına zidd
olan yollarla getməyi lazım bilən "millətçi-vətənpərvərlər" platforması
formalaşmışdı.
43
Cəbhə daxilində partiyalaşma prosesi başlamışdı. Buna görə də
AXC-nin 1991-ci il iyulun 13-16-da keçirilən I qurultayında idarə heyəti
buraxıldı.
44
Hələ 1990-cı ilin əvvəllərində xalq cəbhəsi üzvləri müxtəlif siyasi
partiyaların təşəbbüs qruplarını yaratmışdılar. Xalq Azadlıq Partiyası, Dirçəliş
Partiyası, Azərbaycan Sosial-Demokrat Partiyası, Azərbaycan Milli Demokrat
(Yeni Müsavat) Partiyası, Azərbaycan Milli İstiqlal Partiyası və s. siyasi təşkilatlar
meydana gəlmişdi. Lakin onların sosial bazası geniş deyildi.
45
İmperiya hakimiyyətinin yuxarı eşelonlarında mühafizəkar qüvvələrin
müqaviməti getdikcə güclənirdi. Onların səmərəli fəaliyyəti üçün inflyasiyanın
sürətlə artması, əhalinin vəziyyətinin gündən-günə pisləşməsi münasib şərait
yaradırdı. 1991-ci ilin iyununda SSRİ Ali Sovetinin qapalı iclasında
mühafizəkarların liderləri Nazirlər Kabinetinə fövqəladə səlahiyyətlər verilməsini
tələb etdilər. Bu, baş tutmadı. İrticanın növbəti hücumu 18-19 avqust dövlət
çevrilişi cəhdində təzahür etdi. Onun başçıları Forosda (Krımda) istirahət edən
M.Qorbaçovu "neytrallaşdırıb", Dövlət Fövqəladə Vəziyyət Komitəsi (QKÇP)
təşkil etdilər və "demokratikləşdirmə"nin, "yenidənqurma"nın çıxılmaz vəziyyətə
saldığı imperiyanı iflasdan qurtarmaq üçün bütün hakimiyyəti öz əllərinə aldılar.
Kommunist Partiyası bu çevrilişi müdafiə etdi.
46
Qiyamçılar səhv etmişdilər, onlar iri şəhərlərdə demokratik qüvvələrin
güclü olduğunu nəzərə almamışdılar. Avqustun 19-da Rusiya prezidenti Boris
Yeltsinin başçılığı ilə bütün demokratik qüvvələr birləşib qiyama qarşı ayağa
qalxdılar.
47
Azərbaycanda da demokratik qüvvələr "hərbi xuntanın" - Dövlət Fövqəladə
Vəziyyət Komitəsinin qanunazidd fəaliyyətinə qarşı çıxdılar. Lakin respublikanın
prezidenti A.Mütəllibov avqustun 21-də Azərbaycan televiziyası ilə bəyanat verib
bildirmişdi ki, respublikanın qarşısında duran mürəkkəb məsələlərin həllində
ümidini bu komitəyə bağlayır.
48
Azərbaycan KP MK-nın ikinci katibi
V.Polyaniçko da çevrilişi razılıqla qarşıladığını elan etmişdi. Sov. İKP-dən,
"QKÇP"-dən gələn bütün göstərişlər yerinə yetirilirdi.
49
Demokratik qüvvələrin
birgə fəaliyyəti nəticəsində SSRİ-də dövlət çevrilişinin qarşısı alındı.
Azərbaycanda da irticaya tərəfdar olan qüvvələrə qarşı mübarizə, mitinqlər
233
başlandı. Avqustun 22-də fövqəladə vəziyyətin hökm sürdüyü Bakının Nizami
meydanında izdihamlı mitinq oldu. Burada respublika rəhbərliyinin dövlət
çevrilişinə müsbət münasibəti pislənildi.
50
Mitinq zorla dağıdıldı və onun
təşkilatçıları həbs edildi. Avqustun 23-də AXC qərargahı qarşısındakı mitinqdə
dinc əhaliyə qarşı güc tətbiq edildi, adamlar xəsarət aldılar. Lakin xalqı qorxutmaq
mümkün deyildi.
51
Avqustun 25-27-də Bakının Azadlıq meydanında bir milyona
yaxın adamın iştirak etdiyi ümumşəhər mitinqləri keçirildi.
Naxçıvanda da mitinqlər səngimək bilmirdi. Üç gün davam edən, 60
mindən çox adamın iştirak etdiyi izdihamlı mitinq və nümayişlər nəticəsində xalq
avqustun 26-da Muxtar Respublika Ali Məclisinin fövqəladə sessiyasının
açılmasına nail oldu. Sessiya Naxçıvan MR-da kommunistlərin hakimiyyətini ləğv
etdi. Muxtar Respublika ərazisində AKP və komsomolun fəaliyyəti dayandırıldı,
onların bütün strukturları ləğv olundu.
52
Mitinqlərdə respublikada prezident
seçkilərinin dayandırılması, parlamentin buraxılması, yeni parlament seçkiləri
keçirilməsi, Kommunist Partiyası hakimiyyətinin, fövqəladə vəziyyətin ləğv
edilməsi, DQMV-də Azərbaycanın suveren hüquqlarının təmin olunması üçün qəti
tədbirlər görülməsi tələb edilirdi.
53
Azərbaycan Respublikası Ali Sovetinin xalqın tələbi ilə çağırılmış
növbədənkənar sessiyası 1991-ci il avqustun 30-da saat 13.30-da Azərbaycan
Respublikasının dövlət müstəqilliyinin bərpa edilməsi haqqında bəyanat - "Azadlıq
Bəyannaməsi" qəbul etdi.
54
"Azadlıq Bəyannaməsi"ndə qeyd olunurdu: "Azərbaycan Respublikasının
Ali Soveti xalqın ali dövlət mənafelərini rəhbər tutaraq və onun iradəsini ifadə
edərək;
1918-ci ildən 1920-ci ilədək Azərbaycan Respublikasının beynəlxalq birlik
tərəfindən tanınmış müstəqil dövlət kimi mövcud olduğunu qeyd edərək;
Azərbaycan Respublikası Konstitusiyasına, Azərbaycan Respublikasının
suverenliyi haqqında və Azərbaycan Respublikasının iqtisadi müstəqilliyi haqqında
Konstitusiya Qanunlarına əsaslanaraq;
Azərbaycan xalqının müqəddəratı və azad inkişafının təmin olunması üçün
öz məsuliyyətini dərk edərək;
Milli mənsubiyyətindən və dini etiqadından asılı olmadan Azərbaycan
Respublikasının bütün vətəndaşlarının beynəlxalq aktlarda nəzərdə tutulmuş bütün
insan hüquqlarına və əsas azadlıqlarına təminat verərək;
Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü üçün təhlükəni
aradan qaldırmağa çalışaraq;
Azərbaycan Respublikasının təhlükəsizliyini və dövlət sərhədlərinin
toxunulmazlığını təmin etmək kimi müqəddəs borcu rəhbər tutaraq;
234
Respublikanın bütün vətənpərvər qüvvələrinin sıx birləşməsinin zəruriliyini
dərk edərək;
Azərbaycan Respublikasının və onun xalqının mənafeyinə zidd olmayan
beynəlxalq paktları, konvensiyaları və başqa sənədləri qəbul edərək;
SSR İttifaqına daxil olan bütün respublikalarla dostluq münasibətlərini
bundan sonra da saxlamağı arzu edərək;
Beynəlxalq birliyin üzvü olan dövlətlərlə bərabərhüquqlu münasibətlər
yaratmağa hazır olduğunu bildirərək;
Azərbaycan Respublikasının dövlət müstəqilliyinin Birləşmiş Millətlər
Təşkilatının nizamnaməsində, digər beynəlxalq hüquq paktlarında və
konvensiyalarında təsbit edilmiş prinsipləri müvafiq surətdə beynəlxalq birliyin
üzvü olan dövlətlər və Birləşmiş Millətlər Təşkilatı tərəfindən tanınmasına ümid
bəsləyərək Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpa olunduğunu
elan edir".
