MÜSTƏQĠL AZƏRBAYCAN DÖVLƏTÇĠLĠYĠNĠN QURULMASI
VƏ MÖHKƏMLƏNDĠRĠLMƏSĠ
§1. QURTULUġ HƏRƏKATI.
VƏTƏNDAġ QARġIDURMASI, ÖLKƏNĠ
PARÇALAMAQ VƏ DÖVLƏT ÇEVRĠLĠġĠ CƏHDLƏRĠ
QARġISININ ALINMASI
QayıdıĢ. Xalq böyük fəlakətin yaxınlaşdığını hiss edirdi. Azərbaycanın
müstəqilliyinə qənim kəsilmiş imperiyapərəst qüvvələr və onların əlaltıları
iqtidarın səriştəsizliyindən məharətlə istifadə edərək ölkəni parçalamağa, vətəndaş
müharibəsi törətməyə çalışırdılar. Xalqın qabaqcıl qüvvələrinin başçılığı ilə ölkədə
Qurtuluş hərəkatı başlandı. Hərəkatın carçıları Heydər Əliyevin ətrafında sıx
birləşərək onu ümumxalq mübarizəsi səviyyəsinə qaldırdılar. Ölkənin mütərəqqi
şəxsiyyətləri, ziyalıları, qabaqcıl, sadə əmək adamları dəfələrlə Naxçıvana, Heydər
Əliyevin yanına gedib Vətənin xilası naminə ondan yenidən böyük siyasətə
qayıtmasını xahiş etdilər.
1
Heydər Əliyevin qeyd etdiyi kimi, Yeni Azərbaycan
Partiyasının yaranması xalqın çox hissəsinin respublikamızı düşdüyü vəziyyətdən
çıxarmaq üçün və artıq mövcud olan partiyalara və təşkilatlara inamları
olmadıqlarına görə yeni bir partiyanın yaranması ilə əlaqədar ayrı-ayrılıqda
fikirlərinin, arzularının cəmləşməsi və nəhayət, formalaşması nəticəsində
olmuşdur. Bir adam, bir qrup adam yox, Azərbaycanın, demək olar ki, bir çox
bölgələrində - Bakıda, başqa böyük şəhərlərdə, rayonlarda, yaşayış məntəqələrində
ayrı-ayrı adamlar bir-biri ilə əlaqəsi olmadan belə bir fikrə gəlmişdilər.
2
"Əlincə" Cəmiyyətinin nəşr etdirdiyi "Səs" qəzetində çap olunmuş "Heydər
bəyi biz çağırmalıyıq!" adlı müraciət ölkədə böyük əks-səda doğurmuşdu.
Azərbaycanın demək olar ki, bütün bölgələrində aparılmış ictimai rəy sorğularının
nəticələri, Yeni Azərbaycan Partiyasının (YAP) Təşkilat Komitəsinə daxil olan
minlərlə şifahi yazılı təklif diktə edirdi ki, yeni partiyaya rəhbərlik etməyə qadir
yeganə şəxs Heydər Əliyevdir.
3
Naxçıvan blokada şəraitində, gedib-gəlmək böyük
problem olsa da, adamlar dəstə-dəstə ora gedir, Heydər Əliyevə müraciət edirdilər
ki, Bakıya, böyük siyasətə qayıtsın. Lakin Heydər Əliyev bu fikirdə deyildi. O,
bütün müraciətlərə ehtiramla yanaşır, lakin təklifdən imtina edirdi.
4
Heydər Əliyev
belə bir gərgin şəraitdə yeni müxalif qüvvə yaratmaq istəmirdi.
Azərbaycanın 91 nəfər tanınmış ziyalısı 1992-ci il oktyabrın 16-da "Səs"
qəzeti vasitəsilə Heydər Əliyevə "Azərbaycan Sizin sözünüzü gözləyir" - deyə
263
müraciət etdi. Bu tarixi sənəddə ölkədə yaranmış ağır siyasi, iqtisadi, mənəvi
durumun mövcud iqtidarın səriştəsiz, kobud, zora arxalanan siyasəti nəticəsində
gündən-günə dərinləşməsi, belə vəziyyətdən demokratik yolla xilas olmaq üçün
xalqın bu işə rəhbərlik etməyə qadir yeganə şəxsin – Heydər Əliyevin başçılığı
altında Yeni Azərbaycan Partiyasında təşkilatlanmaq arzusu öz əksini tapmışdı.
5
Heydər Əliyev Azərbaycan ziyalılarının müraciətinə 24 oktyabr 1992-ci il tarixli
cavabında mövcud ictimai-siyasi durumu dərindən təhlil etdi, cəmiyyətin bütün
qüvvələrini birləşdirməklə yaranmış ağır vəziyyətdən çıxış yollarını göstərdi,
Azərbaycanın müharibə vəziyyətindən çıxması, Qarabağ probleminin tezliklə həll
olunması, sosial-iqtisadi böhranın aradan qaldırılması, düzgün kadr siyasəti
aparılması, səriştəli kadrlardan səmərəli istifadə olunması, respublikada qanunların
aliliyinin təmin edilməsi, demokratiyanın ardıcıl inkişafı, siyasi plüralizmə, insan
azadlığına şərait yaradılması, yeni, müstəqil dövlət quruculuğu prosesinə
vətəndaşların hamısının, əhalinin bütün təbəqələrinin cəlb olunması, heç bir
məhdudiyyət qoyulmaması, Azərbaycanın parçalanmasına yönəldilmiş meyllərin
qarşısının qətiyyətlə, sivil, demokratik yollarla alınması, dövlətin bütövlüyünün
demokratik prinsiplər əsasında qorunub saxlanılması və inkişaf etdirilməsi
vacibliyini qeyd etdi. O bildirdi ki, Yeni Azərbaycan Partiyasının yaradılması
obyektiv zərurətdən doğur. Belə bir partiya Azərbaycanın ictimai-siyasi həyatında
fəal iştirak edərək yeni, müstəqil Azərbaycan dövlətinin möhkəmləndirilməsində
və inkişafında tarixi rol oynaya bilər".
6
Yeni Azərbaycan Partiyasının təsis konfransını Bakıda keçirməyə imkan
vermədilər. Konfrans 1992-ci il noyabrın 21-də, şaxtalı bir gündə Naxçıvanda
keçirildi. Müxtəlif bölgələrdən təşəbbüs qruplarının 550-dən çox nümayəndəsinin
iştirak etdiyi konfrans YAP-ın təsis olunması haqqında qərar qəbul etdi. Partiyanın
Heydər Əliyev
tərəfindən hazırlanmış Proqram və Nizamnaməsi müzakirə olunub
qəbul edildi. Heydər Əliyev yekdilliklə partiyanın sədri seçildi. Təşkilatın rəhbər
orqanları formalaşdırıldı.
7
Partiyanın 1992-ci il 21 noyabr tarixli bəyanatında qeyd olunurdu ki, bu
partiyanın başlıca proqram məqsədi dövlət müstəqilliyinin möhkəmləndirilməsi,
ərazi bütövlüyü, sivilizasiyalı demokratik hüquqi dövlət, möhkəm əmin-amanlıq və
ictimai həmrəylik, sabit və sosial istiqamətli iqtisadiyyat yaratmaqdan, geniş
demokratik islahatlar həyata keçirmək uğrunda mübarizə aparmaqdan ibarətdir.
"Bizim şüarımız müxalifət naminə müxalifət ola bilməz! Bizim prinsipimiz
konstruktivlikdir".
8
Partiyanın sıraları sürətlə artırdı. Lakin o, iqtidara birdən-birə
gələ bilmədi.
9
Heydər Əliyev təkcə YAP-ın deyil, bütün Azərbaycan xalqının lideri idi. O
öz məsləhətləri ilə xalqı yaxınlaşmaqda olan daha böyük fəlakətlərdən qurtarmaq
üçün iqtidara yol göstərməyə çalışırdı. Uzun müddət bu məsləhətlərə məhəl
264
qoymayıb səriştəsiz siyasəti ilə ölkəni parçalanmaq, vətəndaş müharibəsi həddinə
gətirmiş iqtidar başlanmış təhlükəli proseslərin qarşısını almaqda gücsüzlüyünü
görüb son anda kömək üçün Heydər Əliyevə müraciət etdi. Prezident Elçibəyin
dəfələrlə təkidli dəvətlərindən sonra Heydər Əliyev 1993-cü il iyunun 9-da
hökumətin onun ardınca göndərdiyi təyyarə ilə Bakıya gəldi.
10
Heydər Əliyev genişlənmək təhlükəsi olan vətəndaş müharibəsini
dayandırmaq üçün ağıllı, düşünülmüş siyasi tədbirlər həyata keçirdi. O, iyunun 13-
14-də Gəncə şəhərində hərbi müxalifətlə danışıqlar apardı, mövcud siyasi
böhrandan çıxış yollarını müəyyənləşdirdi.
İyunun 15-də Azərbaycan Respublikası Milli Məclisinin fövqəladə sessiyası
Heydər Əliyevi Ali Sovetin sədri seçdi.
12
Bu gün Azərbaycanın müasir dövr
tarixinə "Qurtuluş Günü" kimi daxil oldu. Sonralar - 1997-ci ilin iyununda Milli
Məclis bu günü "Milli Qurtuluş Günü" kimi bayram elan etdi.
13
1992-ci ilin 15
iyunu - Üçüncü Azərbaycan Respublikasının həyatında baş verən bu əlamətdar
hadisə Azərbaycan tarixində yeni bir dövrün başlanğıcı oldu.
Siyasi bacarıqsızlığı ilə ölkəni vətəndaş müharibəsi, siyasi pərakəndəlik
həddinə gətirib çıxarmış, iqtisadi və sosial problemləri daha da mürəkkəbləşdirmiş
AXC - Müsavat iqtidarı komandası özü hakimiyyətə dəvət etdiyi Heydər Əliyevə
bu mürəkkəb problemləri aradan qaldırmaqda köməkçi olmaqdansa, müxalifətə
keçdi: bir çoxu qaçıb gizləndi, bəziləri fəaliyyətlərini "dondurdu". Siyasi gərginliyə
tab gətirə bilməyən, şəxsi təhlükəsizliyindən qorxan, baş götürüb qaçmaqla guya
paytaxtda qardaş qırğınının qarşısını almağa çalışan prezident Elçibəy iyunun 17-
dən 18-nə keçən gecə Bakını gizlicə tərk edib Naxçıvan MR-in Ordubad rayonuna
- doğulduğu Kələki kəndinə getdi və ölkəni bu ucqar dağ kəndindən idarə etmək
iddiasında olduğunu bildirdi.
14
Milli Məclis qaçqın prezidentə geri qayıdıb ölkəyə
belə bir mürəkkəb şəraitdə lazımi səviyyədə rəhbərlik etməyi dönə-dönə təklif etsə
də, hər dəfə faktik olaraq rədd cavabı aldı. İyunun 24-də Milli Məclis respublika
prezidentinin səlahiyyətlərini Ali Sovetin sədri Heydər Əliyevə həvalə etdi.
15
Vətəndaş müharibəsini dayandırmaq məqsədilə Heydər Əliyev heç bir
siyasi idarəçilik bacarığı olmayan, xarici dövlətin xüsusi orqanlarının və revanş
almaq istəyən qüvvələrin əlində oyuncağa çevrilmiş, lakin real silahlı gücə malik
S.Hüseynovu öz sayıq nəzarəti altında baş nazir vəzifəsinə təyin etdi. Güc
nazirliklərinə rəhbərlik ona tapşırıldı.
16
Heydər Əliyev iqtidarında yüksək vəzifələr tutsa da, öz məqsədinə nail ola
bilməyəcəyini dərk edən S.Hüseynov qərargahı Gəncədə yerləşən Səhra Cəbhə
İdarəsi yaratdı. Burada R.Qazıyev və iyunun 15-də Lənkəranda hakimiyyəti hərbi
hissələrin köməyi ilə devirmiş, cənub bölgəsinə faktiki rəhbərlik edən
Ə.Hümbətovla birgə dövlət başçısını hakimiyyətdən əl çəkməyə məcbur etmək
planlarını həyata keçirməyə cəhd etdi.
265
1993-cü ilin yayı və payızında hərbi müxalifətin cinayətkar satqınlığı
nəticəsində Azərbaycanın ərazi bütövlüyünə yeni zərbələr endirildi. Ermənistanın
hərbi qüvvələri Azərbaycandakı siyasi böhrandan istifadə edib iyunun
əvvəllərindən başlayaraq güclü hücuma keçdi. Hərbi qiyam vaxtı Ağdam
cəbhəsindən həm AXC-Müsavat iqtidarına, həm də S.Hüseynova tabe xeyli canlı
qüvvə və hərbi texnika çıxarılmışdı.
17
Daxili qoşun hissələri Bakının
"surətçi"lərdən müdafiəsinə çağırılmışdı.
18
Düşmən bundan istifadə edib Ağdamın
Qarqar çayı və Sayıbalı kəndinə qədər ərazisini ələ keçirmişdi. İyunun 25-dən 26-
na keçən gecə milli silahlı qüvvələr Ağdam cəbhəsindən çıxarıldı. Cəbhə yerli
özünümüdafiə taburlarının ümidinə qaldı. İyulun əvvəllərində S.Hüseynova sadiq
709 saylı hərbi hissə
Ağdama daxil oldu.
19
S.Hüseynov Ağdamı düşmənə, özünün
dediyi kimi, "əlborcu verməklə" ölkədə siyasi vəziyyəti daha da gərginləşdirmək,
Heydər Əliyevi hakimiyyətdən kənarlaşdırmaq istəyirdi. Döyüşlərin bütün
ağırlıqlarını çəkmiş özünümüdafiə taburları döyüş mövqelərindən çıxarıldı. Ağdam
şəhəri düşmən tərəfindən intensiv atəşə tutularkən "surətçilər" heç bir cavab tədbiri
görmədilər. Düşmən sürətlə irəlilədi. Malıbəylidə ağır döyüşlər getdi. Asif
Məhərrəmovun başçılıq etdiyi özünümüdafiə taburu iyulun 22-23-də bütün günü
və gecəni düşmənlə əlbəyaxa vuruşdu, lakin heç bir kömək almadığından geri
çəkilməyə məcbur oldu. İyulun 23-də səhər əsasən özünümüdafiə taburlarının gücü
ilə 43 gün düşmənlə qanlı döyüşlər aparmış Ağdam şəhəri işğal olundu.
20
S.Hüseynov Gəncədə bəyanat verib bildirdi ki, o, "xalq və dövlət taleyinin
həll edilməsi məsələsini" öz üzərinə götürür. Ə.Hümbətov bu bəyanatı alqışladı.
21
Cənub bölgələrində separatçılıq edən qüvvələrlə münasibəti sivil qaydada
nizama salmaq istəyən Heydər Əliyev Ə.Hümbətovla görüşməyi qərara aldı. Bu
görüşdə "səlahiyyətim avtomatımdır" -deyən Hümbətov davakar-ultimativ iddialar
irəli sürdü. S.Hüseynova geniş səlahiyyətlər verilməsini, Ali Sovetin sessiyasını
çağırıb A.Mütəllibovu öz vəzifəsinə qaytarmağı tələb etdi və qəti rədd cavabı
aldı.
22
1993-cü il avqustun 7-də respublikanın cənub bölgələrində üzdəniraq "Talış
Muğan Respublikası" (TMR) yaradıldığı elan olundu. "Hökumət" təşkil edildi.
Rusiya, İran və Belarus dövlətlərinə, BMT-yə müraciət edib bu qondarma qurumu
tanımağı xahiş etdilər. Təbii ki, cavab almadılar.
23
Yerlərdə baş verən kortəbii mitinqlərdə əhali Ə.Hümbətovun silahlı quldur
dəstəsinin ləğv olunmasını, qondarma "TMR"-i tanımadığını bəyan edirdi. Heydər
Əliyev xalqın dəstəyinə arxalanaraq məsələni dinc vasitələrlə həll etməyə üstünlük
verdi. Avqustun 13-də o, bu bölgədən olan xalq deputatları, tanınmış ziyalılar və
ağsaqqallarla görüşdü. Onlar "hümbətovçulara" qarşı qəti tədbirlər görülməsini
tələb etdilər. Avqustun 17-də Milli Məclis Lənkəran hadisələrinə siyasi qiymət
verdi, onu Azərbaycanın müstəqilliyinə qarşı qüvvələrin siyasi oyunu kimi ifşa
266
etdi. S.Hüseynov avqustun 18-19-da Gəncədə Ə.Hümbətovu dost kimi qəbul edib
möhkəm dayanmağı məsləhət gördüyü vaxt cənub rayonları əhalisinin etiraz
hərəkatı genişlənirdi. Xalqın və dövlət qüvvələrinin birliyi sayəsində avqustun 23-
də separatçılar dövlətin gücü ilə məğlub edildilər. Ə. Hümbətov qaçdı, "TMR" ləğv
olundu.
24
Satqınların və köhnə iqtidara sadiq hərbi hissələrin təxribatı nəticəsində
avqustun 18-də Cəbrayıl, 23-də Füzuli, 31-də Qubadlı rayonları işğal olundu.
Mühasirəyə düşmüş Zəngilan rayonu oktyabrın 29-30-da düşmən əlinə keçdi.
25
Ölkənin müstəqilliyinə qənim kəsilmiş, xaricdən idarə olunan qüvvələrin
hakimiyyəti ələ almaq üçün heç nədən çəkinmədiyini görən xalq Heydər Əliyevin
ətrafında daha sıx birləşməyə başladı. Milli Məclisin qərarı ilə 1993-cü il avqustun
29-da prezident Ə.Elçibəyə etimad haqqında referendum keçirildi. Referendumda
iştirak edənlərin 97,5 faizi prezidentə etimadsızlıq göstərdi.
26
1993-cü il oktyabrın 3-də Azərbaycan xalqı Heydər Əliyevi alternativ
əsasla, səs çoxluğu ilə Azərbaycan Respublikasının Prezidenti seçdi.
27
Prezident Heydər Əliyevin Azərbaycanın müstəqilliyinin ardıcıl və dönməz
olduğunu təsdiqləyən uğurlu daxili və xarici siyasəti düşmənləri ciddi narahat
edirdi. Onlar paytaxtda və respublikanın digər iri yaşayış məntəqələrində siyasi
sabitliyi pozmaq üçün hər vasitəyə əl atırdılar. Bakı metropolitenində yanğın və
partlayışlar törədilir, Prezidentə sui-qəsd təşəbbüsləri, dövlət çevrilişinə cəhdlər
göstərilirdi.
1993-cü il sentyabrın ortalarında S.Hüseynov, Ə.Hümbətov və R.Qazıyev
qüvvələrini birləşdirib Bakıya hücum etmək, Heydər Əliyevi hakimiyyətdən
salmaq planı hazırlamışdılar. Respublikanın qərb rayonlarında qeyri-rəsmi hərbi
qruplar yaradılmışdı. Murovdağ, Goranboy və Gədəbəy bölgələrindən 50-yə qədər,
Lənkərandan 8 zirehli texnika və canlı qüvvə Gəncə ətrafındakı meşələrdə
yerləşdirilmiş və fürsət gözləməkdə idi. S.Hüseynov Gəncədə və Yevlaxda öz
əlaltılarının müşavirəsini keçirmiş, çevrilişə hazırlıq tədbirlərini müzakirə
etmişdi.
28
Baş nazir və onun tərəfdarları ölkədə narazılıq salmaq üçün digər
təxribatlara da əl atır, ərzaq təchizatında süni gərginlik yaradır, inflyasiyanı
dərinləşdirən tədbirlər görürdülər.
Cəmiyyətdə vahimə yaratmaq üçün 1994-cü il sentyabrın 21-dən 22-nə
keçən gecə Təhlükəsizlik Nazirliyi istintaq təcridxanasından dövlətə qarşı
cinayətlərdə ittiham olunan bir neçə cinayətkar qaçırıldı. Sentyabrın 29-da daha bir
neçə cinayət aktı törədildi. Ali Sovet sədrinin müavini A.Cəlilov və Prezident
yanında Xüsusi İdarə rəisi Ş.Rəhimov qətlə yetirildilər.
29
Xüsusi Təyinatlı Polis
Dəstəsinin əvvəllər müəyyən hərbi xidmətləri olsa da, pozucu qüvvələrin təsiri ilə
artıq cinayət yoluna düşmüş 30-a qədər "döyüşçüsü" oktyabrın 2-də Respublika
Prokurorluğu binasına soxuldu.
30
Daxili işlər nazirinin müavini Rövşən Cavadov
267
40 nəfərlik silahlı dəstə ilə nazirliyin binasına hücum edib dəf olunduqdan sonra
prokurorluğun binasına, qardaşının rəhbərlik etdiyi dəstəyə köməyə gəldi.
31
Prezident Heydər Əliyevin apardığı danışıqlar nəticəsində Cavadov
qardaşları öz tərəfdarları ilə prokurorluğun binasını tərk etdilər. Bu, hərbi qiyam
cəhdinin başlanğıcı idi. Oktyabrın 4-də Gəncədə S.Hüseynovun tərəfdarlarından
ibarət 300-ə yaxın silahlı adam şəhər İcra Hakimiyyəti binasını və başqa strateji
obyektləri ələ keçirdi. Bu zaman paytaxtda iki hərbi hissənin əsgərləri artilleriya
qurğularını Prezident sarayı, Ali Sovet və Müdafiə Nazirliyi binalarına tuşlayıb
əmrə müntəzir dayanmışdılar. Oktyabrın 4-dən 5-ə keçən gecə Prezident H.Əliyev
Azərbaycanın müstəqil dövlətçiliyini müdafiə etmək üçün radio və televiziya ilə
xalqa müraciət etdi.
