§3. ƏDƏBĠYYAT VƏ ĠNCƏSƏNƏT
Azərbaycan Respublikası müstəqilliyinin təşəkkülündə ədəbiyyat və
incəsənət önəmli rol oynadı. Azərbaycan ədəbiyyatı xəzinəsi yeni əsərlərlə
zənginləşdi. Müstəqillik uğrunda mübarizə və sonrakı illərdə ədəbiyyatda Bəxtiyar
352
Vahabzadə, Xəlil Rza (Ulutürk) və Məmməd Araz zirvələri daha aydın görünürdü.
Xəlil Rzanın "Davam edir 37" şeirlər toplusu, Bəxtiyar Vahabzadənin "Şəhidlər"
poeması, "Göytürklər" pyesi böyük poetik və tərbiyəvi təsir gücünə malik idi.
Qabil, Nəbi Xəzri, Fikrət Qoca, İsa İsmayılzadə, Söhrab Tahir, Cabir
Novruz, Nəriman Həsənzadə, Vaqif Səmədoğlu, Ramiz Rövşən, Fikrət Sadığın
şeirləri dərin məzmunu və lirizmi ilə fərqlənirdi.
Gənc poeziya axtarış yollarında idi. Onun nümayəndələri "realist-
publisistik", "mediativ", sufiliyə, dərvişliyə meyil edən "romantik", "urbanist",
habelə "avanqardçı" poeziya nümunələri yaradırdılar.
Ədəbiyyata müharibə, yeni iqtisadi münasibətlərə keçid, 90-cı illərin birinci
yarısındakı siyasi qeyri-sabitlik, hakimiyyət uğrunda mübarizə şəraitində
cəmiyyətdə, insanların mənəviyyatında baş verən dəyişiklikləri əks etdirən yeni
mövzularda kitablar çıxmışdı. İsmayıl Şıxlının "Ölən dünyam", "Sapı
özümüzdəndir", Anarın "Otel otağı", İlyas Əfəndiyevin "Hökmdar və qızı",
Bəxtiyar Vahabzadənin "Hara gedir bu dünya", Elçinin "Ah, Paris, Paris!", İsa
Hüseynovun "Cəhənnəm", Sabir Rüstəmxanlının "Ömür kitabı", Nəriman
Həsənzadənin "Pompeyin Qafqaza hücumu", Vidadi Babanlının "Ana intiqamı",
Afaq Məsudun, Vaqif Nəsibin və başqalarının əsərləri bu dövrün ədəbi hadisələri
idi.
Detektiv roman ustası Çingiz Abdullayevin əsərləri bütün dünyada böyük
maraqla qarşılanmışdı.
Ənvər Məmmədxanlının, Əzizə Cəfərzadənin, Aqil Abbasın tarixi
romanları xalqın qəhrəman, ibrətamiz keçmişini işıqlandırır, böyük tərbiyəvi
əhəmiyyət kəsb edirdi. İsi Məlikzadənin "Qırmızı şeytan", Aqşin Babayevin
"Dünyanın axırı", Arif Abdullazadənin "Qanlı yaddaş", Əli Əmirlinin "Meydan",
Məmməd Orucun "Köçürmə" əsərləri xalqın yaxın tarixinin realist səhnələrini əks
etdirirdi.
Ədəbiyyatın, filologiyanın inkişafına diqqəti artırmaq üçün Prezident
Heydər Əliyev 1996-cı ildə Füzuli adına Beynəlxalq mükafat təsis etdi. 1997-ci ilin
noyabr ayında "Azərbaycan yazıçılarına dövlət qayğısını artırmaq haqqında"
Fərman verdi. "Azərbaycan", "Qobustan", "Ulduz", "Literaturnı Azerbaydjan"
jurnallarının, "Ədəbiyyat" qəzetinin nəşri dövlət hesabına həyata keçirilməyə
başlandı.
1997-ci ilin noyabr ayında Azərbaycan yazıçılarının X qurultayı keçirildi.
Qurultay ərəfəsində Prezident Heydər Əliyev qocaman və gənc yazıçılarla görüşlər
keçirdi. Bu görüşlərdə ədəbiyyat qarşısında duran vəzifələr ətraflı müzakirə
edildi.
109
1997-ci il noyabrın 10-da Prezident "Azərbaycan Respublikasında
ədəbiyyat və incəsənət xadimlərinə dövlət qayğısının artırılması haqqında" Fərman
353
imzaladı. Qocaman ədəbiyyat və incəsənət xadimləri, gənc istedadlı yazıçı və
şairlər üçün fərdi təqaüdlər təyin edildi. 1998-ci il mayın 22-də "Azərbaycan
Respublikasında fəxri adlar haqqında",
110
2002-ci il iyunun 11-də "Azərbaycan
Respublikası Prezidentinin fərdi təqaüdlərinin təsis edilməsi haqqında" fərmanlar
verildi. 2002-ci ilin iyun ayında Prezident elm, mədəniyyət incəsənət, maarif və
digər sahələrdə xidməti olmuş 150 nəfərə Prezident təqaüdü təyin etdi.
111
Respublikada "Bakı Bələdiyyə Teatrı", "Tənqid-Təbliğ Teatrı", "Milli
Dastan Teatrı", "Dövlət Gənclər Teatrı", "Yuğ" teatrı, "Bakı Kamera Teatrı",
"Pantomim Teatrı" kimi yeni teatrlar təşkil olunmuşdu. 2000-ci ildə 26 dövlət teatrı
fəaliyyət göstərirdi. Təmir edildikdən sonra, 1996-cı ildə Azərbaycan Milli Dram
Teatrı qapılarını yenidən tamaşaçıların üzünə açmışdı.
112
1995-2000-ci illərdə
Azərbaycan Dövlət Filarmoniyasının binasında əsaslı təmir işləri aparıldı. 2002-ci
il noyabrın 29-da Azərbaycan Prezidenti bu binanı müasir konsert müəssisəsi
tələblərinə uyğunlaşdırmaq məqsədilə əlavə tikinti işləri aparılması və onun lazımi
avadanlıqlarla təmin edilməsi üçün xüsusi sərəncam verdi.
113
Fərahim Fərzəlibəyov, Azərpaşa Nemətov, Hüseynağa Atakişiyev kimi
istedadlı rejissorlar Azərbaycan rejissorluq məktəbinin ən yaxşı ənənələrini davam
və inkişaf etdirirdilər.
Azərbaycan teatrları xalqın qəhrəmanlıq tarixindən, müasir həyatından bəhs
edən onlarla əsərə səhnə həyatı verdilər. Opera və Balet Teatrında 1997-ci ildə
Üzeyir Hacıbəyovun "Koroğlu" operası, "Arşın mal alan" operettası, Milli Dram
Teatrında Səməd Vurğunun "Fərhad və Şirin" pyesi, 1998-ci ildə Musiqili
Komediya Teatrında Üzeyir Hacıbəyovun "O olmasın, bu olsun" operettası, habelə
onlarla başqa klassik əsər yenidən səhnə həyatı yaşamağa başladı. 2002-ci ildə
Azərbaycan Milli Dram Teatrı V.Şekspirin "Hamlet" faciəsini yeni quruluşda
tamaşaya qoydu.
Azərbaycanın "Bakılı oğlanlar" klubu 2000-ci ilin noyabr ayında Moskvada
"Şən və Hazırcavablar" klublarının beynəlxalq yarışında XX əsrin ən yaxşı
komandası adına və "XX əsr Çempionları Kuboku"na layiq görülmüşdü.
114
Azərbaycanın musiqi sənəti yeni əsərlərlə zənginləşirdi. 1991-ci ildə
görkəmli bəstəkar Fikrət Əmirovun "Nizami" baletinin tamaşaya qoyulması
respublikanın mədəni həyatında əlamətdar hadisə idi. 1996-cı ildə Süleyman
Ələsgərovun "Solğun çiçəklər" operası tamaşaya qoyuldu. Dünya şöhrətli bəstəkar
Arif Məlikov VII simfoniyasını yazdı. Bu simfoniyanın səslənməsi üçün Türkiyədə
İhsan Doğramacı tərəfindən xüsusi konsert salonu inşa olunmuşdu. Bəstəkar
Cövdət Hacıyevin dövrün dramatizmini, xalqın ümid və inamını musiqi dili ilə əks
etdirən "Onu zaman seçib" adlı VIII simfoniyası, bəstəkar Sərdar Cəfərovun
"Böyük vətəndaş haqqında" odası xalqının səadəti, müstəqilliyin əbədi olması
uğrunda mübarizədə yorulmaz və dönməz şəxsiyyətə - Prezident Heydər Əliyevə
354
həsr olunmuşdu. 1997-ci ildə bəstəkar Vasif Adıgözəlov "Qarabağ" oratoriyası
əsərini yazmışdı. Onun "Çanaqqala" oratoriyası respublikanın musiqi həyatında
əlamətdar hadisə idi.
115
Azərbaycan musiqisində hərbi mövzu xeyli inkişaf etmişdi. Süleyman
Ələsgərovun "Əsgər marşı", Ş.Musaoğlunun əsgər mahnıları xalqda qələbəyə inam
hissi oyadırdı. Cavanşir Quliyevin "Əsgər marşı" dillər əzbəri olmuşdu.
116
Azərbaycan musiqi ifaçılığı sənəti də inkişaf etməkdə və geniş təbliğ
olunmaqda idi. Muğam, xalq mahnıları və təsnif ifaçılarının ənənəvi müsabiqələri
keçirilirdi. 1997-ci ilin noyabr ayında Bakıda vokalçıların Bülbül adına Birinci
Beynəlxalq Müsabiqəsi keçirildi. Münsiflər heyətinə dünyanın adlı-sanlı musiqi
xadimləri daxil olan bu nüfuzlu müsabiqədə Azərbaycanın və xarici ölkələrin gənc
ifaçıları iştirak edirdilər.
117
İstedadlı gənc ifaçıların təqdim konsertləri təşkil olunurdu. 1992-ci ildə
Azərbaycan Dövlət Uşaq Filarmoniyası yaradılmışdı.
118
Prezident Heydər Əliyev
1996-cı il iyunun 22-də "Azərbaycanda gənc istedadlara dövlət qayğısı haqqında",
1997-ci il sentyabrın 13-də "Gənc istedadlar üçün xüsusi təqaüdlər təsis edilməsi
haqqında" fərmanlar verdi.
119
Fidan və Xuraman Qasımova bacılarının bənzərsiz ifaçılıq sənəti yeni
zirvələr fəth etmişdi.
Respublikanın musiqi kollektivləri, ayrı-ayrı ifaçılar tez-tez xarici ölkələrə
qastrola dəvət olunur, Azərbaycan musiqisini dünyada təbliğ edirdilər. Müğənnilər
Zeynəb Xanlarovanın, Alim Qasımovun, Səkinə İsmayılovanın, caz vokal ustası və
pianoçu Əzizə Mustafazadənin və onlarla başqa sənətçinin ABŞ, Kanada, Fransa,
İngiltərə, Almaniya, İsveç, İtaliya, Rusiya, Türkiyə, İraq, İsrail, Çin və başqa
ölkələrdə çıxışları böyük maraqla qarşılanırdı. 2000-ci ildə Alim Qasımov
Avropada diskləri ən çox satılan 5 ifaçıdan biri idi.
120
Lütfiyar İmanov, Xuraman
Qasımova kimi görkəmli vokal ustaları, onlarla başqa musiqiçi Türkiyə musiqi
təhsili müəssisələrində dərs deməyə dəvət olunurdular.
Dövlət, maddi imkanları hələ məhdud olsa da, teatr, musiqi kollektivlərinin
yaşamasına, inkişaf etməsinə qayğı göstərirdi. Prezident Heydər Əliyev 1997-ci il
dekabrın 2-də "Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Simfonik Orkestrinin
fəaliyyətini yaxşılaşdırmaq tədbirləri haqqında", 1999-cu il dekabrın 6-da
"Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının balet truppası işçilərinin
sosial təminatının yaxşılaşdırılması haqqında", 2000-ci il iyunun 2-də "Azərbaycan
Dövlət Xor Kapellasının sosial təminatını yaxşılaşdırmaq haqqında", 2001-ci il
oktyabrın 15-də "Azərbaycan Dövlət Rəqs Ansamblı işçilərinin sosial təminatını
yaxşılaşdırmaq haqqında" fərmanlar verdi.
121
355
2002-ci ilin yayında YUNESKO katibliyinin qeyri-maddi irsin öyrənilməsi
şöbəsinin himayəsi ilə Alim Qasımov "Alim" Ümumdünya Muğam Mərkəzi
yaratmağa başlamışdı.
122
Azərbaycan kinosu, bütün maddi çətinliklərə baxmayaraq, inkişaf etməkdə
idi. Müstəqil kinostudiyalar təşkil olunmuşdu. "Azərbaycanfilm" kinostudiyası
1994-cü ildən yenidən dövlət büdcəsindən maliyyələşdirilməyə başlanmış,
Azərbaycanda istehsal olunmuş filmlərin toplanması, bərpası və səmərəli istifadə
olunması üçün Dövlət Kino Fondu təşkil edilmişdi.
123
Azərbaycan kinosunun görkəmli rejissorları sırasına Vaqif Mustafayev,
Ayaz Salayev, Hüseyn Mehdiyev kimi istedadlı sənətkarlar daxil olmuşdu. Vaqif
Mustafayev Avropa Televiziya və Kino Akademiyasının üzvü seçilmişdi.
Azərbaycan kinematoqrafçıları "Əhli-kef", "Fransız", "Hər şey yaxşı
olacaq" (rejissor V.Mustafayev), "Yarasa" (rejissor Ayaz Salayev), "Həm ziyarət,
həm ticarət", "Yerlə göy arasında" (rejissor Rasim Ocaqov), "Uçurulmuş körpü",
"Özgə vaxtı" (rejissor Hüseyn Mehdiyev) kimi bir sıra yüksək bədii dəyərli filmlər
yaratmışdılar. Müharibə, erməni quldurlarının vəhşiliyi, qaçqınlıq həyatının
dəhşətləri Azərbaycan kinosuna yeni mövzular gətirmişdi. "Ağ atlı oğlan" (rejissor
Ə.Əbluc), "Fəryad" (rejissor C.Mirzəyev) kimi təsirli, realist kinolentlər
yaradılmışdı.
Azərbaycan sənədli kinosu da xeyli inkişaf etmişdi. Müstəqillik uğrunda
mübarizə, Qarabağ müharibəsi, ölkədə siyasi sabitlik yaradılmasını, iqtisadi
tərəqqini, demokratik prosesləri, dövlətin xarici aləmdə nüfuzunun yüksəlməsini
əks etdirən yüzlərlə maraqlı, ibrətamiz kino-videolent çəkilmişdi. Müdafiə
Nazirliyinin sənədli kinostudiyası da bu sahədə fəal iş görürdü.
Heydər Əliyevin fenomen şəxsiyyəti və ömür yolu haqqında rejissor Vaqif
Mustafayevin yaratdığı "General", "Birinci", "Moskva-Kreml", "Lider", "Tale",
"Əsil məhəbbət haqqında" və "Bir həsədin tarixi" sənədli filmləri Azərbaycan kino
tarixində əlamətdar hadisəyə çevrildi.
Azərbaycan kinosu dünya ekranlarında geniş təmsil olunmağa başlamışdı.
1995-ci ilin noyabr ayında 10 Azərbaycan bədii filmi ilk dəfə Beynəlxalq Nant -
"Üç qitə" kinofestivalında nümayiş etdirildi.
124
"Yarasa" bədii fılmi 1996-cı ildə
Fransada keçirilən "Birinci plan" Beynəlxalq Kinofestivalında "Avropanın
tammetrajlı ən yaxşı bədii filmi" adına, Misir Beynəlxalq Kinofestivalında ən
yüksək mükafata layiq görüldü.
125
1997-ci
ildə Beynəlxalq Madrid
Kinofestivalında "Özgə vaxt" filmi yüksək qiymətləndirildi, onun yaradıcıları
H.Mehdiyev ən yaxşı rejissor, A.Mirqasımova isə ən yaxşı qadın rolu ifaçısı adına
layiq gorüldülər.
126
Həmin il "Cavan qadın üçün kişi" filmi (rejissor Murad
İbrahimbəyov) Kolumbiyanın paytaxtı Boqotada XIV Beynəlxalq Kinofestivalında
Bürünc mükafat aldı.
127
2001-ci ildə Moskvada Avrasiya teleforumunda "Əsil
356
məhəbbət haqqında" sənədli film (rejissor V.Mustafayev) üç mükafata, 2002-ci
ildə "Bir həsədin tarixi" filmi (rejissor V.Mustafayev) "Qran-Pri" mükafatına layiq
görüldü. İkinci film 2002-ci ildə Rusiyada keçirilmiş XIII sənədli kinofestivalının
"Dünyanın qüdrətli şəxsiyyətlərinin inandırıcı və parlaq portretinə görə" xüsusi
mükafatını almışdı.