55
Sessiyada Heydər Əliyevin az əvvəl keçirilmiş referendum nəticələrinin
ləğv edilməsi, "Azadlıq Bəyannaməsi"nin legitimliyini təmin etmək üçün yeni
referendum keçirilməsi haqqında tələbi qulaqardına vuruldu.
56
Heydər Əliyev
sessiyadakı çıxışında dedi: "Biz artıq sovet imperiyasının, Kommunist Partiyasının
dağılmasının şahidiyik... Bizim respublikamızın, Azərbaycan xalqının vəziyyəti
daha çətin, daha ağırdır. Bunun əsas səbəbi respublikada hökm sürən Azərbaycan
Kommunist Partiyasının diktatura rejiminin mürtəce siyasəti və buraxdığı kobud,
bağışlanılmaz səhvlərdir". O bildirdi ki, Azərbaycan Kommunist Partiyası dərhal
hakimiyyətdən getməlidir.
57
Respublika başçıları isə hələ də gözləmə mövqeyi
tuturdular.
1991-ci il sentyabrın 5-də SSRİ xalq deputatları V qurultayı keçid dövrünün
hakimiyyəti haqqında Konstitusiya Qanunu qəbul etdi və öz səlahiyyətlərini
yüksək vəzifəli şəxslərdən təşkil edilmiş SSRİ Dövlət Şurasına və tezliklə
formalaşacağı nəzərdə tutulan SSRİ Ali Sovetinə verdi.
58
Lakin respublikalarda, o
cümlədən Azərbaycanda bu qərarın həyata keçirilməsinə qarşı ciddi mübarizə
başlandı. İqtidarın imperiya tərəfdarları ilə əməkdaşlığı ona qarşı olan ümumxalq
narazılığını daha da artırdı.
Naxçıvan MR Ali Məclisi 1991-ci il sentyabrın 3-də dəfələrlə namizədliyini
geri götürməsinə baxmayaraq, Heydər Əliyevi xalqın təkidli tələbi ilə Ali Məclisin
sədri seçdi.
59
Ali Məclisin 4 sentyabr tarixli qərarı ilə Naxçıvan ərazisində
prezident seçkiləri dayandırıldı.
60
Azərbaycan iqtidarı Naxçıvana ciddi təzyiqlər
göstərdi. Bir qrup zabit, parlament deputatlarından ibarət böyük bir dəstə
Naxçıvana göndərildi ki, yerli hakimiyyət orqanlarını qərarı dəyişməyə məcbur
etsin. Lakin Ali Məclisin sədri Heydər Əliyev yerli televiziya ilə bəyanat verib
xəbərdar etdi ki, Naxçıvana təzyiq üçün gələn qüvvələr buranı tərk etməlidirlər,
235
əks təqdirdə bütün əhali ayağa qalxacaqdır.
62
İqtidar geri çəkilməyə məcbur oldu.
Naxçıvan MR Ali Məclisi 1 oktyabr tarixli qərarı ilə keçid dövrü İttifaq
orqanlarında Azərbaycan Respublikasının iştirakını qeyri-mümkün saydı,
respublika rəhbərliyinin müstəqillik məsələsində qeyri-ardıcıl mövqeyini ittiham
etdi.
63
Respublikada dövlət müstəqilliyi uğrunda mübarizə daha da genişləndi.
Sentyabrın 8-də Azərbaycanda prezident seçkiləri keçirildi. Demokratik
qüvvələr bu seçkiləri boykot etdilər. Prezident seçkiləri Naxçıvan MR ərazisində
keçirilmədi. 8 sentyabr seçkilərinin nəticələrinə görə A.Mütəllibov yenidən
prezident elan olundu.
64
Xalqın rəğbətini qazanmaq üçün birinci katib - prczident Ayaz
Mütəllibovun təşəbbüsü ilə sentyabrın 14-də tam iflasa uğramış Azərbaycan
Kommunist Partiyası XXXIII fövqəladə qurultayını çağırıb özünü buraxdı.
65
İqtidar artıq dövləti idarə edə bilmədiyini, AXC cəmiyyətdə nüfuzunun
durmadan aşağı düşdüyünü hiss edirdi. Onların hər ikisini xalq arasında Heydər
Əliyevin böyük siyasətə qayıtmasını tələb edənlərin sayının artması ciddi narahat
edirdi. Bu, iqtidarı xalq cəbhəsi liderləri ilə yaxınlaşdırırdı. AXC səsi, az
olduğundan, sözünü keçirə bilmədiyi parlamenti buraxmağı, paritet əsasında
müvəqqəti Milli Şura yaratmağı, rəhbərliyini ələ keçirəcəyinə əmin olduğu
ordunun yaradılmasını, iqtidar isə belə güzəştlər əvəzində sabitliyə təminat, əlavə
səlahiyyətlər tələb edirdi.
1991-ci il oktyabrın 3-də prezident və xalq cəbhəsi liderlərinin görüşündə
Milli Şura yaradılması haqqında razılıq əldə olundu.
66
Heydər Əliyev
hakimiyyətpərəstlərin xalqa, demokratiyaya qarşı yönəlmiş bu sövdələşməsinin
əleyhinə çıxdı, AXC-nin ona Milli Şuraya daxil olmaq təklifini rədd etdi.
67
Ali Sovetin 8 oktyabr tarixli sessiyasında "Respublikanın iqtisadi və
ictimai-siyasi həyatını sabitləşdirmək sahəsində əlavə tədbirlər haqqında" Qanun
qəbul edilməklə, Azərbaycan prezidentinə əlavə səlahiyyətlər verildi. Əvvəldən
sövdələşməyə əsasən müxalifət bununla razılaşdı. Beləliklə, əslində paralel
qanunverici orqan yarandı - prezident Konstitusiyada dəyişikliklər və əlavələr
etmək səlahiyyəti qazandı.
68
Prezident yerlərdə tərəfdarları vasitəsilə möhkəmlənmək üçün dövlət,
hakimiyyət, idarəetmə quruluşunu və fəaliyyətini təkmilləşdirmək adı ilə oktyabrın
18-də rayonlarda, şəhərlərdə, şəhər rayonlarında icra hakimiyyəti başçıları
vəzifəsini təsis etdi və bu vəzifələrə özünə dayaq hesab etdiyi adamları qoydu.
Prezident idarəsi yaradıldı. Dövlət katibi və dövlət müşavirləri vəzifələri təsis
edildi. İlk dövlət katibi Tofiq İsmayılov təyin edildi.
69
Lakin nə bu tədbirlər, nə də
əhalinin sosial vəziyyətini yaxşılaşdırmağa yönəldilən, dərin inflyasiya şəraitində
real təsirə malik olmayan bəzi sosıal güzəştlər A.Mütəllibovun mövqeyini
möhkəmləndirə bilmədi.
236
İmperiyanın güc toplayıb təşəbbüsü ələ alacağını gözləyən respublika
rəhbərliyi Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında Qanunun
qəbul olunmasını xeyli yubatdı.
70
Nəhayət, 1991-ci il oktyabrın 18-də Azərbaycan Respublikası Ali Sovetinin
sessiyasında "Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında
Konstitusiya Aktı" yekdilliklə qəbul edildi.
