TarġXĠ 1941-2002-ci illər yeddġ CĠlddə



Yüklə 27,32 Mb.
Pdf görüntüsü
səhifə50/168
tarix02.01.2022
ölçüsü27,32 Mb.
#1595
1   ...   46   47   48   49   50   51   52   53   ...   168
Mədəni-maarif.  2000-ci  ildə  respublikanın  şəhər,  qəsəbə  və  kəndlərində 

3354  klub  müəssisəsi,  fondlarında  39  milyon  nüsxədən  çox  kitab  və  jurnal  olan 

4374  kütləvi  kitabxana,  607-yə  qədər  kino  qurğusu,  26  peşəkar  kinoteatr,  155 

muzey və 27 professional teatr vardı. 

Torpaqların  işğalı  zamanı  erməni  vandalları  982  kitabxananı,  862  klubu, 

1831 kino qurğusunu, 6 teatrı, 10 parkı, 100 mindən çox qiymətli nadir eksponatı 

olan  22  muzeyi  və  rəsm  qalereyasını  ələ  keçirib  qarət  etmişdilər.  Yüzlərlə  tarixi 

abidə, o cümlədən 13 qala bürcü, 22 kurqan-təpə, 31 məscid, 44 məbəd, 2 mağara-

ibadətgah  təhqir  edilmiş,  dağıdılmışdı.

44

  Füzulidə  Məhəmməd  Füzulinin  tunc 



heykəli  sökülüb  aparılmışdı.  Şuşada  Natəvanın,  Üzeyir  Hacıbəyovun,  Bülbülün 

heykəlləri gülləbaran edilmişdi.

45

 

90-cı 



illərin 

əvvəllərində 

nəzarətsizlik 

üzündən 


respublikanın 

muzeylərindən  çox  qiymətli  sənət  əsərləri,  əntiq  əşyalar  oğurlanıb  xaricə 

aparılmışdı.  R.Mustafayev  adına  Dövlət  İncəsənət  Muzeyindən  1993-cü  ilin 

əvvəllərində  dəyəri  yüz  milyon  dollarlarla  qiymətləndirilən  275  nadir  rəsm  əsəri 

oğurlanmışdı.  Onlar  arasında  klassik  Avropa  rəssamlarının  qiymətli  sənət  inciləri 

də vardı.

46

 



341 

 

Vəsait  çatışmazlığı,  nəzarətin  olmaması,  mövcud  metodların  köhnəlməsi, 



adamların  müasir  tələblər  səviyyəsində  yeni  vasitələrlə  mədəni  həyata  cəlb 

edilməsi üçün mədəni-maarif müəssisələrinin fəaliyyətini köklü surətdə dəyişmək 

tələb  olunurdu.  Kitabxana  fondları,  oxucuların  sayı  xeyli  azalmışdı.  Kinoteatrlar 

televiziya və video ilə rəqabətə dözə bilmir, demək olar ki, boş qalırdı. 90-cı illərin 

birinci yarısında kinoqurğuların sayı iki dəfədən çox azalmışdı.

47

 



Prezident  Heydər  Əliyev  yenidən  rəhbərliyə  gəldikdən  sonra  bu  sahədə  də 

mühüm  tədbirlər  həyata  keçirilirdi.  1997-ci  il  noyabrın  18-də  "Mədəniyyət 

haqqında" Azərbaycan Respublikası Qanunu qəbul edildi.

48

  Beynəlxalq  Muzeylər 



Şurasının  (İKOM),  Beynəlxalq  Kitabxanalar  Şurasının  (İFLA)  Azərbaycan  Milli 

komitələri  yaradıldı.  2002-ci  ilin  yayında  Azərbaycan  muğamının  YUNESKO 

tərəfindən tərtib olunmuş dünya sənəti inciləri sırasına daxil edilməsi üçün layihə 

hazırlandı və bu barədə təşkilatın qeyri-maddi mədəni irsin öyrənilməsi şöbəsi ilə 

razılıq  əldə  olundu.

49

  Hökumət  kitabxana  fondlarının  genişləndirilməsinə  vəsaiti 



artırdı,  "Azərbaycan  Respublikasında  kitabxana  işinin  vəziyyəti  və  onu 

yaxşılaşdırmaq tədbirləri haqqında" qərar qəbul etdi.

50

 

M.F.Axundov  adına  Respublika  Kitabxanası  (1998-ci  ilin  aprel  ayından 



Milli  Kitabxana  statusu  aldı)  dünyanın  45  ölkəsindən  60-dan  çox  kitabxana  ilə 

əlaqə  saxlayır,  kitab  mübadiləsi  aparırdı.  Prezident  Heydər  Əliyev,  respublikanın 

görkəmli ziyalıları bu kitabxanaya çoxlu kitab hədiyyə etmişdilər.

51

 



1994-cü  ildə  Bakıda  Cəlil  Məmmədquluzadənin,  Niyazinin  ev-muzeyləri 

yaradıldı.  N.Nərimanovun  ev-muzeyi  yenidən  quruldu.  1996-cı  ilin  payızında 

Naxçıvanda  H.Cavidin,  C.Məmmədquluzadənin  ev  muzeyləri  açıldı.  1998-ci  ildə 

Ordubadda  M.S.Ordubadinin  ev-muzeyi  bərpa  edildi.

52

  2001-ci  ildə  Şəkidə  Sabit 



Rəhmanın ev-muzeyi təşkil olundu. 2002-ci ilin iyun ayında Naxçıvanda görkəmli 

rəssam Bəhruz Kəngərlinin, oktyabr ayında Bakıda Hüseyn Cavidin ev-muzeyləri 

açıldı.

53

 Həmin ilin avqustunda M.P.Vaqifin Qazaxdakı Xatirə Muzeyi "M.P.Vaqif 



və  M.V.Vidadinin  Xatirə  Muzeyi"  kimi  yenidən  quruldu,  Xalça  Muzeyi  yeni 

binaya  (ləğv  olunmuş  Lenin  Muzeyinin  binası)  köçürüldü.  Azərbaycan  Tarixi 

Muzeyində  təmir  və  yenidənqurma  işlərinə  başlandı.  İncəsənət  Muzeyindən 

oğurlanmış qiymətli rəsm əsərlərindən 192-si ABŞ-da müvafiq qurumların köməyi 

ilə tapılıb, 2001-ci ilin iyul ayında geri qaytarıldı.

54

 




Yüklə 27,32 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   168




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin