TarġXĠ 1941-2002-ci illər yeddġ CĠlddə


Kütləvi informasiya vasitələri



Yüklə 27,32 Mb.
Pdf görüntüsü
səhifə51/168
tarix02.01.2022
ölçüsü27,32 Mb.
#1595
1   ...   47   48   49   50   51   52   53   54   ...   168
Kütləvi informasiya vasitələri. Respublikada kütləvi informasiya vasitələri 

şəbəkəsi  xeyli  genişlənmişdi.  90-cı  illərin  ortalarında  Mətbuat  və  İnformasiya 

Nazirliyində  600-ə  qədər  informasiya  vasitəsi  qeydə  alınmışdı.  2001-ci  ilin 

əvvəllərində respublikada 8 dildə 300-dən çox qəzet, 72 jurnal nəşr olunurdu. Nəşr 

olunan qəzetlərin cəmi 3-4-ü dövlətə, qalanları isə partiyalara, ictimai təşkilatlara, 

kollektivlərə,  ayrı-ayrı  şəxslərə  məxsus  idi.

55

  Azərbaycan  Respublikası  Milli 



Məclisinin  orqanı,  rəsmi  dövlət  qəzeti  "Azərbaycan",  Prezidentin  İşlər  İdarəsinin 


342 

 

"Respublika"  və  "Xalq  qəzeti",  "Yeni  Azərbaycan",  "Səs",  "Şərq  qapısı",  "Yeni 



Müsavat",  "Millət",  "Yurd",  "Azadlıq",  "Aydınlıq",  "Zerkalo"-"Ayna", 

"Müxalifət",  "Exo",  "İki  sahil",  "Bizim  əsr",  "Şərq",  "İslam",  "İstiqlal", 

"Azərbaycan-nyus" və onlarla başqa qəzet, "Xəzər", "Trend", "Yurd", "Populyar", 

"Milli təfəkkür", "Azərbaycan fermeri", "Cahan" və s. jurnallar mövcud reallıqları 

ən  müxtəlif  mövqelərdən  əks  etdirirdilər.

56

  Adamların  hadisələri  müstəqil 



qiymətləndirməsi üçün münasib şərait yaranmışdı. 

Uşaqlar  üçün  "Tumurcuq",  "Şəkər  villası"  qəzetləri,  "Savalan",  "Günəş" 

jurnalları çap olunurdu.

57

 



Ölkədə 20 informasiya agentliyi fəaliyyət göstərirdi. Dünyanın informasiya 

agentlikləri  ilə  birbaşa  əlaqə  saxlamaq  imkanları  yaranmışdı.  90-cı  illərin 

ortalarında  YUNESKO-nun  köməyi  ilə  "Azərinkom"  adlı  informasiya  şəbəkəsi 

təşkil olunmuşdu.

58

 

90-cı 



illərin  ortalarından  Azərbaycanda  Beynəlxalq  İNTERNET 

informasiya  şəbəkəsindən  istifadə  olunmağa  başlanmışdı.  1996-cı  ilin  sonlarında 

"Azinternet  Servis"  firması  təşkil  edildi.  2000-ci  ildə  bu  sahə  ilə  5  provaydr 

(Ötürücü  xidmət)  məşğul  olurdu.  2001-ci  il  mayın  10-da  "Bakinternet"  Dövlət 

Şirkəti  fəaliyyətə  başladı.  Paytaxtda,  digər  şəhər  və  qəsəbələrdə  çoxlu  "İnternet 

klub"  təşkil  edilmişdi.  2002-ci  ildə  bu  sahə  ilə  10  provaydr  məşğul  olurdu. 

İNTERNET-dən  120  min  nəfər  (90  faizi  Bakıda)  istifadə  edirdi.  Onların  80  faizi 

gənclərdən ibarət idi.

59

 

Ölkədə hər il minlərlə kitab, kitabça, plakat, xəritə və s. nəşr olunurdu.



60

 

Azərbaycan  televiziyası,  radiosu  texniki  və  yaradıcılıq  imkanı  baxımından 



xeyli  inkişaf  etmişdi.  Dövlət  radiosunun  verilişləri  13  dildə,  o  cümlədən  1992-ci 

ildən ingilis dilində dünyaya yayılırdı. 1992-ci ildə türkdilli ölkələrin əksəriyyətini 

əhatə edən Türkiyə "Avrasiya" telekanalı fəaliyyətə başladı.

61

 



1996-cı  ildə  Bakıda  əsası  hələ  1982-ci  ildə  qoyulmuş,  hündürlüyü  310  m 

olan yeni teleqüllə istifadəyə verildi. Türkiyənin "Türksat" peyki vasitəsilə yerüstü 

stansiyalar  əlaqələndirildi.  Naxçıvanda  Azərbaycan  Dövlət  TV-nin  qəbulu 

yaxşılaşdı.

62

 

2002-ci ildə respublikada 30 radio və televiziya fəaliyyət göstərirdi.



63

 Kabel 


TV  kanalı  ilə  40-dan  çox  ölkənin  televiziya  verilişlərinə  baxmaq  mümkün  idi. 

Əhalinin  böyük  əksəriyyəti  Azərbaycan  TV-nin  I  və  II  Dövlət,  habelə  "ANS", 

"Speys",  "Lider",  "Azad  Azərbaycan",  Rusiyanın,  Türkiyənin  proqramlarına 

baxmaq imkanı əldə etmişdi.

64

 

1993-cü  ildən  respublika  televiziyası  ingilis  dilində  "Həftənin  səsi" 



proqramını yayırdı.

65

 




343 

 

1996-cı  ilin  noyabr  ayından  Respublika  Televiziyasının  "Azərbaycan  bu 



gün"  populyar  proqramı  bazar  günləri  TQRT  kanalı  ilə  dünyanın  üçdə  bir 

hissəsinə, o cümlədən Avropa və Amerikaya yayımlanmağa başlamışdı.

66

 

1999-cu  ildə  Azərbaycan  Televiziyasında  "Xalq  yaradıcılığı"  redaksiyası 



təşkil olunmuşdu.

67

 



2001-ci  il  oktyabrın  1-dən  Azərbaycan  Televiziyasının  birinci  proqramı  və 

dövlət  radiosunun  iki  proqramı  gündə  36  saat  bütün  dünyaya  yayımlanmağa 

başladı. 12 ölkədə efirdə Azərbaycan dilində verilişlər səslənirdi.

68

 



2002-ci il iyunun 25-də "Televiziya və radio yayımı haqqında" Azərbaycan 

Respublikasının Qanunu qüvvəyə mindi.

69

 

Azərbaycan  jurnalistikası  inkişaf  edirdi.  Jurnalistlərin  yeni  nəsli 



formalaşmaqda idi. Ölümlərindən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq 

görülmüş  Çingiz  Mustafayev, Alı Mustafayev Salatın Əsgərova  kimi istedadlı  və 

cəsarətli  jurnalistlər  baş  verən  hadisələr  haqqında  insanlara  doğru  məlumat 

çatdırmaq üçün böyük fədakarlıq göstərmişdilər. 

1999-2000-ci  illərdə  ABŞ-ın  İntermediya  qrupunun  apardığı  sosioloji 

tədqiqatlar  göstərirdi  ki,  Azərbaycanda  sıravi  vətəndaşların  76  faizi  Azərbaycan 

telekanallarına,  7  faizi  başqa  xarici  telekanallara,  59  faizi  Rusiya  telekanallarına 

baxır, 22 faizi Bakı radiosuna, 16 faizi xarici radiostansiyalara qulaq asır, 10 faizi 

qəzet  oxuyur.  Elitanın  72  faizi  Azərbaycan  televiziyasına,  82  faizi  Rusiya 

televiziyasına, 11 faizi digər xarici kanallara baxır, 25 faizi Bakı radiosuna, 12 faizi 

xarici radiostansiyalara qulaq asır, 70 faizi qəzet oxuyur.

70

 



Respublikanın  kütləvi  informasiya  vasitələri  Azərbaycanın  dövlət 

müstəqilliyinin qorunması, dünyəvi, demokratik quruculuq, milli və bəşəri mənəvi 

dəyərləri,  ölkədə  siyasi  sabitlik  və  vətəndaş  həmrəyliyi  yaranmasını,  ölkə 

rəhbərliyinin uğurlu daxili və xarici siyasətini geniş təbliğ edirdi. Məsələn, 2003-cü 

ilin  əvvəllərində  ANS  Şirkətlər  Qrupu  və  Çingiz  Mustafayev  Fondu  Azərbaycan 

Prezidenti Heydər Əliyevi BTC neft kəmərinin əsasının qoyulması, Qəbələ RLS-in 

taleyinin  müəyyənləşdirilməsi,  Xəzərin  statusuna  dair  razılaşmalar  əldə  edilməsi, 

Azərbaycan-Türkiyə-Gürcüstan  birgə  təhlükəsizlik  sistemi  yaradılması,  İranla 

dostluq  və  əməkdaşlıq  sazişi  imzalanmasında  göstərdiyi  fövqəladə  xidmətlərinə 

görə "2002-ci ilin adamı" adına layiq görülmüşdü.

70a

 

Mətbuatda  mövcud  qüsur  və  çatışmazlıqlar  kəskin  tənqid  olunurdu.  Lakin 



verilmiş  söz  azadlığından  bəzi  müxalif  qüvvələr  və  media  işbazları  şəxsi,  qrup 

mənafeləri  və  məqsədləri  üçün  sui-istifadə  edir,  məsuliyyətsiz,  populist,  böhtançı 

çıxışlara  yol  verir,  "sarı  mətbuat",  "bulvar  qəzetləri"  xalqın  mentalitetinə  qarşı 

çevrilmiş mənəvi pozuculuq işləri ilə məşğul olurdular.

71

 

Demokratiyanın  inkişafında  mətbuatın  rolunu  yüksək  qiymətləndirən 



Azərbaycan  Prezidenti  jurnalistlərlə  dəfələrlə  görüşmüş,  kütləvi  informasiya 


344 

 

vasitələrinin  problemləri  ilə  tanış  olmuş  və  onların  həllinə  əməli  köməklik 



göstərmişdir.

72

  Azərbaycan  Respublikası  Prezidenti    "Kütləvi  İnformasiya 



Vasitələrinə    dövlət  qayğısının  artırılması  sahəsində  əlavə  tədbirlər  haqqında" 

sərəncam imzaladı. 2001-ci ildə "Kütləvi İnformasiya Vasitələri haqqında" Qanuna 

edilən əlavələr və dəyişikliklər nəticəsində kütləvi informasiya vasitələrinin hüquqi 

bazası yeniləşdi, demokratik prinsiplərə tam cavab verən qanun yarandı. 

Prezident Heydər Əliyevin təşəbbüsü ilə Kütləvi İnformasiya Vasitələrindən 

tutulan  vergilərin  3  il  müddətində  dövlətin  hesabına  ödənilməsi  haqqında  qərar 

qəbul  edildi.

73

  Qəzet  kağızına  idxal  gömrük  rüsumları  aradan  qaldırıldı,  kütləvi 



informasiya vasitələrinə uzunmüddətli və qısamüddətli kreditlər verilməsinə imkan 

yaradıldı. 2002-ci ilin sentyabrında Kütləvi İnformasiya Vasitələrinin inkişafı üzrə 

layihələrin  maliyyələşdirilməsi  üçün  Azərbaycan  Respublikası  Sahibkarlığa 

Kömək  Milli  Fondundan  3  milyard  manat  vəsait  ayırdı.

74 

Dövlət  qeydiyyatı, 



lisenziya  və  radiotezliklərin  (özəl  televiziya  və  radiolar  üçün)  verilməsi  işinin 

təkmilləşdirilməsi,  onların  yayım  dairəsinin  genişləndirilməsi,  yayım  tariflərinin 

azaldılması,  özəl  mətbəələrin  inkişafının  stimullaşdırılması,  layiqli  jurnalistlərin, 

aparıcı qəzet redaksiyalarının mükafatlandırılması, istedadlı jurnalistlərə Prezident 

təqaüdləri  verilməsi  və  başqa  tədbirlər  görülməsi  qərara  alındı.  Qəzetlərin 

"Azərbaycan"  nəşriyyatına  2001-ci  il  üçün  mövcud  borclarının  ödənilməsi  bir  il, 

2003-cü  il  9  yanvar  tarixli  sərəncamla  isə  2005-ci  ilin  sonunadək  təxirə  salındı.

75

 



2002-ci  il  oktyabrın  5-də  Azərbaycan  Prezidentinin  Fərmanı  ilə  "Milli  Televiziya 

və Radio Şurası" yaradıldı.

76

 

"Ruh"  Jurnalistləri  Müdafiə  Komitəsinin  keçirdiyi  sorğuya  görə  Heydər 



Əliyev 2001-ci il üçün "Jurnalistlərin dostu" elan edildi.

77

 



Əyani  təbliğat  işində  də  ciddi  qüsurlar  vardı.  2001-ci  ilədək  şəhərlərin  ən 

görkəmli yerində yüzlərlə iri, cəlbedici reklamlar cürbəcür xarici siqaretləri, spirtli 

içkiləri geniş təbliğ edirdi. Prezidentin göstərişi ilə ölkədə belə məhsulların reklam 

olunmasına son qoyuldu.

78 

 


Yüklə 27,32 Mb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   168




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin