§4. MĠLLĠ ĠDEOLOGĠYANIN FORMALAġMASI
Respublikanın dövlət müstəqilliyinin bərqərarlaşması, ölkədə siyasi və
iqtisadi sabitlik, beynəlxalq əlaqələrin genişlənməsi, iqtidar tərəfindən ardıcıl
həyata keçirilən əməli tədbirlər azərbaycançılıq məfkurəsinin-milli və bəşəri
dəyərlərə əsaslanan suveren, dünyəvi dövlətçilik, mədəni və iqtisadi yüksəliş
ideologiyasının formalaşması, inkişaf etməsi üçün zəmin yaratmışdı.
Vətənpərvərlik, öz xalqı, dili, dini, zəngin mədəniyyəti, keçdiyi tarixi yol
üçün milli qürur, humanizm kimi Azərbaycan xalqının ən səciyyəvi milli-mənəvi
dəyərlərini inkişaf etdirmək, gənc nəsli bu dəyərlər ruhunda tərbiyə etmək ideoloji
fəaliyyətin əsas meyarı idi. Prezident Heydər Əliyev qeyd edirdi: "Milli
vətənpərvərlik, milli qürur hissi bizim dövlətçiliyimizin yaşaması üçün ən böyük
amillərdən biridir".
133
Milli özünəməxsusluğun ən mühüm təzahürü olan Azərbaycan dilinin
inkişafı, təmizliyinin qorunması, dövlət dili statusunun tətbiqi sahəsində mühüm
addımlar atıldı. Prezident Heydər Əliyev 2001-ci il iyunun 18-də "Dövlət dilinin
tətbiqinin təkmilləşdirilməsi haqqında" Fərman verdi. Dövlət başçısı yanında
"Dövlət Dil Komissiyası" yaradıldı.
134
2002-ci il sentyabrın 30-da "Azərbaycan
Respublikasında dövlət dili haqqında" Qanun qəbul edildi. Bu Qanun Azərbaycan
Prezidentinin 2003-cü il 2 yanvar tarixli Fərmanı ilə qüvvəyə mindi.
138a
Xalqın ümumtürk mədəniyyətinə qovuşmasında önəmli əhəmiyyəti
olduğunu nəzərə alaraq, hələ 1991-ci il dekabrın 24-də latın qrafikalı Azərbaycan
əlifbasının bərpa olunması haqqında Qanun qəbul edilmişdi. 1992-ci ilin sentyabr
ayından orta məktəblərin birinci sinfində dərslər bu qrafika üzrə keçirilməyə
başlanmışdı, lakin texniki çətinliklərə görə qəzet və jurnallar hələlik kiril qrafikası
ilə çap olunur, kargüzarlıq işləri əsasən bu qrafika ilə aparılırdı. Prezident Heydər
Əliyevin 2001-ci il 18 iyun tarixli Fərmanına əsasən həmin il avqust ayının 1-dən
latın qrafikalı əlifba qəti tətbiq edildi. Bu gün "Azərbaycan əlifbası və Azərbaycan
dili günü" elan olundu.
135
Ölkədə aparılan demokratik islahatlar milli ideologiyanın humanist,
demokratik xarakterini daha da dərinləşdirirdi.
358
Prezident Heydər Əliyev islam dininin insan mənəviyyatını saflaşdırıcı
xüsusiyyətlərindən və mənəvi emosional təsir gücündən milli birlik və barışıq
vasitəsi kimi səmərəli istifadə edilməsini Azərbaycançılıq məfkurəsinin
fundamental prinsiplərindən biri kimi qiymətləndirdi.
136
İslam dini icmaları,
müqəddəs ocaqlar bərpa olunur, yeniləri yaradılırdı. 1992-ci il iyulun 21-də "Dini
etiqad azadlığı haqqında" Qanun qəbul edildi.
137
1991-2001-ci illərdə respublikada
məscidlərin sayı 19-dan 1236-ya çatmışdı. Şəhər və kəndlərdə 160-a qədər, o
cümlədən Bakının Şəhidlər Xiyabanında, Yeni Yasamal, Qaraçuxur qəsəbələrində,
Novxanı, Hökməli, Nardaran kəndlərində, "Mir Möhsün ağa", "Əliayağı" pirləri
üzərində məscidlər tikilmişdi.
138
1999-cu ilin noyabr ayında Naxçıvanda yeni
tikilmiş "Həzrəti Zəhra (s.) məscidi" açılmışdı. "İmamzadə" məscidi və türbələr,
"Əshabü-kəf" ziyarətgahı təmir edilib abadlaşdırılmışdı. Şərur rayonunun Aralıq,
Babək rayonunun Çeşməbazar kəndlərində "Heydər məscidləri" tikilmişdi.
139
Sovet hakimiyyəti illərində dağılmış müqəddəs ocaqlar, pirlər, məscidlər
bərpa olunmağa başlanmışdı. Bayıl qəsəbəsində "Bibiheybət piri" bərpa edilmiş,
İmam Rzanın bacısı Hökümə xanımın müqəddəs qəbri üzərindəki 1935-ci ildə
yerlə - yeksan edilmiş "Bibiheybət məscidi" yerində ikiminarəli, irigünbəzli
əzəmətli məscid binası tikilmişdi.
Hər il Həcc mərasimi günlərində yüzlərlə dindarın müqəddəs Kəbəni,
habelə islamın başqa müqəddəs ocaqlarını ziyarət etməsi üçün lazımi tədbirlər
görülürdü.
"Qurani-Kərim"in yeni tərcümə-təfsirləri hazırlanmış (biri Ziya Bünyadov
və Vasim Məmmədəliyev, digəri isə N.Qasımoğlu tərəfindən) və çap olunmuşdu.
"İslamın səsi", "İslam dünyası", "İslam" qəzetləri nəşr edilirdi.
1989-1990-cı illərdə fəaliyyət göstərmiş "Bakı Mədrəsəsi" 1991-ci ildə
"Bakı İslam İnstitutu"na, 1994-cü ildə isə bu institut "Qafqaz İslam
Universiteti"nə, 1997-ci ildə isə "Bakı İslam Universiteti"nə çevrilmişdi. Bir çox
şəhərlərdə mədrəsələr fəaliyyət göstərirdi.
140
İqtidar dindarlara, qanuni dini icmalara qayğı ilə yanaşır, islam dininin
müstəqillik və dövlətçiliyin dayağı olan vətəndaş həmrəyliyi, xalq birliyi
yaradılmasında böyük imkanlarını düzgün qiymətləndirirdi. Dövlət müstəqilliyi
şəraitində xalqın ənənəvi mədəniyyətinə ehtiram və qayğı ilə yanaşılmağa
başlanmışdı. Milli Məclisin 1992-ci il oktyabrın 27-də qəbul etdiyi "Azərbaycan
Respublikasının bayramları haqqında" Qanuna əsasən "Novruz", "Mövlud",
"Qurban" və "Ramazan" (Orucluq) bayramları hər il rəsmi qeyd olunurdu.
141
Prezident Heydər Əliyev dinə və dindarlara ehtiramla yanaşırdı. O, islam dini
mərkəzlərini, müqəddəs Kəbəni ziyarətə getmişdi. Tez-tez dindarlarla görüşürdü.
1997-ci ilin payızında Prezident Bibiheybət pirini ziyarət edərkən burada
başlanmış məscid tikintisini öz himayəsinə götürmüş, bu məqsədlə 3 milyard
359
manat vəsait ayırmışdı.
142
Heydər Əliyev milli-əxlaqi mentalitetdə islam əxlaqı
normalarının əhəmiyyətini yüksək qiymətləndirir, onların inkişaf etdirilməsinə,
yayılmasına səsləyirdi. Eyni zamanda qeyd edirdi ki, fundamentalizmə və
fanatizmə yol verilməməlidir.
143
İslam dini Azərbaycan xalqını birləşdirici amil olduğundan əhalinin mənəvi
birliyini parçalamağa çalışan qüvvələr sünni və şiələr arasında nifaq salmağa cəhd
göstərirdilər. Xüsusi xidmət zabitləri Şərq və Qərb dini missionerləri libasında
geniş pozucu təbliğat işləri aparır, informasiya mərkəzləri açır, pulsuz dini kitablar,
qəzet və jurnallar yayırdılar.
144
Bu sahədə xüsusən İrandan gələn "missionerlər"
daha fəal idilər. Lakin islam dini bayrağı altında məkrli siyasi məqsədlər, qara
niyyətlər güdən qüvvələr layiqli cavablarını alırdılar.
Respublikada pravoslav, yəhudi dini konfessiyalarının azad inkişafı üçün
şərait vardı. 1999-cu ilin əvvəllərində Rus kilsəsinin Bakı-Xəzəryanı Yeparxiyası
təşkil olundu (bu yeparxiya əvvəllər -1934-cü ilədək də mövcud olmuşdu). Buraya
Azərbaycan, Dağıstan və Çeçenistandakı pravoslav kilsələri daxil idi.
145
2001-ci ilin mayında Bakıda olmuş Moskva və Bütün Rusiya Patriarxı II
Aleksi Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri Allahşükür Paşazadəyə
məktubunda qeyd edirdi ki, Azərbaycanda qeyri millətlərə mənsub insanlar özlərini
"ikinci növ adam" kimi hiss etmirlər, sülh və əmin-amanlıq şəraitində yaşayırlar.
Burada dinlərarası əlaqə səviyyəsi müsəlmanlarla xristianlar arasında qarşılıqlı
əməkdaşlığın etalonu ola bilər.
146
2001-ci il sentyabrın ortalarında Azərbaycanda
olmuş Avropa Şurası Parlament Assambleyasının sədri Lord Rassel Conston
bildirmişdi ki, burada "bütün dini konfessiyaların qarşılıqlı dözüm şəraitində
fəaliyyət göstərməsi dünyada nadir hadisələrdəndir".
147
2002-ci il may ayının 22-də
Bakıya rəsmi səfərə gəlmiş Vatikan dövlətinin başçısı, dünya katoliklərinin dini
rəhbəri olan Roma Papası II İohan Pavel Azərbaycanı "dini dözümlülüyü hər bir
həqiqi sivilizasiyanın ilkin dəyəri kimi dərk və qəbul edən... ölkə" adlandırmışdı,
O, dövlət başçısı, din, mədəniyyət, incəsənət və siyasət xadimləri ilə görüşündə
qeyd etmişdi ki, "...ürək açıqlığına, qonaqpərvərliyə görə, digər dinlərə etiqad
bəsləyənləri öz qardaşlarınız kimi qəbul etdiyinizə görə Azərbaycandakı islam
övladlarına eşq olsun... Qoy üç böyük din (islam, xristian və yəhudi - red)
tərəfindən izhar edilmiş bu məhəbbət şahidliyinə görə Allaha həmd olsun!"
148
.
Prezident Heydər Əliyev dediyi kimi, çoxkonfessiyalı ölkə olan Azərbaycan
dünyada
dinlərarası,
mədəniyyətlərarası
əlaqələrin
genişlənməsi
və
möhkəmlənməsi işinə öz layiqli töhfəsini verir. 1998-ci ildə Bakıda keçirilmiş
"İslam sivilizasiyası Qafqazda" mövzusunda geniş tərkibli beynəlxalq simpozium,
2002-ci ilin oktyabrında "Demokratik cəmiyyətdə dinin və əqidənin rolu: terrorizm
və ekstremizmə qarşı mübarizə yollarının araşdırılması" mövzusunda ATƏT-in
Bakı konfransı bu baxımdan mühüm hadisələr idi.
149
360
Vicdan azadlığı, başqa dinlərə hörmət hissləri hakim olduğu respublikada
37 xristian təşkilatı qeydə alınmışdı. Lakin çoxları da qeydiyyatsız, xeyriyyə
cəmiyyətləri adı altında fəaliyyət göstərirdi. Xristian missionerlərinin "Bakı
Bibliya İnstitutu", "Löninq sentə" və digər tədris müəssisələri, "Həyat sözü",
"Həyatverici lütf", "Yeni Apostol", "Yevangelçi xristian baptistləri", "Yeddinci
günün şahidləri" və başqa icmalar təşkil edilmişdi. Bakıda "Krişna şüuru"nu yayan
icma fəaliyyət göstərirdi. Yüz minlərlə nüsxə, o cümlədən Azərbaycan dilində,
pulsuz dini ədəbiyyat yayılırdı.
150
Missionerlər çox vaxt Azərbaycan Konstitusiyasını pozur, zorakı tədbirlərə
əl atır, fırıldaqçılıq edir, orduda, qaçqın və köçkünlərin məskunlaşdığı yerlərdə,
xüsusən çadır şəhərciklərində, azsaylı xalqlar arasında təbliğat işi aparır, islam
ənənələrini təhqir edir, fatalist fikirlər yayırdılar.
151
Qeyri-islam dini icmaların zorakı, təhqiredici əməlləri islam təəssübkeşləri
arasında əks reaksiya doğururdu. 1990-cı illərin ortalarında "Ceyşüllah" (Allah
Ordusu təşkilatı) aşkar edilib zərərsizləşdirilmişdi.
152
Prezident Heydər Əliyevin
1997-ci il 8 yanvar tarixli xüsusi sərəncamı ilə Azərbaycanda xarici dini
missionerlərin pozuculuq fəaliyyəti qadağan edildi.
153
Humanist islam dəyərlərinə sadiq olan dini icmalar, Qafqaz Müsəlmanları
Ruhani İdarəsi əhalinin mənəvi birliyi, müxtəlif dünyagörüşlərinə, dinlərə mənsub
insanlar arasında qarşılıqlı tolerant yaranması işində, dindarlar tərəfindən
dövlətçiliyin və müstəqilliyin müdafiə olunmasında fəal mövqe tuturdular. 1995-ci
ildə "Avrasiya İslam Şurası" təşkil edilmişdi. 1997-ci ildə təbliğat vasitələri ilə
islam dəyərlərini qoruyub saxlamaq, missionerlərin pozucu fəaliyyətinə qarşı
mübarizə aparmaq məqsədilə Qafqaz Müsəlmanları Ruhani İdarəsində tanınmış din
və elm xadimlərinin "Elmi-Dini Məsləhət Şurası" yaradılmışdı.
154
2001-ci il
iyunun 21-də "Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsi" təsis edilmişdi.
155
Azərbaycan açıq, dünyəvi cəmiyyət idi. Əhalinin həyat tərzinə bəşər
mədəniyyətinin ən yüksək dəyərləri ilə yanaşı, xalqın mənəviyyatına, milli
psixologiyasına, dininə yad olan cəhətlər də təsir göstərirdi. Çoxlu kazino, gecə
barı, oyun totalizatoru peyda olmuşdu. Bəzi gecə klublarında səhərə qədər müxtəlif
oyunlar, əyləncələr təşkil edilir, çox vaxt bu əyləncələr ifrat dərəcəyə çataraq,
xalqın mənəviyyatına zidd forma alır, gənclərin əxlaqını pozurdu. "Sarı mətbuat",
"bulvar ədəbiyyatı" insanlar arasında mənəvi pozuculuq işləri aparırdı.
156
Prezident
Heydər Əliyev 1998-ci ilin yanvarında xalqın mentalitetinə zidd müəssisələrin ləğv
edilməsi haqqında sərəncam verdi. Prezident 2001-ci il avqustun 13-də verdiyi
bəyanatda "əxlaqsızlıq biznesi"nə, "harınlamış zənginlər"in alçaq hərəkətlərinə
qarşı qanun çərçivəsində mübarizəni gücləndirmək üçün xalqın bütün sağlam
mənəvi qüvvələrini səfərbər olmağa çağırdı.
157
361
Xalqda öz tarixi və mədəniyyəti üçün qürur hissinin inkişaf etdirilməsi milli
ideologiyanın mühüm qaynaqlarından idi. Prezident Heydər Əliyev qeyd edirdi ki,
"Müstəqil dövlətimiz üçün taleyüklü məsələlərin həyata keçirilməsi tariximizin bir
çox qaranlıq səhifələrini açmaqla kimliyimizi tam müəyyən etməyi, milli kökləri
ilə bağlı yeni təfəkkürlü gənc nəsil yetişdirilməsini zəruri edir".
158
Bu sahədə
respublikanın tarixçi alimləri, yazıçıları çox faydalı işlər görürdü. Xalqı özünə və
başqalarına daha yaxşı tanıtmaq üçün görkəmli tarixi hadisələrin, siyasət, elm və
mədəniyyət xadimlərinin yubileyləri geniş qeyd edilirdi.
1996-cı ilin payızında Füzulinin 500 illik yubileyi təntənə ilə qeyd olundu.
Bakıya xarici ölkələrdən ədəbiyyatşünas, dilşünas alimlər, yazıçılar gəlmişdi.
1998-ci ildə Azərbaycan teatrının, 2000-ci ildə Azərbaycan mətbuatının 125 illiyi,
2001-ci ildə dünya şöhrətli alim və mütəfəkkir Nəsirəddin Tusinin yubileyi, 2002-
ci ildə Bakı Bələdiyyə Teatrının 10 illiyi geniş qeyd olundu. Görkəmli dövlət
xadimlərinin, alim və yazıçıların, musiqiçilərin və aktyorların yubileylərinin qeyd
olunması ənənəyə çevrilmişdi. Şairlər Bəxtiyar Vahabzadənin, Xəlil Rza (Ulutürk),
Məmməd Araz, Mirvarid Dilbazi yazıçı Əkrəm Əylisli, rəssam Mikayıl
Abdullayev, heykəltəraş Ömər Eldarov, alim Azad Mirzəcanzadə, xalq artistləri
Lütfiyar İmanov Əminə Dilbazi, bəstəkar Tofiq Quliyev ölkənin ən yüksək
mükafatı -İstiqlal ordeni ilə təltif edildilər. Onlarla görkəmli alim, yazıçı, artist
Şöhrət ordeni ilə təltif olundu.
ABŞ-da yaşayan dünya şöhrətli alim Lütfi Zadə, Rusiyada yaşayan, uzun
illər SSRİ-də pilotlu kosmik uçuşlara rəhbərlik edən Dövlət Komissiyasının sədri
olmuş general, AMEA-nın fəxri akademiki Kərim Kərimov kimi görkəmli
azərbaycanlıların xalqa tanıdılması üçün təbliğat işləri aparılırdı. 2002-ci ilin
oktyabrında İran rəssamı, azərbaycanlı Vədud Müəzzinin Bakıda düzənlənmiş
fərdi sərgisi ictimaiyyətin böyük marağına səbəb olmuşdu.
159
Azərbaycan xalqı dünya şöhrətli alim Landaunun, musiqiçi Rostropoviçin,
təyyarəçi-kosmonavt Musa Manarovun bakılı olması ilə fəxr edirdilər.
Paytaxtda 600-dən çox küçəyə Azərbaycanın görkəmli şəxsiyyətlərinin -
siyasi xadimlərin, milli qəhrəmanların, alim və yazıçıların, mədəniyyət
xadimlərinin adı verilmişdi.
160
1995-ci ilin mayında İkinci dünya müharibəsində faşizm üzərində
Azərbaycanın, Bakının, xüsusən onun neftinin həlledici rol oynadığı qələbənin 50
illik yubileyi geniş qeyd edildi.
161
1998-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin 80 illiyi, 1999-cu ildə
Naxçıvan Muxtar Respublikasının 75 illiyi yüksək səviyyədə keçirildi.
Hər il 28 May - Respublika Günü (1992-ci ildən), 15 İyun -Qurtuluş Günü
(1997-ci ildən), 26 İyun - Silahlı Qüvvələr Günü (1997-ci ildən), 18 Oktyabr -
Dövlət Müstəqilliyi Günü (1992-ci ildən), 12 Noyabr - Konstitusiya Günü (1996-cı
362
ildən), 17 Noyabr-Milli Dirçəliş Günü (1992-ci ildən), 31 Dekabr-Dünya
Azərbaycanlıları Günü (1990-cı ildən) bayram kimi qeyd olunurdu.
162
20 Yanvar -
Matəm Günü Bakıdakı və başqa şəhərlərdəki Şəhidlər xiyabanlarını yüz
minlərlə insan ziyarət edirdi. 1997-ci ildən Xocalıda azərbaycanlıların soyqırımı
qurbanları xatirəsinə ehtiram əlaməti olaraq fevralın 26-da saat 17-də Sükut
dəqiqəsi elan olunmuşdu.
163
Xalqın mənəvi gücünün artmasına erməni-azərbaycanlı münaqişəsi
haqqında həqiqətlərin öyrənilməsi mühüm təsir göstərirdi. Ermənilərin Azərbaycan
torpaqlarını ələ keçirmək üçün azərbaycanlılara qarşı apardıqları siyasətin
mahiyyətinin açılmasına, tarixi yaddaşın möhkəmlənməsinə xüsusi diqqət
yetirilirdi. Prezident Heydər Əliyev qeyd edirdi: "Xalqımız... daim bilməlidir ki,
bizim tarixi torpaqlarımız hansılar olubdur. Hansılar, nə vaxt əlimizdən gedibdir,
niyə görə əlimizdən gedibdir və şübhəsiz ki, bunlar qayıtmalıdır. Biz də qaytara
bilməsək, gələcək nəsillər bunları qaytaracaqlar".
164
Onun "1948-1953-cü illərdə
azərbaycanlıların Ermənistan SSR ərazisindən, tarixi etnik torpaqlarından kütləvi
surətdə deportasiyası haqqında" 1997-ci il 17 dekabr,
165
"Azərbaycanlıların
soyqırımı haqqında" 1998-ci il 26 mart
166
tarixli fərmanlarında son iki əsrdə
Qafqazda azərbaycanlılara qarşı məqsədyönlü şəkildə həyata keçirilən etnik
təmizləmə, soyqırımı siyasəti ifşa olunmuşdu. Bu tarixi cinayətlərə ilk dəfə hüquqi-
siyasi qiymət verilmişdi. Onların xalqa, beynəlxalq ictimaiyyətə çatdırılması üçün
konkret tədbirlər görülməyə başlanmışdı.
Prezident Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan Respublikasının Milli
Məclisi 1994-cü il martın 29-da 1990-cı il 20 Yanvar hadisəsinə obyektiv hüquqi-
siyasi qiymət verdi, onun səbəbləri, mahiyyəti təhlil olundu və xalqa çatdırıldı.
Dövlətçilik rəmzlərinin, 1993-cü ildən sonra iqtidarın çoxcəhətli siyasəti
sayəsində bütün sahələrdə əldə olunan uğurların geniş təbliğ edilməsi xalqda özünə
inam, nikbinlik, qürur hissi doğururdu. Prezident 1998-ci il aprelin 13-də
"Azərbaycan Respublikası dövlət atributlarının təbliği işini gücləndirmək
haqqında" Fərman verdi.
167
Milli ideologiyanın formalaşması dünyada yaşayan azərbaycanlıların
mənəvi, mədəni birliyinin daha da inkişaf etməsinə imkanlar açırdı. Dünyada 50
milyona yaxın azərbaycanlı yaşayırdı. Onların 35 milyonu Azərbaycan
Respublikasında və İranda, 3 milyonu Türkiyədə, 1 milyondan çoxu Rusiyada, 0,5
milyonu Almaniyada, 1,5 milyonu İraqda, 600 mini ABŞ-da, 32 mini Böyük
Britaniyada, 200 mini Səudiyyə Ərəbistanında, 600 mini İndoneziyada, 700 mini
Gürcüstanda, 400 mini Qazaxıstanda, 250 mini Özbəkistanda, 170 mini Fransada,
15 mini Yaponiyada məskunlaşmışdı.
168
Dünya azərbaycanlılarının təşkilatlanma prosesi Heydər Əliyevin təşəbbüsü
ilə 1990-cı ildən başlanmışdı.
169
Onların 1990 və 1997-ci illərdə İstanbulda, 1997-
363
ci ildə Los-Ancelesdə və 1998-ci ildə Vaşinqtonda konqresləri keçirilmişdi.
170
Dünyanın 30-dan çox ölkəsində azərbaycanlıların birləşdiyi 100-dən çox ictimai,
milli-mədəni cəmiyyət, təşkilat-mərkəz, dərnək, ocaq, əncüman vardı.
171
Azərbaycanlıların Rusiyada 40-dan çox, Avropa ölkələrində 50-yə yaxın təşkilatı
mövcud idi.
172
Yer üzərində yaşayan azərbaycanlıların koordinasiya mərkəzi
Azərbaycan Prezidenti İcra Aparatı İctimai-Siyasi Şöbəsinin "Xaricdə Yaşayan
Azərbaycanlılarla İş" strukturu idi.
173
Azərbaycanlıların xaricdəki cəmiyyətləri
Azərbaycandakı "Vətən" cəmiyyəti, "Azərbaycan Dünyası" Beynəlxalq Mərkəzi,
"Soydaş Assosiasiyası", "Dünya Azərbaycanlılarının Mədəniyyəti Mərkəzi" və
başqa ictimai-siyasi təşkilatlarla əlaqə saxlayırdılar.
174
Onlar Azərbaycan
mədəniyyətinin xarici ölkələrdə tanınmasında mühüm rol oynayırdılar. Xarici
ölkələrdə yaşayan azərbaycanlıların təşkil etdikləri onlarla təşkilat, o cümlədən
Madriddə "Azərbaycan Dostları", Londonda "Azərbaycan Dayaqçıları"
cəmiyyətləri, Stokholmda "Azərbaycan Mədəniyyət Mərkəzi", Malmödə
"Azərbaycan Mədəniyyət Əncümanı", Kölndə "Azərbaycan Mədəniyyət Mərkəzi",
Torontoda "Azərbaycan Mərkəzi", habelə İngiltərədə "Aydınlıq", "Odlar ölkəsi",
Belçikada "Azərbaycan", "Qürbət", İsveçdə "Azərbaycan", Almaniyada "Ana dili",
"Savalan", "Qaynarca", Türkiyədə "Xəzər", "Azərbaycan türkləri", İspaniyada
"Dədə Qorqud", İraqda "Yurd", ABŞ-da "Azərbaycan" qəzetləri, İsveçdə "Araz"
jurnalı, "Azərbaycanın səsi" kimi müxtəlif teleradio proqramları bu sahədə xüsusən
fərqlənirdilər.
175
Lakin xaricdə yaşayan azərbaycanlılar vətəndaşı olduqları
ölkələrdə Azərbaycanın maraqlarını daha təsirli müdafiə etmək üçün birləşib
diaspor, lobbi təşkil edə bilmirdilər.
Prezident
Heydər
Əliyevin 2001-ci il mayın 23-də Dünya
Azərbaycanlılarının I qurultayının keçirilməsi haqqında mühüm sərəncamının
həyata keçirilməsi üzrə ciddi təşkilatçılıq işlərinə başlanıldı.
2001-ci il noyabr ayının 9-10-da Bakıda Dünya Azərbaycanlılarının I
qurultayı keçirildi. Qurultayda 37 ölkədən nümayəndələr iştirak edirdi. Xarici
ölkələrdən 560-dan çox nümayəndə və qonaq gəlmişdi. Nümayəndələrin təşkil
etdikləri "İnsan hüquqları və beynəlxalq əlaqələr", "Ermənistanın Azərbaycana
təcavüzünün aradan qaldırılması", "Mədəniyyət", "Elm və təhsil", "Ana dili və
Azərbaycanşünaslıq", "İqtisadi əlaqələr", "Gənclər və idman məsələləri", "Kütləvi
informasiya vasitələri və informasiya mübadiləsi" komissiyaları tərəfindən
hazırlanmış
sənədlər
əsasında
qurultayda
qətnamə,
Bütün
Dünya
Azərbaycanlılarına Müraciət, Ermənistan və Azərbaycan Dağlıq Qarabağ problemi
ilə əlaqədar dünya ictimaiyyətinə, beynəlxalq təşkilatlara, xarici ölkələrin hökumət
rəhbərlərinə və parlamentlərinə, Azərbaycan Respublikası Prezidenti cənab Heydər
Əliyevə, habelə 2001-ci il sentyabrın 11-də ABŞ-da törədilmiş qanlı terror hadisəsi
ilə bağlı Amerika xalqına müraciətlər qəbul edildi. Qurultayda "Dünya
364
Azərbaycanlılarının Əlaqələndirmə Şurası" və onun idarə heyəti (sədri AMEA-nın
prezidenti, akademik Mahmud Kərimov) seçildi.