128
90-cı illərin əvvəllərində respublikanın şəhər və qəsəbələrində meydanlar,
parklar "monumental kommunist təbliğatı"na xidmət edən heykəl və abidələrdən
təmizlənirdi. Dağüstü parkda Şəhidlər Xiyabanı salındı. Prezident Heydər Əliyevin
təşəbbüsü ilə 1998-ci ildə burada şəhidlərə 21 metr hündürlüyü olan möhtəşəm bir
abidə və əbədi məşəl (müəllifləri - Ö.Eldarov, E.Qasımzadə, A.Abdullayev və
N.Vəliyev) qoyuldu. Paytaxtda Hüseyn Cavidin (1994-cü il, heykəltəraş
Ö.Eldarov), Şah İsmayıl Xətainin (1993-cü il, heykəltəraşlar İ.Zeynalov və
Z.Mehdiyev), akademik Yusif Məmmədəliyevin (1998-ci il, heykəltəraş
A.Ələsgərov), Xızıda Cəfər Cabbarlının (1999-cu il, heykəltəraş C.Qaryağdı)
yüksək bədii dəyərli heykəlləri ucaldıldı. 1996-cı ildə Naxçıvanda möhtəşəm
Hüseyn Cavid məqbərəsi (müəlliflər - Ö.Eldarov və R.Əliyev) tikildi. 1997-ci ilin
baharında görkəmli heykəltəraş Ömər Eldarov akademik Zərifə Əliyevanın
xatirəsinə həsr etdiyi məşhur "Elegiya" əsərini tamamladı.
Azərbaycanın fırça ustaları da gözəl sənət əsərləri yaradırdılar. Azərbaycan
rəssamlarının əsərləri dünyanın sərgi salonlarında böyük uğurla nümayiş olunurdu.
1995-ci ildə ABŞ-da, 1996-cı ildə Almaniyada Səttar Bəhlulzadənin əsərləri sərgisi
təşkil olunmuşdu.
129
1996-cı ildə Parisdə dünya rəssamları sərgisində Toğrul
Nərimanbəyovun, 1997-ci ildə Vaşinqton, Nyu-York və Çikaqoda Kamil
Nəsibzadənin əsərləri nümayiş etdirilmişdi.
130
Xalça rəssamları Kamil Əliyevin və Eldar Mikayılovun əsərləri yüksək
bədii sənətkarlıq nümunələri idi. K.Əliyevin Atatürkün, Heydər Əliyevin
portretləri toxunmuş xalçalarında Azərbaycan xalçaçılıq sənətinin ən yaxşı
ənənələri yaradıcılıqla inkişaf etdirilmişdi. 1996-cı ildə Brüsseldə E.Mikayılovun
bənzərsiz gözəlliyə malik xalçaları böyük müvəffəqiyyətlə nümayiş etdirilmişdi.
131
Xalça rəssamı Tahir Məcidovun Heydər Əliyevə həsr etdiyi "Qayıdış" xalçası
yüksək sənətkarlığı ilə diqqəti cəlb edirdi.
132
Respublikanın fırça və tişə ustaları bu illərdə müharibə, qəhrəmanlıq,
vətənpərvərlik mövzularına tez-tez müraciət edirdilər, xalqı birliyə, düşmənə qarşı
döyüşə, qələbəyə çağıran əsərlər yaranırdı. C.Qasımovun, F.Hüseynovun,
K.Əlizadənin və başqalarının bu mövzularda plakatları xüsusən maraqlı və təsirli
idi.
Müstəqillik illərində Azərbaycan incəsənətində formaca ənənəyə bağlılıq və
müasirlik, məzmunca özəl milli və bəşəri dəyərlərin tərənnümü üstünlük təşkil
edirdi.
357
Azərbaycan cəmiyyətinin mədəni, mənəvi həyatında mühüm dəyişikliklər
baş verdi. Müharibəyə, erməni işğalçıları tərəfindən minlərlə sosial-mədəni
obyektin məhv edilməsinə, postsovet respublikaları ilə mədəni əlaqələrin
zəifləməsinə və bir çox sahələrdə tam qırılmasına, vəsait çatışmazlığına,
təxribatçıların törətdiyi çətinliklərə baxmayaraq, bu dövrdə Azərbaycan
mədəniyyəti mübarizliyi, mənəvi qüvvələrin öz kökünə və bəşəri dəyərlərə daha
möhkəm bağlılığı ilə səciyyələnirdi.
Dostları ilə paylaş: |