71
Konstitusiya Aktında qeyd olunurdu ki, Azərbaycan dövləti müstəqil, unitar
və dünyəvi dövlətdir. SSRİ-nin Azərbaycan ərazisindəki bütün daşınar və
daşınmaz mülkiyyəti Azərbaycan Respublikasının mülkiyyəti hesab olunur. Siyasi,
iqtisadi, mədəni həyatını öz tarixi və milli ənənələrinə, ümumbəşəri dəyərlərə
uyğun inkişaf etdirmək Azərbaycan xalqının ayrılmaz, inkaredilməz və bölünməz
hüququdur. Azərbaycan xalqı Azərbaycan Respublikası ərazisində və ondan
kənarda yaşayan, Azərbaycan dövlətinə, onun qanunlarına tabe olan bütün
Azərbaycan Respublikası vətəndaşlarından ibarətdir. Siyasi hakimiyyət xalqa
məxsusdur, bu suveren hakimiyyət parlament, ali icra orqanı və məhkəmələr,
ümumi, birbaşa, gizli, bərabər səsvermə yolu ilə seçilmiş nümayəndələr vasitəsilə
həyata keçirilir. Respublikanın ərazisi və sərhədləri toxunulmazdır. Təbii ehtiyatlar
Azərbaycan Respublikasına məxsusdur. İqtisadi fəaliyyət bazar münasibətləri və
azad sahibkarlığa əsaslanır. Qanunla müəyyənləşdirilmiş hallardan başqa, məcburi
əmək qadağandır. Zəhmətkeşlərin qanunla tənzimlənən tətil hüququ vardır.
Konstitusiya Aktında vətəndaşların seçib-seçilmək, siyasi partiya və birliklər
yaratmaq hüququ, respublikanı müdafiə etmək, qanunlara danışıqsız əməl etmək
vəzifələri və s. təsbit olunurdu.
72
Lakin Azərbaycan iqtidarı hələ də imperiyanın iflasdan xilas olacağına və
öz hakimiyyətini qoruyub saxlaya biləcəyinə ümidini itirmirdi. Respublikanın
dövlət müstəqilliyinin bərpası haqqında Konstitusiya aktının referendumla təsdiq
edilməsi uzadılırdı.
73
1991-ci il oktyabrın 19-da mühafizəkarların cidd-cəhdlərinə baxmayaraq,
müxalifətin təklifi ilə Azərbaycan Respublikası Ali Sovetinin XII çağırış II
sessiyası M.Qorbaçovun yeni ittifaq üçün iqtisadi baza yaratmaq məqsədilə irəli
sürdüyü iqtisadi birlik haqqında müqavilə bağlamaq təşəbbüsünə Azərbaycanın
qoşulmasına etiraz etdi. Azərbaycan başqa respublikalarla birtərəfli iqtisadi
müqavilələr bağlanmasına üstünlük verdi.
74
1991-ci il noyabrın 14-də Moskva yaxınlığında Novo-Oqaryovada yeddi
respublika - Rusiya, Belarus, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Tacikistan və
Türkmənistan rəhbərləri yeni dövlətlərarası birlik - "Suveren Dövlətlər İttifaqı"nı
yaratmaq haqqında niyyətlərini bildirdilər. Respublikalarda, o cümlədən
Azərbaycanda demokratik qüvvələr buna qarşı qəti mübarizəyə qalxdılar.
Hazırlanmış müqaviləyə M.Qorbaçovdan başqa heç kim imza atmadı.
75
237
"Milli Şura haqqında" oktyabrın 30-da qəbul olunmuş Konstitusiya Qanunu
parlamentin bir orqanı kimi nəzərdə tutulan bu şuraya elə bir real səlahiyyət
vermədi. Bu qanuna görə Milli Şura 72 deputatdan təşkil olunmalı idi. Bu, cəmi
30-a qədər səsi olan müxalifətə parlamentdə yenə də üstünlük əldə etmək imkanı
vermirdi.
76
Noyabrın 20-də Yuxarı Qarabağda Xocavənd kəndinin düşmən tərəfindən
ələ keçirilib vandalizmə məruz qalması ilə əlaqədar vəziyyətlə yerində tanış olan
respublikanın bir neçə yüksək vəzifəli şəxsini, o cümlədən Dövlət katibini, daxili
işlər nazirini, Baş prokuroru, habelə SSRİ Müdafiə Nazirliyi nümayəndələrini,
Rusiya və Qazaxıstan müşahidəçilərini Ağdama gətirən vertolyotun vurulub
salınması respublikada siyasi vəziyyəti daha da gərginləşdirdi.