176
Dünya Azərbaycanlılarının I
qurultayının böyük tarixi əhəmiyyəti oldu. O, dünyanın müxtəlif ölkələrində
yaşayan azərbaycanlıların Vətənin mənafeyi naminə qüvvələri səfərbər etmək
vasitələrini müəyyənləşdirdi, əlaqələrin möhkəmlənməsi və səmərəli olması üçün
imkanlar yaratdı.
Əlaqələndirmə Şurasının köməyi ilə 150 ölkədə nümayəndəlik yaradıldı.
177
2002-ci ildə "Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsi"
təşkil edildi.
Xalqa aşılanırdı ki, o, böyük türk mədəniyyətinin, Nizami, Xaqani, İbn
Sina, Qurbani, Xətai, Yunis İmrə, Nəsimi, Füzuli, Nəvai, Tusi, Bəhmənyar, Vaqif,
Sabir, Şəhriyar və başqalarının varisidir. Türk dövlət və toplumlarının dostluq və iş
birliyinə, xüsusən mədəni əlaqələrin inkişafına həsr olunmuş toplantılar keçirilirdi.
Türkdilli xalqların mənəvi birliyini möhkəmləndirmək, mədəniyyətini
qarşılıqlı şəkildə inkişaf etdirmək, zənginləşdirmək və təbliğ etmək məqsədilə
1992-ci ilin ortalarında "Türkdilli Ölkələrin Mədəniyyət Nazirləri Daimi
Konseyni", 1993-cü ilin əvvəllərində isə onun icra qurumu olan TÜRKSOY (Türk
Kültür və Sanatları Ortak Yönətimi) fəaliyyətə başladı.
178
1996-cı ildə aralarında
bağlanan müqaviləyə əsasən YUNESKO TÜRKSOY-u tanıdı və dəstəkləməyə
başladı.
179
1996-cı ilin oktyabrında "Türkiyə-Azərbaycan Dostluq Vəqfi" təsis
edildi.
180
2001-ci ilin mart ayında Prezident Heydər Əliyevin Fərmanı ilə
"Azərbaycan Atatürk Mərkəzi" yaradıldı.
181
Türkiyə-Azərbaycan dostluğu, türk əsgərlərinin 1918-1919-cu illərdə
Azərbaycan xalqına, onun silahlı qüvvələrinə yadelli işğalçılara qarşı mübarizədə
misilsiz köməyi, siyasi, iqtisadi və mədəni əməkdaşlıq faktları geniş təbliğ
olunurdu. Türk tarixi, mədəniyyəti ədəbiyyatı sahəsində birgə araşdırmalar
aparılırdı.
Azərbaycan xalqı onun yolunda sinəsini sipər etmiş türk əsgərini böyük
minnətdarlıq hissi ilə xatırlayırdı. Türk əsgərlərinin məzarları abadlaşdırılmış,
ziyarətgaha çevrilmişdi. 2000-ci ilin aprel ayında Bakıda türk əsgəri şərəfinə
ucaldılmış möhtəşəm abidə açılmışdı.
182
2001-ci il avqustun 24-də bir milyona qədər insan Bakının Azadlıq
meydanında Türkiyə Hərbi Hava Qüvvələrinin "Türk Ulduzları" eskadrilyasının
(dünyada 10 belə eskadrilya vardır) yüksək pilotaj nümunələrini böyük sevinclə
qarşıladı.
183
90-cı illərin ortalarında Asiya Mədəniyyət və İnkişaf İnstitutunun
Azərbaycan filialı təşkil olundu. Onun Altay xalqları ilə əlaqə mərkəzi təsis
edildi.
184
365
1996-cı ilin noyabr ayında Bakıda Türk dünyası yazıçılarının III qurultayı
keçirildi.
185
Türkdilli xalqlar birlikdə "Manas dastanı"nın min illiyini, böyük qazax şairi
və filosofu Abayın 150 illiyini, Özbəkistanın böyük dövlət xadimi Əmir Teymurun
660 illiyini, Füzulinin 500 illiyini, Şeyx Şamilin 200 illiyini geniş qeyd etdilər.
1997-ci ilin aprel ayında Prezident Heydər Əliyev Azərbaycan xalqının milli tarix
və mədəniyyət qaynaqlarından biri olan "Kitabi-Dədə Qorqud" dastanının 1300
illiyinin geniş qeyd edilməsi haqqında Fərman verdi.
186
Yubiley Türk dünyasında
böyük təntənə ilə qeyd edildi.
Müstəqillik dövründə respublikada yaşayan azsaylı xalqların mədəni
tərəqqisinə diqqət daha da artırıldı. 1992-ci il sentyabrın 16-da "Azərbaycan
Respublikasında yaşayan milli azlıq, azsaylı və etnik qrupların hüquq və
azadlıqlarının qorunması, dil və mədəniyyətinin inkişafı üçün dövlət yardımı
haqqında" Fərman verildi. Milli Azlıqlarla İş üzrə Şura təşkil olundu. Azərbaycan
Mədəniyyət Fondu yanında azsaylı xalqların mədəniyyətinin qorunması və inkişafı
üzrə Elmi Şura yaradıldı. Ləzgi, talış, kürd, udin, saxur, slavyan, yəhudi və başqa
xalqların mədəniyyət mərkəzləri, cəmiyyətləri fəaliyyətini xeyli genişləndirdi.
Ümumtəhsil məktəblərində aşağı siniflərdə bu xalqların dili tədris olunmağa
başladı. 1993-cü ildə Qusarda Dövlət Ləzgi Teatrı təşkil olundu. "Azərnəşr"də
azsaylı xalqlar redaksiyası yaradıldı. "Udin dili", "Ləzgi dili" və başqa dərsliklər,
əlifbalar çap olundu. "Talışı-sado" (Talışın səsi), "Samur", "Vestnik" və başqa
qəzetlər çap olunmağa başlandı.
188
Dünya mədəniyyətinin ən gözəl incilərini xalqa tanıtmaq sahəsində də
səmərəli işlər görülmüşdü. Hələ 1989-cu ilin baharında Azərbaycan Yazıçılar
Birliyi yanında təşkil edilmiş Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzi dünya
ədəbiyyatı xəzinəsindən ən gözəl nümunələrin Azərbaycan dilinə orijinaldan
tərcümə edilməsində mühüm rol oynayırdı. O.Süleymenov, Ç.Aytmatov,
M.Svetayeva, F.Kafka, R.Rilke, T.Vulf, V.Şukşin, K.Doyl, Q.Markes, U.Folkner,
B.Yıldız və digər dünya şöhrətli ədiblərin əsərləri Azərbaycan dilində nəşr
olunmuşdu. Bu sahədə "Xəzər" jurnalı və "Yol" qəzeti xüsusən mühüm rol
oynamışdı. Azərbaycan ədəbiyyatından ingilis, alman, rus, fransız, ərəb, fars
dillərinə çoxlu tərcümə edilmişdi. 1996-cı ildən "Dünya Ədəbiyyatı Korifeyləri"
seriyası çap olunmağa başlanmışdı.
189
"Azərbaycanda Dünya Kinosunun 100 illiyi Fondu" və Respublika
Kinematoqrafçılar İttifaqı MDB və Baltikyanı ölkələrin kinematoqrafçıları
konfederasiyalarının dəstəyi ilə ənənəvi Bakı "Şərq-Qərb" kinofestivalını təşkil
edirdilər. 2002-ci ilin oktyabr ayında V "Şərq-Qərb" kinofestivalında Çin, Rusiya,
Türkiyə, Belarus, Estoniya, Latviya, Almaniya, Çexiya, Moldova, Fransa,
366
Özbəkistan, Qırğızıstan, Azərbaycan və b. ölkələrdə istehsal edilmiş filmlər
nümayiş etdirildi.
190
1991-ci ilin oktyabr ayında Moskvada Nizami Gəncəvinin abidəsi açılmışdı.
Moskva və Sankt-Peterburqda Nizaminin 850 illiyi təntənə ilə qeyd edilmişdi.
1994-cü ildə Moskvada, İttifaqlar Evinin Sütunlu salonunda Füzulinin 500 illiyinə
həsr olunmuş təntənəli gecə, Polad Bülbüloğlunun 50 illik yubileyi münasibətilə
böyük konsert təşkil olunmuşdu.
191
2002-ci ilin iyun ayında Sankt-Peterburqda
Nizaminin heykəli qoyuldu.
1996, 1999-cu illərin aprel, 2000-ci ilin mart və 2001, 2002-ci illərin aprel
aylarında Rusiya Federasiyasında Azərbaycan mədəniyyəti günləri keçirilirdi.
1999-cu ilin may ayında Moskvada Azərbaycan kinosu günləri təşkil olundu.
1997-ci ildə Moskvada Rəşid Behbudovun, Bülbülün, Müslüm Maqomayevin
(nəvə), 1999-cu ildə Rüstəm İbrahimbəyovun və başqalarının yubiley gecələri
keçirilirdi. 2002-ci il dekabrın 11-də Moskvada, İttifaqlar Evinin Sütunlu
salonunda Azərbaycan və Rusiya incəsənət ustalarının iştirakı ilə Fikrət Əmirovun
80, Niyazinin 90 illiyinə həsr olunmuş böyük konsert oldu.
192
Xalqın Rusiya mədəniyyəti ilə daha yaxından tanış olmasına şərait
yaradılırdı. 1997-ci il martın 31-dən aprelin 7-dək Azərbaycanda Rusiya
Federasiyası mədəniyyəti günləri keçirilirdi. Böyük Teatr, Vaxtanqov adına Teatr,
Obraztsov adına Kukla Teatrı, "Vivaldi orkestr", Rusiyanın məşhur artistləri öz
yaradıcılıq uğurlarını nümayiş etdirirdilər. Rusiya Dövlət Tretyakov
Qalereyasından görkəmli rus rəssamları Repin, Surikov, Vereşşagin, Serov, Şişkin
və başqalarının 35 məşhur rəngkarlıq əsəri ilk dəfə olaraq Azərbaycanda (İncəsənət
Muzeyində) nümayiş etdirildi.
193
Həmin vaxt Bakıda Moskva günləri keçirildi.
2000-ci ilin iyun ayında Azərbaycanda Rusiya Federasiyası və Moskva şəhəri
mədəniyyəti günləri, 2002-ci ilin aprel ayında Rusiya Federasiyası mədəniyyəti
günləri təşkil olundu. 2002-ci ilin aprelində İncəsənət Muzeyində açılmış
vernisajda "XVIII-XX əsr Rusiya incəsənəti" mövzusunda Rusiya muzey və
qalereyalarının 3000-dək nadir eksponatı nümayiş etdirilmişdi.