32
Onun çağırışı ilə, gecə yarısı olmasına baxmayaraq, qısa bir
vaxtda on minlərlə adam Prezident sarayı qarşısına toplaşdı.
33
Qiyamçılar
Prezident sarayına hücuma cəsarət etmədilər. Prezidentin həyata keçirdiyi tədbirlər
qiyamçılara qüvvələrini birləşdirməyə imkan vermədi. Gəncədə qiyam yatırıldı.
Vəziyyətin dəyişdiyini görən Cavadov qardaşları Prezidenti müdafiə etdiklərini
bildirdilər.
34
Xalq oktyabrın 5-də Bakının Azadlıq meydanında təşkil olunmuş izdihamlı
ümumxalq mitinqində qanuni Prezidenti dəstəklədiyini bir daha nümayiş etdirdi.
35
Qiyam və dövlət çevrilişi qəsdində günahkar olan S.Hüseynov
hakimiyyətdən kənarlaşdırıldı, Azərbaycandan Rusiyaya qaçdı. 1996-cı ildə isə
Rusiyada həbs olunub respublikaya gətirildi və məhkum edildi.
30
Düşmənlərin, xarici kəşfiyyat orqanlarının əlində oyuncaq olan hakimiyyət
hərisləri yenə də öz niyyətlərindən əl çəkmirdilər. 1994-cü il dekabrın 4-də
"Azərbaycana xidmət" vəqfi tərkibində "Azərbaycan Strateji Araşdırmalar
Mərkəzi" adlı təşkilat yaradılmışdı.
37
Bu təşkilat ölkədə siyasi müxalifətlə hərbi
müxalifəti birləşdirib dövlət çevrilişi etməyi, qanuni Prezidenti fiziki cəhətdən
məhv edib A.Mütəllibov, Ə.Elçibəy və başqalarının təmsil olunduğu "Dövlət
Şurası" yaratmağı planlaşdırmışdı. Mərkəzin işində "Müsavat" və "Doğru yol"
partiyalarının nümayəndələri də fəallıq göstərirdilər. Bu vaxt AXC və ona yaxın
qüvvələr də xeyli fəallaşmışdılar.
38
Martın 12-dən 13-nə keçən gecə Ağstafa və Qazaxda Xüsusi Təyinatlı Polis
Dəstəsi əməkdaşları (omonçular) qiyam qaldırıb dövlət idarələrini zəbt etdilər.
39
Martın 15-də omonçular Bakıda Nizami rayon polis idarəsinə silahlı basqın etdilər
və dəf olundular. Prezidentin 16 mart tarixli fərmanı ilə Xüsusi Təyinatlı Polis
Dəstəsi ləğv edildi və onun Bakıdakı əməkdaşlarından silahı könüllü təhvil verib,
"8-ci km" qəsəbəsindəki bazalarını tərk etmək tələb olundu.
40
Cavadov qardaşları
Prezidentin münaqişəni dinc yolla həll etmək istəyinə məhəl qoymadılar. Onlar
bazada toplanmış silahlıları dörd hücum qrupuna bölüb, martın 16-dan 17-nə keçən
268
gecə Prezident sarayı, Dövlət Teleradio Şirkəti və Daxili İşlər Nazirliyi binalarını
tutmaq üçün həmlə ilə mühasirəni yarıb şəhərə çıxmağa çalışdılar.
41
İqtidarın fövqəladə tədbirləri, hökumət qüvvələrinin çevik hərbi
əməliyyatları nəticəsində dövlət çevrilişi cəhdi bu dəfə də baş tutmadı.
Sonralar da qanuni hakimiyyəti devirmək, Prezidenti fiziki cəhətdən məhv
etmək və başqa siyasi terror cəhdləri baş verdi və hər dəfə respublikanın hüquq-
mühafizə orqanları tərəfindən qətiyyətlə dəf edildi.
42
Xalq respublikanın dövlət
müstəqilliyinin təminatçısı olan Prezident Heydər Əliyevi dəstəklədi, siyasi
yetkinlik, dövlətçilik prinsiplərinə sədaqət nümayiş etdirdi.
§2. ORDU QURUCULUĞU. ATƏġKƏS
Heydər Əliyevin yenidən rəhbərliyə gəldiyi vaxtdan əvvəlki bütün
iqtidarlar, demək olar ki, əsil mənada Azərbaycan ordu quruculuğu ilə məşğul
olmurdular. Onların səriştəsiz siyasəti nəticəsində respublika ərazisinin 20 faizi
düşmən əlinə keçmişdi. Ermənilər "torpağı viran qoymaq" taktikasından istifadə
edirdilər. İşğal olunmuş ərazilərdə evlər, müəssisələr, kommunikasiya vasitələri,
təbii sərvətlər talan edilir, dağıdılır, yandırılırdı. Müharibədə 20 min azərbaycanlı
şəhid olmuş, 100 min nəfər yaralanmış, 5 min nəfər əlilə
çevrilmişdi. Qaçqın və
köçkünlərin sayı milyon nəfəri ötmüşdü.
43
Erməni işğalçıları tərəfindən 4861 nəfər azərbaycanlı, o cümlədən 314
qadın, 58 uşaq, 255 qoca əsir və girov götürülmüşdü.
44
Erməni faşistləri əsir və
girovların həqiqi sayını beynəlxalq humanitar təşkilatlardan gizlədir, onlarla qeyri-
insani rəftar edir, qul kimi işlədir, təhqir edir, alçaldırdılar. Yalnız bir fakt:
öldürülmüş əsir Fərhad Atakişiyevin meyiti üzərində ekspertlər 72 işgəncə əlaməti
aşkar etmişdilər. Onun əlləri, ayaqları sındırılmış, qulaqları kəsilmiş, gözləri
çıxarılmış, dırnaqları kökündən qoparılmış, burun, qulaq dəliklərinə və qarnına
məftil keçirilmişdi. Əsirlərə Azərbaycanın milli bayramları günü daha ağır
işgəncələr verilirdi, erməni qəbri üstə əsir başı kəsmək ənənəyə çevrilmişdi.
45
Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş və separatçı "Dağlıq
Qarabağ Respublikası"nın nəzarətində olan əraziləri beynəlxalq terrorizmin təlim
düşərgələrinə və müxtəlif növ kimyəvi qırğın silahlarının sınaq meydanına, habelə
nüvə tullantılarının basdırıldığı zonaya çevrilmişdi. Laçın rayonunun Zabux
kəndində "Kürd konqresi" (başçısı Zeylan Öcalan), Xocavəndin Qırmızı Bazar
ərazisində suriyalıların "Xalq Azadlıq Cəbhəsi" (başçısı Zamir əl-Qisse), Zəngilan
rayonunun Mincivan qəsəbəsində liviyalıların "Hizbullah" (başçısı Ömər Şəhabi)
və livanlıların "Həmas" (başçısı Musa Qulam Haq) kimi terrorçu qrupları
yerləşdirilmişdi. "ASALA" erməni terrorçu təşkilatının radikal qanadı üçün
Şuşanın Xəlfəli, Xocavəndin Kiş, Əsgəranın Xankəndi yaşayış məntəqəsində təlim
269
düşərgələri təşkil edilmişdi. 1996-cı il mayın 26-da Azərbaycanın işğal olunmuş
ərazilərinə əfqan ərəbləri - "əl-Qaidə"çilər gətirilmişdi. Burada nüvə terrorizmi
(Ağdaban, Xanabad, Həsənriz, Kropatkin), bioloji terrorizm (İstisu, Kiş, Aşağı
Veysəlli), kimyəvi terrorizm (Vejnəli, Havıslı) və kompüter terrorizmi (Şuşa,
Xankəndi) üzrə qruplar fəaliyyət göstərirdi.
45a
Dağlıq Qarabağ ərazisində yerləşdirilmiş "S-300" və "Tayfun" raketlərini
Rusiya, Çin və Ermənistan alimləri modernləşdirmişdilər. Ermənistan nüvə silahı
hazırlamağa çalışırdı. Ermənilərin nüvə texnologiyası məsələləri ilə məşğul olan
"Vartanoil", "Razdanmaş", "Jak-Mak Metaliz" və b. şirkətlərinin, "Lizinq" Biznes
Mərkəzinin İran, Rusiya, Fransa, İraq, Pakistan Səudiyyə Ərəbistanı və b.
ölkələrdə filialları fəaliyyət göstərirdi. Dağlıq Qarabağda təşkil edilmiş nüvə
tədqiqatı laboratoriya və mərkəzlərində Suriya, Səudiyyə Ərəbistanı, Pakistan,
İran, Ermənistan alimləri və Əfqanıstandan olan ərəb mütəxəssisləri elmi
axtarışlarını davam etdirirdilər. Erməni və rus alimlərinin birgə sınaq təcrübələri
keçirilmişdi. 2000-ci il dekabrın 14-də qəbul edilmiş Ermənistanın nüvə
proqramının 4-cü maddəsində işğal olunmuş Azərbaycan əraziləri - Kəlbəcərin
Başalıbel, Şuşanın Göytala və Laçının Mixidərə, Malxələf, Aşağı Fərəcan yaşayış
məntəqələri Ermənistanın nüvə zonalarına aid olunmuşdu.
45b
İşğal olunmuş Azərbaycan ərazilərindən işğalçı ordunun dərhal, tamamilə
və qeyd-şərtsiz çıxarılması tələbi BMT Təhlükəsizlik Şurasının 1993-cü il 30 aprel
822, 29 iyul 853, 14 oktyabr 874 və 11 noyabr 884 saylı qətnamələrində öz əksini
tapsa da, Ermənistan müxtəlif bəhanələrlə onları yerinə yetirməkdən imtina
edirdi.
46
Əslində münaqişə tərəflərindən birinə - Ermənistana doğma, o birinə -
Azərbaycana yad münasibət bəsləndiyindən bu qətnamələrin heç birində
Ermənistan təcavüzkar elan olunmurdu. Bunlardan yalnız birində Ermənistanın adı
çəkilir və ondan tələb edilirdi ki, Dağlıq Qarabağa təsir göstərsin.
47
ABŞ, Rusiya
və başqa dövlətlərin parlamentlərində özünə doğma münasibət görən Ermənistan
təcavüzkar əməllərini azğınlıqla davam etdirirdi.
Azərbaycan Ordusu bərbad vəziyyətdə idi, parçalanmışdı, hərbi hissələr
ayrı-ayrı siyasi qrupların təsiri altına düşmüşdü. Silah, sursat, geyim və ərzaqla
təminat yarıtmaz halda idi. Korrupsiya geniş yayılmışdı. Xalq orduya yadlaşır,
fərarilik artırdı. 1991-1992-ci illərdə ordunu 30 min döyüşçü özbaşına tərk
etmişdi.