77
Noyabrın 26-da Ali Sovet "Milli Şura haqqında" Konstitusiya Qanununa
yenidən baxmağa məcbur edildi. Bu şuranın səlahiyyətlərini məhdudlaşdıran
maddələr dəyişdirildi. Paritet əsasında 25 nəfər Demblok nümayəndəsindən və 25
nəfər başqa deputatdan ibarət Milli Şura yaradıldı.
78
Ali Sovetin digər
deputatlarının, habelə onların seçicilərinin hüquqları tapdandı.
1991-ci il dekabrın 8-də Brest şəhəri yaxınlığındakı "Viskuli"
iqamətgahında Rusiya Federasiyası, Ukrayna və Belarus respublikaları rəhbərləri
Müstəqil Dövlətlər Birliyi (MDB) yaradılması haqqında müqavilə bağladılar.
"Belovejsk sazişi" adlı müqavilədə SSRİ-nin hüquqi subyekt kimi mövcudiyyətinə
son qoyulduğu elan olundu. Brest "üçlüyü" keçmiş SSRİ-yə daxil olan
respublikaları da bu birliyə qoşulmağa dəvət etdi.
79
Orta Asiya respublikaları və Qazaxıstan rəhbərləri Türkmənistanın Aşqabad
şəhərində görüşüb MDB-yə daxil olmaq niyyətlərini bildirdilər. Dekabrın 21-də
Qazaxıstanın Almatı şəhərində Brest "üçlüyü", Aşqabad "beşliyi", Ermənistan,
Moldova və Azərbaycan rəhbərlərinin görüşü oldu. Burada SSRİ-nin
mövcudluğunun dayandırılması və bununla əlaqədar problemlərin nizama
salınması haqqında Bəyannamə qəbul edildi.
80
Almatı görüşündə Azərbaycan
prezidenti MDB ilə münasibətləri müəyyən edən müqavilələr imzaladı.
Lakin
Azərbaycan parlamenti 1992-ci il oktyabrın 7-də onları təsdiq etmədi.
Azərbaycan Respublikasında dekabrın 29-da ümumxalq səsverməsi
keçirildi. Referendum bülleteninə bir sual yazılmışdı: "Siz Azərbaycan
Respublikasının Dövlət Müstəqilliyi haqqında Azərbaycan Respublikası Ali
Sovetinin qəbul etdiyi Konstitusiya Aktına tərəfdarsınızmı?" Səsvermə hüququ
olanların 95 faizdən çoxu referendumda iştirak etdi. Azərbaycan xalqı yekdilliklə
respublikanın dövlət müstəqilliyinə tərəfdar çıxdı.
82
1992-ci il mayın 27-də Milli Məclis Azərbaycan Respublikasının Dövlət
Himnini (musiqisi Üzeyir Hacıbəyovun, sözləri Əhməd Cavadındır), 1993-cü il
238
fevralın 23-də isə üçrəngli dairəvi qalxan üzərində, içində alov olan səkkizguşəli
ulduz təsvirli Dövlət Gerbini təsdiq etdi.
83
SSRİ-nin dağılması, imperiyapərəst qüvvələrin onun bərpa olunmasına
göstərdiyi cəhdlərə qarşı xalqların mübarizəsi sayəsində sovet respublikaları dövlət
müstəqilliyi əldə etdilər. Tarix XX əsrdə Azərbaycan xalqına dövlət müstəqilliyini
elan etmək imkanı verdi. Azərbaycan Respublikasının dövlət müstəqilliyi elan
edildi. Lakin xalq müstəqil dövlətçiliyini qurmaq, onu inkişaf etdirmək,
möhkəmləndirmək və müdafiə etmək yolunda ağır məşəqqətlərlə üzləşdi.
Dostları ilə paylaş: |