194
1997-ci ilin sentyabr ayında Bakıda Finlandiya mədəniyyəti günləri təşkil
edildi. 1999-cu ilin mart ayında Bakıda Dağıstan mədəniyyəti günləri keçirildi.
195
2001-ci ilin oktyabr ayında Bakının ən gözəl guşələrindən birində böyük rus
şairi A.S.Puşkinin möhtəşəm abidəsi (heykəltəraş Yuri Orexov) açıldı.
196
Həmin il
Bakı Slavyan Universitetində "Ukrayna Mədəniyyət Mərkəzi" təşkil edildi,
"Rusiya Mədəniyyət Mərkəzi" yaradılmağa başlandı.
197
Kiyevdə Beynəlxalq Kadr
Akademiyasının Regionlararası İşçi Heyətinin İdarəetmə Akademiyası
çərçivəsində Heydər Əliyev adına "Ukrayna-Azərbaycan Beynəlxalq Münasibətlər
və Sosial Elmlər İnstitutu" uğurla fəaliyyət göstərirdi.
198
367
Azərbaycanın başqa ölkələrlə də mədəni əlaqələri inkişaf edirdi. 1992-ci ilin
yayında "Azərbaycan-Almaniya Cəmiyyəti" təsis edilmiş, iki ölkə arasında mədəni
əlaqələrin inkişafı üçün münasib imkanlar açılmışdı.
199
1995-ci ilin baharında
Almaniyada Azərbaycan, Azərbaycanda isə Almaniya fırça ustalarının əsərlərindən
ibarət sərgilər təşkil olunmuşdu.
200
1996-cı ilin sonlarında Azərbaycan-İran mədəni
əməkdaşlığı haqqında müqavilə imzalandı.
201
Həmin il Azərbaycan-İsveç Dostluq
Cəmiyyəti yaradıldı.
202
1998-ci ilin fevral ayında Azərbaycan-Dağıstan Dostluq
Cəmiyyəti təsis edildi. 2001-ci ilin may ayında Belçika-Azərbaycan Dostluq
Cəmiyyəti yaradıldı.
204
2002-ci ilin aprel ayında Azərbaycan-Avstriya Mədəniyyət
Mərkəzi tərəfindən Avstriyada təşkil edilmiş Azərbaycan mədəniyyəti günləri
yüksək səviyyədə keçirilmişdi. Avstriya və Azərbaycan kitabxanaları arasında
əməkdaşlıq haqqında müqavilə imzalanmışdı. 2002-ci ilin yayında Avstriya və
Azərbaycanın mədəniyyət xadimləri birgə layihə əsasında ("Uşaq səsləri"
Beynəlxalq festivalı çərçivəsində) Avstriya bəstəkarı Ulf-Diter Soykanın
Azərbaycan nağılının motivləri əsasında yazdığı "Leylanın arzusu və ya narazı
şahzadə xanım" uşaq operası Vyanada Azərbaycan və alman dillərində tamaşaya
qoyuldu. 2002-ci ilin sentyabr ayında Bakıda Avstriya mədəniyyəti günləri
keçirildi.
205
Həmin ilin noyabr ayında Tehranda İran və Azərbaycan Respublikası
alimləri və bəstəkarlarının iştirakı ilə Birinci Beynəlxalq Azərbaycan Musiqisi
seminarı keçirildi.
206
2002-ci il oktyabrın 1-5-də Bakıda Azərbaycan, Skandinaviya və Cənubi
Amerika ölkələri musiqiçilərinin iştirak etdiyi I Beynəlxalq Milli Musiqi Festivalı
keçirildi.
207
Azərbaycan xalqının qədim yazılı abidəsi - "Kitabi-Dədə Qorqud" rumın
dilinə tərcümə edilib Buxarestdə çap olundu (professor Y.Nezvət tərcümə edib).
208
2002-ci ilin aprelində "Azərbaycan-Yaponiya Cəmiyyəti"nin təşəbbüsü ilə
"Azərbaycanda Yaponiya baharı" mövzusunda sərgi düzənlənmişdir.
209
Bakı Təbriz və Paris şəhərləri ilə qardaşlaşmışdı. Sumqayıt şəhəri ilə
Almaniyanın Lüdviqshafen şəhəri arasında hələ 70-ci illərin ortalarından başlanmış
dostluq və əməkdaşlıq əlaqələri bərpa olunmuşdu.
210
1997-ci ildə Lüdviqshafenin
mərkəzi küçələrindən birinə "Sumqayıt" adı verilmişdi. Sumqayıtda qardaş şəhərin
şərəfinə park açılmışdı.
211
2002-ci ildə bu əlaqələrin yaranmasının 25 illiyi qeyd
edilmişdi.
212
ABŞ-Azərbaycan partnyorluq münasibətlərinin yaranması hələ 1972-ci ildə
qardaşlaşmış Bakı və Hyuston şəhərləri arasında əlaqələrin genişlənməsinə səbəb
olmuşdu.
Beləliklə, Azərbaycan dövlət müstəqilliyinin bərpa olunması və
möhkəmləndirilməsi, milli ideologiyanın xalqın mədəni, mütərəqqi dini ənənələri
və ümumbəşəri dəyərlər əsasında formalaşmasına qayğı göstərilməsi, bu ənənə və
368
dəyərlərə zidd hallara qarşı mübarizə aparılması insanların mənəvi aləmini
zənginləşdirir, xalqın intellektual mədəni tərəqqisinə xidmət edirdi.
|