48
Müdafiə Nazirliyinə tabe olmayan müxtəlif siyasi ambisiyalı, döyüş
qabiliyyəti aşağı olan, nizam-intizamsız hərbi hissələri ləğv etmək, güclü nizami
ordu yaratmaq, bunun üçün xalqı ayağa qaldırmaq, birləşdirmək lazım idi.
Prezident Fərmanı ilə 1993-cü il noyabrın 1-də Dövlət Müdafiə Şurası yaradıldı.
Onun həmin gün keçirilən ilk iclasında ordu quruculuğu, müdafiə məsələləri geniş
müzakirə olundu, müvafiq qərarlar qəbul edildi. Səfərbərliyin təşkili, döyüş
hazırlığının, qoşun hissələri şəxsi heyətinin təlim-tərbiyəsinin təkmilləşdirilməsinə
270
istiqamətləndirilmiş tədbirlər müəyyən edildi.
49
Prezident Heydər Əliyev 1993-cü
il noyabrın 2-də televiziya və radio vasitəsilə xalqa müraciət etdi, onu ölkənin
qeyrət və azadlığı uğrunda birləşib düşmənə qarşı
mübarizəyə qalxmağa çağırdı.
50
Prezidentin çağırışı xalqı silkələdi, hərəkətə gətirdi, orduya könüllü
yazılanların sayı minlərlə idi. Könüllülərdən ibarət taburlar yaradılıb cəbhəyə
göndərildi. Əfqanıstanda xidmət etmiş keçmiş döyüşçülər Prezidentə müraciət
edib, alay yaratmaq təşəbbüsü irəli sürdülər. Bu təcrübəli döyüşçülərdən ibarət
hərbi hissə yaradıldı.
51
1993-cü il noyabrın 23-də Milli Şura "Müdafiə haqqında" Qanun qəbul etdi.
Qanunda ordu quruculuğunda məsul vəzifəli şəxs və orqanların fəaliyyəti
sistemləşdirildi, məsuliyyət sahələri dəqiqləşdirildi.
52
Noyabr-dekabr aylarında
16,7 min döyüşçüsü olan 40 ehtiyat taburu təşkil edildi. Prezident şəxsən cəbhə
bölgələrində ordunun, əsgərlərin döyüş hazırlığının vəziyyəti ilə yaxından tanış
olub, konkret tədbirlər müəyyənləşdirdi.
53
Səhra Cəbhə İdarəsi, 33 köhnə başıpozuq hərbi hissə ləğv edildi,
əldəqayırma "generallar", siyasi hoqqabazlar, xainlər və satqınlar ordudan
uzaqlaşdırıldı,
54
36 tabur təşkil edildi.
55
Səmərəli hərbi təlim üçün proqramlar
hazırlandı, ordunun döyüş hazırlığının yüksəldilməsi işi dövlət başçısının ciddi
nəzarəti altına alındı. 1994-cü ilin sonunda milli ordunun sıralarında 54 min əsgər
və zabit var idi.
56
Silahlı qüvvələrin maddi bazası xeyli möhkəmlənmişdi. Bütün
bunların nəticəsində Azərbaycan Ordusu düşmənin respublikanın içərilərinə doğru
hücumunu dayandırdı, hətta əks-hücuma keçib bir sıra əraziləri işğaldan azad etdi.
1993-cü il noyabrın ortalarında cəbhələrdə intensiv hücuma başlamış
ermənilər Azərbaycan Ordusunun güclü müqavimətinə rast gəldilər. Dekabrın
ortalarında Beyləqan istiqamətində milli ordunun əsgərləri böyük rəşadət
göstərdilər. Birinci tabura hücum edən 15 düşmən tankının 7-si məhv edildi.
57
Azərbaycan döyüşçüləri hücuma keçib 30 km irəlilədilər. Minomyotçular
komandiri Akif Xanəliyev döyüşdə 50-yə qədər düşmən əsgərini məhv etdi.
Xankəndi tərəfə kəşfiyyata getmiş hərbi hissə qəfildən düşmənlə üzləşsə də,
mərdliklə vuruşmuş, ermənilər xeyli itki vermişdilər. Etibar İsmayılov tank
əleyhinə qumbara ilə özünü düşmənə köməyə gələn tankın altına ataraq onu
partlatdı və həyatı bahasına döyüşçü yoldaşlarını ölümdən xilas etdi. Ölümündən
sonra ona Azərbaycanın Milli Qəhrəmanı adı verildi.
58
1994-cü il yanvarın 5-də Azərbaycan Ordusu müvəffəqiyyətli əməliyyatlar
nəticəsində Füzuli rayonunda strateji əhəmiyyətli Horadiz
qəsəbəsini, 22 kəndi
işğaldan azad etdi, hücumu genişləndirib Cəbrayıl rayonu ərazisinin bir hissəsini,
Kəlbəcər rayonunda Bozlu, Təkəqaya, Babaşlar, Qanlıkənd, Çənli, Susuzluq,
Qasımbinəsi, Yanşaqbinə, Yanşaq, Bağırsaq, Qamışlı, Bağırlı yaşayış
məntəqələrini azad etdi.
271
Çiçəkli dağı və başqa strateji yüksəklikləri ələ keçirdi, Kəlbəcər-Ağdərə
yolunun Tunelə qədərki hissəsini nəzarət altına aldı.
59
1993-cü il dekabr - 1994-cü
il yanvar döyüşlərində düşmən 4 min əsgər və zabit, 50 zirehli texnika, 15
artilleriya qurğusu və s. itirdi. Azərbaycan tərəfinin itkisi bundan 1-1,5 dəfə az
idi.
60
Ordunun möhkəmlənməsi, NATO-ya tərəf əməli addımlar respublikada
müstəqilliyin dönməzliyinə şərait yaradırdı. Bunun qarşısını nəyin bahasına olursa-
olsun almaq istəyən nüfuzlu imperiyapərəst qüvvələr ermənilərə köməyi daha da
artırdılar. Bu səbəbdən 1994-cü ilin fevralında Kəlbəcərdə uğurla həyata
keçirilməyə başlanan "Murovdağ" əməliyyatı məğlubiyyətlə nəticələndi.
61
Azərbaycanda çaşqınlıq, vahimə yaratmaq üçün Ermənistan dövləti terror
əməllərini də fəallaşdırmışdı. 1994-cü il fevralın 1-də Bakı dəmiryol vağzalında
"Kislovodsk-Bakı" sərnişin qatarında törədilmiş terror aktı nəticəsində 3 nəfər
həlak olmuş, 20 nəfər müxtəlif dərəcəli bədən xəsarəti almışdı. 8 gün sonra Xudat
stansiyasında yük vaqonu partladılmış, dövlətə böyük ziyan dəymişdi. 1994-cü il
aprelin 13-də "Daqestanskiye oqni" stansiyası yaxınlığında "Moskva-Bakı"
sərnişin qatarı partladılmış, nəticədə 6 nəfər həlak olmuş, 3 nəfər yaralanmışdı.
62
Rusiya 1994-cü ilin aprelində regionda mövqelərini qoruyub saxlamaq,
qoşunlarını atəş xəttində yerləşdirmək, ağlasığmaz siyasi və iqtisadi güzəştlər əldə
etmək məqsədilə Azərbaycana münasibətdə alçaldıcı bir saziş layihəsi təklif etdi.
63
Azərbaycanı artıq Ermənistan tərəfindən bəyənilmiş bu layihə ilə razılaşmağa
məcbur etmək üçün aprelin 10-dan ermənilər bütün cəbhələrdə güclü hücuma
başladılar. Azərbaycan Ordusu düşmənin hücumunu müvəffəqiyyətlə dəf etdi.
Goranboy rayonunun Talış və Gülüstan kəndləri uğrunda döyüşlərdə Azərbaycan
əsgərləri qalib gəldilər, düşmən 150 əsgər və zabitini itirib geri çəkildi.
64
Tərtər
rayonunun İlxıçılar və Göyarx kəndləri tərəfdə gedən ağır döyüşlərdə düşmənin
200-dən çox canlı qüvvəsi məhv edildi.
65
Lakin arxalı ermənilər Ağdam rayonunun
daha 18 kəndini, Ağdərə bölgəsində bir neçə kəndi işğal edə bildilər. Bərdə üçün
ciddi təhlükə yarandı. Azərbaycan Ordusu buraya əlavə qüvvələr gətirməklə
düşmən hücumunun qarşısını aldı və əks-hücuma keçib bir neçə yaşayış
məntəqəsini azad etdi.
66
Beləliklə, imperiyapərəst qüvvələrin təklif etdiyi plan -
döyüşən tərəflərin ayrılmasında ATƏM-in iştirakı olmadan yalnız Rusiyanın
vasitəçiliyini nəzərdə tutan plan baş tutmadı. Bu işdə ABŞ-ın və ATƏM-in Minsk
qrupunun mühüm rolu oldu.
67
Azərbaycan öz suverenliyinə hörmət çərçivəsində qonşu Rusiyanın atəşkəsə
nail olmaq sahəsində səylərindən də imtina etmədi. 1994-cü il mayın 8-də
münaqişədə iştirak edən tərəflərin, o cümlədən Dağlıq Qarabağın azərbaycanlı və
erməni icmalarının, habelə Rusiya Federasiyasının bu niyyətini təsdiq edən Bişkek
protokolu Azərbaycan Respublikası tərəfindən də imzalandı.
68
272
Azərbaycan Respublikası Prezidenti Heydər Əliyevin uğurlu diplomatiyası,
milli ordunun yaradılması və güclənməsi nəticəsində düşmən və onun havadarları
artıq münaqişəni zorakı vasitələrlə həll etmək cəhdlərinin perspektivsizliyini dərk
edirdilər. 1994-cü il mayın 12-də cəbhələrdə atəşkəsə nail olundu.
69
Gündəlik dövlət qayğısı sayəsində Azərbaycan Ordusu getdikcə inkişaf etdi,
müasir hərbi texnika və bacarıqlı kadrlarla təchiz olundu, silahlı qüvvələrin şəxsi
heyətinin döyüş qabiliyyəti artdı, hərbi hissələrdə nizam-intizam möhkəmləndi. Bu
işdə Azərbaycanın NATO ilə sülh naminə tərəfdaşlıq proqramı çərçivəsində həyata
keçirilən tədbirlərin, qardaş Türkiyə Respublikası hərbçilərinin köməyi böyük idi.
Azərbaycan xalqının orduya yardımını tənzimləmək məqsədilə 2002-ci il avqustun
17-də Prezident Heydər Əliyevin Fərmanı ilə "Azərbaycan Respublikası Silahlı
Qüvvələrinə Yardım Fondu" təsis edilmişdi.
70
Dostları ilə paylaş: |